Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yansızlıq
Bitərəflik — beynəxalq hüquqda müharibədə iştirak etməməkdir, sülh zamanını isə hərbi alyanslarda iştirak etməməkdir.
Aşkarsızlıq şəraitində... (film, 1986)
Aşkarsızlıq şəraitində… filmi rejissor Fərhad Yusifov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir. Filmdə əsas rolları Çingiz Şərifov,Fərman Abdullayev, Nail Əliyev, Faiq Sücəddinov, Vyaçeslav Həsənov, Xerardo Kontrares, Dinarə Yusifova, Rasim Rəhimov və Bayandur Mehdiyev ifa edirlər. == Məzmun == Film oğurluq məqsədilə adam öldürmüş təhlükəli cinayətkar qrupun işilə bağlı 1986-cı ilin may ayında keçirdiyi 18/34814 nömrəli cinayət işinin istintaq eksperimentinin sənədli kadrları ilə başlayır. Filmdə söhbət hüquq təcrübəsində aşkarsızlıq adlanan cinayətdən gedir…Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir.
Qarşılıq-güzəşt budaq cümləsi
Qarşılaşdırma budaq cümləsində baş və budaq cümlənin məzmunu bir- biri ilə qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir və ya biri digərinə güzəştə gedir. Qarşılaşdırma budaq cümləsi də məzmunla bağlıdır. Budaq cümlənin bu növündə budaq cümlə başcümlədəki hər hansı suala cavab vermir. Budaq cümlənin bu növü baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümlə ilə nə qədər? bağlayıcı sözü, -sa, -sə şəkilçisi və da, də, belə ədatları ilə əlaqələnir. Məs.: Müəllim nə qədər danışsa da, yaxşı cavab ala bilmirdi. Nə qədər qoca olsam da, deyərəm min cavana. Hara gedir-getsin, əlimdən qurtara bilməyəcək. Qarşılaşdırma budaq cümləsində bağlayıcı söz işlənməyə də bilər: Məs.: Mehman yorulsa belə, işdən doymurdu.