Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Nizamsız ordu
Nizamsız ordu — bir ölkənin milli silahlı qüvvələrindən fərqli olan hər hansı qeyri-standart hərbi komponent. Terminə aid edilənlər olduqca müxtəlifdir. Bu, hərbi təşkilat növünə və ya istifadə edilən taktika növünə aid edilə bilər. Nizamsız hərbi təşkilat nizamlı hərbi təşkilatın bir parçası olmayan bir hərbi təşkilatdır. Standart hərbi birləşmə təşkilatı olmayan hərbi təşkilatları izah etmək üçün "trup", "qoşun", "dəstə", "qrup", "birləşmə", "banda" və ya "qüvvə" kimi daha ümumişlək sözlərdən də istifadə edilir. Nizamsızlar bu cür hərbi təşkilatların üzvü olan əsgər və ya döyüşçülərdir. Nizamsız müharibə adətən nizamsız hərbi təşkilatlar tərəfindən istifadə edilən taktikalardan ibarət müharibəyə deyilir. Buna böyükmiqyaslı döyüşdən yayınmaq və kiçik, gizli, vur-qaç münaqişələrə fokuslanmaq daxildir.
İnsansız yerüstü vasitə
İnsansız yerüstü vasitə (qısaca İYV) yerüstü hərəkət edən və içində insanlar olmayan nəqliyyat vasitələrinin ümumi adıdır. İnsan varlığının uyğun olmayan, təhlükəli və ya qeyri-mümkün olduğu hallarda istifadə olunur. Uzaqdan idarəedici cihazla idarə edilən növləri olduğu kimi, sensorlar vasitəsilə özü hərəkət edə bilən tipləri də mövcuddur.
Leyla Qamsız Sarptürk
Leyla Qamsız Sarptürk (d. 1921; İstanbul - ö. 2010, İstanbul) — Türkiyə rəssamı. == Həyatı == Leyla Qamsız Sarptürk 1921-ci ildə İstanbulda anadan olmuşdu. Anası köçəri, atası isə vərəm xəstəliyi sahəsində ixtisaslaşan həkim olmuşdur. Atası işinə görə Anadoluda yaşayırdı. Qamsız ibtidai məktəb təhsilinə pansionda başlamışdır. Orta təhsilini Erenköy Qızlar Məktəbində, tam orta təhsilini isə Sivasda davam etdirmişdir. Müəllimləri onun rəssamlıq qabiliyyətini hələ erkən yaşlarında aşkar etmişdilər, amma onun ən böyük uğuru məktəbdə Əşrəf Ürenin tələbəsi olması olmuşdur. Əşrəf Üren 1984-cü ildə özündən sonra yüzlərlə əsər qoyaraq əbədi şəkildə həyata gözlərini yuman rəsm müəllimi, rəssamlıq və incəsənətin bir çox sahəsində fəaliyyət göstərən peşəkar bir sənətkar idi.
Luis İnasiu Lula da Silva
Luis İnasiu Lula da Silva (27 oktyabr 1945[…], Kaetes[d], Pernambuku) — Braziliya prezidenti. == Həyatı == Braziliyada daha əvvəl iki dəfə prezident olmuşdur. 2022-ci il seçkilərində o, Jair Bolsonarunu məğlub etmişdir.