Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləzgicə
Ləzgi dili — Ləzgilərin istifadə etdikləri dildir. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır.Ləzgi dilləri yarımqrupuna aid dildir. Dağıstanın cənub-şərq və Azərbaycan Respublikasının şimali-şərq bölgəsində yayılmışdır. Kurax, Güney, Yarki, Axtı, Fiy, Azərbaycanda Quba və Kusar Kuzun dialektləri mövcuddur. Azərbaycan dilinin Quba dialektinin yaranmasında Ləzgi Güney ləhcəsinin rolu böyükdür. Ədəbi dilinin əsasında Güney dialekti durur. Yazıda 1938-ci ildən kiril qrafikasından istifadə olunur. Azərbaycan ləzgiləri latın qrafikası əsasında yaradılan ləzgi əlifbası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi kitablardan məktəblərdə istifadə edirlər. Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var. Cədvəldəki rəngli fondakı hərflər rus dilindən keçən sözlər üçün istifadə edilir.
Ləngi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Ləzgicə Vikipediya
Ləzgicə Vikipediya (ləzg. Лезги Википедия) — Vikipediyanın ləzgi dilində olan bölməsidir. Vikipediyanın bu bölməsində 3000-dən çox məqalə yaradılıb.
Yengicə
== Kəndlər == === Azərbaycan kəndləri === Yengicə (Qəbələ) — Qəbələ rayonunda kənd. Yengicə (Şərur) — Şərur rayonunda kənd. Sırt Yengicə — Qəbələ rayonunda kənd. === Ermənistan kəndləri === Yengicə (Dərələyəz) — Keşişkənd rayonunda kənd. Yengicə (Vedi) — Vedi rayonunda kənd. Yengicə (Zəngibasar) — Zəngibasar rayonunda kənd. === İran kəndləri === Yengicə (Azərşəhr) — Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında kənd Yengicə (Barıq) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd Yengicə (Bukan) — Yengicə (Əcəbşir) — Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanında kənd Yengicə (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanında kənd Yengicə (Sayınqala) Yengicə (Sumay-i Şimali dehistanı) Yengicə (Vərzəqan) — Şərqi Azərbaycan ostanının Vərzəqan şəhristanında kənd Yengicə-i Sadat (Mərənd) Yengicə (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Senhime
Senhime (千姫, 26 may 1597, Yaponiya – 11 mart 1666) – şoqun Tokuqava Hidetadanın qızı və Toyotomi Hideyorinin həyat yoldaşı. Anası Tatsuhime və Hideyorinin anası Yodoqimi bacı idilər. == Həyatı == Senhime 1597-ci ildə doğulmuşdur. 4 sentyabr 1603-cü ildə Toyotomi Hideyori ilə evləndirilmişdir. İki uşaq arasındakı bu birlik ölmüş Toyotomi Hideyoşinin vəsiyyəti əsasında baş versə də, əslində, Tokuqava və Toyotomi ailələri arasındakı pis münasibətləri yaxşılaşdırmaq məqsədi güdürdü. Lakin Toyotomi klanı Tokuqavaya itaət etmək istəmədiyi üçün bu plan uğursuzluğa düçar olmuş və Tokuqavanın Osaka hərakatını (1614–15) başlatması ilə nəticələnmişdir.Osaka qəsrinin süqutundan sonra Senhime həyat yoldaşının həyatını xilas etmək üçün atasının yanına göndərilmiş, lakin xahişi qəbul edilməmiş və Hideyori intihar etmişdir. Növbəti il Kuvana daymyosunun oğlu Honda Tadatoki ilə evlənmişdir. Hondanın 1626-cı ildəki ölümündən sonra həyatının qalan hissəsini Edoda dul keçirmişdir. == Mədəniyyətdə == Senhimenin həyatı bir çox əfsanə və rəvayətin yaranmasına gətirib çıxarmışdır. Ən məşhur rəvayətə görə Sakazaki Naomori onu Osaka qəsrindəki yanğından xilas edərək onunla evlənmək istəmiş və onu qaçırmağa cəhd etmişdir.
Ləzgicə-Azərbaycanca lüğət
Ləzgicə-azərbaycanca lüğət — Xəlilov Yusif Mövlud oğlu tərəfindən yazılmış izahlı lüğət. 12000-dən artıq söz və ifadənin toplandığı lüğət üzərində 15 ildən artıq vaxt sərf edilmişdir. Lüğət 2012-ci ildə çap olunmuşdur.
Engie
GDF Suez — böyük fransız energetika və qaz şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir. 22 iyul 2008-ci il Gaz de France və Suez şirkətlərinin birləşməsi yolu ilə yaradılmışdır. Əsas şirkət sahibi — Fransanın hökumətidir (35,7 %), aksiyaların 57 % azad müraciətdədir. Direktorlar şurasının sədri və şirkətin baş müdiri - Gérard Mestrallet. Şirkət generasiya, ötürülmə və elektrik enerjisinin, çıxartmanın, nəql etmənin və təbii qazın çatdırılmasının çatdırılması sahəsində, həmçinin alternativ enerji mənbələri sahəsində fəaliyyəti həyata keçirir. Şirkətin personalının sayı — 234,7 min insan (2008-ci il). 2008-ci il ərzində şirkətin gəliri 83,1 milyard avro təşkil etdi, təmiz gəlir — 6,5 milyard avro. Həmçinin GDF Suez Parisdə hər il keçirilən Open GDF Suez nüfuzlu qadın tennis yarışının sponsorudur.
Sırt-Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır.Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Sırt Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır.Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Yengicə (Azərşəhr)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,190 nəfər yaşayır (599 ailə).
Yengicə (Barıq)
Yengicə (fars. ینگجه‎) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (43 ailə). Əhalisi etnik azərbaycanlıdır və azərbaycan dilində danışır.
Yengicə (Bostanabad)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (78 ailə).
Yengicə (Bukan)
Yengicə (fars. ينگي كند‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (73 ailə).
Yengicə (Dərələyəz)
Yengicə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1964-cü il fərmanı ilə adı dəyişdirilib Qandzak qoyulmuşdur. == Tarixi == Rayondakı Qnişik kəndindən 3–4 km şimal-şərqdə, Daşxaç dağının yaxınlığında yerləşirdi. Kənd XIII əsrdən xatırlanır və kəndin VIII–IX əsrdə mövcud olduğu göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yenicə kimi, Qafqazın 5 verstlik xəritəsində Yengicə formasında qeyd edilmişdir. == Toponimi == 1946-cı ildə kənd Qanzak adlandırılmışdır. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. İlk dəfə 1728-ci ildə adı çəkilir. Keçmişdə Yengicə (türk dillərində yengitəzə, yeni) və Yenicə dedikdə oturaq kənddən bir qrup ailənin (yaxud bir nəsilin) həmin kəndə məxsus icma torpağında yaratdığı məntəqə nəzərdə tutulurdu.Yengicə (və Yenicə) adlandırılan belə məntəqə ana kəndin tərkib hissəsi olaraq qalırdı və vergini də birlikdə verirdi. Relyef əsasında yaranan toponimdir.
Yengicə (Heris)
Yengicə (fars. ينگجه‎) - Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xoca bəxşinin Qərbi Bedustan dehestanında yerləşən kənd. 11 avqust 2012-ci il tarixinin zəlzələdən ziyan görmüş kəndlərdəndir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (31 ailə).
Yengicə (Həştrud)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 311 nəfər yaşayır (79 ailə).
Yengicə (Marağa)
Yengicə (fars. ‎‎‎ينگجه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,460 nəfər yaşayır (350 ailə).
Yengicə (Urmiya)
Yengicə (fars. ينگجه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (25 ailə).
Yengicə (Vedi)
Yengicə — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 67 km cənub qərbdə, Vediçayın qolu üzərində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təzə mənasında işlənən yengi sözü ilə -cə şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. "…yengi təxminən XIX əsrin ortalarma qədər əski formasını saxlamış, get-gedə n-nin tərkibində olan samitinin zəifləyib düşməsi ilə yeni şəklində sabitləşmişdir. Yengi sözünün özünə gəldikdə bu yalnız Azərbaycan dilində deyil, eyni zamanda bütün türk dilli xalqların yazısında müştərək bir orfoqrafıyaya malik olmuşdur. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sisavan qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 189 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 313 nəfər, 1904-cü ildə 470 nəfər, 1914-cü ildə 517 nəfər azərbaycanlı yaşamışdır.
Yengicə (Vərzəqan)
Yengicə (fars. ينگجه‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 539 nəfər yaşayır (122 ailə).
Yengicə (Zəngibasar)
Yengicə — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimalda yerləşir. "İrəvan əyalətinin dəftəri"ndə Yenicə kimi, Qafqazın 5 verstlik xəritəsində Yengicə formasında qeyd edilmişdir. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. == Toponimi == Toponim "təzə" mənasında yengi (ədəbi dildə yeni işlədilir) sözünə çoxaltma dərəcəsini əmələ gətirən -cə şəkilçisinin artırılması ilə düzəlmişdir. Relyef əsasında əmələ gələn düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.1978-ci il fərmanı ilə adı dəyişdirilib Norabats qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 27 nəfər, 1908-ci ildə 75 nəfər, 1914-cü ildə 90 nəfər, 1916-cı ildə 46 nəfər yalnız azərbaycanlı yaşamışdır.1949-cu ildə əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir. 1991-ci ildə kənd ermənicə Sisavan adlandırılmışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Yengicə (dəqiqləşdirmə)
== Kəndlər == === Azərbaycan kəndləri === Yengicə (Qəbələ) — Qəbələ rayonunda kənd. Yengicə (Şərur) — Şərur rayonunda kənd. Sırt Yengicə — Qəbələ rayonunda kənd. === Ermənistan kəndləri === Yengicə (Dərələyəz) — Keşişkənd rayonunda kənd. Yengicə (Vedi) — Vedi rayonunda kənd. Yengicə (Zəngibasar) — Zəngibasar rayonunda kənd. === İran kəndləri === Yengicə (Azərşəhr) — Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında kənd Yengicə (Barıq) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd Yengicə (Bukan) — Yengicə (Əcəbşir) — Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanında kənd Yengicə (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanında kənd Yengicə (Sayınqala) Yengicə (Sumay-i Şimali dehistanı) Yengicə (Vərzəqan) — Şərqi Azərbaycan ostanının Vərzəqan şəhristanında kənd Yengicə-i Sadat (Mərənd) Yengicə (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Yengicə (Şərur)
Yengicə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yengicə Yenicə oykoniminin fonetik şəklidir. Yengicə və Yenicə adlanan kəndlər əhalinin müəyyən hadisə ilə əlaqədar ana kənddən köçüb kənar yerdə yeni məntəqə salması nəticəsində yaranmışdır. Oykonim "yeni kənd " mənasındadır.
Yengicə (Əcəbşir)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 858 nəfər yaşayır (199 ailə).
Yengicə bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yengicə hamamı
Yengicə hamamı - Şərur rayonunun Yengicə kəndində yerləşən tarixi memarlıq abidəsi. Abidə XX əsrin 80-ci illərinə qədər hamam kimi fəaliyyət göstərib. 2018-ci ildə təmir edilib. Hazırda təyiantına uyğun istifadə edilmir. == Haqqında == Hamam XVIII əsrin sonunda Şahtaxtılı Tovuz xanım tərəfindən tikdirilib. Düzbucaqlı formada olan hamamın ümumi sahəsi 650 kavadratmetrdir. Bina 19x19x5 sm ölçüdə olan bişmiş kərpiclər və əhəngdən istifadə olunmaqla tikilib. Hamam binası iki səkkizbucaqlı zala və onlara bitişik iki köməkçi otağa bölünür. Binanln cənubunda hamamın ocaqxanası yerləşib. İki zalın arasında yerləşən köməkçi otaqların qapıları yuyunma zalına açılır.