Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehribanlı
Mehribanlı, Mehriban - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9–11 km cənub-şərqdə, Alagöz dağının cənub-qərbində yerləşir. Kəndin adı Mehriban kimi rəsmiləşdirilmişdir. Toponim mehribanlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Katnaxpyur qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 75 nəfər, 1873 - cü ildə 410 nəfər,1886-cı ildə 598 nəfər, 1897-ci ildə 681 nəfər, 1908-ci ildə 493 ,nəfər, 1914 - cü ildə 523 nəfər, 1916-cı ildə 748 nəfər, 1918-ci ilin əvvəllində 533 nəfər yalnız azərbaycanlı yaşamışdır.