Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiprli Anna
Kiprli Anna (yun. Άννα της Κύπρου; it. Anna di Cipro) (24 sentyabr 1418, Nikosiya, Nikosiya rayonu[d] – 11 noyabr 1462, Cenevrə, Cenevrə kantonu[d]) — Savoyya hersoqu Lüdovikin xanımı, Savoyya hersoqinası. Atası Kipr kralı Yanoş, anası isə onun ikinci xanımı Burbonlu Şarlottadır. 9 avqust 1431-ci ildə bağlanan sazişlə Savoyya hersoqluğunun varisi Şahzadə Amadeusla nişanlansa da, cəmi 20 gün sonra vəliəhd anidən vəfat etdi. Ancaq tərəflər arasında əlaqələri qırmamaq üçün Anna 1 yanvar 1432-ci ildə bağlanan yeni sazişlə hersoqun ikinci oğlu və yeni varisi Lüdoviklə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1434-cü ildə Şamberidə keçirildi və bir neçə ay sonra - 7 noyabrda hersoq oğlunu naib təyin edərək dövlət işlərindən uzaqlaşdığını elan etdi. Buna baxmayaraq V Feliks adını alıb antipapa seçildiyi tarixədək (1440) hersoqluğun idarəsindən rəsmi şəkildə əl çəkmədi. Əri Savoyyalı Lüdovik isə ədəbiyyatla məşğul olur, hersoqluğun idarəsini xanımına həvalə etmişdi. Tez-tez əyləncələr tərtibləyən Annanın dəbdəbəli həyatı bir çox kəndlinin və əsilzadənin etirazına səbəb olmuşdu.
Kiprli İzabella
İzabella de Luzinyan (fr. Isabelle de Lusignan) və ya Kiprli İzabella (təq. 1216, Kipr, Akrotiri və Dekeliya – 1264) — Antioxiya şahzadəsi, Yerusəlim krallığının regenti. == Ailəsi == İzabella Kipr kralı I Hüqo və Şampanlı Alisanın qızı idi. O, 1223-cü ildə Antioxiya şahzadəsi və Tripoli qrafı Henri de Puatye ilə evlənmişdir. Onların Hüqo adlı oğlu və Marqarita adlı qızı olmuşdur. == Regensiya == İzabella 1263-cü ildə Yerusəlim krallığının regenti olmuşdur. Öz növbəsində, Əkka şəhərində öz əri Henrini bayli təyin etmişdir. O, 1264-cü ildə oğlu Hüqo Yerusəlim krallığının baylisi olduqdan sonra Kiprə qayıtmış və orada vəfat etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Edbury, Peter W. The Kingdom of Cyprus and the Crusades.
Kiprli Sibilla
Sibilla de Luzinyan (fr. Sibylle de Lusignan; oktyabr 1198 və ya noyabr 1198 – 1230 və ya 1252) — Ermənistan Kraliçası. O, Kipr Kralı Amorinin və Yerusəlim Kraliçası I İzabellanın qızı idi. Luzinyan ailəsinin üzvü olub. O, Ermənistan Kralı I Levonun ikinci arvadı idi, 1210-cu ildə evləndi və ondan bir qızı Zabel dünyaya gəldi.
İsaak Komnin (Kiprli)
İsaak Komnin (yun. Ἰσαάκιος Κομνηνός) - Kipr hökmdarı (1184-1191). 1191-ci ildə üçüncü səlib yürüşü zamanı İngiltərə kralı Şirürəkli I Riçard tərəfindən taxtdan endirilmişdir. == Soy-kökü == İsaak Komninin hansı nəsildən olduğu haqqında məlumatlar çox azdır və hələ də mübahisə mövzusudur. Bizans tarixçisi Nikitas Xoniata görə İsaak imperator I Manuilin qardaşı İsaak Komninin və Feodora Kamterin oğlu idi. Bu yazılanlardan belə çıxır ki, İsaak adlı-sanlı bir ailənin övladı olub. Başqa bir mənbədə isə anasının adı İrene kimi qeyd olunur. Aleksandr Sturdza onun atasının I Andronikin zamanında edam edilən Andronik Duka Kamteros ola biləcəyini yazır. == Həyatı == 1174 və ya 1175-ci ildə imperator I Manuil İsaakı Tarsusa hakim təyin edir. İsaak hakim olduğu dövrdə Klikiya knyazı III Rubenə qarşı müharibə aparırdı.
Kirli Əhməd Paşa
Kirli Əhməd Paşa (ö. 1715) — III Əhməd səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. == Həyatı == Bostançı ocağında yetişmişdir. 1707-ci ilin yanvarında bostançıbaşı, 21 dekabr 1711-ci ildə isə vəzir rütbəsiylə kaptan-ı dərya təyin olundu. Ancaq yalnız bir ay sonra 31 yanvar 1712-ci ildə vəzifədən alındı və İstanbul naibliyinə gətirildi. Həmin ilin aprelində ikinci dəfə kaptan-ı dərya olsa da, 1713-cü ilin yanvarında vəzifədən alınaraq Mosulun mühafizəsi ilə vəzifələndirildi. 1715-ci ildə edam edildi.
Kibela
Kibela (Friqcə: Matar Kubileya/Kubeleya "Kubeleyan Mother", bəlkə "Madər"; ana sözündən Lidiyaca Kuvava; yun. Κυβέλη Kybele, Κυβήβη Kybebe, Κύβελις Kybelis) — frigiyalıların ilahəsi. Ana İlahə çox vaxt sevən, həyat verən və işıqlandıran şəxs kimi xatırlanır, lakin o, həm də dəhşətli xüsusiyyətə malikdir, lazım gəldikdə döyüşkən olurdu. Misal üçün, qədim Frigiya xalqı arasında o, şirlərlə dolu olan döyüş arabasında gəzən mərhəmətsiz ilahə Kibela kimi qiymətləndirilirdi. Allahın zəkasından çıxan ilk varlıq Yerin ilahəsi kimi metamorfozaya uğramışdı. == Xarici keçidlər == Ancient History Sourcebook: Roman Religiones Licitae and Illicitae, c.
Kibrit
Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. == Yanma temperaturu == Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. == Kibrit alışma reaksiyası == Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir. 6P + 5KClO3 → 5KCl + 3P2O5 == Düzəltmə tarixi == Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı.
Kiqali
Kiqali (ing. Kigali) — Ruandanın paytaxtı və ən böyük şəhəri. Əhalisi 2010-cu ilin hesablamalarına görə 1 029 384 nəfərdir. Sahəsi 730 km² təşkil edir. Ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi, əsas nəqliyyat qovşağıdır. Şəhərin əsası 1907-ci ildə alman kolonistləri tərəfindən qoyulmuş və 1962-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra paytaxt statusu qazanmışdır. Ölkənin əvvəlki ənənəvi mərkəzi şəhəri Nyanza, kolonial paytaxtı isə Butare olsa da, müstəqillikdən sonra yeni paytaxt seçilərkən Kiqalinin ölkənin mərkəzi hissəsində yerləşməsi məhz onun seçilməsində həlledici rol oynamışdı.
Kəbirli
Kəbirli (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Kəbirli (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Yuxarı Kəbirli — Azərbaycanın Beyləqan rayonunda kənd. Kəbirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Tkibuli
Tkibuli (gürc. ტყიბული) - Gürcüstanın qərbində, İmereti bölgəsində şəhər. Şəhərdə yaşayan 9770 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti gürcülərdən ibarətdir.
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Kirpi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. == Növləri == Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus == Qidalanması == Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Cibril Sidibe
Cibril Sidibe (Fransızca tələffüz: [dʒibʁil sidibe]: 29 iyul 1992-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Fransa milli futbol komandasında müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.
Cibril Sisse
Cibril Aruun Sisse (fr. Djibril Cissé, Fransızca tələffüz: [dʒibʁil sise]; 12 avqust 1981, Arl, Fransa) — Kot-d'İvuar mənşəli Fransa futbolçusu, İsveçrə futbol klubu olan "İverdon Sport" FK-un hücumçusu. 2002–2010-cu illərdə Fransa milli futbol komandasının tərkibində olaraq dünya çempionatlarında iştirak etmişdir. 2005-ci ildən bəri ləqəbi "Frodşam Mülk Lordu"dur.Sisse, Kot-d'İvuardan Fransaya köçən bir müsəlman ailəsində anadan olmuşdur. Ailənin yeddinci və ən kiçik uşağı idi. Onun atası Manqe Sisse (1945–2009) peşəkar bir futbolçu idi. 1970-ci ildə Afrika Millətlər Kubokunda, Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur. 1974-cü ildə Manqe ailəsi ilə birlikdə Cibrilin anadan olduğu Fransaya köçmüşdür. Cibril Sisse futbol karyerasına 8 yaşında, "Arl-Avion" FK-da başlamışdır. Burada 7 il oynadıqdan sonra, klubu tərk etmişdir.
Kebili (vilayət)
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kebili vilayəti
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kian Kianli
Kian Kianli (7 fevral 1965) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kian Kianli Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kibron yarımadası
Kibron (fr. Presqu’île de Quiberon) — Bretan yarımadasının cənubunda, Atlantik okeanın Biskay körfəzi daxilinə hərəkət edən Moriban departamenti ərazisində yerləşən yarımada. == Kommuna == Yarımada əhalisi iki kommunada yaşayır: Kibron (Quiberon) Sen-Per-Kibron (Saint-Pierre-Quiberon) == Tarixi == Kibron yarımadası 1795-ci ildə təşkil olunan Kibron ekspedisiyası zamanı tanınmışdır. Burada əhali Vandey üsyanını dəstəkləməyə getmişlər.
Kimberli (CAR)
Kimberli (Kimberley) — Cənubi Afrikadə şəhər. Şimali Kap vilayətinin mərkəzi. Əhalisi 210,800 ibarət olan şehər. Narınc (Orange) çaylnşn qolu sayınan Vaal çayln sahillərində yerləşən şəhərdir. Şəhərin adı ölkənin almaz paytaxtı kimi tanınır.
Kimberli Qlass
Kimberli Mari Qlass (ing. Kimberly Glass; 18 avqust 1984, Los-Anceles, Kaliforniya) — Amerikan voleybolçu. Los-Ancelesdə (Kaliforniya) Şerman və Keti Qlassin ailəsində doğulub. ABŞ yığmasının da üzvüdür. ABŞ milli komandasına 23 may 2007-də qoşulub. 2008-ci ildə ilk dəfə Pekin Olimpiya oyunlarında çıxış edib — Pekin Olimpiadası — və ABŞ yığması ilə gümüş medal qazanıb. Hal-hazırda Azərbaycanın Rabitə Bakı klubunda oynayır.
Kimberli Taquakta
Kimberli Taquakta (12 aprel 1994) — Quamlı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Quamı təmsil edir. Kimberli Taquakta dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Kimberli yaylası
Kimberli yaylası—Avstraliyanın şimal-qərbində yerləşən yayla. Hündür nöqtəsi - Ard dağı (9363963637444427m). == Ümumi məlumat == Kimberli yaylası Avstraliyanın şimalında yerləşir. Bu, qurunun kanyonlarla parçalanmış, şəlalələrlə, yarımsəhra və yağışlı meşələrlə zəngin olan, demək olar ki, düzgün kvadrat formalı ərazidir. Arxeoloji tədqiqatlar sübut edir ki, insanlar burada hələ 18 min il bundan əvvəl yaşamışlar, lakin bu ərazidə əhalinin sıxlığı heç vaxt yüksək olmamışdır. Kimberli yaylasında yerləşən Banql-Banql silsiləsinin ərazisi Purnululu parkı tərəfindən mühafizə olunur. Ölkənin bu ərazisi Avstraliya əhalisinə təxminən XX əsrin 80-ci illərinə qədər demək olar ki, məlum deyildi. Milli park ərazisində turistlərə bir çox marşrutlar təklif olunur. Yumşaq qumdaşından əmələ gəlmiş və hündürlüyü 250 m olan dağları səyahət etmək üçün xüsusi cığırılar və çayların qurumuş dərələrindən istifadə olunur; Pikkaninni kanyonu boyu 2 günlük səyahət dərin, su ilə doldurulmuş quyu və müxtəlif qaya törəmələri boyunca davam edir. Kimberli ərazisinin bir hissəsi 350 mln.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kıbrıs
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Kimrı
Kimrı — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.