Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəlinlik
Gəlinlik, Nikah paltarı, Toy paltarı və ya Gəlin donu — toy mərasimi zamanı gəlinin geydiyi geyim. Donun rəngi, üslubu və mərasimsəl əhəmiyyəti toy iştirakçılarının din və mədəniyyətinə asılı ola bilər. Qərb mədəniyyətlərində gəlinlər çox vaxt 19-cu əsrdə Kraliça Viktoriya tərəfində məşhur olduğu ağ gelinlik seçirlər. Şərq mədəniyyətlərində, gəlinlər ümumiyyətlə şans simvolu olan qırmızı gəlinlikləri seçirlər. == Mədəni xüsusiyyətlər == === Qərb mədəniyyətləri === Bir toy, iki şəxs, ailə və ya ölkə arasındakı bir birlikdir. Orta əsrlərdə nəciblik və cəmiyyətin yuxarı təbəqələri arasında, sevgi, siyasət, cəmiyyətdəki mövqe, sərvət, mülahizələrə əsaslanaraq bir toy haqqında razılaşdılar. Toy mərasimində yeni ailələri təqdim etmək üçün gəlinlik geyinilirdi. Varlı ailələrin gəlinləri üçün geyimlər eksklüziv parçalardan tikilib xəz ilə bəzədilib. Əsrlər boyu gəlinlik geyimləri sosial vəziyyətlərinə və dəblərinə uyğun olmalı idi. Bir gəlinlik tikməyə sərf olunan sayğacın sayı gəlinin sosial vəziyyətini əks etdirir və ailənin var-dövlətinin dərəcəsini göstərirdi.
Dərinlik xulu
== Morfoloji əlamətləri == Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır.
Dərinlik yarıqları
Dərinlik yarıqları — Yer qabığı və üst mantiyanın iri mutəhərrik bloklarının birləşmə zonası == Haqqında == Dərinlik yarıqları yüz və minlərlə km-lərlə məsafəyə uzanır, eni isə bəzən onlarla kilometrə çatır. Dərinlik yarıqları inkişaf müddəti geoloji dövr və eralarla ölçülür və Yer qabığının ayrı-ayrı iri elementləri arasında sərhəd strukturu rolunu oynayır; üst mantiya və Yer qabığının dərin hissələri ilə Yer səthi arasında əlaqə yaradır. Dərinlik yarıqları böyük dərinliklərdə özünü yüksək axarlıq zonası kimi aparır. Dərinlik yarıqları daxili quruluşu olduqca mürəkkəbdir: onlar üçün ensiz bloklar — qırılmalarla bir-birindən ayrılan, yüksək diferensial mütəhərrik lövhə və pazlar səciyyəvidir. Blokların yüksək mütəhərrikliyi nisbətən kiçik, lakin çox sıxılmış qırışıqların, həmçinin intensiv şistlik və klivajın yaranmasına səbəb olur. Dərinlik yarıqları zonalarında qırılmayanı çökəklər və ensiz qalxıntılar əmələ gəlir. Çox vaxt qalxmış blokların üzərində mərcan rifləri inkişaf edir. Yer səthində dərinlik yarıqları zonaları boyu subparalel qırılmaların sıxlaşması nəticəsində mürəkkəb sistemlər — dərinlik yarıqları qurşaqları yaranır. Bəzən dərinlik yarıqları zonalarında üstəgəlmələr nəticəsində tektonik örtük və pulcüqvari strukturlar əmələ gəlir. Dərinlik yarıqları təkamülündə maqmatizm mühüm yer tutur.
Əvinlik (Miyanə)
Əvinlik (fars. اونليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,647 nəfər yaşayır (477 ailə).
Dərinlik-buruq süxurlar
Dərinlik-buruq süxurları (DBS) - neft mədəni yerlərində kəşfiyyat quyuları qazılarkən və istismarı dayandırılmış neft quyuluranın təkrar istismarı üçün aparılan yeraltı təmir işləri zamanı yerin səthinə lay suları ilə axıdılıb çala və çökəkliklərdə toplanan şlam çöküntüləridir. == Süxur == Həmin çöküntülər ikinci cahan müharibəsi dövründə Abşeron yarımadasında süni yaradılmış çalalarda xam neftin toplanması və çökdürülməsi zamanı da əmələ gəlmişdir. Ona görə də dərinlik-buruq süxurları genezislərinə görə iki tipə ayrılırlar: Neft buruqlarının qazılması və təmiri zamanı lay suları ilə yaranan DBS; Xam neftin çıxarılıb anbarlaşdırılması və çökdürülməsi zamanı yaranan DBS.Hər iki tipə məxsus DBS neft məhsulları ilə bu və ya digər dərəcədə hopmuşlar.
Azərbaycan ərazisinin dərinlik quruluşu
Geoloji qırılma — yerdəyişmədən və ya qırılma səthi boyunca süxurların yerdəyişməsi ilə süxurların davamlılığının pozulmasıdır. Ə. Ş. Şixalibəyli Qafqazın dərinlik qırılmalarını yerləşmə və inkişaf etmə vaxtına görə kənar, qaymalarası, sərhəd tiplri kimi təsnif etmişdir. Bu qırılmaların bir çoxu geofiziki məlumatların əsasında aşkarlanmış və əksəriyyətləri geoloji məlumatlarla təsdiqlənmişdir. == Mahaçqala-Krasnovodsk (Ortaxəzər) dərinlik qırılma zonaları == Qravitasiya məlumatlarına əsasən müəyyən olunmuşdur. Qafqazönündən Xəzərin akvatoriyası boyu qravitasiya anomaliyası qeyd olunmuşdur. Bu anomaliyalar Tırnauz-Xəzər-Türkmənistan qırılmalırı boyu yerləşmişlər. == Siyəzən qırılması == Şimal-şərqdə Böyük Qafqazın şimal intensiv qırışıqlıq qanadında Usuxçay boyu Şahdağ-Xızı sinklinorisinin və Tengi-Beşbarmaq antiklinorisinin şimal-qərb qanadı boyu qırılmalar keçir ki, onu ədəbiyyatda Qazmaqrız və Siyəzən üstəgəlməsi də adlandırırlar. == Başqafqaz dərinlik qırılması == Böyük Qafqazın oxu boyu dərinlik qırılmalarının iri zonası keçir. Bu zona boyu kristallik şistlərdən ibarət nüvə cənub yamacının aşağı yura yaşlı şistlərlə tektonik təmas yaradır. Yəni Qafqazın özülü kəskin yerdəyişməyə məruz qalmışdır.