Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəlirlik əyrisi
Təsirsiz qaz
VIII qrup elementləri təsirsiz qaz adlanır. Bu o deməkdir ki, onlar digər elementlərlə energetik səviyyələrini elektronla doldurmaq üçün reaksiyaya girmirlər. Buna səbəb onların sonuncu energetik səviyyələrinin dolu olmasıdır. Buna görədə onlar digər qruplara nibətən daha zəifdirlər. Helium(He), Neon(Ne), Arqon(Ar), Kripton(Kr), Ksenon(Xe) və radioaktiv Radon(Rn) təsirsiz qazlara misal göstərilə bilər. Təsirsiz qazlara eyni zamanda nəcib qazlar da deyilir. Mendeleyev cədvəlində öz əksini tapmışdır.
Təsirsiz qazlar
VIII qrup elementləri təsirsiz qaz adlanır. Bu o deməkdir ki, onlar digər elementlərlə energetik səviyyələrini elektronla doldurmaq üçün reaksiyaya girmirlər. Buna səbəb onların sonuncu energetik səviyyələrinin dolu olmasıdır. Buna görədə onlar digər qruplara nibətən daha zəifdirlər. Helium(He), Neon(Ne), Arqon(Ar), Kripton(Kr), Ksenon(Xe) və radioaktiv Radon(Rn) təsirsiz qazlara misal göstərilə bilər. Təsirsiz qazlara eyni zamanda nəcib qazlar da deyilir. Mendeleyev cədvəlində öz əksini tapmışdır.
Pivovarovun gəlirli binası
Pivovarovun gəlirli binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Rostov-na-Donu şəhəri Şaumyan küçəsi ev 45/28 ünvanında yerləşir. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina 2004-ci il 29 dekabr tarixli qərarla regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanın adının kimin adından götürülməsi dəqiq müəyyən edilməmişdir. == Tarixi == Pivovarovun gəlirli binası XIX əsrin sonları XX əsrin əvvəllərində həkim Petr Pavloviç Çubuxçiev tərəfindən inşa edilmişdir. Bina 1915-ci ilə qədər onun mülkiyyətində olmuşdur. Binada onun həkim kabineti yerləşirdi. Bu kabinetdə əsasən dəri xəstəliklərinin müayinəsi və malicəsi təşkil edilirdi.
Qazaxıstan əhalisinin gəliri
Qazaxıstanda nominal ifadədə orta aylıq əmək haqqı 2017-ci ildə 149 669 təngə (təxminən 450 ABŞ dolları) olmuşdur. İşçilərin təngdə əmək haqqı səviyyəsi son 17 ildə 10 dəfə artmışdır. Orta əmək haqqına dair məlumatları ABŞ dolları ilə götürsək, orta əmək haqqının zirvəsi 2013-cü ildə (717 dollar) əldə edilmişdir.. Ən real mənzərəni 2017-ci ilin birinci yarısında 83.000 tengeyə (təxminən 220 dollar) bərabər olan orta əmək haqqı göstərir. Üstəlik, ölkədəki əmək haqqı ilə bağlı məlumatlar hesablanarkən, əmək haqqı iqtisadiyyatda orta göstəricidən xeyli aşağı olan kiçik müəssisələr və özünüməşğul şəxslərin gəlirləri nəzərə alınmır, buna görə də "əmək haqqının real səviyyəsi əhəmiyyətli dərəcədə ola bilər alt "rəsmi olaraq elan edildi. Dövlət qurumlarına görə, gəliri 60 min tengenin (təxminən 159 dollar) altında olan öz-özünə işləyən və işsizlərin sayı 853 min nəfərdir.Qazaxıstan Respublikasının Statistika Komitəsi 2019-cu ilin sonunda orta əmək haqqı barədə məlumat yayımladı. Bu məlumatlara görə, işləyən Qazaxıstanlıların yarısı (3.3 milyon) 112.2 min tengedən az maaş alır - bu əmək haqqının orta dəyəridir. Qeyri-rəsmi statistikaya görə, əhalinin gəlirlərinin yarısı 44,5 min tengedən (100 dollar) azdır. Qazaxıstan işçilərinin maaşları əsasən yalnız qida, kommunal xidmətlər və rabitə xidmətləri, geyim, dərman və nəqliyyat xərcləri üçün kifayətdir; az adam öz qənaətinə sahib olmağı bacarır, əyləncə xərcləri də azdır. Kişilər avtomobil baxımına, qadınlar gözəllik xidmətlərinə iki dəfə çox xərcləyirlər.
İllik faiz gəliri
İllik faiz gəliri (ing. Annual Percentage Yield, APY) — depozitlərə və ya investisiya məhsullarına mürəkkəb faizlərin tətbiqi nəzərə alınmaqla hesablanmış gəlir dərəcəsi. Müxtəlif gəlir hesablama intervalları ilə (illik mürəkkəb faiz dərəcəsi ilə faizlər ildə bir neçə dəfə hesablandıqda) illik mürəkkəb faizlər üzrə gəlirlərin müqayisəsini sadələşdirməyə imkan verir. İllik faiz gəliri (APY) gəlir dərəcəsini göstərir ki, sanki illik mürəkkəb faiz ildə bir dəfə hesablanır və ildə bir neçə dəfə ödənilən, sözügedən illik mürəkkəb faizlərin hesablanması zamanı olduğu kimi eyni yığılmış dəyəri (gələcək dəyəri) verəcəkdir. == İllik faizin hesablanması formulası == A P Y = ( 1 + i n o m N ) N − 1 {\displaystyle APY=\left(1+{\frac {i_{nom}}{N}}\right)^{N}-1} burada i n o m {\displaystyle i_{nom}} — nominal illik mürəkkəb faiz dərəcəsi, N {\displaystyle N} — illik mürəkkəb faiz intervallarının sayı.Belə ki, əgər bank illik mürəkkəb faiz gəlirini gündəlik hesablayırsa (illik mürəkkəb faiz hesablama intervalı bir günə bərabərdir, ildə 365 belə interval var) N = 365 {\displaystyle N=365} , gəlir gündəlik məzənnə ilə hesablanır. i n o m N = i n o m 365 {\displaystyle {\frac {i_{nom}}{N}}={\frac {i_{nom}}{365}}} .
Ter-Abramyanın gəlirli binası
Ter-Abramyanın gəlirli binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili Rostov-na-Donu şəhəri, Sadovnaya küçəsi, ev 51 ünvanında yerləşir. Bina 1886-cı ildə inşa edilmişdir. Bina regional əhəmiyyətli tarixi, arxitektur abidələri siyahısına daxil edilmişdir. Bu qeydiyyata 2009-cu il 1 yanvar tarixindən qeydiyyata alınmışdır. Bina borokko stilində inşa edilmişdir. Yaşayış binası kimi istifadə edilir. == Tarixi == ХIХ əsrdə rostovli sahibkarın Rostov-na-Donu şəhərinin bir çox yerində kitab mağazaları olmuşdur. 1880—ci illərə qədər onun tipoqrafiyası və kitabxanası icarəyə götürülmüş binada yerləşirdi. İşlərinin genişlənməsi ilə ona xüsusi və geniş ev tələb olunmuşdu.
Laşın gəlirli binası (Rostov-na-Donu)
Laşın gəlirli binası və ya A. P. Livudun gəlirli binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində dörd mərtəbəli bina. Bina Rostov-na-Donu şəhərinin puşkinskaya küçəsi ev 75 ünvanında yerləşir. Bina Maksik Qorki adında mədəniyyət və istirahət parkının əks tərəfində yerləşir. Bina XX əsrin əvvələrində inşa edildir. Binanın inşasına çəkilən xərclər Aleksandr Edmundoviç Laş tərəfindən ödənilmişdir. Binanın ən zəngin və prestijli mənzillərinin pəncərəlıri Puşkinskaya küçəsinə açılır. Elə də prestijli olmayan mənzillər isə isə həyətə baxırdı. Bina sovet hakimiyyəti qurulduqdan sonra milliləşdirilmişdir. Binanın əsas fasadı Puşkinskaya küçəsinə baxır. Hazırda bu tikili çox mənzilli yaşayış binası kimi istifadə edilir.
Resker və Xosudovskinin gəlirli binası (Rostov-na-Donu)
Resker və Xosudovskinin gəlirli binası — Rostov-na-Donu şəhəri Budyonnı küçəsi 1916-1943-cü illərdə mövcud olmuş bina. Böyük vətən müharibəsi dönəmində bina tamamən dağıdılmışdır. Ünvan: Rostov-na-Donu şəhəri, Budyonnı prospekti, ev 10. == Tarixi == Resker və Xosudovskinin gəlirli binası 1916-cı ildə tacirlər Resker və Xosudovskinin vəsaiti hesabına inşa edilmişdir. Boris Ermoloviç Xosudovski bur ticarətçi idi və tütüt ticarəti ilə məşğul olurdu. Üstəlik onun «Qafqaz-Don mühəndis bürosunda» kontoru vardı. E. L. Resker belə tütün ticarəti ilə məşğul olurdu. 1914-cü ildə Resker və Xosudovskinin gəlirli binasının yerində kiçik bir tütün mağazası olmuşdur. Bu mağaza iki tacirə məxsus idi. Birinci dünya müharibəsinin başlandığı dövrdə bu iki biznesmen tədricən varlanırdı.
Bramsı sevirsiz? (roman)
Brahmsı sevirsiz? - Fransa yazıçısı Fransuaza Saqan tərəfindən 1959-cu ildə qələmə alınmış məhəbbət romanı. Romanlarında əsasən varlı adamların şəxsi həyatlarından bəhs edən Fransuaza Saqan bu romanında yetkin qadın və gənc oğlan arasında münasibətləri ələ alır. Romanda Parisdə ona tez-tez xəyanət edən sevgilisi Rocer ilə yaşayan Paulanın ABŞ-lı müştərisinin gənc oğlu Filip ilə yaşadığı münasibətlərdən söz açılır. Paula bu gəncə aşiq olur, amma ağlı başına gələn Rocer Paulanı təzdən qazanmaq üçün mübarizəyə girişir. == Film == Fransuaza Saqanın bu romanı əsasında 1961-ci ildə Anotele Litvak tərəfindən çəkilmişdir. Fransa-ABŞ istehsalı olan bu ağ-qara filmin rollarında İnqrid Berqman, Yves Montand və Antoni Perkins oynamışdılar. Filmin musiqisini Corc Auris bəstələmişdir 1961-ci ildə film Kann Film Festivalında ən yaxşı filmə namizəd olmuş və aktyor Antoni Perkins ən yaxşı aktyor seçilmişdir.
Mustafa Kamalın Samsuna gəlişi
Mustafa Kamalın Samsuna gəlişi (türk. Mustafa Kemal'in Samsun'a çıkışı) — 1919-cu ilin 19 may tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir.Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir. == Anadoluda ümumi vəziyyət == Osmanlı İmperiyası 1918-ci ilin sonlarına doğru Birinci Dünya müharibəsindən məğlub ayrılmış, Mudros müqaviləsini imzalayaraq artıq dağılma dövrünün sonuna gəlmiş bir dövlət halında idi. Avropa dövlətlərinə görə xəstə adam olaraq xarakterizə edilən Osmanlı İmperiyası imzaladığı atəşkəs ilə boğazların hakimiyyətini, yeraltı qaynaqların istifadə haqqlarını və donanma ilə ordu üzərindəki bütün əmr haqqlarını Antanta dövlətlərinə təslim etmiş olur.Mudros müqaviləsinin ardınca İzmir yunanlar, Adana fransızlar, Antalya və Konya italyanlar tərəfindan işgal edilmişdi. Bunlarla bərabər Urfa, Maraş, Antep, Merzifon və Samsuna ingilis əsgərləri daxil olmuş, İstanbulda isə Krallıq donanması yerləşmişdi.
Paris və Londonda qara qəpiksiz
Paris və Londonda qara qəpiksiz (ing. Down and Out in Paris and London) – Corc Oruellin ilk işi. 1933-cü ildə nəşr olunmuşdur. Yazıçı bu romanında Paris və Londonda səfalətli keçən günlərini təsvir etmişdir. == Məzmun == Birmadakı (indiki Myanmar) müstəmləkə polisi vəzifəsindən ayrılıb yazıçı olmağa qərar verən Corc Oruell Paris və Londonda çox ağır və yoxsulluq içində həyat keçirir. Ədəbi tənqidçilərin çoxu avtobioqrafik olaraq qəbul etsələr də, bu ağır günlərdən bəhs edən və 1933-cü ildə qələmə alınmış "Paris və Londonda qara qəpiksiz" əsərindəki hadisələrin gerçək, yaxud uydurma olduğu hələ də mübahisə mövzusudur. İkihissəli bu əsərdə Parisdəki pulsuz və ağır işlərdə işləməyə məhkum günlər ilə Londonda – tüfeylilər arasında və müvəqqəti sığınacaqlarda keçən günlərdən bəhs edilir. == Nəşri == 1930-cu ilin oktyabrında tamamlanan kitabın ilk versiyası "Qabyuyanın gündəliyi" adlanırdı və sadəcə Paris fəsillərindən ibarət idi. 1931-ci ilin yayında kitabı Jonathan Cape nəşriyyatına təqdim etdi, amma payızda nəşriyyat kitabı rədd etdi. Bir il sonra London fəsillərinin də daxil olduğu kitabı Faber and Faber nəşriyyatına təqdim etdi, lakin kitab yenə rədd edildi.Sonda Viktor Qollants adlı nəşriyyatçı kitabı nəşr etməyi qəbul etdi və kitabın adının dəyişdirərək "Paris və Londonda qara qəpiksiz" qoydu.
XI qırmızı ordu hissələrinin Bakıya gəlişi (film, 1920)