Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kuzəran
Kuzəran — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Kuzəran bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,759 nəfər və 810 ailədən ibarət idi.
Givəran (Xoy)
Givəran (fars. گيوران‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Güzalan (Kəleybər)
Güzalan (fars. گوزالان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 751 nəfər yaşayır (161 ailə).
Gəzəlan (Qoşaçay)
Gəzəlan (fars. گزلان‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 688 nəfər yaşayır (154 ailə).
Luteran
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Luzerna
Luzerna (port. Luzerna) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5755 nəfərdir. Ərazisi 116,832 кm²-dir. Əhalinin sıxlığı 49,3 nəfər/кm²-dir. Bələdiyyə 29 dekabr 1995-ci ildə yaradılmışdır.
Qucərat
Qücərat (qüc. ગુજરાત; hind गुजरात; ing. Gujarat) — Hindistanın qərbində ştat. Mərkəzi — Qandinigar şəhəridir, Böyük şəhəri — Əhmədabad. 2011-ci il məlumatlarına görə əhalisi 60 383 628 nəfər (ştatların arasında 10-cu yer.). == Tarixi == Qücəratın Solanki sülaləsi 960-cı ildən 1243-cü ilədək bu ştatı idarə etmişdi. Sultan Mahmud Qəznəvi 1002-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qücərat əyalətlərini Qəznəvilər dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Xələclər sülaləsindən Sultan Cəlaləddin Firuz şah 1290–cı ildən sonra Hindistanın əksər əyalətlərini ələ keçirməyə başladı. O, bütün iqtanın feodallara nəsildən-nəslə miras kimi keçməsi ba­rədə fərman verdi.
Zazeran
Zaziran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,670 nəfər və 2,003 ailədən ibarət idi.
Qutran
Qutran (fr. Goutrens, oks. Gotrens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 20 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 445 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfər (15-64 yaş arasında) arasında 185 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77,7%, 1999-cu ildə bu 68.1%).
Guiera
Guiera (lat. Guiera) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinə aid bitki cinsi.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Lüteran kilsəsi
Lüteranlıq — protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.
Qucərat dili
Qücərat dili Hind-avropa dil ailəsindən bir dildir və Hindistanın Qücərat əyalətində, Pakistan, Keniya, Tanzaniya və Uqandada bu dildə danışılır.
Qücərat sultanlığı
Qucarat sultanlığı — Hindistanın qərbindəki Qucaratda XV-XVI əsrlər arasında hökm sürən müsəlman dövlət. == Tarixi == 1298-ci ildə Əlaəddin Xələcin ələ keçirdiyi Qucarat bu tarixdən sonra Dehli sultanlarının təyin etdiyi valilərin idarəsinə daxil oldu. 1391-ci ildə III Məhəmməd tərəfindən Qucarat valiliyinə təyin olunan Zəfər xan, Tuğluqoğulları sülaləsinin çöküşündən yararlanaraq 1407-ci ildə Müzəffər şah (I Müzəffər) adıyla müstəqilliyini elan etdi. Nəvəsi I Əhməd (hökmdarlığı 1411-1442) sultanlığın gücünü ve nüfuzunu artırarak Qucarattaki Hindu racələrinin yanı sıra Malva, Xandeş və Dekkanın müsəlman sultanlarıyla savaşlar apardı. Paytaxtı, Anahilvaradan 1411-ci ildə qurdurduğu Əhmədabada daşıdı. Dövlətin ən uzun səltənət sürən hökmdarı Mahmud Begra (hökmdarlığı 1458-1511), Hindulara qarşı hazırladığı səfərlərlə Çampaneri alaraq buranı Məhəmmədabad adıyla paytaxt etdi. Mahmud Begranın hökmdarlığının sonuna doğru, Qərb və Cənubi Hindistanda Portuqallar yeni bir güc olaraq ortaya çıxdı. Portuqalların Hind ticaretini neredeyse tümüyle ələ keçirmələri, Misirli və Qucaratlı tüccarları çətin durumda bıraxdı. Mahmud Begra, Portekizlilere qarşı 1508-ci ildə Memlük sultanı Kansu Qavri ilə ittifaq qurduysa da, ardından Portuqallarla sülh bağlamaq məcburiyyətində qaldı. 1535-ci ildə Malvanı ələ keçirən Bahadır şahın (hökmdarlığı 1526-1537) Portuqallar tərəfindən öldürülməsindən sonra Qucarat sultanlığı parçalanmağa başladı.
Əhmədabad (Qucərat)
Əhmədabad (ing. Ahmedabad); Hindistanın Qücərat ştatının ən böyük şəhəri və keçmiş paytaxtıdır. Əhmədabadın əhalisi 5,633,927 adamdan ibarətdir (2011-ci ilə görə) və bu Əhmədabadı adam sayına görə beşinci şəhər edir. Qandinaqardan 30 km uzaqlıqda yerləşir.
Guiera senegalensis
Guiera senegalensis (lat. Guiera senegalensis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin guiera cinsinə aid bitki növü.
Luis Guzman
Luis Quzman isp. {{{1}}} Luis Guzmán - Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Luis Quzman
Luis Quzman isp. {{{1}}} Luis Guzmán - Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Qufran məscidi
Qufran məscidi (başq. «Ғофран» мәсете) — Başqırdıstanın Ufa şəhərinə daxil olan Leninski rayonuda qapalı qəbrstanlıq ərazisində yerləşən cümə məscidi. == Tarixi == Ağidel çayı sahilində XIXəsrdə meydana gəlmiş qəbrstanlıq. Qəbrstanlıq haqqında ilk məlumat 1897-ci ilə aiddir. Onun ərazisi 1904-cü ildə genişləndirilmişdir. 1909-cu ildə burada bir kənd məscidi inşa edilmişdir. Sonradan bu məscid Cümə Kafedral məscidi adlandırılır. 1960-cı ildə burada güçlü yanğın olur. Nəticədə tamamən dağıdılır. 1994-cü ildə əvvəlki məscidin yerində yeni məscid inşa edilir.
Rayan Quzman
Rayan Quzman (ing. Ryan Guzman); d. 21 sentyabr 1987, Eybilin) — ABŞ modeli və aktyor. Aktrisa Ketrin MakKormiklə birgə 2012-ci ildə Step Up Revolution adlı 3D formatlı filmdə baş rolda çəkilib. Aktyorluq peşəsindən əvvəl o model biznesində işləyib. == Həyatı == Rayan atası meksikalı, anası isə Avropa kökənli bir amerikan ailəsində anadan olub. Hələ cavan yaşlarında Rayan anasının doğma şəhərinə, Kaliforniya ştatında yerləşən Sakramentoya köçdü. O Roklində yerləşən „Sierra College“inə daxil olur. Aktyorluq peşəsində debüt rol ona Bir addım irəli 4 dans filmi gətirdi. Aktyor peşəsindən əvvəl o model biznesində çalışıb.
Rodriqo Quzman
Alman lüteran kilsəsi
Alman lüteran kilsəsi (Göygöl) — Azərbaycanın Göygöl şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gədəbəy) — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Gəncə) — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şamaxı) — Azərbaycanın Şamaxı şəhərində tarixi-memarlıq abidəsi. Alman lüteran kilsəsi (Şəmkir) — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi.
Haynts Vilhelm Quderian
Haynts Vilhelm Quderian (alm. Heinz Wilhelm Guderian‎; 17 iyun 1888 – 14 may 1954) — İkinci Dünya müharibəsi dövrü alman generalı. == Həyatı == Prussiya zabiti ailəsində doğulan Haynts kadet korpusunu bitirmiş, 20 yaşından sonra hərbi qulluğa başlayıb leytenant rütbəsi almışdı. Bu illərdə gənc zabit daim necə sürətlə Avropanı və Rusiyanı diz çökdürmək yollarını fikirləşir və öz hərbi konsepsiyasını yaratmaq istəyirdi. O, nəhayət belə bir konsepsiya düşünüb tapdı. Bu elə bir konsepsiya idi ki, düşmənlər müqavimət göstərə bilməyəcəkdilər. Daha doğrusu, buna imkanları olmayacaqdı. Bu fikrə o, ingilis hərb nəzəriyyəçisi Con Füllerin "Tanklar böyük müharibədə" adlı kitabı ilə tanış olandan sonra gəlmişdi. O əmindi ki, nəzəriyyəsi praktikada parlaq nəticə verəcək. Birinci Dünya müharibəsindən sonra səhra hərbi radio hissələrində qulluq edən Quderian vəzifəsini çox yüksək səviyyədə yerinə yetirdiyinə görə böyük hörmət qazanmışdı.
Lüteran kilsəsi (Bakı)
Xilaskar kilsəsi (alm. Erlöserkirche‎) — 28 may küçəsində (keçmiş Telefonnaya) yerləşən lüteran kilsəsidir. Kilsə 1896-1899-cu illərdə Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilmişdir. Kirxanın planında dartılmış düzbucaqlı formasında olan, dərin ajidonlu zal təqdim olunmuşdur. Təmiz divar fonunda qabarıq profillənmiş qotik tağ diqqətəlayiqdir. Ajido qübbə və yanlardakı tağşəkilli pəncərə yerləri ilə birgə zal interyerinin daxili fəzasının mərkəzi oxunu müəyyən edir. Kirxanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyindədir. Mütənasib proporsiyalar, inşaat qurğusunun əsas hissələrinin səlis bölümləri və qotik elementlərin dekoratic artıqlığına yol vermədən əldə olunmuş həcmi plastika binanı çox ifadəli edir. Ciddi, bir qədər irəli çıxan səciyyəvi pilonlar mərkəzi portalı daha çox nəzərə çatdırır. Portal dekorativ, dinamik frontonla tamamlanır.
Quzan (İcrud)
Quzan (fars. قوزان‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 520 nəfər yaşayır (134 ailə).