Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Virtual reallıq
Virtual reallıq (ing. virtual reality) — tamaşaçını ekran arxasındakı xəyali dünyaya aparmaq məqsədilə vizual və səs effektlərini təmin edən kompüter sistemləridir. İstifadəçi kompüterin işıqlandırdığı və reallıq təəssüratı yaradan təsvir və səslərlə əhatə olunur. İstifadəçi süni aləmlə qarşılıqlı təsirini müxtəlif seanslar vasitəsilə: onun hərəkətlərini, hiss və audiovizual effektlərini əlaqələndirən dəbilqə və əlcəklər vasitəsilə həyata keçirir. Virtual reallıqda gələçək tədqiqatlar müşahidəçinin reallığı hiss etməsinə istiqamətləndirilmişdir. Abstrakt götürdükdə o istifadəçinin təxəyyülündə yaranan xəyali dünyadır. == Mənbə == А. Россохин, В. Измагурова. Виртуальное счастье или виртуальная зависимость // Россохин А.В., Измагурова В.Л. Личность в измененных состояниях сознания. М.: Смысл, 2004, с. 516–523 Myron W. Krueger, Artificial Reality (1983), Artificial Reality II (1991) Wellner, P., Mackay, W. & Gold, R. Eds.
Krallıq
Krallıq — başqa sözlə monarxiya. Hökumət klassik formaları əsas xüsusiyyətləri aşağıdakılardır: dövlət yeganə rəhbəri mövcudluğu, həyat üçün öz gücü (Kral Kral, imperatoru Şah) zövq; adətən (xüsusi və ya qanun kimi) ali hakimiyyəti vərəsəlik qaydasında miras; hökmdarın xalqın birliyini təcəssüm etdirir, ənənə tarixi sürəkliliyi, beynəlxalq aləmdə dövlət təmsil edir; countersignature İnstitutunun vurğulayır olan hökmdarı hüquqi toxunulmazlıq və müstəqillik.Bir çox hallarda, dövlətlər ənənəvi monarxist sayılır ki, sadalanan meyarlara cavab vermir. Bundan əlavə, monarxiya və respublika ayırmaq üçün çətin, bəzi hallarda. Roma və Principate dövrü kimi elective monarxiya, Birliyinin respublika müəssisələrinin bölüşdürülməmiş. Imperator, orijinal — Respublika fövqəladə magistratura və adın özü Birliyinin sözü "respublika" kimi tərcümə olunur. Monarxiya növləri Həcmi məhdudiyyətlər baxımından Mütləq monarxiya — hükümdarın sınırsız güc kəsb edən monarxiya. Mütləq monarxiya mümkün mövcud hakimiyyəti hökmdarı tam məsuliyyət və xalqın iradəsini bir məsləhət orqanı (indiki Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Qatar) maksimum tərəfindən formal olaraq ifadə edilə bilər. Konstitusiya monarxiya — hükümdarın hakimiyyəti Konstitusiya, bir yazılmayan qanun və ya ənənə məhdudlaşır bir monarxiya. Konstitusiya monarxiya iki forma var: iki monarxiya (.. Avstriya-Macarıstan imperiyası 1867–1918 gün, Yaponiya, 1889–1945 gün, Monako və Lixtenşteyn də, Morocco, İordaniya, Küveyt, və bəzi rezervasyonları ilə indi də var) və parlament monarxiya (hal-hazırda Böyük Britaniya, Danimarka, İsveç).
Birləşmiş Krallıq
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Bohemiya (krallıq)
Bohemiya — Çexiyada vilayət, qədim krallıq. == Tarixi == Eramızın IV əsrində, hələ çex xalqının təşəkkül tapmadığı bir dövrdə Asiyadan gəlmiş köçəri hunların qədim çex torpağı olan Bohemiyaya yürüşü bu mənada mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, hunlar öz yürüşü ilə bütün Avropanın xəritəsini dəyişdirmişlər. A. N. Veselovskiyə görə, bütün tarix "Vermittelung der Gegensatze" ("qarşıdurma vasitəsidir"), çünki daim mübarizə şəraitində keçmişdir. Bəzi araşdırmalara görə, IV əsrin axırlarında Şərqi Avropa çöllərindəki hunların etnik tərkibi əsasən dil baxımdan bir-birinə yaxın olan iki müxtəlif qrupdan – protobulqar və qədim türk tayfalarından ibarət olmuşdur. Hunlar 374-cü ildən başlayaraq 469-cu ilə qədər Avropada imperatorluq etmişlər. Məhz həmin dövrə təsadüf edən Xalqların Böyük Köçü də birbaşa hunların Avropaya yürüşü ilə bağlıdır. Cənub-Şərqi Avropada hunlar haqqında məlumatlara eramızın I minilliyinin I yarısına aid latın və yunan mənbələrində, xüsusən, Klavdi Ptolemeyin, Ammian Marsellinin, Menandrın və Fiofilakt Simokattanın əsərlərində rast gəlinir. Hunların yürüşü Avropanın barbar tayfalarını da hərəkətə gətirdi. Belə ki, bu dövrdə onların hücumu ilə Qara dəniz ətrafı vilayətlərdə hökmranlıq edən ostqotlar və vestqotlar darmadağın edilərək qərbə tərəf çəkilməyə məcbur oldular.
Krallıq Prussiyası
Krallıq Prussiyası (pol: Prusy Królewskie; alm: Königlich-Preußen) və ya Polşa Prussiyası (Polyakca: Prusy Polskie; Almanca: Polnisch-Preußen), Polşa krallığının regionlarından biri olmuşdur. Mərkəzi Köniqsberq şəhəri olmuşdur.
Krallıq donanması
Krallıq donanması (ing. Royal Navy) — Böyük Britaniyada hərbi təşkilatlanmanın dənizçilik qoludur. Vəzifəsi dənizlərdə beynəlxalq təhlükəsizliyi, ticarəti qorumaq, beynəlxalq müqavilələrə əməl etməkdir.
Krallıq yolu
Krallıq yolu — e.ə. V əsrdə İran şahı I Dara tərəfindən salınmış yol. Herodotun əsərlərindən məlumdur. İran imperiyası süquta uğradıqdan və Selevkilər dövləti yarandıqdan sonra da yolun bir hissəsi kral sülaləsinin padşahları və qoşunları tərəfindən istifadə olunmağa davam etmişdir. Sarddan o zamanlar imperiyanın mühüm limanı olan Efesə gedən yolun bir hissəsini məhz onlar çəkmişdir. Daha sonra qismən Roma Respublikası və imperiyası, daha sonra Bizans imperiyası dövründə istifadə edilmişdir. Suzdan Sarda qədər uzanan krallıq yolunun uzunluğu təxminən 3,400 kilometr (2,100 mil) idi.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Saksoniya (krallıq)
Saksoniya krallığı (alm. Königreich Sachsen‎); bəzən Saksen — Almaniya İmperiyası tərkibində 1806-1918-ci illərdə mövcud olmuş dövlət. == Tarixi == 1806-cı ildən əvvəl Saksoniya Müqəddəs Roma İmperiyasının bir hissəsi idi. Napoleon Bonapart 1806-cı ildə ələ keçirdiyi Saksoniyanı bir krallıq halına gətirdi. Saksonya krallığı Napoleon devrilənə qədər onun ən yaxın mütffəqi oldu. Napoleondan sonra Saksoniya torpaqları qalib dövlətlər toplanan Vyana konqresində (1814-15) 40%-i Prussiyaya verildi. Krallığın geri qalan bölümü 1815-ci ildə Alman konfederasiyasına qoşuldu. 1817-ci ildə isə yeni Almaniya imperiyası tərkibinə qoşuldu. Almaniya I Dünya müharibəsində məğlub olandan sonra krallıq da ləğv olundu. == Hakimiyyət == 1831-ci il konstitusiyasına əsasən Saksoniya krallığı konstitusiyalı monarxiya idi.
Vitse krallıq
Vitse-Krallıq ( «Vits-kral» : «kralın nümayəndəsi», «vitse-prezident» və ya «vitse-admiral») — Koloniya idarə sistemi, hansı ki onu vitse kral idarə edir. Qeyri-məhdud hakimiyyətə malik olaraq monarxın həmin yerdəki nümayəndəsi. Vitse kral vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Birləşmiş Krallıq azərbaycanlıları
Böyük Britaniya azərbaycanlıları (ing. British Azerbaijani) — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Böyük Britaniyada yaşayan hissəsinin adı. Əsasən Böyük Britaniyanın London, Mançester, Aberdin, Qlazqo, Liverpul, Nyukasl, Birminhem və Edinburq şəhərlərində yaşayırlar. == Tarixi == === Birinci mühacirət dalğası === Azərbaycanlı İrandan Britaniyaya mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhbərliyi altında yaşamaq istəməyənlər olmuşlar. === İkinci mühacirət dalğası === İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər. === Üçüncü mühacirət dalğası === SSRİnin parçalanması və Qarabağ müharibəsindən azərbaycanlıların bir qismi Britaniyaya mühacirət etmişlər.2014-ci ilin mayın 22-də, İngiltərədə keçirilən yerli seçkilərin nəticələrinə görə Londonda Murad Həsənli Vestminster bələdiyyəsindəki Çörçill seçki dairəsində Leyboristlər Partiyasından bələdiyyə seçilmişdir. == Coğrafi yerləşdirilmə == Ən çox azərbaycanlılar Londonda, İngiltərənin böyük şəhərlərinə və Midlends regionuna yerləşdirilib. 2011-ci ilin Britaniyanın əhalinin siyahıya alınmasına görə, Böyük Britaniyada 6220 Azərbaycanda doğulmuş insan var, bunların 150-si Şotlandiyada yaşayır. == Mədəniyyət == 2008-ci ildən, Londonda “Azərbaycan Evi” adlı Mədəniyyət və Dostluq Mərkəzi fəaliyyət göstərir.
Birləşmiş Krallıq bayrağı
Birləşmiş Krallıq bayrağı — Birləşmiş Krallığın dövlət bayrağı. Yunion Cek adlanır. Şotlandiya, Şimali İrlandiya və İngiltərənin bayraqlarının birləşməsindən Birləşmiş Krallıq bayrağı yaranıb. == Tarixi == Bu bayrağın tarixi 1603-cü il İngiltərə və Şotlandiyanın birləşməsindən başlayıb. İlk ortaq bayraq belə yaranıb: ağ fonda qırmızı xaç olan Müqəddəs Georqinin ingilis bayrağı və göy fonda ağ diaqonal xaç olan Müqəddəs Andreyin şotland bayrağı. 1801-ci ildə isə ölkəyə İrlandiya və onun ağ fonda qırmızı xaç olan Müqəddəs Patrik bayrağı da qoşulub. Beləcə indiki Birləşmiş Krallıq bayrağı yaranıb.
Birləşmiş Krallıq şəhərləri
== Həmçinin bax ==
Polşa Krallıq Ordusu
Polşa Krallıq Ordusu (pol. Polska Siła Zbrojna) və ya Polşa Vermaxtı (alm. Polnische Wehrmacht‎) — Polşa Legionunun komandanı olan Yozef Pilsudskinin Almaniya İmperiyasına bağlılıq andı içməkdən imtina etməsindən sonra yaradılan və almanlar tərəfindən Polşa Vermaxtı olaraq alçaldıcı adla çağırılan hərbi birlik. Polşa Krallıq Ordusu Almaniya tərəfindən hazırlanmış Orta Avropa planına görə yaradılmalı olan kukla Polşa krallığının hərbi birliyi olaraq düşünülmüşdür. Birliklərin toplanması zamanı əldə olunan say nəticəsi aşağı olsa da toplanmış qüvvələr alman ordularının komandanlığına verildi. Hərbi birliyin Baş komandanlığı vəzifəsinə general qubernator Hans Hartviq fon Beseler təyin olunsa da, bu vəzifəni faktiki olaraq təlim qüvvələrinin rəhbəri olan Feliks fon Bart həyata keçirirdi.5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa Krallığının yaradılmasından sonra 10 aprel 1917-cı ildə hərbi birliklər yaradıldı. Birliklərin formalaşmasında istifadə olunan əsas qüvvələr keçmiş Polşa Legionuna bağlı olan birliklər idi. 1917-ci ilin iyul ayında baş verən And böhranından sonra Polşa Legionuna bağlı olan əsgərlərin 1/4-i Almaniya İmperatoru II Vilhelmə sədaqət andı içməkdən imtina edir. Ümumilikdə 70 min nəfərlik hərbi qüvvənin 50 min nəfəri imperatora bağlılıq göstərdi və daha sonra bu qüvvələr əsasında Polşa Vermaxtı formalaşdırıldı. 19 oktyabr 1918-ci ildə birliklərin komandanlığı Polşa Tənzimləmə Şurasına verildi və müstəqilliyini əldə edən ölkə öz ordusunu bu qüvvələr əsasında formalaşdırdı.
Polşa Krallıq Ordusunun
Polşa Krallıq Ordusu (pol. Polska Siła Zbrojna) və ya Polşa Vermaxtı (alm. Polnische Wehrmacht‎) — Polşa Legionunun komandanı olan Yozef Pilsudskinin Almaniya İmperiyasına bağlılıq andı içməkdən imtina etməsindən sonra yaradılan və almanlar tərəfindən Polşa Vermaxtı olaraq alçaldıcı adla çağırılan hərbi birlik. Polşa Krallıq Ordusu Almaniya tərəfindən hazırlanmış Orta Avropa planına görə yaradılmalı olan kukla Polşa krallığının hərbi birliyi olaraq düşünülmüşdür. Birliklərin toplanması zamanı əldə olunan say nəticəsi aşağı olsa da toplanmış qüvvələr alman ordularının komandanlığına verildi. Hərbi birliyin Baş komandanlığı vəzifəsinə general qubernator Hans Hartviq fon Beseler təyin olunsa da, bu vəzifəni faktiki olaraq təlim qüvvələrinin rəhbəri olan Feliks fon Bart həyata keçirirdi.5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa Krallığının yaradılmasından sonra 10 aprel 1917-cı ildə hərbi birliklər yaradıldı. Birliklərin formalaşmasında istifadə olunan əsas qüvvələr keçmiş Polşa Legionuna bağlı olan birliklər idi. 1917-ci ilin iyul ayında baş verən And böhranından sonra Polşa Legionuna bağlı olan əsgərlərin 1/4-i Almaniya İmperatoru II Vilhelmə sədaqət andı içməkdən imtina edir. Ümumilikdə 70 min nəfərlik hərbi qüvvənin 50 min nəfəri imperatora bağlılıq göstərdi və daha sonra bu qüvvələr əsasında Polşa Vermaxtı formalaşdırıldı. 19 oktyabr 1918-ci ildə birliklərin komandanlığı Polşa Tənzimləmə Şurasına verildi və müstəqilliyini əldə edən ölkə öz ordusunu bu qüvvələr əsasında formalaşdırdı.
Qaranlıq Krallıq (dəqiqləşdirmə)
Qaranlıq Krallıq "Seylor Mun" mediafranşizində düşmən qrupdur. Qaranlıq Krallıq bu mənaları da verə bilər: Qaranlıq Krallıq arkı — "Seylor Mun"un ilk arkı. Qaranlıq Krallıq: Əjdaha kralı — 2004-cü il istehsalı Almaniya filmi və miniseriya. Untold Legends: Dark Kingdom — 2006-cı il istehsalı videooyun.
Sürgün və krallıq
Sürgün və krallıq (fr.
Beatris (Birləşmiş Krallıq şahzadəsi)
Şahzadə Beatris (ing. Princess Beatrice; 14 aprel 1857[…], Vestminster borosu, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 26 oktyabr 1944) — Böyük Britaniya və İrlandiya şahzadəsi Beatrice Mary Victoria Feodore — "VA" (Kraliça Viktoriya tərəfindən bağışlanan şəxsi ailə nişanı, V=Viktoriya,A=Albert) (14 aprel 1857[…], Vestminster borosu, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 26 oktyabr 1944) Britaniya şahzadəsidir. O, həm də hazırda hakimiyyətdə olan İspaniya kralı Xuan Karlosun ulu nənəsidir. == Həyatı == O, Britaniya Kraliçası Viktoriya və onun əri Albert von Sachsen-Coburg und Gothanın doqquzuncu və ən kiçik övladı olaraq dünyaya gəlib. 1873-cü ildə Beatrice Fransanın imperator şahzadəsi və o zamankı imperator III oldu. O, Napoleon və həyat yoldaşı Eugénie de Montijo'nun oğlu Napoleon Eugéne Louis Bonaparte (1856–1879) ilə tanış oldu. Kraliça Viktoriya qızını ömrünün sonuna qədər yanında saxlamaq istədiyi üçün aralarında heç bir birləşmə olmadı. 1874-cü ildə Beatrice anası və baş naziri Benjamin Disraeli-dən təşəbbüs mərasimlərində iştirak etmək üçün icazə aldı. 1884-cü ilin aprelində 27 yaşında Beatrice anası və böyük bacısı Böyük Düşes Alisin böyük qızı olan qardaşı qızı Viktoriyanın toyunda iştirak etmək üçün Almaniyanın Hessen əyalətinin Darmstadt şəhərinə getdi. Gələcək bəy şahzadət Aleksandr fon Darmştad və həyat yoldaşı Culiya Tereza fon Haukenin böyük oğlu Lui fon Battenberq idi.
Birləşmiş Krallıq universitetlərinin siyahısı
Birləşmiş Krallıq universitetlərinin siyahısı ― Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hüdudları daxilində fəaliyyət göstərən və bir sıra göstəricilər üzrə müxtəlif kateqoriyalarda səciyyələnən ali təhsil müəssisələrinin siyahısı. Birləşmiş Krallıqdakı universitetlərin fəaliyyətə başlaması ümumən kral imtiyaznaməsi, Roma papasının rəsmi razılığı, 1992-ci ildə qəbul olunmuş "Əlavə və ali təhsil qanunu", o cümlədən 2017-ci ildə qəbul olunmuş "Ali Təhsil və araşdırma qanunu" çərçivəsində mümkün olmuşdur. Elmi dərəcələrin verilməsi və rəsmən "universitet" adının istifadəsi kimi səlahiyyətlər mərkəzi qanunla tənzimlənsə də, Birləşmiş Krallığın hüdudları daxilindəki subyektlərin sözügedən dərəcə və adın verilməsi üçün spesifik tələbləri də mövcuddur. İndiki Birləşmiş Krallıq ərazisində ilk universitetin əsası XI-XII əsrlərdə İngiltərədə Oksford Universitetinin qurulması ilə qoyulmuşdur. Ardınca, Oksford Universitetini tərk etmiş bir sıra elm xadimləri 1209-cu ildə Kembric Universitetini formalaşdırmışlar. Sonrakı dövrlərdə, Şotlandiyada Sent-Endryus (1413), Qlazqo (1451), Aberdin (1495) və Edinburq (1582) Universitetləri, İrlandiyada isə Dublin Universiteti (1592) təşəkkül tapmışdır. Diplom vermə səlahiyyətləri olan qurumlar bir növ dövlət tərəfindən akkreditasiya olunduğu üçün "tanınan orqanlar" adlanır. Sözügedən siyahıya bütün universitetlər, universitet kollecləri, London Universitetinin subyektləri və digər statuslu ali təhsil müəssisələri daxildir. Birləşmiş Krallıqda fəaliyyət göstərən demək olar ki, bütün ali təhsil qurumlarında bakalavriat dərəcəsi üzrə tələbə müraciətləri "Universitetlər və Kolleclərə Qəbul Xidməti" (ing. UCAS) tərəfindən idarə olunur.
Birləşmiş Krallıq–Ermənistan münasibətləri
Böyük Britaniya—Ermənistan münasibətləri — Böyük Britaniya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Böyük Britaniya Ermənistanıın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyır. Avropadakı ilk Ermənistan səfirliyi 1992-ci ilin oktyabrında Londonda açıldı. 1995-ci ildən bəri İngiltərənin İrəvanda səfirliyi fəaliyyət göstərir. Hər iki ölkə tərəfdaşlıq və dostluq münasibətləri saxlayır. == Tarix == İngilis siyasəti 1910-cu illərdə Rusiyanın Ermənistana nəzarətinə qarşı çıxırdı və Osmanlı İmperiyasını ermənilərə qarşı münasibətini yaxşılaşdırmağa sövq edirdi. Birinci Dünya Müharibəsi başlayanda Böyük Britaniya türklərlə mübarizə aparmaq üçün bir erməni legionu qurmaq fikrini rədd etdi. Bunun əvəzinə Kiprdə döyüşən Fransız komandanlığı altındakı Erməni legionunu dəstəklədi. == İki ölkə arasında qarşılıqlı dövlət səfərləri == Ermənistanla Böyük Britaniya arasında müxtəlif dövlət səfərləri olmuşdur. Bunlardan ən sonuncusu Böyük Britaniyanın Avropa üzrə Dövlət Naziri David Lidinqtonun İrəvana səfəri olur.
Birləşmiş Krallıq–Qazaxıstan münasibətləri
Qazaxıstan–Böyük Britaniya münasibətləri – iki ölkə arasında ilk münasibətlər 19 yanvar 1992-ci ildə qurulmuşdur. Böyük Britaniya Qazaxıstanda öz səfirliyini 1992-ci ilin oktyabrında, Qazaxıstan isə Böyük Britaniyadakı səfirliyini 1996-cı ilin fevralında açmışdır. Son on illiklər zamanı Qazaxıstanla Qərb ölkələri arasında münasibətlər olduqca yaxşı yöndə inkişaf etməkdədir. Bu onun terrorizmə qarşı mübarizədə göstərdiyi mövqe ilə əlaqədardır. Böyük Britaniya Qazaxıstanda olan xarici investorlar arasında 3-cü ölkədir. Ümumi xarici yatırımların həcmi 14 % təşkil edir. Böyük Britaniyaya məxsus 100-dən artıq şirkətin Qazaxıstanda biznesi vardırВАЕ Systems «Air Astana» şirkətində 49 % səhmə sahibdir. == Qazaxıstan–Böyük Britaniya strateji dialoqu == Qazaxıstan-Böyük Britaniya strateji dialoqu qarşılıqlı siyasi dialoq və əməkdaşlıq üçün bir platformadır. Ona hər iki ölkənin xarici işlər naziri başçılıq edir. == İqtisadi əlaqələr və ticarət == Britanitya investorları və şirkətləri Qazaxıstan iqtisadiyyatına 1991-ci ildən 25 milyard dollar investisiya qoymuşdur.
Birləşmiş Krallıq–Qırğızıstan münasibətləri
Birləşmiş Krallıq–Qırğızıstan münasibətləri — Qırğızıstan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli əlaqələr. == Tarixi == Birləşmiş Krallıq 20 yanvar 1992-ci ildə Qırğızıstanın müstəqilliyini tanıdı, diplomatik əlaqələr həmin il 12 iyun tarixində quruldu. Qırğızıstanın Birləşmiş Krallıqda ilk səfiri 1997-ci ilin sentyabrında gəldi. Qırğızıstan səfirliyi Londonun Marilebon rayonundakı Ascot House binasında yerləşir. 1992–2012-ci illərdə Britaniyanın Qazaxıstandakı səfiri Qırğızıstanda da akkreditə olunmuşdur. Bişkekdəki İngilis səfirliyi 2011-ci ilin dekabrında fəaliyyətə başladı. Qırğızıstandakı yeni səfir rəsmi olaraq 2012-ci ilin martında etimadnamələrinin surətlərini Xarici İşlər Nazirinə təqdim etdikdə vəzifəsinə başladı. Öz növbəsində, son illərdə Qırğızıstan Respublikası Hökuməti aşağıdakı islahatları həyata keçirmişdir: — sərmayələri təmin etmək və qorumaq üçün xarici investorlar üçün ən əlverişli tənzimləmə rejimini seçməyə imkan verən bir sabitləşmə rejimi tətbiq edilmişdir; — Fəaliyyəti sahibkarların hüquqlarının və qanuni mənafelərinin dövlət müdafiəsinin təmin olunmasına və dövlət orqanları, yerli hakimiyyət orqanları, qurumlar və dövlət müəssisələri tərəfindən onlara riayət olunmasına yönəldiləcək Biznes Ombudsmanı İnstitutunun yaradılması haqqında fərman imzalandı. və vəzifəli şəxslər; — 1 yanvar 2019-cu ildən etibarən Qırğızıstan Respublikasında iki il — 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olan sahibkarlıq subyektlərinin yoxlamalarına moratorium tətbiq edildi. On səlahiyyətli orqan tərəfindən həyata keçirilən sahibkarlıq subyektlərinin yoxlamalarına aiddir; — maliyyə islahatlarının birinci mərhələsi başa çatdı, nəticədə bölgədəki maliyyə qanunvericiliyinin ən liberal şərtlərindən birinə sahib olduq; — Dünya Bankının Doing Business — 2019 reytinqinin son hesabatında, Qırğızıstan Respublikası yerini 7 pillə yaxşılaşdıraraq dünyanın 190 ölkəsi arasında 70-ci yeri tutdu.
Birləşmiş Krallıq–Türkiyə münasibətləri
Böyük Britaniya–Türkiyə münasibətləri — Böyük Britaniya və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə Birinci Dünya müharibəsi də daxil olmaqla bir neçə dəfə müharibə etmişlər. Bəzi silahlı qarşıdurmalarda dövlətlər (Krım müharibəsi) müttəfiq idilər. Türkiyə ilə İngiltərə arasında yaxşı ikitərəfli münasibətlər mövcuddur. Türkiyə Prezidenti Cövdət Sunay 1967-ci ilin noyabrında Böyük Britaniyaya dövlət səfəri edir. Türkiyənin başqa prezidenti Kənan Evrən də 1988-ci ilin iyul ayında Birləşmiş Krallıqa səfər etmişdir. Böyük Britaniya kraliçası II Elizabet 1971-ci ilin oktyabrında və 2008-ci ilin mayında Türkiyəni ziyarət edir. Hər iki ölkə G20-nin üzvüdür və Böyük Britaniya Türkiyənin Avropa İttifaqına üzv olmasını dəstəkləyir. İndi Böyük Britaniyanın Ankarada, Türkiyənin Londonda səfirliyi var. == Ticarət == Böyük Britaniya Almaniyadan sonra Türkiyədən ikinci ən böyük mal idxalçısıdır.
Onuncu krallıq (teleserial, 1999)
Onuncu krallıq (ing. The 10th Kingdom) - 2000-ci il 27 fevralda istehsal olunan televiziya serialıdır. ABŞ-nin NBC kanalında mini-serialın reytinqi az olduğuna görə davamı çəkilməmişdir. Lakin filmlər haqqında ən böyük informasiyaya malik olan Internet Movie Database (IMDb) saytında böyük səs toplamışdır. Filmin büdcəsi qiymətləndirməylə $44 milyon ABŞ dollardır. 2000-ci ildə Emmi mükafatını qazanmışdır. Teleserial gənc bir qadın və atasının Nyu-Yorkdan sehrli bir güzgü vasitəsilə paralel pəri nağılları dünyasına teleportasiya olunmasından sonrakı macəralarından bəhs edir. İlk göstərim 14,04 milyonun üzərində izləyiciyə çatdırıldı. == Məzmun == Virciniya Nyu Yorkun Mərkəzi parkında restoranda çalışır və restoran sahibi olmaq xəyalındadır. Lakin bu zaman parallel dünyadan trollelər gəlir.
Qoruma sahəsi (Birləşmiş Krallıq)
Birləşmiş Krallıqda "qoruq ərazisi" termini demək olar ki, hər zaman qorunmaq və ya yaxşılaşdırmağa layiq hesab olunan müəyyən bir memarlıq və ya tarixi maraq dairəsinə aiddir. Bu, binaların və ya ağacların itirilməsinə, dəyişdirilməsinə ehtiyatla yanaşmanı yaradır. Beləliklə, siyahıya alınmış binalar və ağacların qorunması haqqında bəzi qanunverici və siyasi xüsusiyyətlərə malikdir. 1990-cı ildə İngiltərə və Uelsdə tətbiq olunan planlaşdırma qanunu qorunan ərazinin keyfiyyətini aşağıdakı kimi müəyyənləşdirdi: "Qorumaq və ya yaxşılaşdırmaq üçün arzu olunan bir görünüş". Mövcud Şotlandiya qanunvericiliyi mühafizə sahələrinin planlaşdırmasına 1997-ci ildə başlamışdır. Şimali İrlandiyada bu planlaşdırma aktı 2011-ci ilə aiddir. Stamford, Linkolnşire təyin olunan ilk mühafizə sahəsi idi. == Qoruq ərazilərinin növləri == Mühafizə bölgələri İngiltərənin əksər şəhər və kənd yerlərində tapıla bilər. Mühafizə bölgələrində bu, xüsusi binalara deyil, bütövlükdə rayonun və ya mahalın keyfiyyətinin qorunmasıdır. Mühafizə olunan ərazilər üçün hazırkı dövlət planlaşdırma siyasəti əsasən "Milli Planlaşdırma Siyasətinin" əsaslarını təşkil edir və "Tarixi mühitin qorunması və yaxşılaşdırılması" bölməsində öz əksini tapır.
Fallik tipli mərasimlər
Fallik tipli mərasimlər — fallus (kişi cinsiyyət orqanının incəsənətdə təsviri) nümayişi ilə keçirilən mərasimlərdir. Qədim və müasir Yunanıstanda, Yaponiyada və Azərbaycanda rast gəlinir. Yaponiyada bu adət Kanamara Matsuri festivalında davam etdirilir. Azərbaycanda Kos-kosa oyunu zamanı Kosanın sümüyə bez parçası dolayaraq fallus şəklinə gətirməsi və buna aid mətnlərdə rast gəlinən məlumatlar oyunun fallik tipli olmasını göstərir. Bu da oyunun bərəkət və bolluq mövzusundan qaynaqlandığını göstərir.