Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sepidərə-i Dərmə (Sərdəşt)
Sepidərə-i Dərmə (fars. سپيداره دارمه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 152 nəfər yaşayır (28 ailə).
Dərməkun (Sərdəşt)
Dərməkun (fars. دارمكون‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (58 ailə).
Dərməndər
Dharmendra (əsl adı Dharam Sinqh Deol , ing. Dharam Singh Deol; doğ. 8 dekabr 1935, Paqhvara, Pəncab, Hindistan) — hind aktyoru, prodüsseri və siyasətçisi. == Həyatı == Dərməndər 8 dekabr 1935-ci ildə Hindistanın Pəncab əyalətinin Paqhvara şəhərində doğulub. Mühafizəkar bir ailədə dünyaya gəldiyindən kinoya çəkilməyi ancaq arzulaya bilərdi.
Dərmərcan (Sərdəşt)
Dərmərcan (fars. دارمرجان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (76 ailə).
Dərməzür
Dərməzür — Qafan rayonunda Azərbaycanlı kəndi. 44 nəfər əhali yaşamışdır.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər.Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Durmə (Qürvə)
Durmə (fars. درمه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Dəlmə bağları
Dəlmə bağları — İrəvan şəhərində vaxtı ilə yerləşən .Bağ. Təpəbaşı hissəsinə aid Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi qeyd edilir. 7 mart 1902-ci ildə Cəlil Məmmədquluzadə "Dəlmə bağları" haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərmişdir. Dəlmə-İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə suvarılan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevər yerli tatarlar (azərbaycanlılar) salmışdır. Dəlmə bağları ərazisində XVI-XVII əsrlərin şərab anbarı olmuşdur. == 1918-1920 == İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən: -Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar.
Dəlmə nekropolu
Dəlmə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə. Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir.Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir.Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir. Qurbangahlar da qəbrə bu tərəfdən işlənmişdir. Qəbirlərin kameralarının ölçüləri müxtəlifdir (0,7-0,9 x 1,3 x 1,5 m).
Dəlmə qalası
Dəlmə qalası — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Sabirkəndin yaxınlığında, Dəlmə nekropolundan 700-750 metr qərbdə, dağın zirvəsində arxeoloji abidə. Qalanın şərq divarının eni 2 metrə qədərdir. Bir neçə keramika fraqmentlərindən başqa yerüstü materiala demək olar ki, rast gəlinmir. Coğrafi mövqeyini əsas götürdükdə, qala sanki gizlədilmişdir. Qaladan qısa müddətdə, ən çoxu bir əsr istifadə olunmuşdur. Bir təbəqəli abidədir. nekropolun ölçüləri və quruluşu da qalaya uyğundur. Qalanın yerləşdiyi dağın cənub ətəklərində iki dairəvi plana malik kürənin qalıqları vardır. Tədqiqat işləri aparılma dığından kürələrin təyinatı haqqında müəyyən bir fikir söyləmək çətindir. Lakin onların qala ilə əlaqədar olduğu şübhəsizdir.
Dərnə döyüşü
Dərnə döyüşü — 5 oktyabr 1911-ci il və 18 oktyabr 1912-ci il tarixlərində Tripoli müharibəsi əsnasında Dərnəyi ələ keçirmək istəyən italyanlar arasında gedən döyüş. == Döyüşün gedişatı == İtalyan qoşunları 1 oktyabr 1911-ci ildə Tripolinin mühasirəsini elan etdikdən üç gün sonra şəhərə daxil olduqda, bir qrup italyan ilk donanması Birliyin önünə gələndə şəhər ağsaqqalları bir heyət göndərdi və admiraldan şəhəri bombalamamasını istədi. Admiral Presbitero, şəhərdəki Osmanlı qüvvələrinin təslim olduqları və Osmanlı qüvvələrinin təslim olmaq şərtilə bombardmanlardan imtina edəcəyini açıqlamışdı.Komandir Mustafa Kamal Atatürk 8 dekabr 1911-ci ildə Misir və Tunis vasitəsilə bir qrup könüllü zabitlə gizli şəkildə Liviyaya gəldi. Dekabrın 22-də o, komandanlığı altında könüllü hərbçilərlə birlikdə Tobruk döyüşündə italyan qoşunlarını məğlub etdi. Dənizə püskürən italyanlar, çimərlikdə lövbərlənmiş hərbi artilleriya dəstəyi sayəsində quruda qalmağı bacardılar. Liviyada ilk dəfə olaraq, İtaliya ordusu müharibədə kəşf və hava-yer hücumu üçün təyyarələrdən istifadə etdi. Baş qərargah rəisi vəzifəsinə irəli çəkilən Mustafa Kamal 16 yanvar 1912-ci ildə təyyarədən atılan bomba ilə sol gözündən yaralanmışdır. Bir ay xəstəxanada müalicə olunmasına baxmayaraq bomba yarası Mustafa Kamalın gözünə qalıcı ziyan vurdu. İtalyan qoşunları Sunini partizanlarının əksəriyyətinə qarşı müvəffəq ola bilmədi və hərbi artilleriya atəşi ilə qorunan sahil ərazisindən kənara çıxa bilmədi. == Döyüşün sonu == Osmanlı İmperiyası İtaliya ilə Barışıq Sazişini imzaladıqda, Derne italyanlara təhvil verildi.
Gərmə şəhristanı
Gərmə şəhristanı- İranın Şimali Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Gərmə şəhəridir.
Antesedent dərə
Antesedent dərə (rus. антецедентная долина, ing. antecedent valley) — qalxmaqda olan və dərənin özünə görə cavan dağ silsiləsini, yaxud yüksəkliyi uzanmna istiqamətinə köndələn kəsən dərə. Antesedent dərənin əmələ gəlməsi o zaman mümkündür ki, çay istiqamətini dəyişmədən qalxmanı kəsməyə dərə hər iki tərəfi açıq dar dərə görkəminə malikdir.
Asılı dərə
Asılı dərə - 1) dibi əsas dərənin dibi ilə bir səviyyədə birləməyib, ondan bir qədər yüksəkdə qurtaran, yan dərə; 2) dənizin sıldırımlı sahilində dəniz səviyyəsindən bir qədər yüksəkdə birdən qurtaran dərə. Dənizin abrazisiyaı nəticəsində yaranır.
Dərə (Basarkeçər)
Pəmbək— İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər rayonunda kənd. == Tarixi == Pəmbək rayon mərkəzindən 22 km şimal-şərqdə yerləşir. Həmin ərazi vaxtilə Səmədağaya mənsub olmuş və burada salınan kənd «Səmədağa Dərəsi» adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent «Səmədağa» ixtisar edilmiş və kənd Dərə kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində «iki dağ arasında, eləcə də düzənlikdə uzun dərin çuxur» mənasında işlənən dərə sözü (10, s.74) əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi adlandırılmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Daranak qoyulmuşdur. == Coğrafiyası və iqlimi == Səməd ağa dərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd olmuşdur.
Dərə (dəqiqləşdirmə)
Dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir.Yaşayış məntəqələri Dərə (Basarkeçər) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Dərə Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.
Dərə Gilətağ
Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.
Dərə Səbz
Dərə Səbz (fars. دره سبز‎; azərb. Qurd Dəliyi‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 40 ailədə 57 nəfəri kişilər və 69 nəfəri qadınlar olmaqla cəmi 126 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Əhalisinin sayı 36 nəfərdir.
Dərə hamamı
Dərə hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Hazırda yararsız haldadır.Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir. == Haqqında == 1870-ci illərdə sahibkar Məmmədnəbi 6 metr dərinlikdə torpağı qazdıraraq Dərə hamamını tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir. Hər salon yuxarıdan günbəzlə örtülüb.
Fövqəladə dərə
Fövqəladə dərə – obyektin insana oxşarlıq dərəcəsi ilə bu cür obyektə qarşı emosional cavab arasında əlaqə quran hipotez. == Etimologiya == Termin ilk dəfə Yaponiya robototexnika professoru Masahiro Mori tərəfindən "Bukimi no Tani Genshō" (不 気味の谷現象) adlı məqalədə işlədilmişdir. Mori bu fikri inkişaf etdirərkən Ernst Yentşin 1906-cı ildə yazdığı "Fövqəladəliyin psixologiyası" və Ziqmund Freydin 1919-cu ildə yazdığı "Fövqəladəlik" məqalələrindən istifadə etmişdir. == Hipotez == Hipotezdə adı çəkilən dərə robotun insana bənzərlik dərəcəsi ilə insanın bu robota verdiyi reaksiya arasındakı əlaqəni göstərir. (bkz. Şekil 1). Ümumi şəkildə, robotun xarici görünüşü və davranışları insanınkinə yaxınlaşdıqca müşahidəçi insanın robota qarşı göstərdiyi emosional reaksiya müsbət şəkildə artır. Lakin robotu sadalanan əlamətlərə yaxınlaşdırdıqca elə bir nöqtəyə çatırıq ki, bu reaksiya qəfildən müsbətdən mənfiyə çevrilir. Əgər həmin nöqtə aşılsa vvə robota insan xüsusiyyətləri əlavə edilməyə davam edilsə, müşahidəçinin gözündə "az qala insan"la "tamamilə insan" arasındakı fərqlər yox olar və hipotezdə adı çəkilən "fövqəladəlik" hissi ortadan qalxar.
Köndələn dərə
Köndələn dərə-(rus. поперечная долина, ing. transverse valley) qırışıq srukturaların uzanma istiqamətini düz və əyri bucaq altında kəsən, çay dərəsi. Eroziyaya qarşı davamlı süxurların növbələşdiyi sahələrdə köndələn dərələr bərk süxurlarda daralır, boş süxurlarda genişlənir. K. d. uzununa profili adətən pilləli olur. K. d. su anbarları və su elektrik stansiyalarının tikilməsi üçün əlverişlidir.
Monoklinal dərə
== Monoklinal dərə == Monoklinal dərə-monoklinal tektonik strukturda formalaşmış uzununa çay dərəsinə deyilir. Eninə kəsilişdə monoklinal dərə assimetrik olub, layların düşmə istiqamətinin bir yamacda dərəyə, o biri yamacda isə əks istiqamətli olması ilə xarakterizə olunur.
Neytral dərə
== Neytral dərə == Neytral dərə (lat. neuter-nə o, nə bu)-ərazinin tektonik strukturundan asılı olmayaraq istənilən istiqamətdə uzanmış dərəyə deyilir.
Resekvent dərə
Resekvent də­rə- (rus. ресеквентная долина, ing. resequent valley, secon­dary consequent valley ) konsekvent çayın ikinci də­rəcəli qolunun dərəsi olub, onun axım istiqamətini təkrarlayır və adə­tən süxur laylarının yatı­mı­na uyğun gəlir.
Obsekvent dərə
== Obsekvent dərə == Obsekvent dərə (lat, obsequens-geri çəkilən)-əsas çayın axdığı istiqamətin əksinə axan çay qollarının dərələrinə deyilir.
Poxlu dərə
Poxlu dərə — Bakının Şimal-Şərq tərəfində, Qanlı təpənin ətəyindəki, indiki Təzə Bazarın yerləşdiyi dərə. == Adının mənşəyi == XIX əsrin ortalarınadək, yəni Bakıda kanalizasiya düzələnədək həyətlərin nəcisləri xüsusi arabalarla gecə vaxtı daşınaraq, şəhər xaricinə çıxarılırdı. Bu məxsusi arabalar iri ağızları olan dəmir və taxta çəlləklər düzəldilirdi. Həmin zamanlarda şəhərdə yüzə qədər belə araba var idi. Arabaçılar öz yüklərini adətən şəhərdən çox kənarda olan indiki Təzə Bazarın yerləşdiyi dərəyə boşaldırdılar. Yayın isti aylarında üfunətdən bu ərazidən keçmək mümkün deyildi. Elə həmin vaxtdan da bu dərə "Poxlu dərə" adlanır.Həmin dövrlərdə bu yerlər şəhərin kənarı idi. Lakin sonralar şəhər böyüdükcə nəcis daha uzağa daşınırdı. Bundan sonra bu ərazidə şəhərin kasıb və imkansız təbəqəsindən olan sakinləri məskunlaşmışdır. == Mart soyqırımı == Mart soyqırımı zamanı bu ərazidə çox az adam sağ qalmışdı.
Yarımaçıq dərə
Yarımaçıq dərə – (rus. полуоткрытая долина, ing. half open valley) yamacların aşağı hissəsi birləşən, yuxarı hissədə başqa dərəyə keçən dərə.
Yaşıl Dərə
Yaşıl Dərə və ya Yaşıldərə — Sumqayıt şəhəri periferiyasında yerləşən gecəqondu və bağlardan ibarət yaşayış massivi. Yaşayış massivi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır. Şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları əhatələnən massivdə ilk məskunlaşmalar 90-cı illərdən başlasa da, tikinti bumu əsasən 2000-ci illərin ortalarından etibarən intensivləşib. Hal-hazırda massiv Sumqayıt şəhər əhalisinin mənzil tələbatını qarşılayan əsas ərazilərdən biridir. 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Abano-Terme
Abano-Terme — İtaliyada Venesiya əyalətinin Padua bölgəsində balneoloji bir kurort şəhərciyi. Paduadan 8 km cənub-qərbdə yerləşir. Əhalisi — 19,2 min nəfər. (2007). Sahəsi 21 km². 10 avqustda yad olunan Müqəddəs Lavrentiy kommunanın himayədarı sayılır. == Tarixi == Abano termlərindən Klavdiy Klavdianın əsərində bəhs olunur. Romalılar burada Aponium (Aqua-Patavinorum) yaşayış məskənini qurdular . Ostqotlar kralı Theodorixin bir məktubunda termlərin təsviri yer alır. Termlər VI əsrdə lombardlar tərəfindən məhv edilmişdir və 12-ci əsrdə Abano Bagni muxtar bir kommunaya çevrildiyi zaman bərpa edildi.
Hermə (Soyuqbulaq)
Hermə (fars. هرمه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (8 ailə).
Lametsiya Terme
Lametsiya Terme (it. Lamezia Terme) — İtaliyanın Kalabriya regionunda şəhər.
Dieqo Demme
Dieqo Demme (21 noyabr 1991, Herford[d], Şimali Reyn-Vestfaliya) — Almaniyalı peşəkar futbolçu. "Napoli" klubunun və Almaniya milli futbol komandasının müdafiəçisi. == Həyatı == Almaniyanın Herford şəhərində anadan olan Demme italyan əsillidir. Onun atası italyan və anası isə almandır. Demmenin atası Dieqo Maradonanın böyük pərəstişkarı olduğu üçun oğluna onun adını qoyub. Amma Dieqo Demmanın uşaqlıqdan ən çox sevdiyi futbolçu Cennaro Qattuzodur. İtalyan atasına görə onun İtaliya pasportu var. == Karyerası == Demme karyerasına Hiddenhauzendəki uşaq futbol məktəbində başlayıb. Gələcəkdə o, 2004-cü ildə "Arminia Bielefeld" klubunun futbol akademiyasına keçənə qədər daha bir neçə futbol bölməsini dəyişdi. 4 dekabr 2010-cu ildə Dieqo peşəkar səviyyədə ilk matçını ikinci Bundesliqada "Greuther" klubuna qarşı keçirdir.
Xudafərin-dərdi dərin (film, 1990)
== Məzmun == Kinolent Azərbaycan memarlığının nadir nümunəsi olan Xudafərin körpülərinə həsr olunmuşdur. Filmdə Azərbaycanı İranla bağlayan bu körpülərin dağılmaq təhlükəsindən danışılır və qeyd olunur ki, vaxtilə bu körpülər sərhəd yaxınlığında ticarətin inkişafına, dostluğun möhkəmlənməsinə xidmət etmişdir. == Film haqqında == Film Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vaqif Azəryar Ssenari müəllifi: Cəfər Qiyasi Operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.