Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axtarış həvəsi (film, 1970)
Axtarış həvəsi qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1970-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. Filmdə onun bəzi əsərlərinin yaranma tarixindən, sənətkarın öz qəhrəmanları ilə görüşməsindən, xarici ölkələrdə olmasından bəhs edilir. Tahir Salahov həyatla sıx bağlı olan sənətkarlarımızdan biridir. O, ölkəmizdə baş verən ictimai hadisələri dərindən təhlil edərək, fəlsəfi fikirləri bədii surətlər vasitəsilə öz əsərlərində əks etdirir. T.Salahov, əsl mənada böyük sənətkar olduğu üçün əsərlərinin mövzusunu xalqımızın qaynar həyatında axtarır, böyük axtarış ehtirasları ilə yaşayır.
Həkərli
Həkəri — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Həkəri kürddilli tayfa adıdır. İndiki dövrdə həkərilər əsasən Türkiyə və İranda yaşayırlar. == Tarixi == Həkəri adı hələ qədim mənbələrdən məlumdur. Alban (Qafqaz) tarixcisi Movses Kalankatlı Babək hərəkatı ilə əlaqədar 831-ci il hadisələrindən bəhs edərkən Həkəri qalasının adını çəkib. Həmin qala hazırda Qalacıq adı ilə məlumdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Həkəri kəndində 119 evdə 741 şiə kürd yaşayırdı. == Coğrafiyası == Həkəri kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.
Həmənli
Həmənli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaramusalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Xınalı kənd Sovetindən Həmənli kəndi Qaramusalı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kəndin adı mənşəcə Qazax mahalından olan həmənli nəslinin burada məskunlaşmasından yaranmışdır. Həmənlilər keçmiş Gəncə xanlarının nəslindən olub, Qaramusalı kəndində yaşayan Məmməd xana məxsus Xanlıq adlanan bu ərazidən ilxı saxlamaq üçün qışlaq kimi istifadə edirdilər. Sonralar həmənlilər bu ərazini xandan satın alaraq XIX əsrdə burada daimi məskunlaşmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 199 nəfər əhali yaşayır.
Həsənli
Bələdiyyələr Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Salyan rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Masallı rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Tovuz rayonunda bələdiyyə.Kəndlər Həsənli — Azərbaycanın Masallı rayonunda kənd. Həsənli — Azərbaycanın Sabirabad rayonunda kənd. Həsənli — Azərbaycanın Tovuz rayonunda kənd. Həsənlitəpə yaşayış yeri — İranda arxeoloji abidə-qədim şəhər yeri Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Mirzə Həsənli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd.
Vələsli
Vələsli (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Vələsli (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Dəvəli
Dəvəli (Vedibasar) — Vedibasar mahalında kənd. Dəvəli (Kayseri) — Kayseri ilinin bir ilçəsi.
Heveşi Şandor teatrı
Heveşi Şandor teatrı (mac. Hevesi Sándor Színház) — Macarıstanın Zalaeqerseq şəhərində yerləşən teatr. Şəhərin mərkəzindəki Kostolanyi küçəsində yerləşir. == Tarixi == Binanın inşasına 1950-ci illərdə başlanılmışdır. Tikilməsində ilkin məqsəd işləyən təbəqə üçün mədəni və ictimai tədbirlərin keçirələcəyi məkan inşa etmək idi. Daha sonralar Zalaeqerseq Həmkarlar Birliyinin İşləyən Təbəqə üçün nəzərdə tutulmuş evi (Szakszervezetek Zalaegerszegi Munkásotthona) adlandırıldı. 1968-ci ildə İojef Katonanın Ban Bank əsəri bu teatrda tamaşaya qoyuldu. 1980-ci illərdə binanın interyeri daha da təkmilləşdirildi və 1983-cü ildə İmre Madaçın Bir insanın faciəsi (Az ember tragédiája) əsərinin nümayişi ilə teatr ilk dəfə öz fəaliyyətinə başladı.
Alı Həsənli
Alı Nofəl oğlu Həsənli (22 iyun 1995, Bakı — 21 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İkinci Qarabağ müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Həyatı == Alı Nofəl oğlu Həsənli 22 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 1 sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1-ci sinifinə qəbul olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib. == Hərbi xidməti == Həsənli Alı 2016-cı ilin 20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.
Amid Həsənli
Amid İsaq oğlu Həsənli (21 yanvar 1996, Saatlı rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amid Həsənli 1996-cı il yanvarın 21-də Saatlı rayonunun Dədə Qorqud kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amid Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Həsənli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Baxşeyiş Hətəmli
Baxşeyiş Hətəmli — Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının prezidenti, 1998-ci ildən "Ağdam" qəzetinin, 2004-cü ildən həm də "Qeyrət qalası" qəzetinin redaktorudur. Baxşeyiş Hətəmli 1963-cü ilin fevral ayının 15-də Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1970-80-ci illərdə Ağdam rayonunun Əliağalı kənd orta məktəbində oxumuşdur. 1981-82-ci illərdə, 1984-1987-ci illərdə Ağdam rayonunun M.F. Axundov adına sovxozunda fəhlə işləmiş, 1982-1984-cü illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmişdir. 1981-90-cı illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində oxumuş, jurnalist ixtisası almışdır. 1987-ci ilin sentyabr ayından isə "Ağdam" qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. O, 1991-ci ilin noyabr ayının 1-dən 1996-cı ilin yanvar ayının 23-dək Azərbaycan Milli Ordusunun 836 və 708 saylı hərbi hissələrinin tərkibində bölmə, taqım, bölük komandiri, qərargah rəisi, əlahiddə kəşfiyyat bölük komandiri və kəşfiyyat rəisi vəzifələrində xidmət etmişdir. Ehtiyatda olan baş leytenant, II qrup Qarabağ müharibəsi əlilidir. Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının prezidentidir. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ağdam Rayon Şöbəsinin sədridir.
Cəmil Həsənli
Cəmil Həsənli (tam adı: Cəmil Poladxan oğlu Həsənli; 15 yanvar 1952, Ağalıkənd, Puşkin rayonu) — Azərbaycan tarixçi-alimi; siyasətçi; tarix elmləri doktoru (1992) — professor (1993); Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009); Milli Şuranın qurucu üzvlərindən biri (2013); Azərbaycan Respublikasının əməkdar müəllimi (2009); Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993–2013); Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Milli Şuranın sədri və lideri. == Həyatı == Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olmuşdur.1960–1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır.1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) Tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirmişdir. 1977-ci ilin payızında ADU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirmişdir. 1983–1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmişdir. 1984-cü ildə ADU-nun ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini almışdır. 1990-cı ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1992-ci ildə "Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə "Avropa və Amerika ölkələrinin müasir tarixi" kafedrası üzrə professor vəzifəsini tutmuşdur. 1994-cü ildən 2011-ci ilə qədər M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin professoru olmuşdur.
Eldar Həsənli
Eldar Həsənli (tam adı: Eldar Həsən oğlu Həsənli; 28 aprel 1960, Daşkənd, Basarkeçər rayonu) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Həsənli Eldar Həsən oğlu 1960-cı il aprelin 28-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra, 1980-ci ildə Şuşa Mədəni-Maarif Texnikomuna qəbul olmuş və 1983-cü ildə təhsilni başa vurmuşdur. Ədəbi fəaliyyətə Bərdə rayonunun "Müəllimlər evi"nin nəzdində olan poeziya dərnəyində rəhbər kimi başlamış, "Uşaq poeziyası" dərnəyinə rəhbərlik etmişdir. Eldar Həsənli Azərbaycan Aşıqlar Birliyinin Bərdə bölgəsi üzrə şöbə müdiri işləmişdir. İlk şeiri 1983-cü ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur. Hazırda bir çox almanaxlarda, jurnallarda, qəzetlərdə şeirləri və publisist yazıları çap oluur. Əsərləri geniş oxucu rəğbəti qazanmışdır. "Aqilim, Sərrafım qaldı Göyçədə" (1997), "Gözlərimin yaşı qalıb o yerdə" (1998), "Göyçə mənim, qadası, Ələsgərim, Alımdır" (Bakı, "Azərbaycan" nəşriyyatı, 1999, 176 səh. 1000 tiraj), "Sən günəşin zərrəsiydin" (1999) və "Dünya mənim qəfəsimdi" (2001) kitabları çap olunub.
Elxan Həsənli
Elxan Həsənli (əsl adı: Elxan Məmməd oğlu Həsənov; alm. Elchan Gassanow‎; 15 dekabr 1974, Qazax) — Azərbaycan əsilli İsveçrə tarixçisi, tarix üzrə fəlsəfə doktoru, politoloq, siyasi ekspert. == Həyatı == Elxan Məmməd oğlu Həsənov (Həsənli) 15 dekabr 1974-cü ildə Azərbaycan SSR-nin Qazax şəhərində anadan olmuşdur. O, 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil almışdır. Həsənli 2007–2011-ci ildə İsveçrənin Sürix Universitetinin magistraturasında, 2011–2013-cü illərdə Sürix Pedaqoji İnstitutunda pedaqoji təhsil almışdır. == Fəaliyyəti == Elxan Həsənli 1996–1998 ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. O, 1994-cü ildə "Rezonans" qəzetinin müxbiri kimi əmək fəaliyyətinə başlamışdır. Həsənli 1998-ci ildən 2004-cü ilə qədər "Yeni Müsavat" qəzetinin müxbiri işləmişdir. O, 2011-ci ildən 2016-cı ilə qədər İsveçrənin Sürix Universitetində elmi işçi, 2016-cı ildən 2021-ci ilə qədər Sürix meriyasında çətin öyrənən uşaqların təhsili kollecində alman dili, tarix və informasiya-kommunikasiya texnologiyaları müəllimi işləmişdir. Həsənli müəllimlərin təkmilləşməsi üzrə İsveçrə və Almaniya sertifikasiyalarını qazanmışdır.İsveçrənin Sürix Universitetində təhsil aldığı dövrdə 1 elmi monoqrafiyası, 6 elmi məqaləsi dərc olunmuşdur.
Elçin Həsənli
Elçin Həsənli (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elçin Həsənli (çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi.
Fərrux Həsənli
Fərrux Həsənli Ağayar oğlu (d.1947, Qərbi Azərbaycan, Zəngibasar rayonu, Arbat) — coğrafiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Coğrafiya və ÇH fakültəsinin Ümumi coğrafiya kafedrasının müdiri. == Həyatı == F. A. Həsənli Qərbi Azərbaycan Zəngibasar rayonunun Arbet kəndində anadan olmuşdur. 1964–1968-ci illərdə Bakı Yeyinti Sənaye Texnikumunda oxumuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş, 1972-ci ildə təhslini başa vurmaqla coğrafiya ixtisası almışdır. == Elmi fəaliyyəti == 1972-ci ildə Bakı Hidrometeorologiya Xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır. Həmin il AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1997-ci ildə "Meşə torpaqlarının coğrafiyası" şöbəsinin aspirantı olmub. 1984-cü ildə "Dağlıq Talış şəraitində torpaq ehtiyatlarından səmərəli istifadənin əsasları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1973–1977-ci illərdə Böyük Qafqazın Şamaxı, Oğuz,Qax, Şəki rayonunun torpaqlarından üzümçülükdə səmərəli istifadə etmək istiqamətində elmi tədqiqat işləri aparmışdır. 1973–1985-ci illər ərəfəsində Kiçik Qafqazın Füzuli, Cəbrayıl, Zəngilan rayonları ərazisində torpaq tədqiqatlarının aparılmasında iştirak etmişdir.
Həsənli (Bərdə)
Həsənli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Həsənli (Cəbrayıl)
Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cəbrayıl rayonunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Həsənli (Cəlilabad)
Həsənəli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Həsənli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Həsənli oyk., sadə. Bərdə r-nunun Qaradəmirçi inzibati ərazi vahidində kənd. Yuxarı Qarabağ kanalının sahilində, Qarabağ düzündədir; Cəbrayıl r-nunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı şəxsin altı oğlundan biri Həsən salmışdır; Cəlilabad r-nunun Astanlı inzibati ərazi vahidində kənd. Həsənli çayının sahilində, Burovar silsiləsinin ətəyindədir; Masallı r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır; Sabirabad r-nunun Cavad inzibati ərazi vahidində kənd.
Həsənli (Masallı)
Həsənli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2731 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və infrastrukturu == Həsənli kəndi Lənkəran ovalığında, Masallı rayon mərkəzindən 15 km şimalda, Masallı dəmiryol stansiyasından 4 km şimali-şərqdə yerləşir. Kənddə 1 ümumtəhsil məktəbi, uşaq bağçası, klub, kitabxana, mərkəzi ATS fəaliyyət göstərir. Həmçinin kənddə Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Kəndin mərkəzində "Tut bağı" var.
Həsənli (Meşkinşəhr)
Həsənli (fars. حسنلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 119 nəfər yaşayır (27 ailə).
Həzi Həsənli
Həsənli Həzi Aslan oğlu — azərbaycanlı şair, jurnalist. == Həyatı == Həzi Həsənli Borçalının Faxralı kəndində doğulub. "Kəhər at nalı neylər?..", "Düşüncənin yaşı", "Ömür körpüləri" və s. kitabları vardır. Bakı Dövlət Universitetini və İstanbul Universitetini bitirib. Böyük Britaniyanın "Britaniya evi"ndə ingilis dili üzrə təhsil alıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ayrı-ayrı ədəbi və media mükafatlarının laureatıdır.
Həsənli (Sabirabad)
Həsənli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Həsənli (Salyan)
Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir.
Həsənli (Sayınqala)
Həsənli (fars. حسنلو‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 506 nəfər yaşayır (98 ailə).
Həsənli (Sulduz)
Həsənli (fars. حسنلو‎) — (azərb. Həsənli-حسنلی‎) İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd çox qədim tarixə malikdir, belə ki kəndin yaxınlığında Mannalar çağına aid olan bir təpə yerləşir. Yerlilər bu təpəni Həsənli təpəsi adlandırırlar. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,264 nəfər yaşayır (289 ailə). Kəndin əhalisi şiə etiqadlı azərbaycan türklərinin Qarapapaq boyundandır. Ana dilləri azərbaycan dilidir. Kənddə təxminən 300-ə yaxın ev vardır.
Həsənli (Tovuz)
Həsənli — Azərbaycan Respublikasının Tovuz rayonunun Həsənli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sol sahilində, Göyəbaxan silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Həsənli kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həsənli (Urmiya)
Həsənli (fars. حسنلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 574 nəfər yaşayır (106 ailə).
Mənəşli
Mənəşli (əvvəlki adı: Manaşid) — Azərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Manaşid kəndi Mənəşli kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Mənəşli kəndi dağətəyiə ərazidədir. XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra burada Türkiyənin Qars vilayətindən və Gürcüstandan gəlmə ermənilər yerləşdirilmiş və kənd bir müddət Manaşid adlandırılmışdır. 1992-ci ildən Mənəşli kimi rəsmiləşdirilmişdir. Mənəş türk dillərində "gözal surət, görünüş, mənzərə" deməkdir. Oykonim "mənzərəli", "gözəl görünüşlü" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır.
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.
Beverli-Hillz
Beverli-Hillz (ing. Beverly Hills) — ABŞ-nin Kaliforniya ștatında șəhər.
Beverli Alitt
Beverli Alitt (ing. Beverly Gail Allitt ; doğ. 4 oktyabr 1968) — dörd uşağı öldürmək, digər üç uşağı öldürməyə cəhd etməkdə və daha altı nəfərə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan ingilis seriyalı uşaq qatili. == Həyatı == 1991-ci ildə 23 yaşlı Beverli Alitt pediatriya şöbəsində tibb bacısı kimi çalışmağa başlayır. İki ay ərzində o, dörd uşağı qətlə yetirir və daha doqquz körpəni öldürməyə cəhd edir, lakin xoşbəxtlikdən onlar sağ qalmağa müvəffəq olurlar. Erkən yaşlarında Beverlidə "Münhauzen sindromu" müşahidə edilirdi. Bu psixi pozğunluğun əsas göstəricisi xəstənin süni yolla ətrafı özünə diqqət göstərməyə təşviq etməkdir. Ən nəhayətdə Alitt 1993-cü ildə mühakimə olunur və ömürlük həbs cəzası alır. Lakin B. Alitt son ana qədər öz günahını boynuna almır.
Beverli Hills
Beverli-Hillz (ing. Beverly Hills) — ABŞ-nin Kaliforniya ștatında șəhər.
Beverli Ramos
Beverli Ramos (24 avqust 1987, San Xuan, Puerto-Riko) — Puerto-Rikonu təmsil edən marafonçu. Beverli Ramos Puerto-Rikonu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Beverli Ramos birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneələrlə qaçış yarışlarında qüvvəsini sınadı və təsnifat mərləhəsini 9 dəqiqə 55.26 saniyəyə qət edərək 12-ci yeri tutdu. Beverli Ramos növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 43 dəqiqə 52 saniyəyə qət edərək 157 marafonçu sırasında 71-ci yeri tutdu.