Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanda gülçülük
Azərbaycanda gülçülük — Azərbaycan Respublikasında kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri. == Tarixi == Sovet dövründə – XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda gülçülük sovxozları fəaliyyət göstərib. Hansı ki, onlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdır. Sovet İttifaqı dağılanda sonra gülçülük təsərrüfatları da geriləməyə başladı. Hazırda Azərbaycanda bu səhə ilə məşğul olan təsərrüfatların sayı elə də çox azdır. Fəaliyyət göstərən təsərrüfatlar yenə də əsasən Bakı kəndlərindədir; amma əvvəlkindən xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala yetişdirilir. Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur ki, buna aşağıdaklar aiddir: maliyyə çatışmazlığı; bu sahəni bilən kadrların azlığı; maarifçiliyin aşağı olması; satış bazarlarına daxil olmağın çətinliyi.
Güllük
Güllük — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhali milliyətcə qarışıqdır. Müxtəlif milliyətlərin nümayəndələri kənddə mehriban halda yaşayırlar. Bununla belə sayca Azərbaycan Türkləri əhalinin əsas kəsimini təşkil edir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 672 təsərrüfatda hər iki cinsdən toplam 2.431 nəfər əhali yaşayır. == Toponimikası == Güllük oyk., sadə. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi XVII əsrdə Dağıstanın Saxur kəndindən köçüb gəlmiş ailələrin Güllük adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim "gül, çiçək olan ərazi" mənasındadır.
Əhməd güclüdür!
"Əhməd güclüdür!" (rus. Ахмат — сила!; həmçinin, "Əhməd gücdür!", "Axmat güclüdür!" və ya "Axmat güclüdür! Allahu Əkbər!"; rus. Ахмат — сила! Аллаху Акбар!) — kadırovçular arasında geniş yayılmış dini və siyasi şüar. Tədqiqatçılar şüarın Rusiya daxilində Çeçenistan Respublikasında hərəkata və ideoloji layihəyə çevrilməsini qeyd edirlər. == İdmanda == "Əhməd güclüdür!" Çeçenistan Respublikasından olan "Axmat" döyüş klubunun devizidir. Bu, sonradan təkcə döyüş klubunun deyil, həm də bu klubu təmsil edən Rusiyanın və MDB-nin müxtəlif regionlarından olan bütün idmançıların şüarına çevrilmişdir. == Çeçenistanın şəhər mədəniyyətində == "Əhməd güclüdür!" şüarı Qroznı Beynəlxalq Hava Limanının üzərində yazılmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Михалёва А. В. "Религиозный фактор в региональной политике идентичности: на примере самопрезентации лидеров Чеченской республики в социальных сетях".
Güllük bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Güclülər Dəstəsi 1992
Azərbaycan Premyer Liqası 1992 — Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının futbol üzrə sayca birinci çempionatı. Bakının "Neftçi" klubu ilk çempion olub. Sumqayıtın "Xəzər" komandası ikinci, "Turan" (Tovuz) isə üçüncü olub. == Format == İlk mərhələdə 26 klub hər birində 13 klub olmaqla iki qrupa bölunur. Çempionatda 26 komanda iştirak edib. Onlar hər birində 13 komanda olmaqla 2 qrupda mübarizə aparıb. İlk 6 komanda II mərhələdə 1-12 yerlər uğrunda, digərləri 13-26-cı yerlər uğrunda oynayıb. Mübarizə ilk mərhələnin bütün göstəriciləri saxlanmaqla davam etdirilib. Əsasnaməyə uyğun olaraq turnirdə ən zəif çıxış etmiş 8 komanda aşağı dəstəyə düşüb. Qələbəyə görə komandalar 2 xal, bərabərliyə görə isə 1 xal qazanıblar.
Yalnız güclülər (film)
Yalnız güclülər (İng: Only the Strong) — 1993-cü ildə baş rolda Mark Dakaskosun oynadığı, Şeldon Lettiçin çəkdiyi döyüş sənəti filmidir. Bu, Afro-Braziliya döyüş sənəti olan kapoeyranı əvvəldən sona qədər nümayiş etdirən yeganə Hollivud filmi hesab olunur.
Yalnız güclülər (film, 1993)
Yalnız güclülər (İng: Only the Strong) — 1993-cü ildə baş rolda Mark Dakaskosun oynadığı, Şeldon Lettiçin çəkdiyi döyüş sənəti filmidir. Bu, Afro-Braziliya döyüş sənəti olan kapoeyranı əvvəldən sona qədər nümayiş etdirən yeganə Hollivud filmi hesab olunur.
Güllük Dağı Milli Parkı
Güllük Dağı Milli Parkı və ya Termessos Milli Parkı — Türkiyənin Antalya vilayətinin Qorqudeli rayonunda yerləşən milli park. 1970-ci ildə açılmışdır və sahəsi 6.702 ha-dır. == Haqqında == Milli park arxeoloji, botanik, geoloji və geormorfoloji quruluşa malikdir. Güllük dağının (Solimos dağı) yamaclarında Anadolunun yerli xalqı olan solimlər tərəfindən qurulmuş Termessos antik şəhərinin qalıqları yerləşir. Şəhərin yaxınlığında dərin vadilər və təpələr vardır. Termessos antik şəhərinin qalıqları yaxşı mühafizə edilmişdir. Güllük dağının cənub-qərbində 1150 m yüksəklikdə salınmışdır. Ən yaxşı qorunmuş qalıqlar ellinist dövrünə aid məzarlardır. Digər əsərlər Roma dövrünə aiddir. Qüllələr, səddlər, aqora, kral yolu, teatr, su anbarları, məzarlar ən əhəmiyyətli əsərlərdir.
Qululu (Germi)
Qululu (fars. قيلولو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (38 ailə).