Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İztirab
İztirab — müxtəlif fəlsəfi və dini sistemlərə mövzu meydana gətirmiş, mistisizm, ezoterizm və spiritualizmdə əhəmiyyət verilən və ruhi inkişafı provayderi, təlimçi xüsusiyyəti ilə ələ alınan bir anlayışdır.
Abel Sançes: bir iztirabın tarixçəsi
== Müəllif == İspaniyada 98 Nəslinin qabaqcıl yazıçılarından, filosof Miqel de Unamuno, roman, esse, hekayə, teatr və müxtəlif şeirlərin müəllifidir. Salamanka Universitetində professor, müxtəlif dövrlərdə üç dəfə rector olmuşdur. Həyat və yaradıcılığında, doqmatik fikirlərə, faşizmə qarşı mövqe ortaya qoymuş, bu səbəbdən Primo de Rivera rejimi tərəfindən sürgün edilmişdir. İkinci Respublika zamanı Salamankadan millətvəkili seçilmişdir. Frankist hərəkat zamanı əvvəlcə üsyana dəstək versə də, sonradan baş verənlər onu məyus etmiş və bu qərarından peşman olduğunu açıqca bildirmişdir. 1936-cı ildə General Frankonun qərarıyla ev həbsinə alınmış, qısa müddət sonra isə evində vəfat etmişdir. XX əsrdə Avropada, ekzistensializm fəlsəfəsinin qabaqcıl təmsilçilərindən sayılan Unamuno Tanrı, inanclar, insan mənəviyyatı və xarakteri kimi bəşəri yüklü mövzuları öz əsərlərində oxucularına çatdırmışdır. == Əsər == Uşaqlıqdan bəri bir-birlərini tanıyan, birlikdə böyümüş iki dost — Abel və Xoakin arasında gənclik illərində yaranmış davranış, xasiyyət fərqi, daha sonra isə Abelin Xoakinin sevdiyi bir qızla, Xoakinin qohumu Elena ilə evlənməyi, Xoakində Abelə qarşı dərin bir kin, nifrət duyğusu yaradır. Xoakinə görə Abel gizli gizli Xuakinin ağlını, dərrakəsini, bacarıqlarını bəyənmir, ona üstdən aşağı baxır və paxıllıq edir. Abel rəssam, Xoakin isə həkimdir və hər ikisi öz peşələrində olduqca uğurludur.
Gənc Verterin iztirabları
Gənc Verterin iztirabları (alm. Die Leiden des jungen Werthers) İohann Volfqanq Göte 1774-cü ildə məktublar formasında yazdığı sentimental romandır. Romanda alman reallığının fonunda intihar edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Bu roman Hötenin "Qöts fon Berlihinqen" dramından sonra ədədbiyyatda ikinci uğuru idi. Dram kimi məktublar formasında yazılan roman da "Fırtına və gərginlik" cərəyanına aid edilir. "Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə - Maksimilane fon Laroşa məxsusdur. Romanın birinci nəşri 1774-cü ilin payızında Leypsiq kitab sərgisində ictimayyətə təqdim edilmişdi.
İltihab
İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır.Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur .Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər .Bunu təmin edən proseslərə ilktihab reaksiyaları deyilir .İltihab prosesi üçün 3 əsas əlamət xarakterikdir : yoluxmuş sahənin qanla təchizatının güclənməsi endotelial hüceyrələrin yığılması nəticəsində kapilyarların keçiriciliyinin artması leykositlərin venullardan ( venoz kapilyarlardan) yoluxma sahəsinə doğru miqrasiyası.İltihabın ilk mərhələlərində buraya neytrofillər , sonra isə monositlər və limfositlər toplanırlar .Yoluxmanın tipindən asılı olaraq patogenə qarşı müxtəlif cür immunoloji reaksiyalar yaranır:1.Hüceyrəxarici patogenlərə yoluxma zamanı immun sisteminin mübarizəsi bilavasitə bu patogenlərin məhv olmasına və onların toksiki məhsullarının təsirinin neytrallaşdırılmasına yönəlir . Bu Bu prosesdə əsas işi komplement sistemi və faqositar hüceyrələr yerinə yetirir . Anticisimlər isə köməkçi və neytrallaşdırıcı funksiyanı yerinə yetirir. Hüceyrədaxili patogenlərə qarşı mübarizənin isə 2 alternativ üsulu mövcuddur : 1.yoluxmuş hüceyrənin T sititoksiki limfositlərlə məhvi 2 .T helperlər tərəfindən makrofaqların aktivləşdirilməsi . Qədim Roma yazıçısı Avl Korneliy Sels ilk dəfə iltihabın xarici əlamətlərini təsvir etmişdir: lat. rubor — "qızartı", qızarma, eritema lat. tumor — "şiş", şişginlik lat. calor — "hərarət", yerli (nahiyyənin) hərarətin(in) qalxması lat. dolor — "ağrı", nahiyyədə ağrılarDoplin Klavdi Qalen (eramızın 130-200 cü illəri) bu əlamətlərə lat.
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
Zirab
Zirab — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,216 nəfər və 4,764 ailədən ibarət idi.
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Dörd böyük ixtira
Dörd böyük ixtira Dörd böyük Çin ixtirası — Orta əsrlərdə Çində icad edilən kompas, barıt, kağız və kitab çapının ümumi adıdır. Ad Çin elmini tədqiq edən dahi Britaniya tədqiqatçısı (ing. Joseph Needham) tərəfindən təklif edilmişdir. Gündüz vaxtı istiqamətləri təyin etmək üçün maqnit cihazı ilk dəfə 1044-cü ildə Çin kitabında xatırlanır. Təkmilləşdirilmiş kompas, 1088-ci ildə yazılmış bir yazıda Şen Ko tərəfindən ətraflı təsvir edilmişdir. "Vujing zonqyao" hərbi traktatında (1044), nitrat miqdarı 27 ilə 50 % arasında olan barıt hazırlamağın müxtəlif üsulları təsvir edilmişdir. Xubilay xan dövründə (1260-1294), İnçiüdə (çin. 扬州市 Yángzhōu shì) bir silah-sursat anbarında baş verən partlayış yüz mühafizəçinin ölümünə səbəb olmuşdu. O vaxtlar çinlilər barıt ilə doldurulmuş çuqun qumbaralardan istifadə edirdilər. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb.
Vyetnam müharibəsində beynəlxalq iştirak
Vyetnam müharibəsində beynəlxalq iştirak — 1955–1975-ci illərdə baş tutan Vyetnam müharibəsi zamanı Şimali Vyetnam və Cənubi Vyetnamdan kənar dövlətlərin iştirakı. Vyetnam müharibəsi dünyanın bir çox ölkəsini əhatə etmişdi. Şimali Vyetnama Şərq bloku, Cənubi Vyetnama isə ümumiyyətlə Qərb bloku dövlətləri dəstək verirdi. == Hanoy tərəfindən == === ÇXR === 1950-ci ildə Çin Xalq Respublikası Vyetnam Demokratik Respublikasına diplomatik tanınma elan etmiş və Vyetnam Demokratik Respublikasına ağır silahlar, habelə Lo Quybonun başçılıq etdiyi hərbi müşavirlərini Vyetminə Fransa ilə müharibədə kömək etmək üçün göndərmişdi. 1954-cü il Cenevrə razılaşmasının ilk layihəsi Fransanın baş naziri Pyer Mendes-Fransa və Çinin Baş naziri Çjou Enlay tərəfindən müzakirə edilmişdi. Çin ABŞ-nin müdaxiləsini gördükdən sonra Vyetmini 17-ci paraleldə bölünməyi qəbul etməyə çağırmışdı.:54–55 === SSRİ === Cənubi Çin dənizində yerləşdirilmiş SSRİ gəmiləri Cənubi Vyetnamda VXO və CVMAC qüvvələrinə həyati əhəmiyyətli erkən xəbərdarlıqlar etmişdir. Sovet kəşfiyyat gəmiləri Okinava və Quamdan uçan Amerika B-52 bombardmançılarını izləyirdi. Onların hava sürəti və istiqaməti qeyd olunur, sonra Şimali Vyetnamın cənub qərargahı olan Cənubi Vyetnam üzrə Mərkəzi İdarəyə ötürülürdü. CVMİ analitikləri hava sürətindən və istiqamətdən istifadə edərək bombalama hədəfini hesablayır, istənilən aktivlərə "hücum trayektoriyasına perpendikulyar" hərəkət etməyi əmr edirlər. Bu qabaqcadan xəbərdarlıqlar onlara bombardmançıların yolundan çəkilmək üçün vaxt verir və bombardmanlar böyük ziyana səbəb olsa da, 1968-ci ildən 1970-ci ilə qədər erkən xəbərdarlıqlara görə qərargah komplekslərində bir nəfər də olsun hərbi və ya mülki lideri öldürməmişdilər.Sovet İttifaqı Şimali Vyetnamı tibbi ləvazimatlar, silahlar, tanklar, təyyarələr, helikopterlər, artilleriya, zenit raketləri və digər hərbi texnika ilə təmin edirdi.
Rəşad İzbırak
Rəşad İzbırak - Cümhuriyyət vaxtının coğrafiyaçılarından olub, müasir coğrafiyanın qurucularındandır. == Həyatı == Rəşad İzbırak 1911-ci ildə Harputda anadan olub. Uşaqlığı və gəncliyi isə Kayseridə keçib. Kayseri liseyini bitirdikdən sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 1934-cü ildə məzun olub. 1935-ci ildə ixtisasını artırmaq üçün Almaniya Berlin Universitetinə göndərilib. Burada prof.Norbert Krebsin yanında doktorant olub və ‘’Geomorphologische Studien im Westlichen Bayerischen Walde’’ adlı tezisi üzrə 1939-cu ildə müdafiə edib. 1944-cü ildə dosent 1953-cü ildə isə professor olub. Həmin ildə Dil və Tarix Coğrafiya fakültəsinin fiziki coğrafiya kafedrasına dekan seçilir. 1981-ci ildə təqaüdə çıxır və 1988-ci ildə vəfat edir.