Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərdsir
Bərdsir və ya Məşiz— İranın Kirman ostanının şəhərlərindən və Bərdsir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,801 nəfər və 7,391 ailədən ibarət idi.
Dərsim
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Bərdsir şəhristanı
Bərdsir şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bərdsir şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 84,543 nəfər və 18,650 ailədən ibarət idi.
Abbas dərəsi
Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.
Abdul dərəsi
Abdul dərəsi — İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Qərbi Azərbaycan İrəvan xanlığı Ermənistan azərbaycanlıları == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Al dərəsi
Al dərəsi (fars. دره آل‎) — İranda dərə. Al dərəsi Məşhəddən 45 kilometr (28 mil) şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən yüksəklikyi 1,998 metrdir. == Xüsusiyyətləri == Al vadisi mənbəyi Həzar Məscid dağlarında olan şəlalələrə malidir. Vadidə 5 şəlalə mövcuddur, lakin burada su axını yalnız güclü yağışlar zamanı baş verir.
Arqun dərəsi
Arqun dərəsi — Qafqazın ən uzun dərələrindən biri. == Coğrafiyası == Çeçenistan ərazisində Arqun dərəsi Arqun çayının geoloji fəaliyyəti nəticəsində formalaşmış. Arqun çayı Baş Qafqaz dağlarının şimal yamacında olan Qara dağlar silsiləsini kəsərək bu dərəni meydana gətirmiş. Arqun dərəsinin hündürlüyü 1100-4800 metr arasında dəyişir. Şatoy kəndi bölgəsində, dərə boyunca Çeçenistanın və Qafqazın ən böyük qoruqlarından biri yerləşir. Sahəsi 233 800 hektar olan bu qoruqada müxtəlif mədəni və təbii abidələr mövcuddur — Arqun dövlət tarixi-memarlıq və təbiət muzey-qoruğu bu ərazidə yerləşir. Arqun dərəsində çoxlu erkən və orta əsr, eləcə də eramızdan əvvələ aid olan abidələr mövcuddur. Ərazidə daş dövrünə və mağara həyat tərzinə aid məkanlar mövcuddur. XVIII-XIX əsr Qafqaz müharibələri öncəsi Arqun dərəsində 4000 qədim memarlıq tikilisi qeydə alınmış. Bunların çoxu hərbi, yarım hərbi, gözətçi tikililəri olmuş.
Asyab dərəsi
Asyab dərəsi — İranda dərə. Küsərx şəhristanında yerləşir. təbii və turistik yerlərindən birinin adıdır. Bu vadinin qərbində Doxtər qalası və Şahı SES yerləşir. Asyab dərəsi əlverişli bitki örtüyünə malikdir, burada hər cür meyvəli və meyvəsiz ağaclar bitir. Vadi Bərdəskən şəhərindən 30 kilometr (19 mil) şimal-şərqdə yerləşir.
Axçu dərəsi
Axçu — Qavqazda çay dərəsi. Dərə Krasnodar diyarının Adler rayonu ərazisindədir. Soçi şəhəri yaxınlığındadır. == Adlanması == Dərə adı ilə bağlı bir neçə versiya mövcuddur: abxaz dilində Аахыц — "cənub yamacı" və ya abxazca Ахуаца — "dağ yeriг" deməkdir. Başqa bir fikirə görə söz "diş" — şiş qaya, zirvə mənasındadır. Abazin dilində isə Axçu "ildırımın vurduğu yer" mənasını verir. == Formalaşması == 20 milyon il əvvəl əhəng daşlı süxurların tektonik qalxması başlamış və bu proses indid də davam edir. Axçu silsiləsi qalxdıqca Mzımte çayının qarşısını almağa başlamışdır. Nəticədə çay silsilədən əlavə dərə-yol açmışdır. Yolun 34 km-lik hissəsində dərənin ən dar hissəsi mövcuddur.
Buynovsk dərəsi
Buynovsk dərəsi (bolq. Буйновското ждрело, Ягодинско ждрело) — Bolqarıstanda, Rodop dağlarının qərbində yerləşən çay dərəsi. Dərə boyu eyni adlı Buynovsk çayı axır. Buynovsk çayı Vıça çayının sol qoludur. Dərə ölkənin Smolyansk vilayətinin ərazisində yerləşir. == Coğrafiyası == Dərənin uzunluğu təqribən 16 km, orta hündürlüyü 1090 metrdir. Buinovo kəndindən şimalda, dəniz səviyyəsindən 1307 metr yüksəklikdən başlayır, sonra şimala istiqamət alır və 16 km-dən sonra Teshel anbarında, dəniz səviyyəsindən 876 m yüksəklikdə bitir. Buynovsk dərəsi əsasən Proterozoy yaşlı mərmər süxurlarından ibarətdir. Məhs bu süxurların yaratdığı təbii gözəllik turistləri özünə cəlb edir. Dərənin ilk 7-8 km-lik hissəsi daha genişdir.
Dərsim vilayəti
Dərsim vilayəti — Osmanlı İmperiyası tərkibində, 1879–1886–cı illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hozat idi.
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə.1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. == Adı == Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.Zəngəzurun aran kəndlərindən Gığı dərəsinə yaylağa gələn azərbaycanlılar dərəni Qaravun dərə adlandırsalar da, Gığı dərəsinin yerli camaatı eyni adla Gərd kəndi yaxınlığındakı yaylaqları adlandırıblar. == İnzibati vahid kimi == SSRİ yarananda milli məsələyə ciddi fikir verilmiş, qaçqınların əksəriyyəti öz yerlərinə qayıtmış və o vaxt Gığı dərəsinə Qafan rayonunun daxilində, "Gığı Nim rayonu" statusu verilmişdir.
Hav dərəsi
Hav dərəsi- Füzuli rayonunun Gecəgözlü kəndi ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Dərə coğrafi termini mənfi relyef forması ifadə edir; si şəkilçisi mənsubuyyət bildirir. Hav termini ərəb və fars dillərində işlədilən həvadar sözünün təhrif olunmuş formasıdır. Həvadar sözü "tərəfdar", "Tərəf saxlayan", "kömək edən", "həvadar" anlamındadır. Yerli məlumata görə, XIX əsrdə Gecəgözlü kəndindən olan Cavanşir əsilli Hacı Qasım adlı varlı, xeyirxah bir insan tez-tez bu barədə yığışan adamlara havadar durar, əl tutar, kömək edərmiş. Sonralar elə həmin dərə də kənd camaatı arasında bununla əlaqədar olaraq qısaca Hav dərəsi adlandırılmışdır. == Həmçinin bax == Füzuli rayonu == Xarici keçid == armenianvandalism.
Hayqır dərəsi
Hayqır dərəsi — İranda dərə. Fars ostanının Firuzabad şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə yerləşir. Dərənin divarlarının dərinliyi bəzən təxminən 450 metrə çatır. Hayqırın tam uzunluğu 18 kilometr (11 mil) qədərdir. Dərə İranın Böyük Kanyonu adlanır. == Necə formalaşdırmaq == Hayqır dərəsi Dəbin antiklinalının eni boyunca uzanır. Su eroziyasına görə genişlənmişdir. Vadinin hündür divarları və dibində axan çay turizmi üçün əlverişli ərazi yaratmışdır.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа ) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Meydan dərəsi
Meydan dərəsi — Qubadlı rayonu ərazisində çay. Həkəri çayına çatmayan yarğan-quru dərədir. Rayonun ərazisindəki Meydanarası qışlağının adı ilə Meydanarası variantında da qeydə alınmışdır. 24 km. uzunluğa malik olan bu çay açıq, düzənlik sahədən axdığı üçün belə adlandırılmışdır.
Nasirabad dərəsi
Nasirabad dərəsi (fars. دره ناصرآباد‎) — İranda dərə. Tehran şəhərinin şimalında, qərbdən Darabad silsiləsinə aparan Əlborz dağlarının yamaclarında yerləşir. Dərənin girişində mövcud olan tikinti işlərə baxmayaraq, Nasirabad dərəsi hələ də Tehranın şimalındakı azsaylı toxunulmamış dərələrdən biri hesab olunur.
Pankisi dərəsi
Pankisi dərəsi (gürc. პანკისის ხეობა, Pankisis Xeoba) — Gürcüstanın şimal-şərqində Rusiya Federasiyasının subyekti Çeçenistan Respublikası ilə sərhəddə yerləşən vadi, dərə. İnzibati cəhətdən Kaxeti mxaresinin Axmeta bələdiyyəsi ərazisinə daxildir. Dərə əhalisinin 75%-i çeçenlərin subetnik qrupu sayılan kistlərdir.
Pyazçal dərəsi
Pyazçal dərəsi (fars. دره پیازچال‎) — İranda dərə. Küləkçal dağına dırmaşma cığırından Küləkçala paralel zirvələrə və Darabad dərəsinin axırına qədər uzanır. Bu dərə demək olar ki, bütün il boyu yaşıldır və bulaqları bol suludur. Vadidə mal-qara, keçi və qoyun, eləcə də bir neçə vəhşi atlar var.
Qaraqoyunlu dərəsi
Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı — Qərbi Azərbaycanın, gözəl guşələrindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansaray) və Mixaylovka – Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir. Hazırda bu ərazi Ermənistanın Tavuş mərzi və Geğarkunik mərzi adlanan vilayətlərinin tərkibindədir. == Haqqında == Qaraqoyunlu hərtərəfli inkişaf etmiş bölgələrdən biri idi. Harada yerləşməsindən asılı olmayaraq, kəndlərin hamısına yol çəkilmiş, təzə evlər tikilmişdi. 1960-cı ildə Qaraqoyunlu dərəsinin kəndlərində, demək olar ki, bir dənə də olsun köhnə ev qalmamışdı. Elektrik işığı ilə ən tez təmin olunan kəndlər Çaykənd və Gölkənd kəndləri olmuşdur. 1951-1953-cü illərdə həmin kəndlərdə tikilmiş xırda su-elektrik stansiyası vasitəsilə evlərə elektrik işığı verilmişdir. Az bir müddətdən sonra isə bütün kəndlər mərkəzləşmiş qaydada elektriklə təmin edilmişdir. Kəndlərin hamısında müvafiq avadanlıqlarla təchiz edilmiş və xüsusi zövqlə tikilmiş gözəl məktəb binaları var idi. Həmin məktəblərdə peşəkar müəllimlər çalışırdı.
Siçevo dərəsi
Siçevo dərəsi (serb. Sićevačka klisura; serb-kiril Сићевачка клисура) - Serbiyanın cənub-şərqində çay dərəsi. Çay dərəsi həm də arxeoloji qazıntıların aparıldığı bölgə kimi də tanınır. Nişav çayının axdığı bu dərə bölgənin diqqət çəkən geoloji və topoqrafik obyektlərindən biridir. Siçevo dərəsi Bela Palanka və Nişka Banya şəhərləri arasında yerləşir. Niş şəhərindən 14 km şərdədir. Uzunluğu 17 km, dərinliyi 350-500 metra rasında dəyişir. Dərə bəzi yerlərdə kanyon şəkilli olur. Belə kanyonlardan Qradiş kanyonunu misal göstərmək olar. Siçevo dərəsi Kunovisa yaylasını kəsərək keçir, Svrliq və Suva Planina dağlarının cənub yamaclarından keçir.
Sükut dərəsi
Sükut dərəsi (ing. Valley of Silence və ya Western Cwm)- Everest zirvəsi, Lhotze yamacının ətəyində yerləşən geniş, düz, bir qədər dalğalı buzlaq vadisidir. Gələcək zirvə cəhdləri üçün marşrutlar axtaran, Everestin yuxarı hissələrini tədqiq edən İngilis İstiqlal Ekspedisiyasının tərkibində olan Corc Mallori vadini 1921-ci ildə gördüyü zaman onu "Cwm" adlandırdı. Cwm uels dilində "vadi" deməkdir. Müasir alpinistlər, Sükut dərəsi vasitəsilə həmçinin Everest zirvəsinə çıxırlar; bura Xumbu buz divarından sonra cənub-şərq yolunda yerləşir. Vadinin mərkəzi hissəsi bu buzlağın ən yuxarısına qədər uzanan böyük eninə yarıqlarla parçalanmışdır. Yuxarı dırmaşan alpinistlər bu yarıqları keçmək məcburiyyətindədirlər. Burada Nuptsenin ətəyi boyunca "Nuptse Blade" adı verilən dar bir keçid yolu var (ing. Nuptse corner). Lakin bura Everestin 2400 metr yüksəkliyindəki heyrətamiz mənzərələri təqdim edir (dağın zirvəsi Baza düşərgəsindən görünmür; alpinistlər buranı ilk dəfə burada görürlər).
Sətargan dərəsi
Sətargan dərəsi (fars. دره ستارگان‎) — İranda dərə. Qeşm adasında yerləşir. Bərkəyi Xələf kəndinin şimalında yerləşir.
Takaçiho dərəsi
Takaçiho dərəsi (高千穂峡) – Yaponiyanın Miyazaki prefekturasının şimal-qərbində, Takaçiho qəsəbəsi yaxınlığında yerləşən V-şəkilli dərə. Gözəl təbiətinə görə turistlərin diqqətini çəkir.Dərə 100.000 il əvvəl Aso dağının püskürməsi nəticəsində yaranıb. Dərənin ortasında Qokase çayı axır. Dərənin divarları lava sütunlarından ibarətdir. Ən dar yeri 3 metr, ən hündür 100 metr təşkil edir. Dərədə Manay şəlaləsi (17 metr) tökülür.Dərənin 600 metr uzunluğunda gəzinti cığırı var. Cığır Yapon azaliyası, sakura, visteriya kimi güllərlə bəzədilib.Takaçiho dərəsi 10 noyabr 1934-cü ildə Milli Mənzərə və Təbiət Abidəsi elan edilmişdir. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Takaçiho dərəsi ilə əlaqəli mediafayllar var.
Dersim qətliamı
Dersim üsyanı 1937–1938-ci illərdə Dersimdə, mərkəzi Türk hökuməti ilə bəzi Dersim tayfaları arasında bölgənin hakimiyyəti ilə əlaqədar mübahisələr nəticəsində baş verən hadisələr. Dersimdə (Tunceli, Erzincan, Elazığ, Sivas, Malatya və Bingöl illərinin bir hissəsi) qəbilə üsyanı nəticəsində mütləq dövlət hakimiyyətini təmin etmək üçün Türk Silahlı Qüvvələri tərəfindən tayfalara qarşı əməliyyat təşkil edildi. Üsyançıların əksəriyyəti 1920-ci ildə Sivasın Zara və İmranlı bölgələrinə sığınan üsyançılardan ibarət idi. Əməliyyat nəticəsində bəzi mənbələrə görə bölgədə yaşayan 13.160 nəfər və 110 əsgər öldü və təxminən 12 min nəfər məcburən köçməli oldu. == Arxa plan == Koçkiri üsyanı yatırıldıqdan sonra Sivasın Zara və İmranlı bölgələrindən Dersimə çəkilən üsyançılar bölgədə təşkilatlanmaya başladılar. Bəzi Dersim tayfalarının təşkilatlanması qəbul olunsa da, Koçkiri üsyanının liderlərinə verilən əfv nəticəsində, Əlişir xaricində digər təşkilat üzvləri təslim oldular, Dersim bölgəsində qalanların əhəmiyyətli üsyan hərəkatına qarışmadığı bildirildi. Ancaq əvvəllər hökumətlə əlaqələr quran Seyid Rıza, Koçkirlilərin ona sığınması nəticəsində hökumətlə arası pozulmuşdu.Bölgə istər coğrafi qurluşuna görə, istərsə mərkəzdən uzaqlığına görə mərkəzi hakimiyyətin tam qurula bilmədiyi və feodal əlaqələrinin güclü olduğu quruluşda idi. Bu baxımdan Osmanlı dövründə bölgədə bir çox qiyam baş vermişdir. Bölgədəki Dersim qiyamları adlanan qiyamlar arasında Osmanlı dövründəki son üsyan 1916-cı ildə Birinci dünya müharibəsi dövründə baş vermişdi. Dövrün daxili işlər nazirlərindən biri Şükrü Kaya, 1876-cı ildən bəri bölgədə 11 hərbi əməliyyat həyata keçirildiyini;Bölge gerek coğrafi yapısı, gerekse merkeze uzaklığı nedeniyle merkezî otoritenin tam sağlanamadığı, ağalık tarzı feodal bağların kuvvetli olduğu bir yapıdaydı.