Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İtiuclu itburnu
Tükcüklü itburnu (lat. Rosa tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Qafqazda, Kiçik Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan iynəli koldur. Budaqları uzun, düz və ya bir az qövsvari əyilmiş, çiçək saplaqları göy çöküntülü, tikansızdır. Yalançı zoğların uzunluğu 1,2 sm-dək və eni 0,6 sm, hər tərəfdən tükcüklü, kənarları vəziciklidir. Yarpaqları cüt olmayan lələkvari, tünd yaşıl, çox tükcüklü, uzunluğu 7-9 sm-dir. Xırda yarpalqarı 5-7 ədəd, uzunluğu 2-4 sm, uzunsov-ovaldan ellipsvari və yumurtavariyədək, ucu biz bəzən küt, kənarları cüt vəzicikli-dişlidir. Saplaqları tükcüklü, vəziciklidir. İynələri təxminən eyni, çox vaxt düz, bünövrəsində enlidir.
İtiuclu qaraçöhrə
Yapon qaraçöhrəsi (lat. Taxus cuspidata) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. Bu növə Uzaq Şərq qaraçöhrəsi deyilir. Hündürlüyü 20 m-ə çatan, ortaboylu ağac və ya koldur, çətirləri dairəvi olub, gövdəsinin diametri 1,5 m-ə çatır. Gövdəsi qırmızımtıl rənglidir, üzərində növə xas olan sarımtıl-ağ ləkələri var, yarpaqları lələkvarıdır. Yarpaqlarının uzunluğu 1,2-2,6 sm-ə, eni 2-3,5 mm-ə çatır, yumşaq, hamar, ucu biz, üstdən tünd-yaşıl, altı-dan solğun-yaşıldır, budaqlarda 4-6 il qalır. Toxumları qozalarda << qozagiləmeyvə >> adlanan al qırmız rəngli, ətli hissə ilə örtülmüşdür. Uzunömürlüdür 1500 ilə kimi yaşayır. İtiuclu qaraçöhrə şaxtaya ( -30 C ), kölgəyə davamlıdır. Humus qatı qalın olan torpaqlarda yaxşı bitir, turş mühitli və bataqlıq torpaqlarda inkişaf etmir.