Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Günahsız adam
Günahsız adam (Hanqıl: 세상 어디에도 없는 착한 남자; YR: Sesang Eodiedo Eobneun Chakan Namja, ing. The Innocent Man) — 2012-ci il Cənubi Koreya istehsalı olan melodram serialı. Serial 2012-ci ildə sentyabrın 12-dən noyabrın 15-ə qədər yayımlanıb. Və yüksək reytinq göstərib. == Rollarda == Son Qun Ki , Mun Çae Von , Park Si Yeon , Li Kvan Soo , Li Yoo Bi və Li San Yeob. == Mövzusu == "Kang Ma Roo" tibb universitetində oxuyan , gələcəyi ilə əlaqədar parlaq fikirləri olan gənc bir tələbədir. Uşaqlıqdan tanıdığı və sevdiyi "Han Jae Hee" isə həm oxuyub həm də bir televiziya kanalında müxbirlik edən gənc bir qızdır. Bir gün "Kang Ma Roo" evə gəldikdə bacısı "Kang Cho Ko"nun bərk xəstələndiyini görür. Bacısını xəstəxanaya çatdırmaq istəyəndə isə "Han Jae Hee"dən bir telefon zəngi alır. Telefonda "Han Jae Hee"nin səsinin pis olduğunu eşidir və bacısını qoyub özünü onun yanına çatdırır.
Günahsız Abdulla (film, 1984)
== Məzmunu == Abdulla (Mikayıl Mirzə) sakit bir müsəlman-kənd adamıdır. Lakin günlərin bir günü onu şərə salırlar və 10 il həbs cəzası alır. Tamaşa boyu Abdullanın həbsxanadakı əzabları əks etdirilir. O günahsız olduğundan həbsxana əzab verir, gündən-günə qisas alma arzusu onda daha da baş qaldırır. Bir gün həbsdən azad olunmağına az bir zaman qalmış o, dözməyərək həbsdən qaçır və tez kəndinə gəlir. Kənddə isə artıq onun yolunu heç kim gözləmirdi. == Televiziya tamaşası haqqında == Film Mixail Cavaxişvilinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. == Səhvlər == Hakim Abdullanı dindirəndə onun əlləri arxadan bağlıdır. Lakin növbəti kadrların birində "mən günahsızam" deyərək əllərini önə doğru uzadır. Bir kadr sonra isə onun əlləri yenə də bağlıdır.
Mənim günahım (film)
Mənim səhvim (isp. Culpa mía) – 2023-cü ildə çəkilmiş ispan romantik dram filmi. Dominqo Qonzalesin rejissor kimi ilk işidir və baş rollarda Nikol Volles və Qabriel Qevaradır. Film Mersedes Ronun eyniadlı Wattpad hekayəsinə əsaslanır. == Məzmun == Noy anasının yeni ərinin malikanəsinə köçmək üçün şəhərini, sevgilisini və dostlarını tərk etməlidir. Orada o, yeni ögey qardaşı Nik ilə tanış olur və onların şəxsiyyətləri əvvəldən toqquşur. Lakin aralarında istəmədikləri şəkildə məhəbbət münasibətləri başlayır. == Rollar == Nikol Volles Noy rolunda. Qabriel Gevara Nik rolunda. Marta Azas Rafaella rolunda.
Mənim günahım (film, 1985)
== Məzmun == Bəzən elə olur ki, vəzifə insana xoşbəxtlik gətirmir. Əksinə insanın əlindən ən müqəddəs saydığı amilləri alıb aparır. Lakin bu amilləri qoruyub saxlamaq çox çətindir və bir çox fədakarlıqlar tələb edir... Sahiblə (Rəfael Dadaşov) Nurcahan (Amaliya Pənahova) aralarındakı yaş fərqinə baxmayaraq xoşbəxt ömür-gün yoldaşıdırlar. Nurcahan 40 yaşında və tezliklə səhnəylə vidalaşmağa məcbur olan balerinadır. Sahibin şəhərin sədri seçilməyi ona sanki bir təskinlik verir. Lakin tezliklə vaxtilə Sahibə yardım edən şəxslər indi ondan çox böyük xahişlər edirlər. Sahib isə öz vicdanına qarşı gələ bilmir və bu dələduzların xahişlərini rədd edir. Beləliklə bu paxıl, mərdiməzar və aravuranlar Sahiblə Nurcahanın ailə həyatına zərbə endirməyə çalışırlar. Və nəticədə onların xoşbəxt ailə həyatı dağılır.
Almanın günahı (film, 2014)
Almanın günahı qısametrajlı sənədli filmi rejissor İdris Heydərov tərəfindən 2014-cü ildə çəkilmişdir. İzmediada istehsal edilmişdir. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır. == Məzmun == Avropanın mərkəzində 40 min nümayişçi amansızlıqla dağıdılıb. Polis heç kimə rəhm etmir: nə qocalara, nə qadınlara, nə də uşaqlara...Min nəfərdən çox fəal həbs edilib, bloqqerlərə, jurnalistlərə qarşı cinayət işi açılıb, hətta parlamentin deputatları da təqib olunurlar. Söz, toplaşmaq azadlığının pozulması...Eynulla Fətullayevə müsahibə verən alman hüquq müdafiəçiləri təsdiq edirlər ki, liberal Almaniya amansız avtoritarizmə qayıdır.Film Almaniyada baş verən siyasi hadisələri araşdırır.
Qulaqsız varanlar
Qulaqsız varanlar (lat. Lanthanotidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Qulaqsız dovşan (film, 2007)
Qulaqsız dovşan (alm. Keinohrhasen‎) — 2007-ci ilin kinokomediyası. Rejissor Til Şvaygerin filmi. == Məzmun == Ludo (Til Şvayger) jurnalistdir və ulduzlar haqqında materialları sarı pressaya göndərir. Həmçinin onun əsas bir hobby'si qızları yoldan çıxarçasıdır. Ludo əsl kazanovadır... Kliçkonun nişanında uğursuz qizli çəkilişdən sonra (Ludo çəkilişi şüşəli tavan üzərində eləyən zaman şüşə sınır və o tortun üstünə düşür), şərti 8 ay həbs cəzasına məhkum edilir. Şərti — 300 saat uşaq bağçasında məcburi iş. Uşaq bağçasının (Kindergarte) tərbiyəçisi bir vaxtlar məktəbdə Ludo tərəfindən lağa və istehzaya məruz qalan qızdır. Ludo artıq bu insedenti çoxdan unutsa da, Anna bunu yaxşı xatırlayır və onun yeganə istəyi — ona dərs verməkdir.