Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quzuçu Oğlan (Məlikan)
Quzuçu Oğlan (fars. قربان كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (93 ailə).
Gözotu
Çatılotu (lat. Euphrasia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinə aid bitki cinsi.
Gomuşçu
Gomuşçu (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Gomuşçu (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Gömülü
Gömülü – proqram təminatında: başqa bir proqram kodunun içərisinə yerləşdirilmiş xüsusi kod və ya komandalar. Məsələn, gömülü çap komandaları çapa verilən sənədin formatının (biçiminin) idarəedilməsi üçün sənəddə yerləşdirilmiş kodlardır. Gömülü assembler kodu C kimi yüksək səviyyəli dildə yazılmış proqramda yerləşdirilmiş assambler dilindəki komanda, funksiya və ya altproqramdır. Gömülü koddan proqramın çalışma sürətini və ya səmərəliliyini artırmaq və ya yüksək səviyyəli dillərdə olmayan imkanları gerçəkləşdirmək üçün istifadə edilir. Aparat təminatında: başqa bir qurğunun tərkibində fəaliyyət göstərən (yəni ona inteqrasiya olunmuş) xüsusi təyinatlı qurğu (məsələn, gömülü kompüter).
Qoruqcu
Qoruqcu (Miyanə)
Qozluca
Qozluca (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd rayonu ərazisində kənd.
Qoçulu
Qoçulu — təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Ömər Qoçulu — Azərbaycan Respublikasının əməkdar memarıYaşayış məntəqələri Qoçulu (Borçalı) — Gürcüstanın Borçalı bölgəsində kənd. Qoçulu (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.Digər Qoçulu dağı — Şərur rayonunda dağ.
Göyüzü
Yerin Qorunan Tavanı: Atmosfer Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır. Göy üzünün "qorunmuş tavan" olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlib. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir.
Gözlü
Gözlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kənd XIX əsrin 30-40-cı illərində Eçmiədzin qəzasının tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-1832-cı illərdə Türkiyənin Muş, Alaşkert, Qars vilayətlərindən, Iranın Qəzvin və Xoy vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar kənddən deportasiya olunmuşdur. Toponim gözlü tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Qovuç
Qoğuç - türk, yakut, qırğız və altay şamanizmində Şeytan çıxarma, Cin qovma, Şeytan qovalama (eksorsizm) mənalarını verən bir sözdür. Pis ruhların kənarlaşdırılması əməliyyatıdır. Qərb xristianlığında şeytan çıxarma əməliyyatı işgəncə də daxil hər cür üsulu mübah qəbul etmişdir və orta əsrlər bu tip proqramlara səhnə olmuşdur. Ancaq şamanist ənənədə isə belə hadisələr görülməz. Ruhları görüb insanlardan uzaqlaşdıra bilən kəslərə Qovucu/Quvuçu/Kuvucu/Kuğuçu/Kuğunçu deyilir. Pis ruhu bir dəfə tutan adam qovucu olmağa haqq qazanmış deməkdir. Söz, "qovmaq" feli ilə əlaqəlidir. Şaman tərəfindən cin dəyən adamın üzünə soyuq su səpilərək "qovuç, qovuç!" deyə müraciət ediləcəkdir. Üzərlik və öd ağacları yandırılaraq tütsü edilər, bununla xəstə və olduğu oda tütsülənir. "Qovuz" sözcüyü də cin vurmasına qarşı edilən efsun, üfürün, urasa kimi mənalara gəlir.
Qozlu
AzərbaycandaQozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Qoğuç
Qoğuç - türk, yakut, qırğız və altay şamanizmində Şeytan çıxarma, Cin qovma, Şeytan qovalama (eksorsizm) mənalarını verən bir sözdür. Pis ruhların kənarlaşdırılması əməliyyatıdır. Qərb xristianlığında şeytan çıxarma əməliyyatı işgəncə də daxil hər cür üsulu mübah qəbul etmişdir və orta əsrlər bu tip proqramlara səhnə olmuşdur. Ancaq şamanist ənənədə isə belə hadisələr görülməz. Ruhları görüb insanlardan uzaqlaşdıra bilən kəslərə Qovucu/Quvuçu/Kuvucu/Kuğuçu/Kuğunçu deyilir. Pis ruhu bir dəfə tutan adam qovucu olmağa haqq qazanmış deməkdir. Söz, "qovmaq" feli ilə əlaqəlidir. Şaman tərəfindən cin dəyən adamın üzünə soyuq su səpilərək "qovuç, qovuç!" deyə müraciət ediləcəkdir. Üzərlik və öd ağacları yandırılaraq tütsü edilər, bununla xəstə və olduğu oda tütsülənir. "Qovuz" sözcüyü də cin vurmasına qarşı edilən efsun, üfürün, urasa kimi mənalara gəlir.
Sözcü
Sözcü — Türkiyə qəzeti. Qəzet 27 iyun 2007-ci ildə İstanbulda qurulmuşdur. Metin Yılmaz ilk baş redaktoru olmuşdur. Ümumiyyətlə hökuməti tənqid edən yazılarıyla tanınan qəzet, Türkiyədə xüsusilə Atatürkçü kəslər tərəfindən oxunmaqdadır. 7 noyabr 2016 tarixində, Türkiyə daxilində Azadlıq, Sabah və Posta qəzetlərindən sonra ən çox tiraja sahib olan qəzetdir.2007-ci ilin iyun ayında, daha əvvəl Doğan Yayın Holding tərəfindən yayımlanan Gözcü qəzetinin bağlanılmasından sonra (2007-ci ilin aprel ayı) ad haqqlarının alınması ilə çapa başlandı. == Tarixi == 2007-ci ildə yayımına başlayan Sözcü, ilk günlərində 60 min ədəd qəzet satdı. Qəzet, 2008-ci ilin sentyabr ayında ortalama 150.000 tiraj keçdi və 2010-cu ilin dekabr ayında ortalama 210.000 tiraja çatdı. 2011-ci ildə Sözcü, ən çox oxunan ilk 10 qəzetin reytinq siyahısında 5-ci sırada durdu. 2012-ci isə 303.358 tiraj edən Sabah qəzetini, 328.030 tirajla keçmiş və Türkiyənin ən yüksək tiraja sahib 4 qəzetindən biri olmuşdur. 2014-ci ildə isə 402.870 tiraj ilə Zaman qəzetini keçəndən sonra Türkiyənin ən çox tiraja sahib olan 2-ci qəzeti olmuşdur.
Abşeron qoyunu
Abşeron qoyunu — zooloji klassifikasiyasına görə uzun yağlı quyruq qurupa, təsərrüfat klassifikasiyasına görə yağlı quyruq, ətlik-yunluq-südlük, Qafqaz qrupuna mənsub, yarımqaba yunlu məhsuldar qoyun cinslərindən biri. Bu qoyunlar iri gövdəli, tez yetişən, yüksək keyfiyyətli ət, süd, yun verməsi, ekstremal iqlim şəraitinə dözümlü tez törəyib artan, il boyu təbiiotlaqlardan maksimum səmərəli istifadə edən, bu şəraitdəyüksək məhsul vermək imkanına malikdir. Otlaqda və bordaqda intensiv kökəlir.Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfov tərəfindən hazırlanmış materiallar əsasında aborigen cinslərin seleksiyasından özündə əcdadlarının – Qala qoyununun ən yüksək keyfiyyətlərini cəmləşdirmiş yeni yarım-qaba yunlu Abşeron qoyun cinsi yaradılmışdır. Abşeron cinsinin müxtəlif şəraitlərə adaptasiyası geniş olaraq sınaqlardan keçirilmiş, elmi şəkildə tədqiq edilərək onun yüksək rəqabət qabiliyyətliyi təsdiq edilmişdir. Abşeron qoyunu 29 iyun 2007-ci ildə Azərbaycan Damazlıq (Azərdamazlıq) şurasında cins kimi təsdiq edilmişdir. Abşeron qoyununun uzun yarımqaba yuna malik olması Azərbaycanda xalçaçılığın yüksək keyfiyyətli xammalla təmin olunması baxımından çox əhəmiyyətlidir. == Cinsin xarakteristikası == Cinsin istiqaməti – ətlik-yunluq-südlük Yunun növü – yarımqaba Yunun rəngi – açıq boz, ağımtıl Yunun təbii uzunluğu – 16-25 sm Yunun orta nazikliyi – 38,016 mkr Yunun sinfi: I-II sinif yarımqaba Yun məhsuldarlığı – 3,5-4 kq Diri çəkisi (kq): törədici qoçlarda – 60-70 ana qoyun – 45-50 === Eksteryer əlamətlər === Başı orta böyüklükdə, uzun sallaq qulaqlı, əksər qoyunlar və qoçlar buynuzsuzdur. Qoçlarda xırda buynuz ola bilər. Quzular doğulduqda qəhvəyi, kürən, boz və açıq-boz rəngdə olur. 6 aylıqda güzəm tünd rəngdən açıq-boz rəngə dəyişir,baş və ayaqların örtücü tükləri əvvəlki tünd rəngində qalır.
Altay qoyunu
Altay qoyunu (Ovis ammon ammon) — məhv olma təhlükəsi altındadır. == Görünüşü == Bədəni sıx ama incədir. Ayaqları hündür və nazikdir. Boynu uzunsov və incədir. Quyruqu qısadır. Ölçülərinə görə dağ qoyunlarının başqa alt növlərindən daha iridir: erkəklərin hündürlüyü peysərdə 125 sm. erkəklərin ən uzun kəllə sümükləri ölçüsü 345-385 mm, ortalama 360 mm, dişilərdə 305-337 mm, ortalama 318 mm. Buynuzlar həm erkəklərdə həm dişilərdə var, özüdə dişilərdə ölçüləri xeyli kiçikdir. Onlar çox böyükdülər, uzunluğu 129 sm., əsasında əhtəsi 40-50sm. qədər, ortalama 44sm.
Ağız qopuzu
Ağız qopuzu (ing. Jew's harp, rus. варган) — dartılmaqla səsləndirilən idiofonlu çalğı aləti. XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunsa da, hazırda unudulub. == Söz açımı == Qədimdə “qopuz” sözü bütün növlərdən olan çalğı alətlərimizin ümumi adına deyilib: “telli (simli) qopuz”, “yaylı (kamanlı) qopuz”, “vurmalı (zərblə səsləndirilən) qopuz” “qolça qopuz” və “ağız qopuzu” deyimlərinə ədəbi və tarixi mənbələrdə tez-tez rast gəlirik. Adından bəlli olduğu kimi, alət ağızda səsləndiyindən “ağız qopuzu” adlanıb. == Tarixçə == Əlihüseyn Dağlının yazdığına görə, ağız qopuzu VI əsrlərdə qırğız türkləri tərəfindən icad edilmişdir. Bu fakt başqa türk mənbələrində də təsdiqini tapır.1990-cı ildə Yaponiyada, Tokionun yaxınlığında yerləşən Omiya şəhərində arxeoloji qazıntılar zamanı 2 ədəd mukkur (ağız qopuzunabənzər) adlanan çalğı aləti aşkar edilmişdir. Mütəxəssislər bu alətlərin təxminən minillik tarixi olduğunu müəyyənləşdirmişlər. Xomus (ağız qopuzu) alətinin tanınmış tədqiqatçısı İvan Yeqoroviç Alekseyev bu tapıntını Sibirin şimal-şərq xalqlarından biri olan nivxilərin xozon (kanqa, vıçranqa) alətinə bənzədir.
Balbas qoyunu
Balbas qoyunu — Azərbaycan ərazisində, əsasən Naxçıvanda geniş yayılan ən iri qoyun növü. == Ümumi məlumat == Naxçıvanda geniş yayılan balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas qoynu da mazıx qoyunu kimi, qonşu ərazilərdə, daha doğrusu, Ermənistan, Türkiyə və İranda da məlumdur. Balbas qoyunları boyca hündür, caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını daha da artırır. Balbas qoyunları buynuzsuz, yunu keyfiyyətli və südü yağlı olur. Qoyunların çəkisi 50 kq-a qədər, qoçlarınkı isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq-a qədər olan bu qoyunların yunu da çox, daha doğrusu, 3-4 kq-a qədər olur. Balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilir.
Baluçi qoyunu
Baluçi qoyunu — cənub-şərqi Pakistan, şərqi İran və cənubi Əfqanıstandan gələn yağlı quyruqlu qoyun cinsi. Baluçi qoyunları yun üçün yetişdirilir. == Xüsusiyyətləri == Şərqi İranın quraq və subtropik bölgələri Baluçi qoyunlarının yetişdirilməsi üçün uyğundur. Baluçi qoyunlarının başları və ayaqları ağ-qara rəngdədir. Yetkin anaç qoyunların orta çəkisi 35 kq (77 funt) olur. Təqribən 120 gün süd verirlər. Laktasiya dövründə 35 to 40 kq (77 to 88 funt) süd verir.
Barquzin qoruğu
Barquzin dövlət təbiət biosfer qoruğu — qoruq Buryatiyanın Şimali-Baykal rayonu ərazisində yerləşir. Tarixi mərkəzi Davşa, 2012-ci ildən isə isə Ust-Barquzin qəəsəbəsidir. == Tarixi == Barquzin qoruğu Rusiyanın qədim qoruqlarındandlr. Qoruq Zabaykal vilayətinin Barquzin qəzası ərazisində yerləşdirindən Barquzin adlandırılmışdır. Qoruq 1916-cı ilin 29 dekabrında yaradılmışdır. Qoruq yaradılarkən Martes zibellinanın qorunması hədəflənirdi. Bu zaman burada cəmi 20–30 baş olduğu halda, hazırda hər 1 km² əraziyə 1–2 baş düşür. Bu qoruq Oktyabr inqilabına qədər mövcud olmuş yeganə qoruqdur. 1930-cu illərdən qoruğun təyinatı kompleksləşmişdir. 1986-cı ilən YUNESCOnun Biosfer qoruğu statusu alır.
Baykal qoruğu
Baykal qoruğu (rus. Байкальский государственный природный биосферный заповедник)— 26 sentyabr, 1969-cu ildə keçmiş RSFSR nazirlər kabinetinin №571 qərarına əsasən Buryatiya MSSR tərkibində təsis edilmiş, 165 724 hektar əraziyə malik, Rusiya Federasiyasının Buryat ərazisində Baykal Dövlət Təbiət Qoruğu == Məlumat == Baykal qoruğu BTMİ kateqoriyasına görə çiddi qorunan təbiət qoruğudur. Qoruq Baykal gölünün cənub sahili terraslarında və Hamar-Daban silsiləsinin (hünd. 2316 m-ədək) mərkəzi hissəsindədir. Qoruq Buryatiya Respublikasının üç: Kabanskiy, Cidinskiy və Selenginskiy rayonlarının inzibati ərazilərinə daxildir. Təbii dağ-tayqa kompleksini (küknar, sidr, ağşam, şam, qaraşam və s.) qorumaq və öyrənmək məqsədilə 1969-cu ildə yaradılmışdır. 1986-cı ildən biosfer qoruğudur. Florasında 1700-dən çox bitki növü, o cümlədən borulu bitkilərin təqribən 840 növü; 540-dan çox şibyə növü (təqr. 50-si nadir növlərdir) var. Faunası Cənubi Sibir dağları üçün səciyyəvidir.
Başqırd qoruğu
Başqırd Dövlət Təbiət Qoruğu Başqırdıstan Respublikasının Cənubi Ural dağları razisində yerləşir. == Tarixi == Qoruq 11 iyul 1930-ci ildə təşkil edilmişdir. Qoruğun ərazisi 49 609 hektardır. 1951-ci ildə Başqırdıstan MSSR Nazirlər Sovetinin qərarı ilə qoruq ləğv edilir. Qoruğun ərazisi Lesxozlara verilir. Ərazisində meşə tədarük edilir. 1958-ci ilin noyabrında Başqırd qoruğu yenidən bərpa edilir. 1986-cı ilə qədər qoruq 3 hissədən ibarət olmuşdur: Ural-Tau, Cənubi Kraka və Pribel. 1986-ci ildə qoruğun bir hissəsində müstəqil Şulqan-Taş qoruğu təşkil edir. 2006-cı ildə Lomonosov adına Universitetin əməkdaşları və tələbələr tərəfindən qoruğun xəritəsi tərtib edilir == Coğrafiyası == Qoruq Başqırd Uralının mərkəzi hissəsində yerləşir.
Bozax qoyunu
Bozax qoyunu — Qoyun cinslərindən biri. Qərbi Azərbaycanda, qismən şərqi Gürcüstan və Ermənistanın bir sıra rayonlarında yayılan bozax qoyunu qədim, həm də yerli Azərbaycan qoyun cinslərindən biri sayılır. Vaxtilə Gəncə və Qazax qəzalarında daha çox inkişaf tapan bozax qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Bozax qoyununun yunu əsasən boz, nadir hallarda ağ, qəhvəyi rəngdə olur. Çox güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona bozax qoyunu adı verilmişdir. Bu cins qoyunların diri çəkisi əsasən 50–65 kq-a qədər olur. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. səh. 596.
Cəro qoyunu
Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.
Dorper qoyunu
Dorper qoyunu — Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cins. == Tarixi == Dorper qoyunu Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cinsdir. Adınıda bu iki irqin adının ilk hecasından götürmüşdür. 1950-ci ildə rəsmi olaraq irq adını almışdır. Afrikanın inkişaf etdirilmiş ən uğurlu irqlərindən biridir. == Görünüşü == Bu qoyunların baş və boyun hissəsi qara, bədəni ağ və bütöv ağ rəngli iki növü vardır. İrqi quyruqsuz qoyun irqlərinə aiddir. Dorper qoyununun quzusu 12 aylıq olduqda 70–80 kiloqrama qədər çəkisi olur. Dişi qoyunun diri ağırlığı 100 kq, qoçların isə 120–130 kq çəkisi olur.