Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gövşəyən
Gövşəyənlər (lat. Ruminantia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan yarımdəstəsi. Bura 6 fəsilə daxildir. Gövşəyənlər həzm sisteminin mürəkkəbliyilə fərqlənirlər.
Döşəmə
Döşəmə — otağın bir hissəsi, mərtəbələr və ya aşağı mərtəbə ilə zirzəmi arasındakı xüsusi örtük. == Konstruksiyası == Döşmə iki məskən arasında dəmir-beton və ya taxta konstruksiyadan hazırlanır. Mərtəbələr arasında üst hissə döşəmə, alt hissə isə tavan rolunu oynayır. Arakəsmədən başqa döşəmə həmçinin mebellər üçün dayağa da çevrilir.
Gözləmə (Urmiya)
Gözləmə (az.-əbcəd گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Bülbül döşəmə
Yapon qəsrlərinə və ibadətxanalarına kənar şəxslərin xəlvəti daxil olmamaları və işlərini çətinləşdirmək üçün tez-tez "bülbül döşəmə" quraşdırırdılar. Döşəmənin taxtalarını xüsusi formada bir-birinə alt-üst V-formalı dəmirlərlə bərkidilir, bunun nəticəsində də döşəmə daha çox təzyiq altında olanda quşların civilti səsini çıxarmağa başlayır. Ən maraqlısı da odur ki, ayaq barmaqlarınızın ucunda gəzmək istəsəniz, təzyiq daha da çoxalacaq, bununla da səs daha da şiddətli çıxacaq. Qulaq asmaq istəyirsinizsə videodan da baxa bilərsiniz.
Görəmə Milli Parkı
Görəmə Milli Parkı — Türkiyənin Nevşəhər vilayətində yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısındadır. == Yerləşməsi == Milli park Orta Anadolunun Həsən-Ərciyəs vulkanik dağı bölgəsində yerləşir. Milli park sıldırımlı yamaclardan, allüvial vadilərdən, eroziyaya uğramış təbəqələrdən ibarətdir. Vulkanik quruluşa malik parkın tarixi bölgəsində isə Bizans memarlığı sərgilənir. Bölgədə bir zaman yaşayanlar digərlərindən fərqli olaraq uzun müddət Bizans hakimiyyətindən uzaq qalmışdırlar. Bura olan yolların uzaqlığı və girintili-çıxıntılı relyrfi burada gizlənənlər üçün ideal şərait yaratmışdır. Burada ilk monastrlar III-IV əsrlərdə tikilmişdir. Monastrlar tikilmiş və divarlar rənglənmişdir. Milli parkda Ürgüp, Ovçular, Üçhisar, Çavuşini, Yeni Zelve kimi zəngin tarixə və mədəniyyətə sahib yaşayış məntəqələri də yerləşir.
Parça döşəmə plov
== Tərkibi == Qoyun əti–221 q, düyü–150 q, əridilmiş yağ–50 q, kişmiş–30 q, ərik qurusu –25 q, şabalıd–50 q, zəfəran–1 q, zirə–0,1 q, baş soğan–20 q, darçın–0,1 q, istiot– 0,1 q, duz == Hazırlanma qaydası == Qoyun əti bütöv tikə şəklində qovurulur və sümükdən ayrılır. Yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, zirə və bulyon əlavə edilib hazır vəziyyətə gətirilir. Ayrıca bişirilmiş düyü boşqaba təpəcik şəklində tökülür, üstünə qoyun əti, şabalıd və qazmaq qoyulur. Yağ tökülüb darçın səpilir.
Məni daha gözləmə (mahnı)
Məni daha gözləmə — azərbaycanlı bəstəkar Cavanşir Quliyevin mahnısıdır. Mahnının sözləri Kamal Abdullaya aiddir. Mahnı ilk öncə müğənni İradə İbrahimova üçün bəstələnmişdir. Lakin mahnını Zülfiyyə Xanbabayeva ifa etmişdir. Daha sonra mahnını Aygün Kazımova ifa etmək istəyir və bəstəkardan icazə alaraq ifa edir. Bəstəkar mahnını bir şərtlə Aygün Kazımovanın oxumasına icazə verir ki, ilk öncə mahnını Zülfiyyə Xanbabayeva təqdim edəcək. Bələliklə Aygün Kazımovanın ifası arxivdə qalır. 2020-ci ildə bəstəkar Cavanşir Quliyev öz rəsmi YouTube hesabında Aygün Kazımovanın ifasını dinləyicilərə təqdim etmişdir.
Məni döşəmə yaşmağının altında dəfn edin
Məni döşəmə yaşmağının altında dəfn edin (rus. Похороните меня за плинтусом) — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır. Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir. İlk dəfə 1996-cı ildə Oktyabr (rus. Октябрь) jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir. 2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” (rus. Современная библиотека для чтения) seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə) — 15, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 78 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 14.266 xal toplayan İsveçrə idmançısı Ciulia Steingruber, gümüş medalı 14.200 xal toplayan Rusiya idmançısı Aliya Mustafina, bürünc medalı isə 13.800 xal toplayan Hollandiya idmançısı Lieke Vevers qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində - ölkənin 78 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı === Final === Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
Qövşə-i Süfla (Meşkinşəhr)
Qövşə-i Süfla (fars. قوشه سفلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 664 nəfər yaşayır (154 ailə).
Qövşə-i Ülya (Meşkinşəhr)
Qövşə-i Ülya (fars. قوشه عليا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 375 nəfər yaşayır (78 ailə).