Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göy gurultusu
Göy gurultusu — ildırımın yaratdığı səs. Göy gurultusunun səsi ildırımın məsafəsindən və təbiətindən asılı olaraq dəyişə bilər. Şimşək və ya ildırım ətraflarındakı havanı saniyənin milyonda biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər qızdırırlar. İstilənən bu hava birdən genişləyir. Bu zaman normal atmosfer təzyiqinin təxminən 100 misli qədər bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayılır. Bu eynilə səs sürətini keçən təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy gurultusu deyirik.Göy guruldaması normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir. == Səbəb == Şimşəyin səbəbi əsrlər boyu fərziyyə və elmi araşdırma mövzusu olmuşdur. Erkən düşüncələr bunun tanrılar tərəfindən edildiyini düşünürdü. Qədim Yunan filosofları isə bunu küləyin toqquşdurduğu buludlar (Anaksimandr, Aristotel) və ya buludların içərisindəki havanın hərəkəti (Demokrit) kimi təbii səbəblərlə əlaqələndirirdilər.
Uğultulu təpələr
Tufanlı Yoxuşlar — XIX əsrin ingilis şairə və yazıçılarından biri olan Emili Bronte-nin ölümündən bir il öncə 1847-ci ildə yayımlanmış tək romanıdır. == Məzmunu == Romanda iki əsas qəhrəman olan Cənab Hitkliff və Xanım Ketrinin qarmaşıq və dramatik həyat hekayələri ələ alınır. Hadisələr, başlanğıç anlarından etibarən bütün gedişata şahid olmuş Ellen Din adlı bir xidmətcinin dilindən Cənab Hitkliffin mülkünə kirayənişin olaraq gəlmiş "Lokvud" adlı bir gəncə nağıl edilir. Məlum olur ki, Cənab Hitkliff illər öncə Ketrinin atası Ernşo tərəfindən kimsəsiz bir uşaq olaraq tapılaraq evə gətirilir. Bu andan etibarən Hitkliff və Ketrinin dostluğu başlayır. Bir neçə il sonra bu dostluq məhəbbətə çevrilsə də Ketrin Edqar adlı başqa bir gənclə ailə qurur. Onlar bir neçə müddət ayrı qalsalar da Hitkliff Ketrini təzədən tapır. Ardınca Ketrin öz adını daşıyacaq bir qız övladı dünyaya gətirərkən ölür. Hadisələrin cərəyanı nəticəsində Hitkliff bu qızı öz oğlu ilə evləndirsə də sevdiyi qadının əcəlinə səbəb olduğu üçün son günədək ona düşmən münasibəti bəsləyir. Ketrinin ölümü ilə qətiyyən barışa bilməyən Hitkliff onun ruhuna səslənərək belə deyir: O gündən etibarən Hitkliff qəribə və əsrarəngiz hadisələr yaşamağa başlayır.
Qurumsulu
Qurumsulu, Barekamavan — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. == Tarixi == Rayon mərkəzindən 9 km şərqdə yerləşir. Kənd Azərbaycanın Qazax rayonundakı Qaymaqlı kəndi ilə həmsərhəddir. 1935-ci ildə kənd Dostluq, 1978-ci ildə Ermənicə Voskevan adlandırılmışdır. == Toponim == Toponim türk dilində "yamacda və yaylanın yastı zirvəsində daş qırıqları, qaya parçası" mənasında işlənən qurum sözü ilə -lu şəkilçisi qəbul etmiş su sözünün birləşməsindən əmələ gəlmişdir. Qurum sözü qədim türk dilində "qaya parçası" mənasında işlənən qorum (qorum) formasında işlənmişdir. Kəndin adı ilə relyefi uyğun gəlir. Belə ki, kənd daşlı, çınqıllı, dağlı ərazidə yerləşir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Aqrar quruluşu
Aqrar quruluşu — kənd təsərrüfatında tarixən müəyyən istehsal münasibətlərinin cəmi. Bu, torpaq sahibliyi və torpaqdan istifadə sistemi ilə bağlıdır. Hər ictimai-iqtisadi formasiyanın özünə məqsus aqrar quruluşu var. Köhnə cəmiyyət daxilində yeni istehsal münasibətlərinin yaranması ilə köhnə aqrar quruluşunun dağılması zəruriyyəti də yaranır. == İstinadlar == == Əlavə ədəbiyyat == T. Ludewigs, A. D’Antona, E. S. Brondizio, and S. Hetrick. 2009. Agrarian structure and land-cover change along the lifespan of three colonization areas in the Brazilian Amazon.World Development, Vol 37, No 8, p. 1349. "M. Pietrzak and D. Walczak. 2014.
Bazar quruluşu
Bazar quruluşu (ing. market structure) iqtisadi nəzəriyyədə — eyni məhsul istehsal edən şirkətlərin sayından asılı olaraq sənaye sahələrinin konfiqurasiyası. == Bazar strukturlarının növləri == İnhisarçı rəqabət və ya hər birinin bazar payı az və məhsulları zəif fərqlənən çox sayda şirkətin olduğu rəqabətli bazar. Oliqopoliya — böyük bir bazar payını birlikdə idarə edən az sayda şirkətin üstünlük təşkil etdiyi bazardır. Duopoliya — yalnız iki şirkətin bir oligopoliyasına aid xüsusi bir haldır. Oliqopsoniya — satıcılarının çox olduğu, lakin alıcılarının az olduğu bir bazardır. İnhisarçılıq bir məhsul və ya xidmət istehsalçısının yalnız bir olduğu bazardır. Təbii inhisar — miqyaslı iqtisadiyyatın nə qədər səmərəliliyi artdıqca şirkətin böyüdüyü bir inhisardır. Bir şirkət, müstəqil olaraq bütün bir bazara iki və ya daha kiçik ya da daha dar ixtisaslaşmış şirkətlərin hər hansı bir birləşməsindən daha ucuz qiymətə xidmət edə bilsə, təbii bir inhisardır. Monopsoniya — yalnız bir müştərisi olan bir bazardır.
Müəssisənin quruluşu
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir.Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. == Müəssisənin quruluşu == Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədi ilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir. == Müəssisənin quruluşu və onu müəyyən edən amillər == Elmi-texniki tərəqqinin yüksək surəti və geniş ictimai əmək bölgüsü şəraitində sənaye müəssisələrinin inkişaf səviyyəsi, onun istehsal quruluşu, ictimai istehsalın artımının sürətləndirilməsi və iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, müəssisə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan müxtəlif vəsilələrdən: sexlərdən, istehsal sahələrindən, briqadalardan və ayrı-ayrı iş yerlərindən ibarətdir.
Proteinin quruluşu
Proteinin quruluşu — Bir zülalın ilkin quruluşu bir peptid və ya zülal içərisindəki amin turşularının xətti bir ardıcıllığıdır. [1] Bir zülalın ilkin quruluşunun amino (N) ucundan karboksil (C) ucuna başladığı bildirilir. Zülal biosintezi ən çox hüceyrələrdəki ribosomlar tərəfindən həyata keçirilir. Peptidlər laboratoriyada da sintez edilə bilər. Zülalların ilkin quruluşları birbaşa ardıcıllıqla və ya DNT ardıcıllığından çıxarıla bilər. == Qeyd == Bir zülalın ardıcıllığı ümumiyyətlə amin turşularından karboksil terminalına qədər olan amin turşularını sadalayan bir sıra hərflərlə qeyd olunur. Aminturşular bir-biri ilə peptid rabitələr vasitəsi ilə birləşirlə. Üç hərfli və ya bir hərfli bir kod, təbii olaraq meydana çıxan 20 amin turşusunu, həmçinin qarışıqları və ya birmənalı olmayan amin turşularını (nuklein turşularının qeydinə bənzər) təmsil etmək üçün istifadə edilə bilər. Peptidlər birbaşa ardıcıllıqla və ya DNT ardıcıllığından əldə edilə bilər. Hal-hazırda, bilinən protein ardıcıllıqlarını əks etdirən böyük ardıcıllıqla verilənlər bazaları mövcuddur.
Quldarlıq quruluşu
Quldarlıq - İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya - Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. == Qul əməyi == Qul - bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Yerin quruluşu
Yerin quruluşu deyildikdə, adətən, onun daxili quruluşu, yəni planetin qabığından başlamış ta mərkəzinə qədər olan dərinlik quruluşu nəzərdə tutulur. Yer kürəyə yaxın formaya malikdir (ekvatoryal diametr - 12 754 km, qütb diametri isə - 12 711 km-dir) və bir neçə qatdan ibarətdir. Yerin daxili quruluşu haqqında ən səhih məlumatı seysmik dalğalar, yəni zəlzələlərin səbəb olduğu Yer maddələrinin rəqsi hərəkətləri üzərində müşahidələr verir. Bu zaman üç dalğa tipi yaranır: Uzununa dalğalar (P) — maddənin öz vəziyyəti yaxınlığında dalğanın yayılma istiqaməti üzrə elastik rəqslərindən ibarətdir, yəni onun dəyişən sıxılması və dartılmasıdır. Eninə dalğalar (S) — dalğaların yayılması perpendikulyar istiqamətdə maddənin rəqsləridir; onlar maddənin üfüqi yerdəyişməsi, yəni formasının dəyişməsi ilə əlaqədardır.Yer üç əsas təbəqə, yaxud geosferdən ibarətdir: 70 km dərinliyə qədər Yer qabığı, ondan altdan 2900 km dərinliyə qədər Yerin mantiyası (Yuxarı mantiya və Aşağı Mantiya) və ondan Yerin mərkəzinə qədər nüvə. Yer nüvəsi xarici və daxili nüvələrə ayrılır. == Quruluşu == Seysmoqramların, yəni Yer səthinin müxtəlif nöqtələrində yerləşmiş seysmik stansiyalarda zəlzələ dalğalarının formasının, qiymətinin və keçmə sürətinin qeydə alındığı sənədlərin tutuşdurulması dalğaların bütün Yer cismindən keçmə sürətini və məsafəsini müəyyənləşdirməyə imkan verir. Əgər Yer bir cinsli olsaydı, ondan keçən dalğanın yolu düzxətli, sürəti isə hər yerdə eyni olardı. Həqiqətdə isə dalğalar çox mürəkkəb yol keçir. İlk sıçrayış səthi orta hesabla təqribən 60-70 km dərinlikdədir.
Andorranın dövlət quruluşu
Andorranın dövlət quruluşu knyazlıqdır. Əslində isə burada respublika quruluşu mövcuddur. Qanunverici orqan tərkibi 28 nəfərdən ibarət olub, əhali tərəfindən birbaşa ümumi səsvermə ilə dör il müddətinə seçilən Baş sovetdir (bir palatalı parlament). Onun aktları dövlətin başçısı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Dövlətin başında isə Fransa prezidenti və Urxel yepiskopu durur. İcraedici hakimiyyət general sovetin təyin etdiyi birinci və ikinci sindikatlara, eləcə də Fransa prezidenti və Urxel yepiskopunu təmsil edən iki nümayəndəyə aid idi. Ölkədə bir neçə siyasi partiya fəaliyyət göstərir. Bunlardan demokratik birlik partiyası feodalizm qalıqlarının ləğvi uğrunda mübarizə aparır,söz azadlığı tələb edir və ayrı-seçkilik əleyhinədir. Knyazlıq çoxluğu partiyası mühafizəkar, mülayimlər partiyası isə liberal partiyadır.
Argentinanın dövlət quruluşu
Argentinanın dövlət quruluşu - 1853-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik Respublikadır. Milli bayram günü olan Müstəqillik Günü 1816-cı il 11 noyabr tarixindən qeyd olunur. Ölkə Konstitusiyası 1853-cü ildən (1860, 1898, 1957, 1994-cü illərdə edilmiş düzəlişlərlə) qüvvədədir. == İnzibati ərazi bölgüsü == 23 əyalətə (Korrientes, Santa-Krus, Mendosa, Kordova, Santa-Fe, Katamarka, Rio-Neqro, Sanxuan, Salta və s.) və 1 muxtar paytaxt dairəyə (Buenos-Ayres) bölünür. == Dövlət başçısı == Ölkə Prezidenti dövlət və hökumət başçısıdır və təyin etdiyi Nazirlər Kabinetinə rəhbərlik edir (Kabinetin başçısı 10 dekabr 2011-ci ildən Xuan Manuel Abal Medinadır). Prezident ümumxalq səsverməsi yolu ilə iki dəfədən çox olmamaq şərti ilə 4 il müddətinə seçilir. Senatın (Parlamentin Yuxarı Palatası) sədri ölkənin vitse-prezidenti sayılır. Hökumət üzvlərinin və Ali Məhkəmənin hakimlərinin təyin və yaxud azad edilməsi, qanunların imzalanması və dərc edilməsi, beynəlxalq müqavilə və sazişlərin imzalanması, silahlı qüvvələrin ali baş komandanı olaraq fövqəladə və müharibə vəziyyətinin tətbiqi, amnistiya verilməsi və s. mühüm məsələlər dövlət başçısının səlahiyyətlərinə aiddir.
Asiyanın geoloji quruluşu
Asiya müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklardan ibarətdir. == Ümumi məlumat == Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır.
Avstraliyanın dövlət quruluşu
Avstraliyanın dövlət quruluşu — Avstraliya İttifaqında dövlət hakimiyyəti. == Xüsusiyyətləri == Avstraliya İttifaqı konstitusiyalı monarxiya, dövlət quruluşu formasına görə öz konstitusiyası, hakimiyyət və idarə orqanları olan ştatların federasiyasıdır. Avstraliya İttifaqı dominion hüququnda Millətlər Birliyi tərkibinə daxildir. Qüvvədə olan konstitusiya 1900-cu ildə qəbul edilmişdir. Dövlət və icraedici hakimiyyət başçısı hüquqi cəhətdən Birləşmiş Krallıq kralı (1952-ci ildən kraliça II Yelizaveta) sayılır. Ölkədə kralı, Avstraliya İttifaqı hökumətinin təqdimi ilə təyin olunan general-qubernator təmsil edir. Məşvərətçi orqanı – Federal İcraedici Şuranı general-qubernator təyin edir. Əslində general-qubernatorun səlahiyyətinin nazirlər kabineti həyata keçirir. Ali qanunverici orqan kralın da daxil olduğu ikipalatalı (senat və nümayəndələr palatası) parlamentdir. 21 yaşına çatmış və Avstraliya İttifaqında 6 ay (müvafiq seçki dövrəsində isə 3 aydan az olmayaraq) müddətində yaşayan Avstraliya vətəndaşlarının və Britaniya təbəələrinin seçki (aktiv və passiv) hüququ var.
Avstriyanın dövlət quruluşu
Avstriyanın dövlət quruluşu — Avstriya Respublikasında dövlət hakimiyyəti. == Xüsusiyyətləri == Avstriya federativ respublikadır. Qüvvədə olan konstitusiyası 1920-ci ildə qəbul olunmuşdur. Dövlət başçısı olan federal prezident əhali tərəfindən 6 il müddətinə seçilir. Ali qanunverici hakimiyyət orqanı olan parlament iki palatadan – Milli Şura və Federal Şuradan ibarətdir. İcraedici hakimiyyəti hökumət (kansler, vitse-kansler və nazirlər) həyata keçirir. Prezident kansleri və onun təqdimatı ilə nazirləri təyin edir. Hökumət Milli Şura qarşısında məsuldur. Hər ərazinin öz konstitusiyası və parlamenti (landtaqı) var.19 yaşına çatmış vətəndaşlar aktiv (seçmək), 25 yaşına çatmış vətəndaşlar isə passiv (seçilmək) seçki hüququna malikdir. Hər ərazisə seçkili orqanları olan yerli və vilayət icmaları var.
Azərbaycanın dövlət quruluşu
Azərbaycanın dövlət quruluşu — Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. == Haqqında == Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti — Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikasının dövlət başçısı Azərbaycan Prezidentidir və o Azərbaycan xalqı tərəfindən seçilir. Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentlərini və Azərbaycanın birinci vitse-prezidentini təyin edir. == Azərbaycan Prezidenti == Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
Azərbaycanın geoloji quruluşu
== Ümumi məlumat == Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malikdir. Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir. Böyük Qafqaz meqaantiklinoriumunun Azərbaycan daxilində yerləşən cənub-şərq hissəsi kəskin assimetrik tektonik quruluşa malikdir. Meqaantiklinoriumun cənub qanadı çox sıxılmış və cənuba aşırılmışdır. Simmetrik quruluşda olan şimal qanadda tektonik örtüklər inkişaf etmişdir. Bazardüzü, Tufan sahəsindəki struktur zonalar qərbə tərəf morfostrukturun cənub yamacına meyl edərək, dağətəyi zonanı əmələ gətirir və Qanıx-Əyriçay vadisinin Dördüncü dövr çöküntüləri altına keçir. Böyük Qafqazı cənubda Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu|Qanıx-Əyriçay əyilməsindən ayıran tektonik qırılma müəyyən struktur boyu uzanır. Samur dərinlik qırılmasından cənub-şərqə meqaantiklinorium gömülməyə başlayır. Böyük Qafqaz meqaantiklinoriumu tərkibinə bir sıra antiklinorium və sinklinoriumlar daxildir. == Samur antiklinoriumu == Sudur zonası Samur antiklinoriumunun cənub-şərq sahəsində yerləşir.
Banqladeşin dövlət quruluşu
Banqladeşin dövlət quruluşu - 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemidir. == Dövlət quruluşu == Banqladeş parlament formasında idarəetmə üsuluna malik respublikadır . Milli bayram günü olan müstəqillik günü (1971) 26 mart tarixində qeyd olunur. Ölkə Konstitusiyası 4 noyabr 1972-ci ildən qüvvədədir. == Dövlət başçısı == Əsasən mərasim funksiyalarını yerinə yetirən Prezident Parlament tərəfindən 5 il müddətinə seçilir. Konstitusiyaya görə, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, Banqladeş Respublikasının xarici siyasətinin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət etmək, zəruri hallarda Milli Assambleyanı çağırmaq və buraxmaq, fövqəladə vəziyyət elan etmək, Parlamentlə razılaşdırmadan Ali Məhkəmənin üzvlərini və aşağı instansiya məhkəmələrinin hakimlərini təyin etmək səlahiyyətlərinə malikdir. Banqladeşdə unikal sistem kimi tətbiq olunan “Müvəqqəti hökumətin” (seçkilərin keçirilməsinə və hakimiyyətin ötürülməsinə məsuliyyət daşıyır) keçid hakimiyyəti dövründə dövlət başçısının səlahiyyətləri genişlənir, digər hallarda isə real hakimiyyət Prezidentin təyin etdiyi Baş nazirin əlində cəmlənir. Bu zaman, dövlət başçısı səlahiyyətlərinin böyük bir qisminin icrasını Baş nazirin məsləhətinə uyğun olaraq həyata keçirir. == Qanunverici hakimiyyət == Banqladeşin ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 345 üzvü olan Milli Assambleyadan (Jatio Sanqşad) ibarətdir. Parlamentdə 45 deputat yeri birmandatlı dairələrdən seçilən qadın deputatlar üçün nəzərdə tutulmuşdur.
Başqırdıstanın dövlət quruluşu
Başqırdıstanın dövlət quruluşu — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Dövlət quruluşunun əsasları. Rusiya Federasiyasının subyektlərindən biri olan Başqırdıstan Respublikasının Dövlət hakimiyyəti orqanları sistemi 1993-cü ildə qəbul edilmiş Başqırdıstan Respublikasının Konstitusiyası ilə müəyyənləşir. Dövlət hakimiyyətini respublikanın prezidenti, Dövlət məclisi – Qurultay, Başqırdıstanın Nazirlər kabineti və respublika konstitusiyasına uyğun yaradılan digər hakimiyyət orqanları həyata keçirir. Başqırdıstan Respublikasının başçısı Rusiya Federasiyası Prezidentinin təqdimatına əsasən Dövlət məclisi tərəfindən səlahiyyətlər alan ali vəzifəli şəxs – Başqırdıstan Prezidentidir. Dövlət məclisi Qurultay adlanır və dövlət hakimiyyətinin ali qanunverici – təmsiledici orqanıdır. Birmandatlı seçki dairələri üzrə 5 il müddətinə seçilən 120 deputatdan ibarətdir. Deputatlar həm peşəkar daimi əsasda, həm də qeyri-daimi əsasda işləmək hüququna malikdirlər. Nazirlər kabineti (hökumət) dövlət hakimiyyətinin ali icraedici orqanıdır; prezident tərəfindən formalaşdırılır. Baş nazir Dövlət məclisinin razılığı ilə prezident tərəfindən təyin edilir.
Belarusun dövlət quruluşu
Belarus Respublikası — unitar dövlət. Konstitusiyası 15 martda 1994-cü ildə qəbul edilmişdir (2004-cü il redaksiyasında qüvvədədir). İdarəetmə forması prezident respublikasıdır. Dövlət başçısı ümumi, bərabər, birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən prezidentdir (bir dəfə yenidən seçilmək hüququ ilə; 2004-cü il referendumu hazırda fəaliyyət göstərən prezidentə üçüncü müddətə seçilmək hüququ vermişdir). Yaşı 35-dən aşağı olmayan, seçki gününədək Belarus ərazisində ən azı 10 il daimi yaşayan ölkə vətəndaşı prezident seçilə bilər. İlk prezident seçkiləri Belarus Respublikasında 10 iyun 1994-cü ildə keçirilmiş. Seçkilərdə Aleksandr Lukaşenko qalib gəlmiş. Lukaşenko həmçinin 2001, 2006, 2010 və 2015-ci ildə seçilən prezident seçkilərində də qalib gəlmiş.. Ali qanunverici orqan ikipalatalı Milli məclisdir. 110 deputatdan ibarət Nümayəndələr palatası majoritar seçki sistemi ilə seçilir.
Braziliyanın dövlət quruluşu
Braziliyanın dövlət quruluşu - 1988-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Braziliya məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik federativ respublikadır. Milli bayram günü olan Müstəqillik günü (1822) 7 sentyabr tarixində qeyd olunur. Ölkədə 5 oktyabr 1988-ci il Konstitusiyası qüvvədədir. == İnzibati ərazi bölgüsü == Braziliya 26 ştata (Akri, Alaqoas, Amazonas, Amapa, Baya, Qoyas, Maranyan, Matu-Qrosu, Matu-Qrosudu-Sul, Minas-Jerays, Para, Paraiba, Parana, Pernambuku, Piaui, Rio-de-Joneyro, Riy-Qrandi-du-Norti, Riy-Qrandi-duSul, Rondoniya, Rorayma, Santa-Katarina, San-Paulu, Seara, Serjipi, Tokantins və Espiritu-Santu) və Braziliya federal dairəsinə bölünür. == Dövlət başçısı == Ölkə Prezidenti dövlətə və özünün formalaşdırdığı Hökumətə başçılıq edir. Prezident ümumxalq səsverməsi yolu ilə, iki dəfədən çox olmamaqla 4 il müddətinə seçilir. 1 yanvar 2011-ci ildən etibarən Braziliyanın hazırkı, sayca 36-cı Prezidenti, İşçi Partiyasının təmsilçisi xanım Dilma Rusefdir. == Qanunverici hakimiyyət == Qanunverici hakimiyyət 1988-ci il Konstitusiyasına əsasən ABŞ federal sistemi modelinə uyğun iki palatalı orqan olan Milli Konqresdir. Konqres 2 palatadan - hər dörd ildən bir senatorların üçdə bir və yaxud üçdə iki hissəsi yenidən seçilmək şərti ilə, üzvləri üç mandatlı dairələrdən majoritar qaydada səlahiyyət müddəti 8 il olmaqla seçilən 81 yerlik Senatdan (sədri 2009-cu ildən Joze Sarneydir) və birbaşa ümumxalq səsverməsi yolu ilə 4 il müddətinə seçilən 513 yerlik Deputatlar Palatasından (sədri 2010-cu ildən Marku Mayadır) ibarətdir.
Bruneyin dövlət quruluşu
Bruneyin dövlət quruluşu (rəsmi adı — Bruney Darussalam Dövləti) — 1959-cu ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Bruney Sultanlığı mütləqiyyət formalı idarəetmə üsuluna malik teokratik irsi monarxiyadır. Hökumətdə vəzifə tutan məmurların əksəriyyəti hakim sülalənin üzvlərindən ibarətdir. Milli bayram günü olan müstəqillik günü (1984) 1 yanvarda qeyd olunur. Ölkə Konstitusiyası 1959-cu ildən (1984-cü ildə edilmiş əsaslı dəyişikliklərlə birlikdə) qüvvədədir. == İnzibati ərazi bölgüsü == Bruney 4 dairəyə (Belayt, Bruney-Muara, Temburonq və Tutonq) bölünür. Dairələr isə daha kiçik inzibati ərazilərə, mükim adlanan rayonlara bölünür. . == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə, Bruney Sultanı ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlət və Hökumət başçısı (Baş nazir), ali dini rəhbər, habelə silahlı qüvvələrin ali baş komandanı və müdafiə naziridir. İcraedici Hakimiyyətin mütləq səlahiyyətlərini öz əlində cəşləşdirən Sultan, özünün tövsiyə və təyin etdiyi, müxtəlif məhdud hüquqlu funksiyaların daşıyıcısı olan 5 Şuraya (Ortaq Şura, Varislik Şurası, Dini Şura, Nazirlər Şurası və Qanunvericilik Şurası) sədrliyi həyata keçirir.
Butanın dövlət quruluşu
Butanın dövlət quruluşu - 2009-cu ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Butan mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan dövlətin yaranması günü (1907) 17 dekabrda qeyd olunur. Ölkə Konstitusiyası 18 iyul 2009-cu ildə qəbul edilmişdir. == İnzibati bölgüsü == Butan 20 Dzonqxaqdan (Bumtanq, Çukxa, Daqana, Qasa, Xaa, Lxuntse, Monqar, Paro, Pemaqatsel, Punakxa, Samdrup-Conqxar, Samtse, Sarpanq, Tximpxu, Traşiqanq, Traşiyanqse, Tonqsa, Siranq, Vanqdi-Pxodranq və Jemqanq) ibarət 4 Dzonqdeyə (1-ci dərəcəli Şərqi, Qərbi, Mərkəzi və Cənubi inzibati ərazi vahidliyinə) bölünür. == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə Kral (Druk Gyalpo "Dragon King") Butan hakimiyyətinin, onun qüdrətinin milli rəmzidir. Çox geniş səlahiyyətləri özündə 'ks etdirən Butan monarxiya institutu irsi sayılsa da, 65 yaşına çatdıqda Kral istefaya getməlidir. == Qanunvericilik hakimiyyəti == İkipalatalı Parlamentdən: 25 yerlik Milli Şuradan (Yuxarı Palataya 20 üzv Dzonqxaqlar üzrə vətəndaşlar tərəfindən seçilirlər, qalan 5 üzvü isə Kral təyin edir) və 47 yerlik Milli Assambleyadan (Aşağı Palataya deputatlar ümumxalq səsverməsi yolu ilə seçilirlər) ibarətdir. Yuxarı Palatanın üzvləri istisnasız olaraq ali təhsilli olmalı və heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. İllik dövlət büdcəsinin təsdiqi, qanunların dərc edilməsi, yüksək vəzifəli dövlət məmurlarının təyin və azad edilməsi, Krala (yenidən baxılması üçün qanun layihələrini Parlamentə qaytarmaq hüququna malikdir) məsləhətlərin verilməsi, dövlət başçısının razılığı ilə nazirlərin seçilməsi, mövcud qanunvericiliyə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə nəzarət edilməsi və s.
Bəhreynin dövlət quruluşu
Bəhreynin dövlət quruluşu - 2002-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Bəhreyn mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü 14 avqustda (1971) qeyd olunur. Bəhreyn Krallığının yeni, sayca ikinci Konstitusiyası 14 fevral 2002-ci il tarixində qəbul edilmişdir. == İnzibati bölgüsü == Bəhreyn 5 muhafazdan (Paytaxt, Mərkəzi, Mühərrək, Şimal və Cənub) ibarətdir. == Dövlət başçısı == Konstitusiyaya görə, Bəhreyn dövlətinin başçısı və nominal təmsilçisi sayılan, şəxsiyyəti toxunulmaz olan Kral - ölkənin dini rəhbəri, vətənin və milli birliyin legitim himayəçisidir, mühafizəçisidir. Kral hakimiyyətin idarə olunmasına nəzarəti həyata keçirir, Konstitusiyanın və qanunların aliliyinə zəmanət verir, əsas insan hüquq və azadlıqlarını müdafiə edir. Dövlət başçısı öz səlahiyyətlərini, Hökumətin siyasəti üçün onun və rəhbərlik etdiyi nazirlik qarşısında məsuliyyət daşıyan nazirlər vasitəsilə həyata keçirir. Silahlı Qüvvələrin Ali Baş Komandanı və Ali Məhkəmə Şurasının rəhbəri olan dövlət başçısı, Kral fərmanlarına uyğun olaraq Baş naziri və Məşvərətçi Şuranın üzvlərini (Ali Məhkəmə Şurasının təqdimatı əsasında), Baş nazirin təqdimatına əsasən isə Kral dekretinə müvafiq olaraq nazirləri təyin və ya azad etmək və bir sıra digər mühüm səlahiyyətlərə malikdir. (hakimiyyət varislik əsasında ötürülür).
Dövlət quruluşu formaları
Dövlət quruluşunun forması — dövlətin və ya birliyi təşkil edən dövlətlərin ərazi təşkili metodu. Dövlətin daxili quruluşunu, onun tərkib hissələrinə (ərazilərinə) bölünməsini və onların bir-biri ilə münasibətləri prinsiplərini müəyyənləşdirir. Federal bir dövlətin ərazi quruluşunu xarakterizə etmək üçün "siyasi-ərazi quruluşu" termini daha çox istifadə olunur, çünki bu, dövlətin ərazi hissələri arasında müəyyən müstəqilliyin mövcudluğunu nəzərdə tutur. Eyni zamanda, unitar dövlətə münasibətdə vahid dövlətin dövlət orqanlarının ərazi quruluşunu xarakterizə edən "inzibati-ərazi quruluşu" termini daha çox istifadə olunur. Bu terminlərin hər ikisi "idarəetmə forması" termininin sinonimidir və ona eyni məna ilə tətbiq olunur. Dövlət öz quruluş formasına görə unitar və federativ ola bilər. Dövlətlərin birləşmə forması, onların arasında ittifaq konfederasiya hesab olunur. == Növləri == Dövlətin tərkib hissələri arasında suverenliyin mövcudluğundan və ya olmamasından asılı olaraq dövlət quruluşu aşağıdakılara bölünür: Sadə forma (unitar dövlət); Mürəkkəb forma (federasiya, konfederasiya)Dövlətlərarası birliklər, birliklər və dövlətlərin icmaları idarəetmə formalarına aid deyil, eyni zamanda, dövlət və hüquq nəzəriyyəsinə dair əksər kurslarda bu qurum çərçivəsində nəzərdən keçirilir və öyrənilir. == Unitar dövlət == Unitar dövlət (latın dilində "unitas" — "vahid", "tək" deməkdir) — sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati-ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə Azərbaycan, Yaponiya, Fransa, İtaliya, misal ola bilər.
Ermənistanın dövlət quruluşu
Ermənistanın dövlət sistemi parlamentli respublika qruluşlu, çoxpartiyalı sisteminə əsaslanan və baş nazirin dövlət başçısı olduğu respublika. Ölkədə icra hakimiyyəti hökumət tərəfindən həyata keçirilir. == Tarixi == Ermənilər dövlət müstəqilliklərini itirdikdən sonra 600 il müddətində heç bir dövlət quruluşu əldə edə bilməmişlər. 28 may 1918-ci ildə isə Ermənistan Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasında ayrılaraq müstəqil olmuşdur. 2 dekabr 1920-ci ilə qədər müstəqiliyini qorusada bundan sonra Sovet İttifaqına daxil olmuş, bir müdət isə zaqafqaziya Sovet federativ Sosialist respublikasının tərkib hissəsi olmuşdur. ZSFSR 1936-cı ildə ləğv edildikdən sonra Ermənistan SSR adıı ilə SSRİ-nin bir parçasına çevrilir. Sovetlər birliyinin dağılmasından sonra isə 23 sentyabr 1991-ci ildə Ermənistan Respublikası adı ilə müstəqil dövlətə çevrilmişdir. Ölkənin paytaxtı və ən iri şəhəri — İrəvan. Ölkə 10 vilayət bölünür (erm. մարզ [mərz]): Araqacotn, Ararat, Armavir, Geğarkunik, Kotayk, Loru, Şirak, Sünik, Tavuş, Vayocdzor.