Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayrı-seçicilik
Ayrı-seçkilik və ya Diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı seçicilik
Ayrı-seçkilik və ya Diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Keçəçilik
Keçəçilik — Qədim xalq sənəti növü === Keçənin yaranması === Xalq sənətinin ən geniş yayılmış növlərindən biri toxuculuqdur. Toxuculuğun tarixi isə bilavasitə keçənin yaranması və istifadəsi ilə bağlıdır. Çünki bəzi alimlər toxuculuq sahəsində apardıqları araşdırmalarda keçəçiliyin onun ilk rüşeymi olduğu qənaətinə gəlmişlər. Keçənin dəqiq nə vaxt və harada yaranıb istifadə olunduğu haqqında məlumat yoxdur. Araşdırmalar zamanı keçə sözünə ilk dəfə eramızdan əvvəl 1200-1100-cü illərdə aparılan Troya müharibələrindən bəhs edən Homerin “İlliada” əsərində rast gəlindiyi məlum olur. E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqları haqqında məlumat verir. Qeyd edək ki, ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdı. == Azərbaycanda keçəçiliyin tarixi == Keçədən Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə edilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid keçə parçaları və onun hazırlanmasında işlədilən alətlər hələlik tapılmayıb.
Kərimçilik
Kərimçilik və ya kərimovçuluq (özb. Karimovchilik) — İslam Kərimovun 1992–2016-cı illərdəki hakimiyyət dövrünün ideologiyası üçün qeyri-rəsmi termin. O , avtoritarizm və kleptokratiyanın hökmranlığı, dissidentlərə qarşı dövlətin cəza funksiyalarının gücləndirilməsi, ictimai həyatın bütün sahələrinə, o cümlədən dinə ciddi ideoloji nəzarətin olması ilə xarakterizə olunur. Bu, İslam Kərimovun hakimiyyəti dövründə nümayişkaranə antisovet və antikommunist ideologiyası, genişmiqyaslı dekommunizasiya, avtarkiya və izolyasiya siyasəti ilə özünü göstərmişdir.
Azərbaycanda zəliçilik
Azərbaycanda zəliçilik Nəhayətki, yaradıldı — Azərbaycan Respublikası ərazisində zəlilərin saxlanılıb, bala alınaraq yetişdirilməsi ilə bağlı təsərüfatı yaradan Baxşəliyev Balakişinin sözlərinə görə çox əziyyətli işdir. Azərbaycan 1984-cü ildən "Qırmızı kitab"a daxil edilən zəlinin təbii şəraitdə rast gəlinən nadir ölkələrdən biridir. Digər ölkələr Rusiyanın cənubu, Ukrayna, Macarıstan, İsrail və Fransadır. Azərbaycanda zəlinin 17 növü var. Ən çox "Hirudo-orientalis", yəni zəlinin ən yaxşı növü sayılan Şərq zəlisi məhz Azərbaycanda geniş yayılıb. Vaxtilə Azərbaycanda zəlini süni yolla artırmaq üçün biofabrik olub. SSRİ dövründə Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı var idi. Hazırda bu ölkədə zəli tədarükünə heç bir nəzarət yoxdur, zəlilər təbii surətdə artıb-çoxalır; göllərdən tutulurlar. Azərbaycanda bütün şəcərəsi, hətta ulu babası da bu işlə məşğul olanlar var.
Sənicilik (Urmiya)
Sənicilik (fars. سنجيليك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (29 ailə).
"Gəmiçilik sahəsində xidmətlərə görə" medalı
"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli qanunu ilə təsdiq edilmiş dövlət təltifi. "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edilənlər == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təltif edilir. == Taxılma qaydası == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 38 mm olan lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində kənardan başlayaraq və ardıcıl olaraq, hər tərəflərindən konturlanmış iki dairəvi zolaq yerləşdirilmişdir. 1-ci zolağın üzərində tünd göy minalı fonda yuxarı hissədə qövs boyunca "GƏMİÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılmış, zolağın aşağı hissəsində isə səkkizguşəli ulduz təsvir olunmuşdur. 2-ci zolağın üzərində dairə boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur. Medalın ön tərəfinin mərkəzində 2-ci zolaq ilə əhatə olunmuş, üzərində gəmi sükanı, lövbər və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir.