Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Külüllü
Külüllü — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 205 nəfərdir ki onunda 89 nəfəri kişi, 116 nəfəri qadındır.
Kürülü suşi
Kürülü suşi - Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur. == Suşi haqqında == Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar. Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar. 17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.
Mənim səs-küylü evim
Səs-küylü ev (ing. The Loud House) – Kris Savino tərəfindən Nickelodeon üçün hazırlanan cizgi-serialı. Cizgi-serial, 10 qız övladları olan ailənin orta övladı olan 11 yaşlı uşaq – Lincoln Loud adlı bir uşağın xaotik gündəlik həyatı ətrafında dönür. Cizgi-film Kris Savinonun ana vətəni olan Miçiqan, Royal Woods şəhərində keçməkdədir. Serial 2013-ci ildə illik Animasiya Qısa Proqramına daxil edilən iki dəqiqəlik bir qısa film kimi şəbəkəyə yerləşdirilib. 2014-cü ildə isə bu cizgi-serial daha da inkişaf etməyə başladı. Epizodlar Burbank, Kaliforniyadakı Nikelodeon Animasiya Studiyasında istehsal olunur. Həmçinin, Nickelodeon ilə yanaşı Canadian Studios Jam Filled Entertainment tərəfindən də animasiya olunur. Cizgi-serial böyük bir ailədə böyüyən Kris Savinonun öz uşaqlığına əsaslanır və onun animasiyası əsasən qəzet komik lentlərindən əsirlənir. Nickelodeon 2016-cı ildə, ilk olaraq Mənim səs-küylü evim cizgi-serialının iki önizləmə epizodunu öz veb saytına yerləşdirir.
Səs-küylü ev (cizgi filmi)
Səs-küylü ev (ing. The Loud House) – Kris Savino tərəfindən Nickelodeon üçün hazırlanan cizgi-serialı. Cizgi-serial, 10 qız övladları olan ailənin orta övladı olan 11 yaşlı uşaq – Lincoln Loud adlı bir uşağın xaotik gündəlik həyatı ətrafında dönür. Cizgi-film Kris Savinonun ana vətəni olan Miçiqan, Royal Woods şəhərində keçməkdədir. Serial 2013-ci ildə illik Animasiya Qısa Proqramına daxil edilən iki dəqiqəlik bir qısa film kimi şəbəkəyə yerləşdirilib. 2014-cü ildə isə bu cizgi-serial daha da inkişaf etməyə başladı. Epizodlar Burbank, Kaliforniyadakı Nikelodeon Animasiya Studiyasında istehsal olunur. Həmçinin, Nickelodeon ilə yanaşı Canadian Studios Jam Filled Entertainment tərəfindən də animasiya olunur. Cizgi-serial böyük bir ailədə böyüyən Kris Savinonun öz uşaqlığına əsaslanır və onun animasiyası əsasən qəzet komik lentlərindən əsirlənir. Nickelodeon 2016-cı ildə, ilk olaraq Mənim səs-küylü evim cizgi-serialının iki önizləmə epizodunu öz veb saytına yerləşdirir.
Kurullu Edil
Kurilli Edil — Qədim Romada dövlət məmuru titulu, Adi Edildən fərqli olaraq daha çox hüquqa (bazar mübahisələri və müəyyən polis məsələlərində qərar vermək hüququna) malikdir. Bu baxımdan kurul kətilinə — (lat. sella curulis) malik olduğu üçün onu kurului Edil adlandırırdılar.
Kuğulu Park
Quğulu Park — Ankara şəhərinin Qavaqlıdərə məhəlləsində olan bir parkdır. Park, Tunalı Hilmi Prospekti, Atatürk Bulvarı və Polşa Caddəsi arasındadır. Parkın hovuzunda, qular, qazlar və ördəklər yer alır. == Tarix == Qavaqlıdərədən arta qalan gölmə və ətraf ərazi 1958-ci ildə Ankara Bələdiyyəsi tərəfindən park halına salınmışdı. 1957-ci ildə Atatürk Bulvarının genişləndirilməsi üçün Polşa Səfirliyinə məxsus torpaq sahəsinin bir qismi alınmışdı, 1964-cü ildə Polşanın bu itkisini kompensasiya etmək məqsədiylə səfirlik torpaqlarına bitişik digər torpaqlardan və hətta Quğulu Parkın bir qismi bağışlanılmışdı. Əvvəllər xalqdan çox maraq görməyən park Vədat Daloqayın bələdiyyə başçılığı (1973–77) əsnasında yenidən abadlaşdırılmış məşhur bir yer oldu. Parkın adı qurulduğu illərdə Vyana Bələdiyyəsi tərəfindən hədiyyə edilən ağ qu quşlarından (türkcə: kuğu) əmələ gəlib. Quğulu parkın qulanrından üçü daha sonra Seymənlər parkına köçürülmüşdür. Bu qular daha sonra müxtəlif vaxtlarda Quğulu Parka qayıtmaq üçün uçarkən yüksək binalara və ya ağaclara dəyib nəticədə ölmüşdü. Parkda hələ də olan qu quşları (Cygnus atratus) Çin Xalq Respublikası hökumətinin hədiyyələridir və Pekindən gətirilmişdirlər.
Karqo kultu
Karqo kultu (ing. Cargo cult; "cargo" – yük, "cult" – ayin, ibadət"; Mənası "daşınan yükə sitayiş etmə" kimi başa düşülür.) — qeyri-ənənəvi inanclardan biri; Sakit okeanın Melaneziya adalarında mövcud olan din. == Tarixi == Sakit okeanın Melaneziya adalarında İkinci dünya müharibəsi dövründə yaranmışdır.
Şəxsiyyət kultu
Şəxsiyyətə pərəstiş və ya liderə pərəstiş həmçinin şəxsiyyət kultu — bir hökumət tərəfindən, çox vaxt qeyd-şərtsiz yaltaqlıq və təriflər vasitəsilə ideallaşdırılmış və qəhrəmancasına lider obrazı yaratmaq üçün göstərilən səyin nəticəsidir. Tarixən o, kütləvi informasiya vasitələri, təbliğat, saxta xəbərlər, tamaşa, incəsənət, vətənpərvərlik, hökumətin təşkil etdiyi nümayiş və mitinqlər üsulları ilə inkişaf etmişdir. Şəxsiyyətə pərəstiş apofeoza bənzəyir, ancaq o, müasir sosial mühəndislik üsulları ilə, adətən bir partiyalı dövlətlərdə və dominant partiya dövlətlərində dövlət və ya partiya tərəfindən qurulur. Şəxsiyyət kultu çox vaxt totalitar və ya avtoritar ölkələrin liderini müşayiət edir. Bunu bəzi monarxiyalarda, teokratiyalarda və uğursuz demokratiyalarda da görmək olar. == Tarixi fon == Tarix boyunca monarxlar və digər dövlət başçıları çox vaxt böyük ehtiramla qarşılanır və fövqəlbəşəri keyfiyyətlərə malik olduqları düşünülürdü. Kralların ilahi hüququ prinsipi ilə, xüsusən də orta əsrlər Avropasında hökmdarların Tanrının və ya tanrıların iradəsi ilə vəzifə tutduqları deyilirdi. Qədim Misir, Yaponiya imperiyası, İnk, Astek, Tibet, Siam (indiki Tayland) və Roma İmperiyası monarxları "tanrı-hökmdarlar" kimi yenidən təyin etmək üçün xüsusilə qeyd olunur. Bundan əlavə, Qədim Roma imperator kultu imperatorları və onların bəzi ailə üzvlərini Roma Dövlətinin ilahi icazəli səlahiyyətinə (auctoritas) aid edirdi. XVIII–XIX əsrlərdə Avropa və Şimali Amerikada demokratik və dünyəvi ideyaların yayılması monarxların bu auranı qoruyub saxlamasını getdikcə çətinləşdirirdi.
Roma imperator kultu
Roma imperator kultu — imperatorları və onların bəzi ailə üzvlərini Roma dövlətinin ilahi icazəli səlahiyyətə qaldıran kult. Onun özəyi Roma və yunan presedentlərinə əsaslanırdı və erkən Avqust prinsipatı dövründə formalaşdırılmışdır. Bu, lokal səviyyədə qəbulu və ifadəsində dəyişikliklərə məruz qalaraq imperiya və onun vilayətlərində sürətli şəkildə bərqərar olmuşdur. Bu, regional fərqliliklərin təsirlərini yumşaltmaqda ən vacib institutlardan biri idi. Bu konsepsiya e.ə. IV əsrdə, Makedoniyalı İsgəndərin fövqəlbəşər bir varlıq kimi titullar, simvollar və müraciət formaları ilə ilahiləşdirilməsi nəticəsində yaranmışdır. Onun Misirdəki müasirləri fironlara çoxdan tanrı kimi sitayiş edirdilər. Hətta yunanlar belə fikiri qəbul etmişdilər ki, fövqəladə nailiyyətləri olan insanlar "qəhrəman" kimi heç vaxt ölməyəcəklər, əksinə hansısa ali dünyaya yüksələcəklər. Onlar e.ə. IV əsrin ortalarında Axilles, Herakl, Pifaqor və Sirakuzalı Dion kimi qəhrəmanlar haqqında buna inanırdılar.E.ə.
Tanrıya pərəstiş kultu
Tanrıya pərəstiş kultu — Cənub-Şərqi Asiyada, xüsusilə də Çində qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Tanrıya pərəstiş kultunun lideri Lyu Caquo əvvəllər "İlahidən göndərilmiş kral" sektasının üzvü olmuş, ancaq sektanın rəhbəri Van Yanminin adi insan olduğunu bildikdən sonra ondan ayrılmışdır. O, belə inancların kökündə fırıldaqçılığın durduğunu tez bir zamanda anlayaraq, 1993-cü ildə kral sektasının bir sıra davamçılarını öz tərəfinə çəkmiş və şəxsi kultunu yaratmışdır. Lyu iddia edirdi ki, o, Yer kürəsinin tanrısıdır. O, öz sektasından varlanmaq və ziyarətçilərlə intim əlaqəyə girmək məqsədilə istifadə edirdi. Sonralar Lyunu 40000 ABŞ dollarını mənimsəməkdə və sektanın 10 üzvünü, həmçinin iki 13 yaşlı qızı zorlamada ittiham etdilər. Həbsdə olan Lyu asanlıqla dələduzluğunu boynuna alaraq bildirdi: Lyu Caquo 1999-cu ildə ölüm hökmünə məhkum edilənədək Tanrıya Pərəstiş kultu Hunan əyalətində 10000-dən çox adamı təriqətə cəlb etməyə nail olmuşdu. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti.