Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kafir
Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir.Küfr 3 cürdür: cəhli, cuhudi, cəlali . Küfrdə inad edənlər öz imanlarını itirirlər. Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Kefir
Kefir — yüksək kalorili qida məhsuludur. O südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə olur. == Xarici keçidlər == Kefir nədir?
IAI Kfir
IAI Kfir (İv כְּפִיר, “Aslan balası”) IAI tərəfindən buraxılmış İsrail istehsalı bir döyüş təyyarəsidir. Təyyarənin ilk prototipi 19 oktyabr 1970-ci ildə istehsal edilmiş, ilk uçuşunu 1973-cü ilin iyununda etmiş və 1976-cı ildə istismarına başlanılmışdır. Kfir, Fransa mənşəli Dassault Mirage V bazasında hazırlanmışdır və General Electric J79 mühərriki və İsrail istehsalı avionika və silahlarla təchiz edilmişdir.
Kafir Günbəd Türbəsi
Kafir Günbəd Türbəsi – İranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə. Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər. Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır.
Kafir Qala döyüşü
Kafir Qala döyüşü — Herat yürüşünün nəticəsini müəyyən edən toqquşmalar seriyasıdır. Bəzi xüsusiyyətlərinə görə Sanqan döyüşünə bənzəyən Kafir Qala döyüşü Abdali əfqanlarla Nadir xanın rəhbərlik etdiyi Səfəvi ordusu arasında baş tutmuş və Səfəvi ordusunun qələbəsi ilə nəticələnmişdir. == Arxa plan == Nadir xanın bundan əvvəlki yürüşü Sanqanın yağmalanması və Abdali əfqanlar üzərində taktiki qələbə ilə nəticələnmişdi. Lakin Nadir xan bu yürüşündə heç bir yeni ərazi əldə edə bilməmiş və kiçik qələbədən sonra Məşhədə geri dönməyə məcbur olmuşdu. Onun planlarını pozan Səfəvi şahı II Təhmasib olmuşdu. Beləki II Təhmasib onu xain elan etmiş və bu Nadiri geri dönməyə məcbur etmişdi. Geri dönüb şah üzərində qələbə qazanan və onu özündən asılı vəziyyətə salan Nadir, bütün daxili problemləri həll etdikdən sonra çoxdan gözlənilən Herat yürüşünə başladı. == Döyüş == === İlk toqquşmalar === "Tarix-e Cahanqoşa-ye Naderi"də olan məlumata görə, Nadir qoşunu ilə 1729-cu ilin Novruz bayramından 46 gün sonra Abdali əfqanları ilə döyüşə yola düşdü. Kafir qala ətrafında düşərgə salandan sonra Niyazqulu bəy Qacarın rəhbərliyi altında 500 nəfərdən ibarət qarovul dəstəsi yaratdı və qoşunun mühafizəsini bu dəstəyə tapşırdı.Nadir yürüşünə cavab vermək üçün Abdali əfqanların rəhbəri olan Allahyar xan Heratın 80 km qərbində olan Kafir Qala adlanan yerdə onu qarşıladı. O, Səfəvi ordusunu xətt boyunca düzülmüş, hər bir tərəfinə səhra topları və tüfəngçilərlə əhatələnmiş şəkildə gördü.
Sıfır
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
Kiçik gizir
Kiçik gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kiçik miçman rütbəsidir.
Sıfır hipotezi
Sıfır hipotezi- statistikada seçilmiş təsadüfi verilənlərin paylanma ehtimalının yoxlanmasıdır. Çox vaxt sıfır hipotezi kimi araşdırılan parametrlər arasında asılılığının və ya korrelyasiyanın olmaması, iki və daha artıq seçimlərdəki qiymətlərin fərqli olmaması götürülür. Elmi araşdırmalarda hipotezin yoxlanması onun mövcud olmamasını, daha doğrusu onun mövcud parametrlərlə əlaqədə olmamasını sübur etməyə gətirilir. Bu halda başqa hipotez- sıfır hipotezini inkar edən konkurent hipotezdən istifadə edilir. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red. M. Bunyatov. Bakı: Maarif, 1973. 577s.
Sıfır ili
Sıfır ili (Kxmercə: ឆ្នាំសូន្យ chhnam saun) — 1975-ci ilin aprelində Kambocada Qırmızı kxmerlər tərəfindən elan olunmuşdur. Bunu Fransada 1 ili hadisəsinin analogiyası hesab etmək olar. == Konsept == Sıfır ilinin arxasında duran fikir budur ki, cəmiyyətdəki bütün mədəniyyətlər və ənənələr tamamilə məhv edilməli və ya atılmalı və sıfırdan başlayaraq yeni bir inqilabi mədəniyyətlə əvəz edilməlidir. Sıfır ilindən əvvəl xalqın və ya ölkənin bütün tarixi əhəmiyyət kəsb etmir, çünki təmizlənəcək və yenidən dəyişdiriləcəkdir.
Amin Novruzov (kiçik gizir)
Amin Taciddin oğlu Novruzov (16 avqust 1996, Qullar, Balakən rayonu – 2 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Anar Məmmədov (kiçik gizir)
Anar Zəhəddin oğlu Məmmədov (25 oktyabr 1992, Saatlı rayonu – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Məmmədov 1992-ci il oktyabrın 25-də Saatlı rayonunun Azad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik giziri olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Məmmədov oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqşin Quliyev (kiçik gizir)
Aqşin Dilavər oğlu Quliyev (12 dekabr 1996, Çiçəkli, Sabirabad rayonu – 16 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Quliyev 1996-cı il dekabrın 12-də Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. 2002-2013-cü illərdə Ə. Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin Quliyev oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Sabirabad rayonunun Çiçəkli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin Quliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Daşqın Rzalı (kiçik gizir)
Daşqın Elşad oğlu Rzalı (27 may 1993, Yaycı, Naxçıvan Muxtar Respublikası – 21 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Daşqın Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-2011-ci illərdə Yaycı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Daşqın Rzalı 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ilin fevral ayından isə əvvəlcə Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissədə, sonra isə Xızı şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Rzalı oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Rzalı ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elnur İbrahimov (kiçik gizir)
Elnur Dönməz oğlu İbrahimov (29 avqust 1998; Qaradağ rayonu, Azərbaycan — 21 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur İbrahimov 1998-ci il avqustun 29-da Qaradağ rayonunun Ələt qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elnur İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur İbrahimov oktyabrın 21-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Hacıqabul rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Əhmədov (kiçik gizir)
Elçin Rasim oğlu Əhmədov (23 aprel 1989, Qax – 1 avqust 2014, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elçin Əhmədov 23 aprel 1989-cu ildə Qax şəhərində anadan olub. Elçin Əhmədovun avqustun 15-i nişan mərasimi baş tutmalı idi. == Hərbi xidməti == Kiçik gizir Elçin Əhmədov 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Elçin Əhmədov doğulduğu Qax şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Əhmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elçin Əhmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Fərid Quliyev (kiçik gizir)
Fərid Ayazxan oğlu Quliyev (28 oktyabr 1994; Cəlilabad rayonu, Azərbaycan — 22 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Quliyev 1994-cü il oktyabrın 28-də Cəlilabad rayonunun Babalı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Fərid Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Quliyev oktyabrın 22-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Babalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Quliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərim Əliyev (kiçik gizir)
Kərim Məhəmmədəli oğlu Əliyev (31 avqust 1998; Ucar rayonu, Azərbaycan — 19 oktyabr 2020; Qırmızı Bazar, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində anadan olub. 2004–2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Kərim Əliyev 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Cabbarov (kiçik gizir)
Orxan Rövşən oğlu Cabbarov (16 oktyabr 1995; Tovuz, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Orxan Cabbarov 1995-ci il oktyabrın 16-da Tovuz şəhərində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Orxan Cabbarov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Talış istiqamətində savaşıb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, [[Hadrutun azad edilməsi|Xocavənd]]in və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Cabbarov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz şəhərində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Samir Mehdiyev (kiçik gizir)
Samir Vaqif oğlu Mehdiyev (8 noyabr 1993; Xəzər rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Mehdiyev 1993-cü il noyabrın 8-də Xəzər rayonunun Zirə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik gizir olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Tural Abdullayev (kiçik gizir)
Tural Bəylər oğlu Abdullayev (9 dekabr 1993; Xocavənd rayonu, Azərbaycan — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Abdullayev 1993-cü il dekabrın 9-da Xocavənd rayonunda anadan olub. Əslən Xocavənd rayonunun Tuğ kəndindən idi. == Hərbi xidməti == Tural Abdullayev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik giziri olan Tural Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Abdullayev oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Abdullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Tural Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Yaşar Əhmədov (kiçik gizir)
Yaşar Mirağa oğlu Əhmədov (Xatınlı) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Yaşar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Əhmədova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Əhmədov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Əhmədov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahin Tağıyev (kiçik gizir)
Şahin Rəhim oğlu Tağıyev (3 iyul 2000, Qaradağlı, Goranboy rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Tağıyev 2000-ci il iyulun 3-də Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Şahin Tağıyev 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Şahin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Tağıyev oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Goranboy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Tağıyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Tağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Hüseynov (kiçik gizir)
Əli Rəşid oğlu Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Əli Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Hüseynov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Məmmədov (kiçik gizir)
Əli Zeynal oğlu Məmmədov (13 aprel 2000; Yevlax, Azərbaycan — 9 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli Məmmədov 2000-ci il aprelin 13-də Yevlax şəhərində Zeynal və Almaz Məmmədovların ailəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Əli Məmmədov 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Məmmədov oktyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cibir
Cibir — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Cibir oyk, sadə. Qusar r-nunun Piral i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Dağıstanın Axtı r-nundakı Çeper kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin sakinləri yeni yaşıyış məntəqəsinə öz köhnə adlarını vermişlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1125 nəfər əhali yaşayır.
Sıfır-gün hücumları
Termodinamikanın sıfır qanunu
Termodinamikanın sıfır qanunu — temperaturu ətraflı nəzərdən keçirmək üçün termodinamik tarazlığın mövcud olması haqqında yaradılan qanundur. İlk dəfə bu qanun 1931-ci ildə ingilis fiziki Ralf Hovard Fauler tərəfindən yaradılmışdır.
Sıfır-gün (informatika)
Sıfır-gün (ing. Zero-day; həmçinin Sıfır-saat və ya 0-gün kimi tanınır) açığı əvvəlcədən aşkara çıxarılmamış gizli kompüter proqramı açığıdır və xakerlər tərəfindən, məlumat, kompüter və ya şəbəkəyə mənfi təsir üçün istifadə olunur. Bu qüsur məlum olan kimi proqram müəllifinin onun mənfi məqsədlər üçün istifadə olunmasının qarşısını almaq üçün sıfır günü mövcuddur.Xakerlər hücumlarında sıfır-gün açığını ictimayyətə açıqlandığı gün və ya ondan əvvəlki gün istifadə edirlər. Bu hücumlar çox təhlükəlidir.“Sıfır-gün” termini ilkin olaraq yeni proqram təminatının ictimaiyyətə təqdim edilməsindən sonrakı günlərin sayını nəzərdə tuturdu, buna görə də “sıfır gün proqramı” buraxılışdan əvvəl tərtibatçının kompüterinə sındırılaraq əldə edilmişdir. Nəhayət, bu termin bu sındırmağa icazə verən zəifliklərə və satıcının onları düzəltməli olduğu günlərin sayına tətbiq olundu. Təchizatçılar zəiflik barədə məlumat əldə etdikdən sonra adətən zəiflikləri aradan qaldıracaq və ya onu azaltmaq üçün həll yollarını məsləhət görəcəklər. == Adın mənşəyi == Sıfır-gün adının iki əsas mənşəyi mövcuddur. Proqram təminatında zəiflik tapıldığı zaman onu mənfi məqsədlə istifadə etmək üçün bir neçə gün tələb olunur, eyni zamanda antivirus satıcıları tərəfindən bu boşluğu qaldırmaq üçün həllər axtarılır. Xakerlər proqram təminatındakı zəifliklə tanış olduqdan sonra həmin boşluğu öz xeyrinə dəyişməyə çalışır və zaman onların xeyrinə işləyir yəni getdikcə problemin aradan qaldırılma ehtimalı azalmağa başlayır. == Hücum istiqamətləri == Zərərli proqram yazanlar sıfır-gün zəiflikləri bir neçə istiqamətdə mənfi məqsədlər üçün istifadə edə bilər.
Sıfır əsaslı büdcələşdirmə
Sıfır əsaslı büdcələşdirmə (ing. zero-based budgeting, ZBB) — əvvəlki dövrlərin büdcələrinin faktiki dəyərlərinin nəzərə alınmadığı büdcə planlaşdırma metodu. Bu zaman büdcələrin əsasını satış proqnozları, texnoloji məsrəf standartları və iqtisadi hesablamalar təşkil edir. Ümumiyyətlə, metod ənənəvi yanaşma ilə müqayisədə daha dəqiq nəticə verir. == Tərifi == İngilis professoru Kolin Druri sıfır əsaslı büdcələşdirməni planlaşdırılan xərclərin sıfırdan müəyyən edildiyi, yəni hər bir dövrün (ilin) ​​büdcəsinin cari xərclər proqramı yeni başlamış kimi tərtib edildiyi büdcə üsulu kimi müəyyən edir. Amerikalı iqtisadçı Je Şimin fikrincə, sıfır əsaslı büdcələşdirmə müəssisədə resursların bölüşdürülməsini təkmilləşdirmək üçün layihələrin və funksiyaların xərc-fayda təhlilindən istifadə edən planlaşdırma və büdcələşdirmə vasitəsidir. Ənənəvi büdcələşdirmə, əvvəlki ilin fəaliyyətlərinin əhəmiyyətli olduğunu və eyni tendensiya ilə davam etməli olduğunu nəzərə alaraq, əvvəlki ildən artan dəyişikliklərə diqqət yetirir. Sıfır əsaslı büdcələşdirmədə xərc və fayda smetaları sıfırdan, sıfırdan qurulur və əsaslandırılmalıdır. Hər bir menecer sıfır balansdan başlayaraq öz büdcə tələbini ətraflı əsaslandırmalıdır. == Mərhələləri == Sıfır əsaslı büdcələşdirmə aşağıdakı üç addımı əhatə edir: qəbul edilmiş qərarların ümumi paketi çərçivəsində qərarların qəbul edildiyi hər bir fəaliyyət növünün təsviri; həllərin prioritetliyinə görə qiymətləndirilməsi və sıralanması; ayrılmış vəsaitlərin ümumi həcmi nəzərə alınmaqla prioritet əsasında resursların ayrılması.Sıfır əsaslı büdcə tərtibi ixtiyari xərclər (menecerlər fəaliyyətə ayrılan vəsaitləri xərcləməkdə müəyyən sərbəstliyə malikdirlər) və köməkçi fəaliyyətlər üçün ən uyğundur.
Almaniya, sıfır ili
Almaniya — sıfır ili (it. Germania anno zero) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik film. == Məzmun == 1948-ci il, Berlin şəhəri. İkinci dünya müharibəsi qurtarmağına baxmayaraq, şəhərdə kasıbların sayı çoxalmışdır. Onların içində Edmund adında 12 yaşlı oğlan var idi. Onun atası ciddi xəstədir. Ailəsinə yardın göstərə bilmir. Bu səbəbdən, Edmund həyatını zirzəmilərdə keçirir. Müəllim Cənab Henninq kasıb uşaqları öz evinə gətirir. Edmund da onların içində idi.
Sıfır faiz dərəcəsi siyasəti
Sıfır faiz dərəcəsi siyasəti (ing. Zero interest rate policy, ZIRP) — 16 dekabr 2008-ci ildən Yaponiya və ya ABŞ kimi çox aşağı faiz dərəcələrində makroiqtisadi siyasət və zəif iqtisadi artım. Bu siyasətlə Mərkəzi Bank sıfır nominal faiz dərəcəsi müəyyən edir və pul kütləsini artırmaq və borclanmanı stimullaşdırmaq üçün faiz dərəcəsini daha da aşağı salmaq imkanına malik deyil. Siyasət borc bazarının şəffaflığı problemlərinə görə nominal faiz dərəcələrinin aşağı salına bilmədiyi likvidlik tələsi problemi ilə sıx bağlıdır. == Effekti == Pul siyasəti maksimum həddə olduqda, hökumət yeni iş yerləri yaratmaq üçün fiskal siyasətdən istifadə etməlidir. Hökumət xərclərinin fiskal multiplikatoru sıfır faiz dərəcələrində, sıfırdan yuxarı olduqda daha çox əhəmiyyət kəsb edir. Keyns iqtisadiyyatında multiplikator birdən böyükdür, yəni dövlət xərcləri ÜDM-i effektiv şəkildə artırır. Tanınmış Keynsçi Maykl Vudford (ing. Michael Woodford) hesab edir ki, faiz dərəcələrinin sıfır olması vəziyyətində optimal hökumət siyasəti ÜDM fərqini aradan qaldırmaq üçün xərcləri artırmaqdır. == Nəticələr və perspektivlər == Mümkündür ki, dövlət belə bir siyasətə sadiq qalaraq sıfır faiz dərəcəsi və xərclərin artırılması ilə biznesi kreditlərlə təmin etsin, iqtisadiyyatın inkişafını sürətləndirsin və bazarda bağlanmasını asanlaşdırsın.
Almaniya - sıfır ili (film, 1948)
Almaniya — sıfır ili (it. Germania anno zero) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik film. == Məzmun == 1948-ci il, Berlin şəhəri. İkinci dünya müharibəsi qurtarmağına baxmayaraq, şəhərdə kasıbların sayı çoxalmışdır. Onların içində Edmund adında 12 yaşlı oğlan var idi. Onun atası ciddi xəstədir. Ailəsinə yardın göstərə bilmir. Bu səbəbdən, Edmund həyatını zirzəmilərdə keçirir. Müəllim Cənab Henninq kasıb uşaqları öz evinə gətirir. Edmund da onların içində idi.
Çaqqallarla rəqs 3: Sıfır problem
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. == Mövzu == == Filmin heyəti == Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi == Təqdimat == 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. == Təfəkkür anlayışı == Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Gizir
Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.
Kifara
Kifara (yun: κιθάρα) qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur. Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır. Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır.
Kifoz
Kifoz - İnsan onurğasında baş verən qeyri-normal əyriliklərdən biri; onurğanın döş nahiyəsində önə doğru əyilməsi. Qozbelliyin əmələ gəlməsinə səbəb olur.
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Çaqqallarla Rəqs 3: Sıfır Problem (film, 2014)
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. == Mövzu == == Filmin heyəti == Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi == Təqdimat == 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.
Bığır
Bığır (İsmayıllı) — Azərbaycanın İmişli rayonunda kənd. Bığır (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Cıdır
Cıdır - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən yeniyetmələr və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Cıdır oyunu Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biri. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud" boylarından Nizami Gəncəvinin "Xosrov və Şirin" pomasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir. == Oyunun qaydaları == Cıdırın keçirildiyi meydan, gün və şərtlə əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar. Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini – onun başlanmasını və qurtarmasını zurnaçılar dəstəsi müşayət edir. Cıdır özünə- məxsus musiqi nömrəsi olur.