Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keçili
Keçili (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Keçili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Keçili (Sərdarabad) — Sərdarabad kəndi. Keçiliqaya — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Keçili (Amasya) — Türkiyədə kənd. Keçili — Kəlbəcər rayonu ərazisində çay. Tutqunçayın qoludur.
Bezoar keçisi
Bezoar keçisi (lat. Capra aegagrus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Nadir növdür. Yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Sayı azalmaqda olan növdür, adı qırmızı kitaba düşmüşdür. == Ümumi xarakteristikası və görünüşü == Başqa vəhşi keçilərlə müqayisədə nisbətən kiçikdir. Bədənin uzunluğu 140–160 sm, cida 80–85 sm. Çəkisi — erkəklərdə 40–45 kq, dişi fərdlərdə 26–30 kq, təşkil edir. Capra cinsinin digər növlərlə müqayisədə, yüngül bədən tutumuna malikdir. Qulaqları 10–11 sm olub, iti ucla qurtarır.
Bolan keçidi
Bolan keçidi (urdu: درہ بولان Dharaa Bolan) — Pakistanla Əfqanıstan arasında dağ keçidi. Keçid, Əfqanıstan sərhədindən təxminən 120 kilometr məsafədə Bəlucistan əyalətinin Kvetta şəhərinin yaxınlığında yerləşir. O Toba karkər silsiləsi ilə 1793 metr hündürlükdə kəsişir.
Daryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Dağ keçisi
Dağ keçisi (lat. Capra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Dəryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Ev keçisi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Faza keçidi
Faza keçidləri - termodinamikanın daxili vəziyyətin dəyişməsi ilə əlaqələnən maddənin bir termodinamik fazadan digər fazaya keçididir. Real qazla maye arasındakı aralıq vəziyyət buxar şəkilli və ya buxar adlanır. Mayenin buxara çevrilməsi, yəni bir aqreqat vəziyyətindən digərinə çevrilməsi faza keçidi adlanır. Faza keçidində maddənin fiziki tərkibinin sıçrayışla dəyişməsi müşahidə olunur. Faza keçidlərinin bir çoxunda aqreqat vəziyyəti dəyişmir. Aqreqat vəziyyətinin dəyişməsində isə faza keçidi mövcuddur. == Faza keçidlərinə misallar == - ərimə (və onun əksi olan bərkimə); - buxarlanma (və əks proses-kondensasiya) ; - sublimasiya (qazın birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); - ferromaqnitin paramaqnitə keçməsi; - ifratkeçirici metalın normal keçirici hala keçməsi; - bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi; - T≈2K temperaturunda heliumun normal Helium-I halından ifrataxıcı Helium-II halına keçməsi; - amorf maddələrin şüşəvari hala keçməsi və s. Tədrici gedən faza keçidlərində sistemin hər iki fazasında temperatur (T), təzyiq (P) və kimyəvi potensial (μ) eyni olur. Digər termik və kalorik kəmiyyətlərə gəldikdə onların bəzisi kəsilməz, bəziləri isə sıçrayışla dəyişir. [2] (Termik kəmiyyətlər dedikdə temperatur-T, təzyiq- P, həcm-V; kalorik kəmiyyətlər dedikdə enerji vahidlərində olan kəmiyyətlər: daxili enerji-U, entropiya-S, entalpiya-W və b.
Günah keçisi
Günah keçisi — suçsuz olduğu halda başqalarının suçu üzərinə yüklənilən insan ya da topluluğa verilən ad.
Heybər keçidi
Heybər keçidi, Əfqanıstanla Pakistan sərhədi yaxınlığında yerləşən, Kabil çayı dərəsindən cənubdakı Səfedkox dağ silsiləsində keçid. Uzunluğu 53 км, eni 15—130 м. Əsas keçid 1030 м. yüksəklikdə yerləşir. Keçiddə, Pakistan tərəfdən əfqan sərhədinə qədər dəmir yolu salınıb, və müxtəlif səviyələrdə Pişəvər - Kabil şose və karvan yolları salının. Keçmişdə vacib ticarət və hərbi strateji yol olub.
Hindistan keçidi
Hindistan keçidi — XX əsrdə Hindistanda, Mumbayda inşa edilən memarlıq abidəsidir. Bu abidə 1911-ci ildə kral V Georq və kraliça Mariya Tekin Apollo Bunderinindən Hindistanı ziyarət etmələrini əbədiləşdirmək məqsədilə inşa edilmişdir. Hind-Sarakenik üslubda tikilmiş Hindistan keçidinin təməl daşı 1911-ci il martın 31-də atılmışdır. Tağın strukturu bazalt daşındandır və hündürlüyü 26 metrdir. Corc Vittetin təqdim etdiyi son dizaynı 1914-cü ildə qəbul edilir və abidənin inşası 1924-cü ildə tamamlanır. Keçid sonralar Vitse krallıq və Mumbay rəhbərliyi üçün simvolik giriş mərasimi üçün istifadə edilir. Keçid Hindistana daxil olmaq üçün istifadəyə verilmişdir.Hindistan keçidi Mumbayın cənubundakı Çatrapati Şivaci Marqın sonunda yerləşən Apollo Bunderinin sahilindədir və Ərəbistan dənizinə tərəf baxır. Abidə həmçinin Mumbayın Tac Mahalı adlandırılır və şəhərin turistlər tərəfindən ən çox ziyarət edilən hissəsidir. == Tarix == Hindistan keçidinin tikilmə səbəbi 1911-ci ilin dekabrında kral V Georq və kraliça Mariya Tekin Dehli Darbardan öncə Mumbayı ziyarət etmələri idi. Abidənin təməl daşı 1913-cü il martın 31-də Mumbay qubernatoru cənab Corc Sidenham Klark tərəfindən atıldı və Corc Vittet tərəfindən hazırlanan dizayn 1914-ci il martın 31-də təsdiq edildi.
Keçili (Susuz)
Keçili — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 67 nəfər daimi əhali yaşayır.
Keçili (Sərdarabad)
Keçili — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədən mə’lumdur Rayon mərkəzindən 5 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili etnonimi əsasında əmələ gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir qolunun keçili adlarıdığını yazır. Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar. Eyni zamanda oğuzların kayı (qayı) tayfasının bir qolu qara keçili adlanmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Keçilu kimidir[170, 3].
Keçili (Şahbuz)
Keçili — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndi Külüs kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Keçili kənd Soveti yaradılmışdır. Dəniz səviyyəsindən 3000 m hündürlükdə, rayon mərkəzindən 20 km şimalda, Zəngəzur silsiləsinin yamacında yerləşir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Yaxınlığlnda kiçik dağ çayının sağ sahilində erkən orta əsrlərə aid Kolluq yaşayış yeri qeydə alınmışdır. == Toponimika == Keçililər - qədin türk tayfası. Mənşəcə oğuzların kayı (qayı) tayfasından idilər. XI əsrdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmişlər. Orta əsrlərdə Arazın sağ sahilində (indiki Cənubi Azərbaycanda) yaşamış Keçililər Səfəvilər dövründə Naxçıvanda məskunlaşmışlar.Şahbuz rayonunda Keçili kəndinin adı Keçililərlə bağlıdır.Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid mənbələrdə Naxçıvan zonasında (Arazın sol sahilində) tayfa yekeçililərin yaşadığı və onların Səfəvilər dövründə kəngərlilərlə qaynayıb-qarışdığı qeyd olunmuşdur.
Keçili (Şəmkir)
Keçili (əvvəlki adı: Plankənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Plankənd kəndi Keçili kəndi, Plankənd inzibati ərazi vahidi Keçili kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini XVII əsrdə Naxçıvan mahalının Keçili kəndindən gəlmiş ailələr salmışlar. Sovet dövründə, 1954-cu ildə kənd planlaşdırılaraq köhnə ərazidən bir qədər aralıda indiki yerində salındığı üçün "Plankənd" adlanmışdır. 1994-cu ildə kəndə öz köhnə adı qaytarıldı. Toponim dəqiq araşdırılmasa da, qədim "keçili" türk tayfalarının adından əmələ gəldiyi güman edilir. Eyni adlı kəndlər Şahbuz rayonunda və Türkiyənin bir neçə vilayətində, habelə digər bölgələrdə də var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi 3336 nəfərdir ki, onun da 1687 nəfəri kişi, 1649 nəfəri isə qadınlar təşkil edir. === Tanınmış şəxsləri === Aşıq Məsim == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Nəhənglər keçidi
Kozvey-Kost (irl. Causeway Coast) və ya Nəhənglər keçidi — İrlandiyanın şimalında Antrim qraflığında, Başmills qəsəbəsindən təqribən 3 km şimalda yerləşən və İrlandiyanın şimal-şərqi sahili boyunca yayılmış olan vulkanik mənşəli bazalt geoloji quruluş. == Haqqında == Vulkanik püskürmələr nəticəsində yaranmış olan, bir-birinə bağlı 40.000 bazalt sütununun yan-yana düzüldüyü bir yerdir. Bölgənin ən xarakteristik xüsusuyyəti olan bazalt sütunlar, 50–60 milyon il əvvəlki vulkanik fəaliyyətlərin nəticəsidir. Antrim tavası, təxminən 3800 km²-lik sahəsi ilə Avropanın ən böyük lava tavasıdır. Dənizdən yüksəkliyi orta hesabla 100 metr olan bu qayalıq bölgə, geoloji dönəmdən qalma bir neçə lava hərəkəti səbəbi ilə pilləkənli bir görünüşə sahibdir. Bazalt sütunlardan ən yüksəyi 12 metrdir. Sütunların üst hissəsi pilləkən şəklində olarkən, alt hissəsi isə dənizin altına enməkdədir. Böyük hissəsi altıbucaqlı şəklində olsa da bəzıları yeddi ya da səkkiz bucaqlıdır. Lavalar 28 metr qalınlığa çata bilməkdədir.
Piyada keçidi
Piyada keçidi — piyadaların yolun və ya küçənin digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yolun üzəri ilə müəyyən edilmiş və ya yeraltı və yerüstü tikilmiş yer. Yol hərəkəti haqqına qanuna əsasən, piyada keçidi xüsusi yol nişanları ilə göstərilməlidir. Piyada keçidləri əsasən, ictimai nəqliyyat dayanacaqlarına yaxın, həmçinin, piyada axınının intensiv olduğu yerlərdə piyadaların hərəkətini tənzimləmək üçün qurulur. Qanunvericiliyə əsasən yolda istənilən hərəkətin təhlükəsizliyi yol-müfəttişi tərəfindən tənzimlənir. == Piyada keçidlərinin təsnifatı == === Yolun üzərində === Yolun üzərində olan piyada keçidi (zebr) — yolun (və ya dəmiryolun), piyadaların keçidi üçün nəzərə alınmış hissəsi. Yol üzərində zolaqlarla çəkildiyi üçün zebr da adlandırılır. ==== Nizamlanmayan ==== Nizamlanmayan piyada keçidi — ən sadə piyada keçididir. Belə keçidlərdə avtomobil və digər nəqliyyat vasitələrinin sürücüləri piyadalara yol verməlidir. Nizamlanmayan piyada keçidləri hərəkət intensivliyi nisbətən zəif olan yollarda (və ya küçələrdə) salınır. Bu cür keçidlər Azərbaycan Respublikası yol nişanlarına əsasən 5.16.1, 5.16.2 və 5.17.1, 5.17.2 "Piyada keçidi" nişanları ilə göstərilir.
Qar keçisi
Qar Keçiləri (lat. Oreamnos) — Cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid gövşəyən heyvan. Qar keçiləri yalnız Şimali Amerikanın Qayalıq dağlarında yaşayır. Bu keçilərin uzun çox six ağ rəngli yunları olur. Əvvəllər bu keçilər insanların ən sevdikləri ov olmuşdular. Hal hazırda Qar keçilərini yalnız ABŞ-nin və Kanadanın qoruqlarında, Alyaskanın bir neçə adasında yaşayırlar. Alyaskanın adalarına kənardan gətirilmişdir. Ömürlərinin çox hissəsini qayalı dağlarda meşə ilə zirvənin sərhəddində keçirirlər. Yayın əvvəllərində çox qısa müddətə şoranlıqlara enirlər. Dirnaqlı heyvanlardan yeganə Qar keçiləri soyuq qışda da dağların daşlı zirvəsini tərk etmirlər.
Qazangöl keçidi
Qazangöl keçidi — İndiki Ermənistanın Qafan rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının sərhəddində keçid. Hündürlüyü 3112 metrdir. Keçidin adı Qazangöl hidronimdən götürülmüşdür. Keçid tarixi Naxçıvan ərazilərində yerləşmişdir. == Mənbə == Bayramov İ. QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ. Bakı:Elm, 2002, s.
Su keçisi
Su keçisi (lat. Kobus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Su keçisinin hündürlüyü 70–130 sm, çəkisi 50–250 kq-ma qədər olur. Erkəklər dişilərdən çox böyük olur. Buynuzlar yalnız erkəklərdə olur. Bu heyvanlar yalnız Afrikada yaşayırlar. Su keçilərinin tükləri qısa, lakin boyun ətrafı tükləri uzun olur. Onlar suda yaxşı üzürlər. Su bitkiləri ilə qidalanırlar. Hətta düşməndən suda qorunmağa çalışırlar.
Sudan keçisi
Sudan keçisi (lat. Kobus megaceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. Su keçisi cinsinə aid nəsli kəsilməkdə olan antilop növdür. Bu növə Cənubi Sudanın, eləcə də Efiopiyanın şimal-qərb ərazilərinin subasar, əsasən də bataqlıq yerlərində yaşayırlar. 1983-cü ildə vəhşi təbiətdə sayının 30000-40000 civarında olduğu güman edilsə də, hazırda bu rəqəmlər məlum deyil.
Sultanbəy keçidi
Sultanbəy keçidi- Ağdam rayonunun Abdal və Gülablı kəndləri yaxınlığında qeydə alınmışdır. == Toponimiyası == Bu oroqrafik obyekt XX əsrin əvvəllərində ermənilərə qarşı mübarizə aparmış, Zəngəzurda, Qarabağda daşnaqlara qarşı vuruşmuş məşhur Xalq Qəhrəmanı Sultan bəy Əlipaşa (Paşa) bəy oğlunun adı ilə əlaqədar yaranmışdır.. Toponim Sultan bəyin buradan keçməsi ilə bağlıdır. Sultan ərəb mənşəli söz olub "hökmdar", "hakim", "dövlət başçısı" mənalarının verir.
Yumen keçidi
Yumen keçidi (çin. ənən. 玉门关, sadə. 玉門關, pinyin: Yùmén Guān) — Böyük Çin səddinin ÇXR-nın Qansu əyalətindəki Dunxuan şəhərinin qərbində yerləşən keçidi. Han sülaləsi dövründə (e.ə. 202 – b.e. 220) bu, Böyük ipək yolu üzərindəki bir keçid, Mərkəzi Asiyanı Şərqi Asiyaya bağlayan bir yol idi. Məntəqənin cənubunda Böyük ipək yolunun vacib bir nöqtəsi olan Yanquan keçidi yerləşirdi. Bu keçidlər Böyük ipək yolu boyunca yerləşən digər ərazilərlə birlikdə 2014-cü ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına "İpək Yolları: Çanqan-Tyanşan Dəhlizinin Marşrutlar Şəbəkəsi Ümumdünya İrsi" adı altında daxil edilmişdir. == Etimologiya == Çin dilindəki "quan" sözü sadəcə "keçid" kimi tərcümə edilsə də, sözün daha spesifik və dağ keçidlərindən fərqli olan mənası "sərhəd keçidi"dir.
Şəbəkə keçidi
Şəbəkə keçidi, şlüz (ing. gateway, rus. шлюз) – ayrı-ayrı rabitə protokolları ilə işləyən müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğu. Eynitipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən (BRIDGE) fərqli olaraq, şlüz təkcə ötürməni gerçəkləşdirmir, həm də verilənlərin formatını təyinat şəbəkəsinin protokoluna uyğunlaşdırır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Alp dağ keçisi
Alp dağ keçisi (lat. Capra ibex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Keniçi Fukui
Keniçi Fukui (福井 謙一; 4 oktyabr 1918[…] – 9 yanvar 1998[…], Kioto) — Yapon kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yaponiya kimyaçısı Keniçi Fukui 4 oktyabr, 1918-ci ildə Yaponiyanın Nara prefekturasında anadan olmuşdu. Kioto imperator universitetində sənaye kimyası kafedrasında oxumuş və 1941-ci ildə bitirmişdir. Əvvəlcə Yaponiya imperator ordusu üçün yanacaq istehsal edən zavodda işləmişdir. Onun akademik karyerası 1943-cü ildə Kioto imperator universitetində yanacaq kimyası kafedrasında başlamışdır və 1952-ci ildə həmin universitetin professoru olmuşdur.Keniçi Fukui 1982-ci ildə Kioto universitetinin əməkdar professoru olmuşdur. 1982-1988-ci illərdə Kioto texnaloji institutunun rektoru olmuşdur. 1988-ci ildən ölümünə qədər Fundamental kimya institutunun (institut yarandığı gündən) direktoru olmuşdur. Onun tədqiqatları kvant kimyasına həsr olunub. 1952-ci ildə sərhəd orbitalları nəzəriyyəsinin əsasını qoyub. Benzol və naftalində karbon atomlarının sərhəd π-elektronlarının sıxlığını hesablayıb və göstərib ki, onların qiyməti və paylanması molekulun reaksiya qabiliyyətini müəyyən edir.
Keniçi Uemura
Keniçi Uemura (d. 22 aprel 1974) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Keniçi Şimokava
Keniçi Şimokava (d. 14 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Keçəçi ailəsi
Keçəçi ailəsi — Ağqoyunlu və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi. == Tarixi == Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir. Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir.
Belici
Belici (kənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Belici (qəsəbə) — Dağıstan Respublikasının Dərbənd rayonunda qəsəbə. Belici (stansiya) — Dağıstan Respublikasının Dərbənd rayonunda stansiya.