Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güvəndik
Güvəndik — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonimi göyənlik (otluq) sözü ilə və ya Güvəndik şəxs adı ilə bağlayırlar. Əslində, kəndin adı güvəndli/güvəndlik nəsil adı ilə bağlıdır. 1933-cü ildə kəndin adı Güyəndilər variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Şəhidləri === Fərzalıyev Samiq Misir oğlu (1992-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Güvəndik kənd kitabxana filialı, Güvəndik kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Güvəndik kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.