Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İkirəngli quşarmudu
İkirəngli quşarmudu (lat. Sorbus discolor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə qədər olan yarpağı tökülən ağacdır. Düz budaqlı gövdəsi və lələkvari bölünmüş, uzunluğu 25 sm olan yarpaqları vardır. Payızda yarpaqları qırmızı rəngdə olur. Çiçəkləri və giləmeyvələri ağ, çəhrayı rənglidir. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabr ayında yetişir. == Ekologiyası == Rütubət sevəndir. Torpağa tələbkar deyildir.
Kirenalı Feodor
Kirenalı Feodor (yun. Θεόδωρος ὁ Κυρηναῖος; E.ə. V əsr – E.ə. IV əsr) — Liviya əsilli qədim yunan riyaziyyatçısı, pifaqorçusu; irrasional ədədlər nəzəriyyəsinin inkişafına böyük töhfələr vermişdir..
Teodorus (Kirenalı)
Kirenalı Teodorus və ya Ateist Teodor (yun. Θεόδωρος, m. ö. V – IV yüzilliklər) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi. Onun barəsində Diogenes Laertius xəbər vermişdir.. == Fəlsəfəsi == Teodorus xalq arasında yayılmış tanrılar haqqında təsəvvürləri inkar etmiş, buna görə də “Ateist” adlandırılmışdır. O, bu barədə hətta “Tanrılar haqqında” kitab da yazmışdır. Onun fikrincə sevinc və kədər hissləri vardır. Birincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir. Xeyir düşüncədəndir və ədalətdir, şər isə onlara əks olan hər şeydir.