Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəfif ləpə
Xəfif ləpə-(rus. рябь, ing. ripple) küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.
Ləpəheyranlı
Ləpəxeyranlı, Ləpəheyranlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Ləpəheyranlı kəndi Bərgüşad çayının sahilindədir. Oykonim heyranlı tayfasının adını əks etdirir. Heyranlılar XII-XIII əsrlərdə Ön Asiyada oğuz tayfasından biri olmuşdur. Hazırda Türkiyədə qaraəhməd, ləkli və saraclı tayfalarını birləşdirən tayfa ittifaqı var. Ləpəheyranlı “iç, özək heyranlı” mənasındadır və heyranlı tayfasının bir qolunun adıdır. “Ləpə“ sözü dialektlərimizdə “yastı, yumru, dəyirmi, qısaayaqlı” mənalarında da işlənir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 37 evdə 129 şiə kürd yaşayırdı.
Ləpəxeyranlı
Ləpəxeyranlı, Ləpəheyranlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Ləpəheyranlı kəndi Bərgüşad çayının sahilindədir. Oykonim heyranlı tayfasının adını əks etdirir. Heyranlılar XII-XIII əsrlərdə Ön Asiyada oğuz tayfasından biri olmuşdur. Hazırda Türkiyədə qaraəhməd, ləkli və saraclı tayfalarını birləşdirən tayfa ittifaqı var. Ləpəheyranlı “iç, özək heyranlı” mənasındadır və heyranlı tayfasının bir qolunun adıdır. “Ləpə“ sözü dialektlərimizdə “yastı, yumru, dəyirmi, qısaayaqlı” mənalarında da işlənir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 37 evdə 129 şiə kürd yaşayırdı.
Xırda qum ləpələri
Xırda qum ləpələri- (rus. -рябь песчаная, ing. sand ripples) küləyə perpendikulyar, bir-birinə paralel asimmetrik tirələr. Onlar qumun quru səthi üzərində küləyin 3–18 m/san sürəti zamanı 0,04 mm-dən böyük hissəcik-lərdən təşkil olunur. Tirənin külək tutmayan yamacının yuxarı hissəsində əmələ gəlmiş, səthi örtən qum danələrinin təbii meyillik üzrə sürüşməsi nəticəsində bu ləpələr hərəkət edir.
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. == Etimologiyası == Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qəbri isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." == Tarixi == Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub.2017-ci il Fevral döyüşləri zamanı ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər. Lakin, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Ləzə
Laza və ya Ləzə — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi Dağıstanın Laza kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Təpə
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. Təpə bir nisbi addır və bir ucalıği dağ və ya təpə adlandırmaq, yerdən yerə fərqlidir. Təpə hündürlüyü 200 metrə qədər olan yüksəkliklərə deyilir. Bir çox şəhərlər təpələr üzərində salınmışlar.
Axlı lələ
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Aşıq Lələ
Aşıq Lələ (XVII əsrin sоnu—XVIII əsrin əvvəli) — XVII yüzilin sonu, XVIII yüzilin önündə yaşamış el şairi. == Həyatı == Еl şairi Aşıq Lələ XVII yüzilin sоnu, XVIII yüzilin önlərində yaşayıb. Yaşam yоlu haqqında məlumat оlduqca azdır. Bəzi mənbələrdə XVI əsrdə yaşadığı da qeyd edilir.XVIII yüzilə bağlı əlimizdə bir qaynaq var. Оsmanlılar Qarabağı aldıqdan sоnra, 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı vеrgi dəftərini hazırlayıblar. Həmin dəftərdə Cavanşir еlinin Yağləvənd оymağının Gеcəgözlü оymağında yaşayanların arasında bir ailə ilgi çəkir. Həmin ailənin siyahısını оlduğu kimi yazımızda vеririk. Uzunəli Tanrıqulu оğlu, (Uzunəlinin) qardaşı Lələ, (Lələnin) qardaşı Əminəli. Aşıq Lələnin yaradıcılığından bilirik ki, оnun Uzunəli adlı qardaşı оlub. Bayatılarının birində dеyir: Uzunəli, bеz gəti, Arşın apar tеz gəti.
Buğda təpə
Buğdatəpə (kənd) — İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd. Buğdatəpə (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında dağ. Buğdatəpə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda dağ. Buğdatəpə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında aşırım.
Gül təpə
Gültəpə və ya Kültəpə — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Gültəpə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,876 nəfər və 469 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Kapitoli (təpə)
Kapitoli (lat. Capitolium, Capitolinus mons, it. il Campidoglio, Monte Capitolino) — Qədim Romanın yerləşdiyi 7 təpədən biri. Bu təpə Romanın salınması haqda əfsanəyə görə bu cür yaradılıb. Əfsanəyə görə,latın şəhərlərindən birinin şahı öz qardaşı qızının əkiz oğlanların, Romul və Remi Tibr çayına atmağı əmr edir. Lakin Tibr çayı daşdığından uşaqların olduğu səbət ağaca ilişir və uşaqlar sağ qalır. Uşaqları bir dişi canavar tapır və süd ilə bəsləyir. Sonra uşaqları bir çoban tapır və böyüdür. Uşaqlar cəsarətli döyüşçüyə çevrilir. Sonra şaha qarşı üsyan edib onu öldürürlər.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Ləkə (komiks)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. == Məzmun == "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. == İstehsal == Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Ləzə şəlaləsi
Ləzə şəlaləsi — Unikal coğrafi əraziyə malik Azərbaycanın dağlıq bölgələrində bir-birinin təkrarı olmayan şəlalələr mövcuddur. Böyük Qafqazın ən əzəmətli dağlarından biri – Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. == Haqqında == Ləzə şəlaləsi Şəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir. Şəlalədə qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir.
Murad təpə
Murad təpə (Kanakеrovan) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotyak, Abovyan) rayonunda kənd. == Tarixi == 15.08.1964-cü ildə kənd еrmənicə Kanakеrovan adlandırılmışdır. Kənd "Muradtəpə"nin adını əks еtdirir. tarixində adı dəyişdirilərək Kanakeravan qoyulmuşdur. == Əhalisi == 1948-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Münəvvər təpə
Münnəvər təpə və ya Firuzabad (fars. منورتپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 260 nəfər yaşayır (82 ailə).
Qara Təpə
== Yaşayış məntəqələri == AzərbaycandaQaratəpə (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qaratəpə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd.GürcüstandaQaratəpə (Qarayazı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Qarayazı bələdiyyəsinin inzibati mərkəzi.İrandaQara Təpə (Xoy) — Qara Təpə (Maku) — Qaratəpə (Çaypara) — Qaratəpə (Mərənd) — Qaratəpə (Miyanə) Qaratəpə (Şəbüstər) Qaratəpə (Təbriz) Qaratəpə (Nir) Qaratəpə (Nəmin) Qaratəpə (Əbhər) == Bələdiyyələr == Qaratəpə bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə. Qaratəpə bələdiyyəsi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda bələdiyyə. == Yaşayış yerləri == Qaratəpə yaşayış yeri Qaratəpə yaşayış yeri (Ağcabədi) — Qaratəpə yaşayış yeri (Beyləqan) — Qaratəpə yaşayış yeri (Kürdəmir) — Qaratəpə (Osmaniyyə) ― Türkiyənin cənubundakı Osmaniyyə ilində keçmiş Hett qalası və açıq hava muzeyi.
Təpə kəklikotusu
Təpə kəklikotusu (lat. Thymus collinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Çoxillik, alt hissəsində şaxələnmiş gövdəli, yuxarı hissəsində tükcüklü bitkidir. Çiçək saplaqlarının hündürlüyü 7-12 sm-dir. Yarpaqları saplaqlı, uzunsov-yumurtavaridən yumurtavariyədək, uzunluğu 7-11 sm, eni 3-5 mm, nöqtəli-vəziciklidir. Çiçəkləri çəhrayı, başcıq çiçək qruplarına yığılmışdır. Meyvəsi-qozadır. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır. == Ekologiyası == Orta və subalpda, quru daşlı yamaclarda bitir.
Təpə payı
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Təpə (Germi)
Təpə (fars. تپه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (104 ailə).
Təpə (Nəmin)
Təpə (fars. تپه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (5 ailə).
Təpə (Urmiya)
Təpə (fars. تپه‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Təpə (dəqiqləşdirmə)
Təpə — dağdan kiçik olan yüksəlmiş ucalıqlara deyilir. ‎Təpə (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Təpə (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Təpə sümüyü
Təpə sümüyü —
Təpə göz
Təpəgöz – türk mifologiyasında mifik qəhrəman, türk əfsanələrində adı çəkilən tək gözlü nəhəngdir. Müxtəlif Türk dillərində Tübegöz, Töbököz, Töpekös olaraq da deyillər. Qaf dağında yaşayır. Anası alageyik donuna girə bilən bir pəridir. Bu pərinin bir çobanla birləşməsindən doğulmuşdur. Bəzən dişi, bəzən də kişi təpəgözlərə rast gəlinir. Barmağında cadulu bir üzük bağlıdır. Yalnız gözündən vurularaq öldürülər. Bədəninin digər qisimlərinə silah işləməz. Qaf dağında yaşayır.
Lepel
Lepel (belar. Лепель) — Belarusda şəhər. Vitebsk vilayətində yerləşən şəhər Lepel rayonunun inzibati mərkəzidir. Şəhər ölkənin paytaxtı olan Minsk şəhərindən 155 km, vilayətin mərkəzi olan Vitebsk şəhərindən isə 110 km məsafədə yerləşir.
Pepe
Pepe — kişi adı. Pepe (futbolçu) — futbolçu. Pepe Romero — ispan gitarist.
Bulbophyllum leve
Bulbophyllum leve (lat. Bulbophyllum leve) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Geok - Tepe
Gökdepe (türkm. Gökdepe — şəhər (1993-cü ilə qədər - Geok-Təpə), Türkmənistanın Axhal velayatının Gökdepe etrapının inzibati mərkəzi. == Tarix == Tarixən bu, Transxəzər dəmiryolunun Gökdepe stansiyasının yaxınlığında yerləşən Transxəzər bölgəsinin Axaltəkə bölgəsindəki üç kəndin adı idi. Əsas cazibə vahidləri Rus qoşunlarının işğalından qorumaq üçün Yeni-Şaar adlanan Tekinlər tərəfindən inşa edilmiş geniş bir istehkamın xarabalıqlarıdır. 1881-ci ildə rus qoşunları tərəfindən tutulduğundan bu yana Gökdepe (Dengil-Tepe) kimi tanınır. === General Lazarevin yürüşü === 1878 -ci ildə, Tekinlərin ruslara tabe olan Yumudların kəndlərinə davamlı basqınları və karvanların soyulması nəticəsində general Lomakinin komandanlığı altında olan rus qoşunları bölgədə asayişi bərpa etmək üçün Çikişlyardan yola düşdülər. (Atrek ilə Sumbarın birləşməsində) orada bir istehkam qurdu və içərisində kiçik bir qarnizon buraxdı. Bu məqsədə çatılmadı - Tekinlər daim Chat ətrafında gəzirdilər və hətta Çikişlyara hücum etdilər. Nəticədə daha əlverişli bir strateji nöqtəni tutmaq lazım sayıldı. 7310 piyada, 2900 süvari və 34 silahdan ibarət bir dəstə iki hissəyə bölündü: 4.000 piyada, 2000 süvari və 16 silah, general -leytenant ID Lazarevin komandanlığı altında işğal üçün nəzərdə tutulmuşdu; Qalan qoşunların Çikişlyarla ünsiyyət qurması lazım idi.
Pepe (futbolçu)
Kepel Laveran Lima Fereyra vəya Pepe (26 fevral 1983, Maseyo[d]) Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş"ın və Portuqaliya millisinin müdafiəçisi. Pepe əslən braziliyalı portuqal futbolçudur. == Klub karyerası == === Maritimo === Pepe 18 yaşında bu kluba gəldi. 2001/2002 mövsümünün ikinci hissəsində Portuqaliya 3-cü liqasında oynayan B komandasında oynadı. 20 yanvar 2002-ci ildə CSD qarşısında karyerasının ilk matçına çıxdı və 90 dəqiqə oyunda qaldı. Qısa vaxt ərzində A komandasının diqqətini çəkdi. 12 aprel 2002-ci ildə "Boavişta" ilə oynanan matçda oyuna start heyətdə çıxaraq ilk dəfə "Maritimo" formasını geyindi. 2002/2003 mövsümündə isə A komandasının dəyilməzlərindən oldu. 29 matçda oynayan futbolçu mövsümü 16 sarı və 2 qırmızı vərəqə ilə bitirdi.9 noyabr 2002-ci ildə "Braqa" ilə oynanan və "Maritimo"nun 3-0 qalib gəldiyi matçda karyerasının ilk qolunu atdı. Mövsüm bitdikdə Pepe "Sportinq Lissabon" ilə məşqlərə çıxmağa başladı.
Qriqori Leps
Qriqori Viktoroviç Leps (gürc. გრიგორი ვიქტორის ძე ლედსვერიძე; 16 iyul 1962, Soçi, Krasnodar diyarı) — Gürcü əsilli bariton səsli sovet və Rusiya müğənnisi, bəstəkar, prodüser, İnquşetiya Respublikasının əməkdar artisti (2004), Rusiya Federasiyasının əməkdar artisti (2011), Qaraçay-Çərkəz Respublikasının xalq artisti (2015). Qreqori Leps Rusiyanın ən çox gəlir əldə edən müğənnisidir. 2013-cü ildə 15 milyon $, 2014-cü ildə 12 milyon $, 2015-ci ildə isə 12.2 milyon $ gəlir əldə etmişdir. == Həyatı və fəaliyyəti == Qriqori Leps Soçidə, etnik gürcü ailəsində doğulmuşdur. O, zərb alətləri üzrə musiqi məktəbini bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra bir neçə rok qruplarında musiqi ifa etməyə başlamış və restoranlarda müğənnilik etmişdir. O, alkoqolizm və narkotik vasitə alışqanlığından əziyyət çəkmiş və bundan qurtulmaq üçün Moskvaya getmişdir. Daha sonra o, restoranlarda ifa etməyə başlamış və səsyazma studiyasından təklif almışdır. Beləliklə 1995-ci ildə Qriqori Leps Tanrı sizləri qorusun adlı ilk albomunu buraxır.