Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aliyenasiya (hüquq)
Aliyenasiya və ya alientasiya (ing. Alienation – özgəninkiləşdirmə) — əmlakı müsadirə etmə, səhm, kapital, dəyərlinin sahibkarlıq hüququnun bir şəxsdən başqasına keçmə prosesi. Mülkiyyətçinin iradəsinə əsasən özgəninkiləşdirmə (alqısatqı və ya bağışlama) və mülkiyyətçinin iradəsindən asılı olmayan özgəninkiləşdirmə (məhkəmə qərarının icrası zamanı borcun tutulması məqsədilə borclunun əmlakının müsadirə edilməsi, rekvizisiyası və ya məcburi satılması) fərqləndirilir.Aliyenasiya bu hüququn tam şəkildə verildiyi müstəsna hüquqa sərəncamvermə üsullarından biridir. Hüququn aliyenasiyası ya qeydə alınmalı, ya da müstəsna hüququn qeydiyyatından əvvəl aliyenasiya haqqında müqavilədə yazılı şəkildə ifadə edilməlidir. Hüquq verən zaman hüquq sahibi bu hüququnu itirmir. Müqavilədə hüquq tam şəkildə verilmədikdə, müqavilə lisenziya sayılır.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu, onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır.
Arbitraj (hüquq)
Arbitraj (en.Arbitration, ru.Арбитражный суд)— qeyri-rəsmi təşkilat olub, vətəndaşların mübahisələrini araşdırmaq və həll etməklə məşğuldur. Arbitraj xidmətini hüquq təhsil olan şəxs göstərir və məhkəmənin müdaxiləsi olmadan məsələ həll olunur. Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həllinin əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. Vikipediyada Arbitraj komitəsi və ya AK - (en.Arbitration committee, ru.Арбитражный Комитет) idarəçilərdən və bürokratlardan təşkil edilmiş xüsusi komitədir. Bütün mübahisəli məsələlər və məqalələr Arbitraj komitəsində müzakirəyə çıxarıldıqdan sonra onlarla bağlı yekun qərar qəbul edilir. == Həmçinin bax == İstifadəçi qrupları Vikipediya Vikimediya Arbitraj == Xarici keçidlər == The Association for International Arbitration International Institute for Conflict Prevention & Resolution (CPR).
Beynəlxalq hüquq
Beynəlxalq hüquq — hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Beynəlxaq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir. == Müasir Beynəlxalq hüquq == Müasir Beynəlxalq hüququn 400 il əvvəl yarandığını, formalaşmağa başladığını desək də beynəlxalq sistemin fundamental konsepsiyalarının yaranmasını min illər əvvəl dövlətlərarası siyasi münasibətlərdə görə bilərik. Təxminən e.ə 2100-cü ildə Laqaş və Umma hakimlərinin bağladıqları müqaviləni buna misal göstərmək olar. Bu müqavilə dövlətlərarasındakı sərhədləri müəyyənləşdirirdi. Başqa bir nümunə II Ramzes və Hetlər arasında bağlanmış əbədi sülh və qardaşlıq müqaviləsini göstərə bilərik. Hansı ki e.ə 1286-cı ildə bağlanmışdı. Bu müqavilə Şam şəhərinin şimalında (Kadeş şəhərində) bağlanıb və müharibənin bitməsini, ərazi bütövlüyünü və nəhayət müdafiə alyansının yaradılmasını da nəzərdə tuturdu. Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddaratını təyin etmə prinsipi və s.
Ekoloji hüquq
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. == Ekoloji hüquq == Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.Hüquqi dövlət haqqında təsadüfi təsəvvürlərin formalaşmasına Yunan və Romanın hüquqi ideyaları, antik demokratiyanın təcrübəsi xeyli təsir göstərmişdir.
Hakim (hüquq)
Yarğıc və ya Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. == İslamda şəriət hakimləri == Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər."Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hüquq Klinikası
Hüquq Klinikası—Hüquq klinikası (eyni zamanda qanuni klinika və ya hüquq fakültəsi klinikası) müxtəlif müştərilərə xidmət göstərən və tez-tez hüquq fakültəsi tələbələrinə hüquqi təcrübə verən bir hüquqi yardım və ya hüquq fakültəsi proqramıdır. Klinikalar , ümumiyyətlə , klinik professorlar tərəfindən idarə olunur. Hüquq klinikaları müəyyən bir sahədə pro — bono işi aparır və müştərilərə pulsuz hüquqi xidmətlər göstərir. Hüquq klinikası Palacky Universitetində tələbələrin hüquqi yardım ofisində iş üzərində işləyərkən hüquq fakültəsi tələbələrinin praktik tədrisi metodu kimi yaranıb, lakin bu gün akademik əlaqələri olmayan pulsuz hüquqi yardımı da əhatə edir. Vəkillərə, hakimlərə və hüquqşünaslara qanunun tətbiqi — etik ölçüləri barədə praktiki bacarıqları təmin edən , akademik əlaqəsi olmayan təcrübi əsaslı hüquq klinikaları mövcuddur ki , onlar eyni zamanda pulsuz ictimai hüquqi xidmətləri də təklif edirlər. == Klinikalara ehtiyac və əhəmiyyəti == Avani Bansalın sözlərinə görə, tərəflərin vəkil tuta bilmədikləri və dövlət tərəfindən hüquqi xidmətlər göstərildiyi hallarda, bu qanuni nümayəndəliyin keyfiyyəti çox vaxt şübhə doğurur. Bu səbəbdən hüquqşünasların kasıb insanlara hüquqi məsləhət verə biləcəyi hüquq fakültələrindəki hüquqi yardım klinikaları və ya qanuni yardım klinikaları yaradılmasına ehtiyac vardır. == Məqsəd və metodlar == Tələbələr, ümumiyyətlə, araşdırma, hüquqi dəlillər hazırlamaq və müştərilərlə görüşməkdə kömək edirlər. Bir çox halda, klinikanın professorlarından biri Məhkəmə qarşısında şifahi mübahisələrdə iştirak edir. Bununla birlikdə, bir çox yurisdiksiyada hüquq klinikasında tələbələrinin məhkəməyə çıxıb mübahisə etməsinə imkan verən "tələbə təcrübəsi" qaydaları mövcuddur.
Hüquq fakültəsi
Hüquq fakültəsi — hüquq elminin tədris olunduğu və bu elm daxilində müxtəlif sahələr üzrə tədqiqatların aparıldığı fakültədir. Onun məzunları hüquqşünas, hakim, prokuror, hüquq məsləhətçisi, notarius və icra hakimi kimi fəaliyyət göstərə bilərlər. Türkiyədə təhsil müddəti 4 ildir. Türkiyədə ilk hüquq fakültəsi 1874-cü ildə yaradılan İstanbul Universiteti Hüquq Fakültəsi olub, Respublika dövründə isə ilk yeni açılan fakültə 1925-ci ildə yaradılmış Ankara Universiteti Hüquq Fakültəsi olmuşdur. Ankara Universiteti Hüquq Fakültəsi 5 Noyabr 1925-ci ildə Atatürk tərəfindən Ankara Ədliyyə Hüquq Məktəbi adı ilə təsis edilmişdir. İstanbul Hüquq Fakültəsinin əsasını 1874-cü ildə Qalatasaray Liseyində “Dârülfünun-u Sultani” şöbəsi olaraq açılan “Məktəb-i Hüquq” təşkil edir. Konya Hüquq Məktəbi 1907-ci ildə qəbul edilmiş qərarla yaradılmış və 1908-ci ildən bu universitetdə təhsil verilməyə başlanmışdır. Ege Universiteti Hüquq Fakültəsi 1978-ci ildə yaradılmışdır. 1982-ci ildə Dokuz Eylül Universitetinin yaradılması ilə hüquq təhsili bu universitetə ​​keçmişdir.
Hüquq jurnalistikası
Hüquq jurnalistikası, ictimai və ya siyasi məqsəd üçün qəsdən və şəffaf şəkildə qərəzsiz bir nöqteyi-nəzərdən qəbul edilən jurnalistika janrıdır. Çünki, həqiqətə uyğun və təbliğatdan fərqlidir. Həm də medianın qərəzli olması və mediada obyektivliyin olmaması hallarından fərqlənir, çünki qərəz olduğu ehtimal olunur. Bəzi insan haqları jurnalistləri ənənəvi obyektivlik idealının ya bütövlükdə, ya da reklamda korporativ sponsorların olması səbəbindən mümkün olduğunu inkar edirlər. Bəziləri ictimai marağın fərqli şəffaf baxışları olan müxtəlif KİV-lər tərəfindən daha yaxşı təmin olunduğunu və ya təbliğat jurnalistikasının makkraker və ya məlumat verən kimi eyni rol oynadığını düşünürlər. == Hüquq jurnalistlərindən perspektivlər == Müstəqil Media Mərkəzi olan "alternativ" jurnalist kooperativinin bir yazarı fəaliyyətə çağırışda aşağıdakıları yazır: Jurnalistikanın klassik prinsipləri obyektivlik və neytrallıq tələb edir. Bunlar artıq ümumdünya hörməti olmayan köhnəlmiş prinsiplərdir ... Onlara bağlılığımızı hiss etməməliyik. Əgər biz hər zaman mənalı dəyişiklik etmək istəyiriksə, təbliğat jurnalistikası zəruri təşkilatı təmin edən ən vacib element olacaqdır. Buna görə də, təbliğat sahəsində uğurlu jurnalist olmağı öyrənməyimiz çox vacibdir.
Hüquq müdafiəçiləri
Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləritez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər. 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir. == Tərif == İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl “fəal”, “işçi” və ya “müşahidəçi” insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi.
Hüquq normaları
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. == Hüquq normalarının əlamətləri == Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. == Hüquq normalarının quruluşu == Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilisə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq norması
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. == Hüquq normalarının əlamətləri == Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. == Hüquq normalarının quruluşu == Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilisə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq prinsipləri
Hüquq prinsipləri — hüquqi tənzimlənmənin məzmununu və istiqamətlərini müəyyən edən rəhbər qanunlardır. Bir tərəfdən, müəyyən hüquq qanunlarını ifadə edirlər, digər tərəfdən, hüquqi tənzimləmə bütün sahələrində tətbiq olunan və bütün subyektlərə tətbiq olunan ən ümumi normaları təmsil edirlər. Bu normalar ya qanunda birbaşa ifadə olunur, ya da qanunların ümumi mənasından irəli gəlir. Qanun prinsipləri qanunverici üçün istiqamətləndirici fikirlər kimi çıxış edərək, standartların təkmilləşdirilməsinin yollarını müəyyənləşdirir. Bunlar cəmiyyətin inkişafı və fəaliyyətinin əsas qanunları ilə hüquq sistemi arasındakı əlaqədir. Prinsiplər sayəsində hüquq sistemi bir insanın və cəmiyyətin ən vacib maraqlarına və ehtiyaclarına uyğunlaşır, onlarla uyğunlaşır. Hüquq prinsipləri bütövlükdə qanuna xas olanlara (ümumi hüquqi), onun ayrı-ayrı sahələrinə (sənayesinə) və ya əlaqəli sahələr qrupuna (sektorlararası) bölünür. Məsələn, filial prinsipi cəza hüququnda cəzanın fərdiləşdirilməsi prinsipini, şöbələrarası prinsip mülki prosessual və cinayət-prosessual hüquqdakı rəqabət prinsipini özündə cəmləşdirir. == Hüquq prinsiplərinin növləri == Hüquq prinsipləri bir çox səbəbə görə təsnif edilə bilər. Ən vaciblərindən biri ictimai həyatın bu və ya digər sahəsidir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. == Hüquq psixologiyasının predmeti == Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Hüquq sosiologiyası
Hüquq sosiologiyası — hüquq institutunun digər sosial qurumlarla qarşılıqlı əlaqəsini araşdıran sosiologiyanın bir sahəsi. Hüquq sosiologiyasının maraq dairəsinə hüquq normalarının genezisi, dinamikası, quruluşu, habelə sosial şərtləndirmə və cəmiyyətdəki rolunun öyrənilməsi daxildir. Hüquq sosiologiyası kriminologiya, sosial mühəndislik və hüquq antropologiyası ilə sıx bağlıdır. == Tarixi == "Hüquq sosiologiyası" konsepsiyası ilk dəfə Dionisio Antsilotti tərəfindən 1892-ci ildə təqdim edilmişdir və 1913-cü ildə "Hüquq Sosiologiyasının əsasları" adlı əsər avstriyalı Oyhen Erlix tərəfindən nəşr edilmişdir. Daha sonra, hüquq sosiologiyası Maks Veber, Emil Durkhaym və Leon Düqinin araşdırmaları sayəsində inkişaf etdi. Xüsusilə, Maks Veber və Emil Durkhaym qanunların ictimai münasibətlərə təsirini araşdırdılar. == Hüquq sosiologiyası anlayışları == Hüquq sosiologiyası və hüquq elmləri mövzusu tez-tez təmasda olur, lakin müəyyən hüquqi münasibətlərin öyrənilməsinə yanaşmalar çox fərqlidir. Hüquq elmini ilk növbədə sosial münasibətlərin hüquqi forması maraqlandırır, sosiologiya isə bu münasibətlərin sosial funksiyaları və digər qeyri-hüquqi aspektləri ilə maraqlanır.
Korporativ hüquq
Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir. Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir. Korporativ hüquq elmi biliklərin bir sahəsi kimi özündə korporativ normaların, doktrinal tədqiqatların, eləcə də əsas anlayışların təyini, korporativ münasibətlərinin hüquqi tənzimləməsi prinsipləri, nəzəriyyələri və korporativ hüququn predmeti olan tətbiqi baxışların işlənib hazırlanması da daxil olmaqla korporativ hüquqi münasibətləri birləşdirir. Korporativ hüquq elmi dedikdə təşkilatın hüquqi tənzimlənməsi və korporasiyanın fəaliyyəti haqda olan dinamik inkişaf edən bilik sahəsi (sistemi) başa düşülür. O, korporasiyanın yaranması və fəaliyyəti, korporativ münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir. == Ədəbiyyat == Emin Kərimov. Azərbaycan korporativ (şirkətlər) hüququ. Bakı, 2014, 233 səh.
Müdafiəçi (hüquq)
Müdafiəçi — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə fəaliyyət göstərən vəkil. Ümumi hüquq sistemli ölkələrdə bu fəaliyyətlə əsasən barristerlər məşğul olur. == ABŞ == ABŞ-də müdafiəçilər həbs, cinayətlərin istintaqı, cinayət təqibi, hökm çıxarılması, apelyasiya və məhkəmə araşdırmaları ilə bağlı məsələlərlə məşğul olurlar. Çox zaman vəkillərin bir qismi xüsusi olaraq müdafiəçi kimi ixtisaslaşırlar. Məsələn, ABŞ-də narkotik vasitələrlə əlaqədar törədilən cinayətlər üzrə müdafiəçilər və sərxoş vəziyyətdə nəqliyyat vasitəsitəsinin idarə edilməsi cinayətləri üzrə ixtisaslaşmış müdafiəçilər fəaliyyət göstərirlər.Müdafiəçilər, həmçinin, müdafiə etdikləri şəxslərin ittiham olunduqları cinayət üzrə cinayət tərkibinin əlamətlərini də araşdırırlar. Onlar öz müştərilərinə prokuror tərəfindən ittiham aktı tərtib olunanadək yardım edə bilirlər. Bu, adətən, həmin şəxs haqqında təhqiqat aparılanda və ya şəxs tutulanda həyata keçirilir. Təqsirləndirilən şəxslər polis və digər təhqiqatçılarla münasibətlərdə təmsil edilmək, cinayət işi barədə təhqiqat aparılması, eləcə də prokurorun ittihamlarına qarşı müdafiə olunmaq məqsədilə sübutların toplanması üçün müdafiəçi tuturlar. ABŞ-də qraflıq, dövlət və federal hökumətİ kimi dövlət idarələrində çalışan müdafiəçilərə çox zaman ictimai müdafiəçilər və ya məhkəmə tərəfindən təyin edilmiş vəkillər də deyilir. Bu işin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, ABŞ-də müdafiəçilər ABŞ Konstitusiyasını çox aydın başa düşməlidirlər.
Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. == Mülki qanunvericiliyin prinsipləri == Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər. == Mülki hüququn əsas sahələri == Öhdəlik hüququÖhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.
Müqayisəli hüquq
Müqayisəli hüquq, hüquqi müqayisəli təhlil, hüquqi müqayisəli araşdırmalar — eyni adlı dövlət və hüquq institutlarını, onların əsas prinsiplərini və kateqoriyalarını müqayisə edərək müxtəlif dövlətlərin hüquq sistemlərini araşdıran fiqur (bölmə). == Müqayisəli qanunun məqsədləri == Müqayisəli qanun, yüksək teorisiyaya baxmayaraq, qanunvericilik fəaliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti sahəsində ən populyar elmlərdən biridir. Müqayisəli qanunun əsas məqsədləri arasında ayırd etmək adətlidir: epistemoloji məqsəd; praktik məqsədlər.Müqayisəli qanunun epistemoloji məqsədi hüquqi fenomen və təsisatların inkişafının ümumi nümunələrini müəyyənləşdirməkdir, çünki yalnız fərqli hüquq sistemlərinin müqayisəsi qanunda ümumi və xüsusi, təsadüfi və nizamlılığı ayırd etməyə imkan verir. Beləliklə, hər hansı bir hüquqi araşdırmada nisbətən hüquqi metod vacibdir. Başqa sözlə, xarici hüquq bilikləri öz qanunlarınızı daha yaxşı başa düşməyə, üstünlüklərini və mənfi cəhətlərini görməyə imkan verir. Bu baxımdan, müqayisəli hüququn əsaslarının öyrənilməsi gələcək hüquqşünasların hüquqi təfəkkürünün formalaşmasında mühüm tərkib hissəsidir, onu daha "həcmli" və çevik etmək olar. Müqayisəli qanun sırf epistemoloji ilə yanaşı, aşağıdakı praktik məqsədləri də daşıyır: açıq-aydın zərurət yarandığı ərazilərdə (ilk növbədə mülki, ticarət, humanitar hüquq) müxtəlif dövlətlərin qanunvericiliyinin yaxınlaşmasına və birləşdirilməsinə kömək etmək; xarici ölkələrin hüquq təcrübəsinin öyrənilməsi əsasında öz milli hüquq sisteminin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması.Bu sırf praktik məqsədlərə çatmaq hazırda Avropa Birliyindəki genişmiqyaslı inteqrasiya prosesləri və Avropa Vətəndaş Məcəlləsi, ümumən Avropa Konstitusiyası kimi Avropa aktlarının qəbul edilməsi layihələri səbəbindən xüsusilə aktualdır. == Müqayisəli qanunun yaranması və inkişafı == Müqayisəli hüquqi tədqiqat metodu qədim dövrlərdə tətbiq olunmağa başladı. Məsələn, Platon müxtəlif Yunan siyasətinin qanunlarını müqayisə etdi. Aristotel, siyasi təşkilatın qanunları haqqında nəticə çıxarmaq üçün 153 Yunan və Barbar şəhərlərinin "konstitusiyasını" toplayıb müqayisə etdi.
Qanun (hüquq)
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. == Qanunun növləri == Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar.Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür. Belə ki, əgər adi qanun norması ilə məcəllənin norması arasında ziddiyət (kolliziya) yaranarsa, bu halda məcəllədə təsbit edilmiş normaya üstünlük verilir.
Subyektiv hüquq
Subyektiv hüquq, subyektiv mənada hüquq, və ya hüquq; c.h. hüquqlar — subyektin hər hansı bir yaxşı və ya davranış forması üçün tanınmış tələbi. Subyektiv qanun xüsusi sosial normaların kompleks sistemi olan və sosial tənzimləyici rolunu oynayan obyektiv qanundan (obyektiv mənada qanun) fərqlənməlidir. == Nəzəri cəhəti == Subyektiv hüquq hüquqşünaslığın ən vacib kateqoriyalarından biridir və azadlıq, vəzifə və qadağa anlayışları ilə yanaşı hüquq nəzəriyyəsinin əsas anlayışlarından birini ifadə edir. Azadlıq kimi, subyektiv hüquq, öhdəliyin əksinə — düzgün davranış ölçüsü və qadağan — yolverilən davranış ölçüsü, uyğun bir subyektin mümkün (yəni icazə verilən) davranışının ölçü və hədlərini müəyyənləşdirir. Subyektiv qanun, obyektiv hüquq normaları əsasında mövcuddur, onların hüquqi tənzimlənməsi nəticəsində hüquqi iştirakçılara subyektiv hüquqları və qanuni öhdəlikləri olan münasibətlər olur. Hüquq münasibətlərinin məzmunu subyektiv hüquqların həyata keçirilməsinə və qanuni vəzifələrin yerinə yetirilməsinə yönəlmiş iştirakçıların davranışıdır. İctimaiyyətlə əlaqələr çərçivəsində subyektiv hüquq və vəzifələr iştirakçılar arasında qarşılıqlı əlaqə zamanı özünü göstərir. Obyektiv hüquq norması müəyyən şəxslərin qanuni davranışlarını müəyyənləşdirir, yəni müəyyən subyektiv hüquq və vəzifələrin kimə məxsus olduğunu göstərir. Subyektiv hüquq, subyekt tərəfindən müəyyən bir hüquqi əlaqənin yaranması ilə yanaşı hüquqi fakt əsasında əldə edilir.
Təbii hüquq
Təbii hüquq (lat. lex naturalis) – dövlətdən asılı olmayan, insan zəkasından və "təbiətindən"irəli gələn ideal hüquq haqqında təlim. Təbii hüquq ideyaları hələ antik dövrdə irəli sürülmüş (Sokrat, Platon və b.) orta əsrlərdə ilahiyyat qanununun çalarlarından biri hesab edilmişdir (Foma Akvinalı). Təbii hüquq ideyaları Qərbdə burjua inqlabları dövründə (XVII-XVIII əsrlər) daha çox yayılmışdır. Təbii hüquq haqqında təlimin tərəfdarları Qrotsi, Spinoza, Lokk, Russo, Monteskyo, Holbax, Kant, Radişşev və b. bu təlimdən formalizmin tənqidində, burjua cəmiyyətinin "təbiiliyinin" və "zəkaya uyğunluluğunun" əsaslandırılması üçün istifadə etmişlər. == Ədəbiyyat == Чичерин Б. Н. «История политических учений» (М., 1869—77); его же, «Политические мыслители древнего и нового Мира» (M., 1897); Четвернин В. А. Современные концепции естественного права. М.: Наука, 1988. Stahl, «Geschichte der Rechtsphilosophie» (3-е изд., Гейдельб., 1856); Bergbohm, «Jurisprudenz und Rechtsphilosophie» (т. I, Лпц., 1892); Hildenbrand, «Geschichte u.
Varis (hüquq)
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir.İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.). Brill Academic Publishers.
İctimai hüquq
İctimai hüquq — hüquqi şəxslərlə hökumət arasında, dövlət daxilində müxtəlif institutlar arasında, hökumətin müxtəlif qolları arasında, habelə cəmiyyətə birbaşa aidiyyəti olan şəxslər arasında münasibətləri tənzimləyən hüquq hissəsidir. İctimai hüquq konstitusiya hüququndan, inzibati hüquqdan, vergi hüququndan və cinayət hüququndan, eləcə də bütün prosessual hüquqdan ibarətdir. Fərdlər arasında münasibətlərə aid qanunlar xüsusi hüquqa aiddir. İctimai hüququn idarə etdiyi münasibətlər asimmetrikdir və qeyri-bərabərdir. Dövlət orqanları (mərkəzi və ya yerli) şəxslərin hüquqları ilə bağlı qərarlar qəbul edə bilər. Bununla belə, qanunun aliliyi doktrinasının nəticəsi olaraq, hakimiyyət orqanları yalnız qanun çərçivəsində hərəkət edə bilər. Hökumət qanuna tabe olmalıdır. Məsələn, inzibati orqanın qərarından narazı qalan vətəndaş məhkəməyə müraciət edə bilər. İctimai hüquq və xüsusi hüquq arasındakı fərq Roma hüquqşünası Ulpianın ( təxminən 170 – 228) ilk dəfə qeyd etdiyi Roma hüququna gedib çıxır. Daha sonra həm mülki hüquq ənənəsinə sadiq qalan ölkələrin, həm də ümumi hüquq ənənəsinə sadiq qalan ölkələrin hüquq sistemlərini görmək olar.
İnzibati hüquq
İnzibati hüquq idarəetmə fəaliyyətini həyata keçirən normaların məcmusundan ibarətdir.İnzibati hüquq idarəetmə orqanlarının təşkili və icra – sərəncam fəaliyyəti prosesində meydana gələn ictimai münasibətləri nizama salan hüquq sahəsidir.İnzibati hüquqla tənzimlənən ictimai münasibətlər xarakterinə, məzmununa və təyinatına görə müxtəlifdir. İnzibati hüququn predmetini dövlət idarəçiliyinin predmeti təşkil edir. İnzibati hüquq münasibətinin obyektini insanların hərəkətləri təşkil edir.Bu hərəkətlər idarəetmə vəzifələri ilə sıx bağlı hərəkətlərdir. İnzibati hüquq münasibətinin iştirakçıları, yəni subyektləri on altı yaşı tamam olmuş fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər ola bilər. İnzibati hüquq münasibətlərində iştirak edən tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin normalarında nəzərdə tutulmuşdur. İnzibati hüquq normalarını cəmləşdirən hüquqi aktlar inzibati hüququn mənbələrini təşkil edir. İnzibati hüququn mənbəyi Azərbaycan konstitusiyasından, hamılıqla qəbul edilmış beynəlxalq hüquq normalarından və prinsiplərindən ibarətdir.
"ABAD" publik hüquqi şəxs
"ABAD" — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir."ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir. Məhsullar ilkin olaraq Masallı və Balakən rayonlarında təsərrüfatçılara təhvil verilmiş xüsusi monoblok-konteynerlərdə istehsal olunurdu.
2018 FİFA Dünya Kuboku yayım hüquqları
FİFA bir neçə şirkətin aracılığı ilə 2018 FİFA Dünya Kubokunun yayım haqlarını çeşidli yerli kanallara satdı.
AMEA Fəlsəfə və Hüquq İnstitutu
Fəlsəfə və Sosiologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. == Tarixi == Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu müstəqil elmi qurumu kimi 1945-ci ildə təşkil olunmuşdur. İnstitut 1945–1950, 1950–1956-cı illərdə Tarix və Fəlsəfə İnstitutu, 1956–1967-ci illərdə Azərbaycan EA fəlsəfə sektoru, 1967-ci ildən 2002-ci ilin iyun ayına qədər Fəlsəfə və Hüquq İnstitutu, 2002-ci ildən 2009-cu ilin yanvarınadək Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, 2009-cu ilin yanvarından 2014-cü ilin fevralına qədər Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adı ilə fəaliyyət göstərmişdir. AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli qərarı ilə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adı dəyişdirilərək Fəlsəfə və Hüquq İnstitutu adını almışdır. Nazirlər Kabinetinin 3 oktyabr 2020-ci il tarixli 374 nömrəli Qərarı ilə Fəlsəfə İnstitutunun adı dəyişdirilərək "Fəlsəfə və Sosiologiya İnstitutu" adlandırılmışdır. == Fəaliyyət istiqamətləri == Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, məntiq elminin təşəkkülü və inkişafı, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri, informasiya cəmiyyətinin və vətəndaş etikasının formalaşması, davamlı inkişafın nəzəri-fəlsəfi və sosioloji problemlərini, Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkə daxili siyasi proseslərin fəlsəfəsi və sosiologiyasını əhatə edir. Azərbaycan Respublikasında hüquqi dövlətin formalaşması; Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkədaxili siyasi proses. == Rəhbərləri == Müxtəlif illərdə instituta rəhbərlik edənlər: 1945–1950-ci illər – akademik Makovelski Aleksandr Osipoviç; 1950–1956-cı illər – f.e.d. Səmədov Vitali Yunisoviç, t.e.d. İsgəndərov Məmməd Salman oğlu, t.e.d.Quliyev Əliövsət Nəcəfqulu oğlu; 1958-ci il – f.e.d.
AMEA Hüquq və İnsan Haqları İnstitutu
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu — yarandığı gündən 2022-ci ilin may ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna, 2022-ci ildən publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin (“Mərkəz”) tabeliyində fəaliyyət göstərən elmi təşkilatdır. 1999-cu ildən 2022-ci ilin may ayına qədər İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil idi. Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin (“Mərkəz”) tabeliyində fəaliyyət göstərir. == Tarixi == İnstitut 30 noyabr 1998-ci il tarixdə yaranıb. İnstitutun yaranmasına mühüm sənədlər və bir sıra hadisələr təkan verib. Belə ki, 1998-ci ilin fevral ayının 22-də Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzaladı. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilmişdi. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə insan hüquq və azadlıqları probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə “İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı verildi. İnstitutun ilk Nizamnaməsi 21 iyun 1999-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alındı.
AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu — yarandığı gündən 2022-ci ilin may ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna, 2022-ci ildən publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin (“Mərkəz”) tabeliyində fəaliyyət göstərən elmi təşkilatdır. 1999-cu ildən 2022-ci ilin may ayına qədər İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil idi. Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin (“Mərkəz”) tabeliyində fəaliyyət göstərir. == Tarixi == İnstitut 30 noyabr 1998-ci il tarixdə yaranıb. İnstitutun yaranmasına mühüm sənədlər və bir sıra hadisələr təkan verib. Belə ki, 1998-ci ilin fevral ayının 22-də Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzaladı. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilmişdi. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə insan hüquq və azadlıqları probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə “İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı verildi. İnstitutun ilk Nizamnaməsi 21 iyun 1999-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alındı.
Adət hüququ
Adət hüququ – hüququn ən ilkin formasıdır. Dövlət və hüququn qarşılıqlı əlaqəsidir. İctimai mühitdə kortəbii surətdə yaranan və uzun müddət ərzində vərdiş halına keçən, dövlət tərəfindən bəyənilən və sanksiyalaşdırılan normaların məcmusu. Hakim təbəqənin mənafelərini ifadə edən adətlərin əsasında yaradılmışdır. == Ümumi məlumat == Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir. Hüquqi adəti yəni adət hüququnu belə anlamaq lazımdır ki, o, dövlətdən asılı olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır. Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur. Adət hüququ qanuna zidd olmamalıdır.
Aktiv Seçki Hüququ
Seçki hüququ — iki əsas mənası olan hüquqi anlayış: Obyektiv seçki hüququ — vətəndaşlara seçkilərdə iştirak etmək hüququnun verilməsi qaydasını və seçkili hakimiyyət orqanlarının formalaşdırılmasını tənzimləyən hüquq normalarından, qanunla təsdiq edilmiş qaydalardan və praktikada müəyyən edilmiş adətlərdən ibarət konstitusiya hüququnun alt sahəsi. Buna yanaşmada əsas baxış bucağı onun konstitusiya hüququnun bir alt qolu kimi başa düşülməsidir. Subyektiv seçki hüququ — dövlət vətəndaşlarının seçmək (aktiv seçki hüququ) və seçilmək hüququ (passiv seçki hüququ).Hüquqi şəxslərin idarəetmə və nəzarət-təftiş orqanlarının formalaşdırılması qaydası seçki hüququ normaları ilə tənzimlənmir, korporativ hüququn normativ aktlarına daxil edilir.
Arif Quliyev (hüquqşünas)
Arif Quliyev — Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professoru. == Həyatı == Arif Quliyev 1952-ci il iyul ayının dördündə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olmuşdur. Ali təhsilini Bakı Dövlət Universiteti, Bakı Ali Partiya məktəbi, Ukrayna Prezidenti yanında dövlət idarəçilik Akademiyasında almışdır. Hal-hazırda Ukraynanın Kiyev şəhərində yaşayır. Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professorudur. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === "Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və bu sahədə terrorizmlə mübarizənin beynəlxalq-hüquqi tənzimlənməsi mexanizminin kompleks öyrənilməsinə, terrorizmlə mübarizə sahəsində prezident institutunun fəallaşdırılması modelinin milli xüsusiyyətləri və xarakter cəhətlərinin açılmasına dair elmi məqalələr yazaraq tədqiqatlar aparmışdır. Hüquq elmləri doktoru, dövlət idarəçiliyi elmləri namizədi. 2 ixtisaslaşma elmi şurasının və 3 elmi məqalələr jurnalı redaksiya heyətinin üzvüdür. Ukrayna (özəl) elmlər akademiyasının akademikidir. === Mükafatları === Ukraynanın Əməkdar Təhsil işçisi; Azərbaycan Respublikası "Tərəqqi" medalı; "Ukraynanın müstəqilliyinin 25 illiyi" medalı və s.
Avropa birliyi hüququ
Avropa birliyi hüququ — Üzv dövlətlərin milli qanunları ilə bərabər yeganə məhkəmə sistemidir. Avropa Birliyinin qanunları, üzv ölkələrin bir çox sahələrdə, xüsusən də Avropanın ümumi bazarındakı qanuni qaydalarını üstələyir. Avropa Birliyinin müqavilələr vasitəsilə yayımladığı qanunlar bütün üzv ölkələrin daxili qanunlarına birbaşa təsir edir və bütün ölkələr üçün məcburidir. Avropa İttifaqına daxil olmaq üçün mütləq assosiasiya qanunlarına riayət etmək lazımdır. == Avropa İttifaqında hüquqi sistem == Avropa Birliyinin hüquqi sistemi cəmiyyətin nizamnamələrinə, rəhbər prinsiplərə və qərarlara uyğun olaraq təsnif edilən qaydaları əhatə edən bir çox hüquqi prosedurlardan ibarətdir. İttifaq tərəfindən bağlanmış müqavilələr bütün qanunvericilik orqanları və onların əməliyyatları üçün əsasdır və müxtəlif sahələrdə qanunların qəbul edilməsinin müxtəlif üsullarını ifadə edirlər. Avropa Birliyinin qanunverici prosedurlarının ən əhəmiyyətli xüsusiyyəti, üzv dövlətlərdən biri və ya parlament üzvləri tərəfindən deyil, demək olar ki, hər zaman Avropa Komissiyası tərəfindən təklif oluna bilməsidir. Digər iki vacib element isə Avropa Parlamentinə hazırlanmış qanun layihəsinə veto qoymaq hüququnun ortaq qərar qəbuletmə mexanizmi və parlamentin birlik liderləri ilə bağlı olmayan təklif və tənqidlər edə bilməsidir. Bir çox hallarda layihələr Sammitdə təsdiqlənməlidir. == Məhkəmələr == Avropa Birliyinin inzibati, lakin məhkəmə hissəsi, Avropa Ədalət Məhkəməsi və Lissabon müqaviləsinə uyğun Baş Məhkəməyə olaraq dəyişdirilməsi proqnozlaşdırılan Avropa icmaları, birinci instansiya məhkəməsindən ibarətdir.
Avropa hüquq sistemi
Avropada 3 əsas hüquq sistemi Müxtəlif hüquq sistemlərində ümumi əlamətlərin və cəhətlərin mövcud olması onları təsnif edərək müxtəlif meyarır əsasında qruplaşdırmağa imkan verir. Dünya komparativistlərinin diqqətini çoxdan cəlb edən təsnifat məsələsi hüquq coğrafiyasının əsas problemlərindən hesab olunur. Tam və hərtərəfli təsnifat axtarışında olan hüquqşünas komparativistlər təsnifatın əsası kimi ən müxtəlif amilləri etik, irqi, coğrafi, dindən başlamış hüquq texnikası və hüquq üslubuna qədər olan amilləri götürürdülər. Bəzən isə irəli sürülən təsnifatda əsas tapmaq çətin olurdu.Fransız komparativisti R.Rodyerin fikrincə, hüquq coğrafiyasında "komparativistlərin sayı qədər təsnifat mövcuddur". == Təsnifatı == 1900-cü ildə keçirilən I Beynəlxalq Konqresin iştirakçıları fransız, alman, ingilis, amerikan, slavyan və müsəlman hüquq ailələrini fərqləndirirdilər. 1919-cu ildə keçirilən tədbirdə, iştirakçılar üç hüquq ailəsinin daxil olduğu (fransız, ingilis, amerikan və müsəlman) təsnifatla kifayətlənmişdilər. XX əsrin əvvəllərində A.Esmen hüquq sistemlərini onların "tarixən formalaşması, ümumi quruluşu və fərqli xüsusiyyətlərini" əsas götürməklə aşağıdakı qruplara bölürdü: latın (roman) qrupu (bura fransız, belçika, italyan, ispan, portuqal, rumın və latın amerikası ölkələrinin hüququ daxildir); hüquq sistemlərinin alman qrupu (bura alman hüququ, Skandinaviya ölkələrinin hüququ, Avstriya və Macarıstan hüquqları aiddir); ingilis-sakson hüquq sistemi (İngiltərə, ABŞ və ingilisdilli müstəmləkələrin hüquqları); slavyan hüquq sistemi qrupu; müsəlman hüquq sistemi qrupu. A.Esmenə görə Roma və kanonik (kilsə) hüququ ayrıca iki orjinal sistem təşkil edir. XIX əsrin 2-ci yarısında hüquqşünasların diqqətini hüquq sistemlərinin dilçilik əlamətləri üzrə birləşdirilməsi ideyası çox cəlb etmişdi. Əgər alman alimləri hüquq sistemlərinin hüquq ailələrində birləşdirilməsini başlıcası irqi və dil əlamətlərinə görə edirdilərsə, fransız komparativistləri etnik əlamətdən irəli gələn hüquqi "qohumluqdan" imtina edərək hesab edirdilər ki, təsnifatın əsasında hüquqi-tarixi amillər durur.
Avropa İnsan Hüquqları Konvensiyası
Avropa İnsan Hüquqları Konvensiyası və ya İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası — Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiya. Bu Konvensiyanı insan hüquqlarına dair beynəlxalq sənədlər içərisində ən effektiv sənəd kimi dəyərləndirmək olar. Buna səbəb onun əsasında yaradılan və fəaliyyət göstərən səmərəli hüquq müdafiə mexanizmidir. Bu, Konvensiyanın 19-cu maddəsi əsasında təsis edilən və daimi əsasda fəaliyyət göstərən Avropa İnsan Hüquqları Məhkəməsidir. == Tarixi == 12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Statutunun layihələri təqdim edildi. Lakin Komitənin 9 avqust 1949-cu il tarixdə keçirilən birinci sessiyasında yeddi səs lehinə, dörd əleyhinə və bir səs bitərəf olmaqla «İnsan hüquqlarının və əsas azadlıqların müəyyən edilməsi, müdafiəsi və inkişafı» adlı bəndin Şuranın Məşvərətçi Assambleyasının birinci yığıncağının gündəliyindən çıxarılması qərara alındı. Bəzi nümayəndələr Avropada insan hüquqları sahəsində görülən işin, bu sahədə BMT çərçivəsində görülən işi təkrarlayacağı haqqında fikirləri qətiyyətlə inkar edirdilər. Onlar fikirlərini belə əsaslandırırdılar: «İnsan hüquqları ilə bağlı məsələnin BMT-də uzun müddət müzakirə olunmasına baxmayaraq, bu sahədə dəqiq bir mexanizm hələ də hazırlanmayıb. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin zəif cəhəti onun hüquqi baxımdan qeyri-məcburi olmasıdır. İnsan hüquqları ilə bağlı məsələnin Avropa müstəvisində müzakirəsi isə, BMT-dən fərqli olaraq, hüquqi cəhətdən məcburi olan bir sənədin hazırlanmasına imkan verir».
Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi Avropa İnsan Hüquqları Konvensiyasının ilk maddəsidir. Burada qeyd olunur ki, "Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 1-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər." == Yurisdiksiya == Yurisdiksiyanın nə dərəcədə ərazi xarakteri daşıması baxımından üzv dövlətlərin "yurisdiksiyası" Məhkəmədə bir neçə dəfə mübahisələndirilmişdi. Məhkəmə Konvensiyaının ərazi təbiətindəki istisnaların tanınması arasında bir yol seçdi və Loizidou Türkiyəyə qarşı işində (İlkin Etirazlar) (1995) 20 AHRR 99 İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müəyyən etdi ki: Konvensiyanın məqsədini nəzərə alaraq, Razılığa gələn Tərəfin məsuliyyəti, hərbi əməliyyat nəticəsində — qanuni və ya qanunsuz — milli ərazisi xaricindəki əraziyə təsirli nəzarət həyata keçirdiyi zamanda da yarana bilər. Konvensiyada göstərilən hüquq və azadlıqların belə bir ərazidə təmin edilməsi öhdəliyi, birbaşa, silahlı qüvvələri və ya tabe olan yerli idarəetmə vasitəsi ilə həyata keçirilməsindən asılı olmayaraq, bu cür nəzarət faktından irəli gəlir. Bu səbəbdən, Türkiyənin öz nəzarətində olan Şimali Kiprdəki hərəkətləri Konvensiyanın tətbiq dairəsinə düşür.
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi — Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi, "qanunauyğun" və " demokratik cəmiyyətdə zəruri" olan bəzi məhdudiyyətlərə tabe olaraq, ifadə və məlumat azadlığı hüququnu təmin edir. Bu hüquqa fikir sahibi olmaq, məlumat və fikir almaq və yaymaq azadlığı daxildir. == Mətn == Maddə 10 – İfadə azadlığı 1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. 2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. == Lisenziyalaşdırma istisnası == "Televiziya, yayım və ya kino müəssisələrinin lisenziyalaşdırılması" ilə bağlı müddəa, yəni dövlətin media şirkətlərini lisenziyalaşdırmaq hüququ mövcud tezliklərin sayının məhdud olması və o dövrdə Avropa dövlətlərinin əksəriyyətinin televiziya və yayım inhisarına sahib olması səbəbindən daxil edilmişdir. Daha sonra məhkəmə qərarına əsasən, "son onilliklərdəki texniki irəliləyiş səbəbiylə bu məhdudiyyətlərin əsaslandırılması mövcud tezliklərin və kanalların sayına istinad edilməyəcəyini bildirdi." Audiovizual mediadakı ictimai inhisarlar məhkəmə tərəfindən 10-cu maddəyə zidd olaraq görülmüşdür, çünki bunlar bir çox məlumat mənbəyini təmin edə bilməzlər.Məhkəmə, həmçinin peyk antenaları kimi yayım məlumatlarını almaq üçün cihazların birinci abzasın son cümləsində nəzərdə tutulmuş məhdudiyyətə məruz qalmamasına da qərar verdi.
Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi — yaşamaq hüququnun qorunmasını nəzərdə tutur. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır. Maddə özündə qanunla nəzərdə tutulmuş edam halları ilə bağlı məhdudlaşdırılmış bir istisnanı əks etdirir və bununla yanaşı, həyatdan məhrumetmənin əsaslandırıla bilən olması ilə bağlı nəzarət edilməli hallar göstərilir. Qanunda nəzərdə tutulmuş edamların məhdudlaşdırılması ilə bağlı nəzərdə tutulmuş istisna Konvensiyaya əlavə olunmuş aşağıda göstərilən Protokolları imzalayan dövlətlər üçün daha sonra Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı ( ölüm cəzasının ləğvi) və 13 saylı ( bütün hallarda ölüm cəzasının ləğvi) Protokolları ilə məhdudlaşdırıldı. Qeyd etmək lazımdır ki, 6 saylı saylı protokolun 2-ci maddəsində göstərilir ki, dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər; bu cür cəza yalnız qanunla müəyyən olunmuş hallarda və qanunun müddəalarına müvafiq olaraq tətbiq edilə bilər. Dövlət həmin qanunun müvafiq müddəaları haqqında Avropa Şurasının Baş katibinə məlumat verir. 13 saylı Prokol isə sonrasında ölüm cəzasının artıq bütün hallarda ləğvi nəzərdə tutulurdu. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, "2-ci Maddə, Konvensiyanın ən əsas müddəsı kimi öz yerini alır." 2-ci maddənın adı altında, bir dövlətin üzərinə götürdüyü öhdəliklər üç əsas aspektdən ibarətdir: qanunla nəzərdə tutulmayan həyatdan məhrumetmədən çəkinmək vəzifəsi; şübhəli ölümləri araşdırmaq vəzifəsi; və müəyyən hallarda, qarçınılmaz həyat itkilərinin qarşısını almaq üçün addımlar atmaq öhdəliyi (pozitiv öhdəlik). == Məzmunu == Yaşamaq hüququ, Maddə 2 1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur.
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi — Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı qadağan edir. Maddə 3 — İşgəncələrin qadağan olunması. Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. == Qəbuledilənlik == Bu hüquqa heç bir istisna və ya məhdudiyyət yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi 3-cü maddənin əsas mahiyyətini qadağanın "qurbanın davranışından asılı olmayaraq" mütləq şərtlərlə edildiyini qəbul edərək vurğulamışdır.Məhkəmə, eyni zamanda, dövlətlərin qəbul edən dövlətdə işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala biləcək şəxsləri ekstradisiya edə və ya təhvil verə bilməyəcəyinə qərar vermişdir.Məhkəmə daha sonra bu müddəanın bir şəxsin qəbul edilən dövlətdə işgəncəyə məruz qalma ehtimalının olduğu təqdirdə xarici dövlətə verilməsini qadağan etdiyini qeyd etmişdir. Bu maddə şəxsin ölüm cəzasına məruz qalma ehtimalı olduğu təqdirdə bir dövlətin başqa bir dövlətə təhvil verməsini qadağan etdiyi kimi şərh edilmişdir. Bununla belə, bu maddə bir dövlətin öz ərazisində ölüm cəzası verməsini qadağan etmir. == İşgəncə == Məhkəmə 1996-cı ildə Aksoy Türkiyəyə qarşı (1997) əlləri arxasına bağlı şəkildə qolları üzərində dayandırılan bir məhbusun işində Türkiyəni işgəncə faktına görə təqsirli hesab etdi.Selmouni Fransaya qarşı (2000) işdə Məhkəmə Konvensiyanın "canlı alət" olduğu üçün əvvəllər qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi xarakterizə olunan davranışın gələcəkdə işgəncə kimi qəbul edilə biləcəyini təsdiq etdi. == Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar == Bu müddəa ciddi polis zorakılığı və ya həbs müdətində şəraitin pis olduğu işlərə tətbiq olunur. === İrlandiya Böyük Britaniyaya qarşı iş === İrlandiya Böyük Britaniyaya qarşı işdə (1979–1980) Məhkəmə Birləşmiş Krallıq tərəfindən Şimali İrlandiyada 14 məhbusa qarşı edilən 5 hərəkətin (divara dayanma, üzü üstə qoyma, səsə məruz qoyma, yuxudan məhrum etmə, yemək və ya içkidən məhrum etmə) "qeyri-insani və ya ləyaqəti alçaldan rəftar" olduğunu və bunun Avropa İnsan Hüquqları Konvensiyasının pozuntusu olduğunu tanıdı.
Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi — azadlıq və şəxsi toxunulmazlıq hüququnu nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyası və ya İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır. == Məzmunu == Maddə 5 - Azadlıq və toxunulmazlıq hüququ 1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz: (a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması; (b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması; (c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; (d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması; (e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması; (f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması;2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. 3. Bu maddənin 1-ci bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər. 4.
Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi
Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi — şəxsi və ailə həyatına hörmət hüququnu nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyası və ya İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Avropa regionunda insan hüquqlarının müdafiəsini nəzərdə tutan Konvensiyadır. == Məzmunu == Maddə 8 - Şəxsi və ailə həyatına hörmət hüququ 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyət orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. === Şəxsi həyat === Avropa İnsan Haqları Məhkəməsi hesab edir ki, şəxsi həyat geniş anlayışdır və onu tam əhatə etmək mümkün deyil.1992-ci ildə Məhkəmə bildirirdi ki, === Ailə həyatı === Məhkəmə "ailə həyatı"nın mövcudluğu məsələsini hər bir konkret işdəki faktlar əsasında və münasibətin iştirakçıları arasında sıx şəxsi əlaqələrin mövcudluğuna dair ümumi prinsip əsasında həll edir. Məhkəmənin fikrincə, 8-ci maddə istər "qanuni", istərsə də "qanunsuz" uşaqların olduğu ailələrə tətbiq edilir. Müvafiq surətdə, tənha ana ilə onun uşağı arasındakı münasibətlər həmişə 8-ci maddənin təsir dairəsinə düşür. === Mənzil === 8-ci maddənin mənası baxımından "mənzil" insanın daimi yaşadığı yerdir.
Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi (ing. European Court of Human Rights, fr. Cour Européenne des droits de l’homme) — "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmə. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir. Məhkəmə, Konvensiyanın qəbul edilməsindən 9 il sonra, qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlamışdır. Bu, əsasən onunla izah olunur ki, iştirakçı-dövlətin Konvensiyanı ratifikasiya etməsi avtomatik olaraq Məhkəmənin yurisdiksiyasını da tanıması demək deyildi. Bu halda dövlətin xüsusi bəyanatı tələb olunurdu. == Tarixi == 12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Statutunun layihələri təqdim edildi. Lakin buna baxmayaraq, Komitənin 9 avqust 1949-cu il tarixdə keçirilən birinci sessiyasında yeddi səs lehinə, dörd əleyhinə və bir səs bitərəf olmaqla "İnsan hüquqlarının və əsas azadlıqların müəyyən edilməsi, müdafiəsi və inkişafı" adlı bəndin Şuranın Məşvərətçi Assambleyasının birinci yığıncağının gündəliyindən çıxarılması qərara alındı. Hüquq komitəsi tərəfindən təklif edilən konvensiya layihəsində on iki əsas insan hüquq və azadlıqları sadalanırdı, həmçinin insan hüquqları üzrə Avropa Komissiyasının və Məhkəməsinin yaradılması, ayrı-ayrı şəxslərin və dövlətlərin şikayət ərizəsi ilə Komissiyaya müraciət etmək hüququ və Komissiyanın və ayrı-ayrı dövlətlərin işi Məhkəməyə verə bilməsi nəzərdə tutulurdu.
Avropa İttifaqında istehlakçı hüquqları
Avropa İttifaqında istehlakçı hüquqları - Avropa İttifaqında keçərli olan hüquq. == Haqqında == Avropada istehlakçıların hüquqlarının qorunması hərəkatlarının 1947-ci ildə "Danimarka İstehlakçılar Şurası" adlı özəl bir qurumun fəaliyyətə başladığı vaxt başladığını söyləmək olar. İstehlakçıların müdafiəsi hərəkatı 1950-ci illərin sonlarına doğru digər ölkələrə yayıldı. Beləliklə, Avropa İttifaqına üzv ölkələr öz milli istehlak siyasətlərini yaratdılar. Birliyin üzvü olan ölkələr arasında Gömrük İttifaqı Sazişinin imzalanmasından sonra ticarət əlaqələrinin artması və marketinq siyasətinin dəyişdirilməsi üzv ölkələr arasında istehlakçıların müdafiəsi məsələsini gündəmə gətirdi. İlk dəfə 1972-ci ildə Paris sammitində birgə qərarlar qəbul edildi. Bu qərarlar, istehlakçıların müdafiəsi üçün icma qanunvericiliyinin əsasını təşkil etdi. 1973-cü ildə komissiyada üzv dövlətlərin sakinlərinin sağlamlığının və təhlükəsizliyinin qorunması, iqtisadi mənafelərinin qorunması, düzəliş, məlumat və təlim və alınan qüsurlu məhsulların təqdimatı kimi 5 əsas qərar üzərində üç mühüm addım atıldı. Birlik çərçivəsində 1986-cı ildə "Avropa İstehlakçı Hüquqlarının Müdafiəsi Aktı" imzalanmış və 1992-ci ildə Maastrixt müqaviləsinin 129/a maddəsi ilə Avropa İttifaqı İstehlak Siyasətinin hüquqi əsası qoyulmuşdur. 1997-ci il Amsterdam müqaviləsi ilə mövzu yenidən qiymətləndirildi və əlavə maddələr təqdim edildi.
Aydın Kərimov (hüquqşünas)
Aydın Məmmədli oğlu Kərimov (1 iyul 1956, Mahmudkənd, Noraşen rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini, Əlincə Cəmiyyətinin sədr müavini. == Həyatı == Aydın Məmmədli oğlu Kərimov 1 iyul 1956-cı il tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində doğulmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat və Samara Dövlət Universitetinin Hüquq fakültələrində ali təhsilini almışdır. Bir müddət hüquqşünas olaraq fəaliyyət göstərmişdir.Evlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1991-ci ildə o, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi nizamnaməsinin və proqramının həmmüəlliflərindəndir.Aydın Kərimov 29 iyul 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 47 nömrəli fərmanı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. O, 16 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 495 nömrəli sərəncamı ilə bu vəzifədən azad edilmişdir.Aydın Kərimov 1992-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi və Əlincə Xeyriyyə Cəmiyyəti üzvü olaraq xalq deputatları seçkiləri üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizəd göstərilmiş və seçilmişdir.Aydın Kərimov Əlincə Cəmiyyətinin sədr müavini olmuşdur. O, 1992-ci ildən Müstəqil "Qanun" jurnalının baş redaktoru, 1994-cü ildən isə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin (MEPHM) prezidentidir. O, həmçinin Türkiyə Respublikasında dərc olunan "Türk yurdu" jurnalının Azərbaycandakı təmsilçisidir.Aydın Kərimov 2010-cu illərdə Azərbaycan Respublikasının Ombudsman Aparatı Ekspertlər Şurasının sədri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikasının əməkdar hüquqşünaslarının siyahısı
== 1991 == 1.Azərbaycanın birinci Əməkdar Hüquqşünası Tələt Balakişi oğlu Qənbərov olmuşdur. 03 fevral 1991-ci il.
Azərbaycan Respublikasının əməkdar hüquqşünası
Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər.
Azərbaycan SSR əməkdar hüquqşünaslarının siyahısı
== 1991 == Tələt Balakişi oğlu Qənbərov — 03.02.1991 (Azərbaycanın birinci Fəxri Hüquqşünası Tələt Qənbərov olmuşdur. 3 fevral 1991-ci ildə Prezidentin 161№-li Fərmanı ilə ona bu Fəxri ad verilmişdir.
Azərbaycan mülki hüququ
Azərbaycan mülki hüququ — Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra RSFSR-in sosialist hüququnun mənimsənilməsi yolu ilə mülki hüquq sisteminin tam əvəz olunması baş verdi. 1923-cü ildə Azərbaycan SSR-də ilk mülki məcəllə qəbul olundu. Məcəlləyə nikah, ailə və qəyyumluq hüququnu əhatə edən bölmələr daxil edilmişdi (digər ittifaq respublikalarında bu münasibətlər ayrı-ayrı məcəllələrlə tənzimlənirdi). Sovet dövründə Azərbaycanın mülki hüququ digər ittifaq respublikalarının mülki hüququndan mahiyyətcə fərqlənmirdi. İkinci ümumittifaq məcəllələşdirilməsi nəticəsində 1964-cü ildə Azərbaycan SSR-in yeni mülki məcəlləsi qəbul olundu ( bundan sonra–MM Azərbaycan SSR). Sovet dövrünün Mülki Məcəlləsi mülki hüquq münasibətlərinin subyekti qismində vətəndaşları və hüquqi şəxsləri-dövlət müəssisə, idarə və təşkilatları, kolxozlar, kolxozlararası və kollektiv birlikləri müəyyən edirdi. Sosialist cəmiyyətində istehsal vasitələri hesabına yalnız dövlət mülkiyyətinin müəyyən olunmasını nəzərə alaraq, Azərbaycan SSR-nin MM-ə uyğun olaraq mülkiyyət sosialist mülkiyyətinə yəni dövlət, kolxoz-kooperativ, həmkarlar ittifaqı və s və vətəndaşların əmək gəlirlərindən təşkil olunan şəxsi mülkiyyətə bölünürdü. Sosialist mülkiyyətindən şəxsi gəlir əldə etmək məqsədi ilə olunmasını qadağan edən xüsusi normalar mövcud idi. MM həmçinin vətəndaşın şəxsi mülkiyyətin həcminin hədlərini müəyyən edirdi. Azərbaycan SSR-nin MM-nin xüsusi hissəsi müxtəlif növ müqavilələri nəzərdə tuturdu: alqı-satqı, bağışlama, göndərmə, dövlət satın almaları, dövlət sığortası, podrat, daşınma və s.