Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dələduzlar (film, 2014)
"Dələduzlar" — Məhərrəm Bədirzadə tərəfindən 2014-cü ildə çəkilən Azərbaycan tammetrajlı bədii iki seriyalı komediya janrlı filmi. Film Ənvər Seyidovun eyniadlı ssenarsi əsasında Azərbaycan Televiziyası tərəfindən çəkilmişdir. == Məzmun == Film həyatda ola bilən dələduzlar haqqqındadır.
Dələduzluq
Dələduzluq ən ümumi mənada aldatma məqsədi ilə qəsdən həyata keçirilən hərəkətdir. Dələduzluq növlərinə görə fərqlənə bilər. Arxeologiya, ədəbiyyat, daşınmaz əmlak, sənəd saxtakarlığı və s. dələduzluq növləri vardır.
Qələdüz
Qələdüz — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Qələdüz oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının ətəyindədir. XIX əsrdə həmin r-nun Küpçal və Qəçrəş kəndlərindən çıxmış ailələrin Qələdüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisindəki meşəlikdə qəd. qala xarabalıqları var. Bu toponim qələ və düz komponentlərindən ibarət olub, “qala düzü, qala olan düz” mənasındadır. Qələ termininə toponimiyada istehkam, şəhər, kənd mənalarında rast gəlinir.
Dağlı-Qələdüz bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nərədüz
Nərədüz abidələri — Göyçə mahalının Kəvər (13 aprel 1959-cu ildən etibarən Kamo) rayonunun Nərədüz (ermənilər bu adı Noradus kimi qeyd edirlər) kəndində alban memarlıq abidələri kompleksi. Kompleksə erkən orta əsrlərə aid monastır və orta əsrlərdən XVII–XVIII əsrlərə qədər dövrü əhatə edən müsəlman və xristian məzarları daxildir. Nərədüz məbədi IX yüzildə inşa edilmiş, sonra zamanla məbədin şimal tərəfində böyük qəbiristanlıq yaranmışdır. Buradakı qəbiristanlıqda XIII yüzilə aid alban xaç daşları ilə XIV yüzilin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqələrinin və daş stelalarının yanaşı mövcud olması bölgədə yerli alban əhalinin xristianlıqdan müsəlmanlığa keçidinin məhz XIII yüzilin sonu, XIV yüzilin əvvəllərinə təsadüf etdiyini təsdiqləyir.Nərədüz qəbirsanlığındakı sənduqə formalı qəbirüstü abidənin bir tərəfində qarşı-qarşıya dayanmış iki əjdaha təsvir edilmiş, digər tərəfində isə ərəb dilində aşağıdakı yazı həkk edilmişdir: "Bu məzar Allahın mərhəmətinə yüksəlmiş mərhum şəhid…dir. Yeddi yüz dördüncü il" Hicri 704-cü il isə miladi təqvimlə 1304–1305-ci ilə təsadüf edir. Nərədüz kəndi qədimdən türk-oğuz boylarının, qafqaz albanlarının vətəni olmuş, əraziyə ilk ermənilər 105 ailədə 605 nəfər olmaqla Türkiyədən köçürülmüşdür. == Məzar daşları == Nərədüz məzarlığında olan ən qədim xaç daşın tarixi X əsrə aiddir. Lakin bədii tərtibat və zənginlik baxımından dəyərli sənət əsəri kimi qiymətləndirilən məzar daşları XIV–XVI əsrlərə aid olan məzar daşlarıdır. Həmin daşlarda islam və xristian elementələri, eyni zamanda sırf Azərbaycan türklərinin tarixi gələnəkləri ilə bağlı olan və erməni bədii oyma nümunələri olan tarixi xaçkarlarda heç vaxt rast gəlinməyən səkkizguşəli ulduz kimi müxtəlif elementlər, o cümlədən ərəb əlifbası ilə yazılar, islam motivli naxışlar və azərbaycanlı ad və soyadları qeyd olunmuşdur. Bu zəngin Azərbaycan abidələrini öz adları ilə dünyaya təqdim etməyə çalışan ermənilər xaçkarların yaradıldığı dövrlərdə Ermənistanın Səfəvilərə tabe olması səbəbiylə erməni mədəniyyətinin İslam və tük mədəniyyətin təsirlərinə məruz qalması ilə izah etməyə çalışırlar.
Sələsüz
Sələsüz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin yamacındadır. Oykonim Sələsus variantında da qeydə alınmışdır.Bəzi tədqiqatçılar kəndin adını türk dilindəki sələ (künc, bucaq, hissə) və sos (sucaq yer, su çıxan yer) komponentlərindən düzəlmiş "su çıxan yer" mənali toponim hesab edilir.Əslində kənd ərazidəki çayın adını daşıyır. == Əhalisi == Əhalisi 595 nəfərdir.
Meleuz
Meleuz — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Deləfruz Bağırova
Deləfruz Bağırova (3 avqust 1987, Bakı) — Azərbaycanlı rəssam və pedaqoq, incəsənət üzrə fəlsəfə doktoru, Vera kubokunun qalibi, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü, Azərbaycan Rəssamlar Ittifaqının üzvü, müasir batika ustası. == Həyatı == Deləfruz Bağırova 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2004–2008-ci illərdədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsilini, 2012-ci ildə Azərbaycan Dövlət Universitetində Teatr dekorasiyası üzrə magistr dərəcəsi almışdır. 2018-ci ildə incəsənət üzrə fəlsəfə doktoru dərəcəsini tamamlamışdır. == Karyerası == Deləfruz Bağırova ipək və kətan üzərində heyranedici dizaynları ilə məşhurdur. Bədii yaradıcılığına görə Dələfruz Bağırovanın əsərləri müxtəlif yerli və beynəlxalq sərgilərdə dəfələrlə ictimaiyyətin diqqətini cəlb etmişdir.Bunlara daxildir: Bakı, Azərbaycan, Gənc Rəssamlar, "1969" rəsm qalereyasında sərgilər Batik Sərgisi, Seulda Beynəlxalq İncəsənət Sərgisi Cənubi Koreya, Rusiya, Türkiyə və Gürcüstanda Bağırovanın əsərləri müxtəlif sertifikatlarla təltif edilmiş və birinci yerə layiq görülmüşdür.Moskvada "Vera festivalı". Bu uğur onun gələcək fəaliyyəti üçün böyük stimul oldu. Onun əsərləri arasında isti və soyuq batikadan hazırlanmış "Qarabağ atları" triptixi (2,5x70),Istanbul və Bakıda keçirilən müsabiqələrdə birinci yeri qazanan "Bakının İşıqları" "Ağac Cənnət" (2x1 m, isti və soyuq), (Heydər Əliyevə həsr olunmuş sərgidə təqdim olunub). "Mənim sevimli bağım", "Sualtı dünyası" (3x2 m, triptik), "Uğur ağacı"."Olimpiada" (2x1 m, isti-soyuq batik), "Simurq quşu" (80x60 sm), "Qağayılar" (2mx40 sm, çaydan (isti-soyuq batik)" Nar ağacı" (1x1m), eləcə də dəsmal işləri. "Qarabağ atları" (2,5x70) triptixində əksini tapmışdır.
Nərədüz burnu
Nərədüz burnu — Ermənistanın şərqində, Göyçə gölünün mərkəzi hissəsində yerləşən burun. Burundan şərqdə Ardanış yarımadası yerləşir ki, birlikdə gölü iki hissəsə bölürlər:Böyük Göyçə və Kiçik Göyçə. Burunla Ardanış yarımadası arasında məsafə 8 km-dir. Burunda Noradüz kəndi yerləşir. Nərədüz qəbrstanlığında qədim alban qəbrləri vardırki, ermənilər bunu öz adlarına çıxartmağa səy göstərirlər. Külək tez-tez əsir. Gönəşsiz günlərin sayı isə ildə 19-dur.
Qrasiya Deledda
Qrasiya Deledda (it. Grazia Deledda; 27 sentyabr 1871[…], Nvoro[…] – 15 avqust 1936[…], Roma[…]) — italyan yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1926). == Həyatı == Ədəbiyyat sahəsində Nobel mükafatı alanların siyahısında dünya miqyasında tanınmış müəlliflərlə yanaşı ən qızğın mütaliə həvəskarına da heç nə deməyən adlara da təsadüf olunur. İtalyan yazıçısı Qrasiya Deleddanı tam əsasla ikinci qisim yazıçılara aid etmək mümkündür. Ötən əsrin 20-30-cu illərində yaradıcılıqları böyük rezonans doğuran, yüksək intellektləri və şəxsi nüfuzları ilə dünya miqyaslı proseslərə təsir göstərən, kitabları yüz minlərlə nüsxə tirajla çıxan bir sıra müəlliflərin iddiaçılar sırasında olmasına baxmayaraq, mükafatın "özü üçün yazan" sadə italyan qadınına verilməsi müəyyən mənada təəccüblü görünməyə bilməz. Qrasiya Deledda Sardiniyada, Nuoro adlı kənddə doğulmuşdu. Atası hüqquşünas, anası isə savadsız kəndli qadın idi. Ailələri yerli meyarlar baxımından imkanlı sayılırdı. Mədəni həyata gəldikdə isə kənddə elə qapalı mühit vardı ki, sakinlər italyanca deyil, latın dilinə yaxın yerli dialektdə danışırdılar. Xanım Deledda özü doğma kəndini istehza ilə "bürünc dövrünün yaşayış məskəni" adlandırmışdı.
Sələsüz yaşayış yeri
Sələsüz yaşayış yeri — yaşayış yeri Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonunun eyniadlı kəndindən şimalda, Sələsüz çayının sağ tərəfində yerləşən Eneolit dövrünə aid qədim yaşayış yeridir.Yaşayış yerindən aşkar olunan keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qumqarışıq gildən, ikinci qrup isə saman qarışıq gildən hazırlanmış keramikalardır. Sələsüz yaşayış yerindən həmçinin daş ovuğu qatılmış keramika nümunəsidə aşkarlanmışdır. Araşdırmlara zamanı aşkarlanan saxsı və küpə qalıqları digər Eneolit dövrü abidələrinin tapıntıları ilə bənzərlik təşkil edir. Bu materiallar həmçinin Qarğalartəpəsi və Şomutəpə abidələrindəki keramika nümunələri ilə də bənzərlik təşkil edir.