Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miskinli
Miskinli — Təxəllüs. == Təxəllüsü bu olanlar == Miskinli Vəli — Azərbaycan aşığı. Fəzail Miskinli — Azərbaycan aşığı. == Kəndlər == Miskinli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd (əvvəlki adı "Rüstəm Əliyev"). Miskinli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Fəzail Miskinli
Fəzail Cəfər oğlu Orucov (12 mart 1976, Çaldaş, Gədəbəy rayonu) — Azərbaycan aşığı. == Həyatı == 1976-cı ilin mart ayının 12-də Gədəbəy rayonunun Çaldaş kəndində doğulmuşdur. 1984-cü ildə Gədəbəy rayonunda keçirilən «Gədəbəyin yazı – aşığın sazı» adlı müsabiqənin laureatı olmuşdur. 1993-cü ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsinə daxil olub. 1997-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə magistraturanı bitirib aspiranturaya daxil olmuşdur. Fəlsəfə üzrə elmlər doktoru. Türkiyədə, Almaniyada, İspaniyada, Fransada, Macarıstanda keçirilən festivallarda Azərbaycanı xalq musiqisinin ifaçısı kimi təmsil etmişdir. Türkiyədə keçirilən Uluslararası folklor musiqisi müsabiqəsi-nin laureatı, Yunis İmrə kültür mərkəzinin üzvüdür. Bir manoqrafiyanın, «Aşıq sənətinin tarixi və nəzəriyyəsi» adlı proqramın müəlliflərindən biridir.
Miskinli (Gədəbəy)
Miskinli (əvvəlki adı: Rüstəm Əliyev)— Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılmış və Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi Miskinli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == Miskinli kəndinin əsl və tarixi adı Qarabulaq və ya Böyük Qarabulaq olmuşdur. Miskinli çuxuru adlanan coğrafi ərazinin ən böyük yaşayış sahəsidir. === Tarixi abidələri === Kəndin ərazisi tarixi abidələrlə, xüsusilə də qəbir abidələri ilə zəngindir. Son tunc dövrünü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti bu ərazilər üçün də xarakterikdir. Kəndin cənub-qərb hissəsini əhatə edən yüksəklikdə yerli əhali tərəfindən Koroğlu qalası adlandırılan müdafiə tikilisi vardır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə, orta və yüksək hündürlüklü lələkvari dağlar arasında yerləşir. İqlimi mülayim soyuq və mülayim isti xarakterlidir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2140 nəfər əhali yaşayır.
Miskinli (Şəmkir)
Miskinli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 352 nəfərdir ki, onunda 197 nəfəri kişi, 155 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. == Həyatı == Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib.Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s. kimi şerləri vardır.
Miskinli bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Meşkincik (Bostanabad)
Meşkincik (fars. مشگين جيق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 286 nəfər yaşayır (40 ailə).
Mişkinski rayonu
Mişkinski rayonu (başq. Мишкә районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mişkino kəndidir. == Coğrafi yerləşməsi == Ufa şəhərindən şimalda yerləşir. Rayonun ərazisi 1689,11 km² təşkil edir. İqlimi mülayim kontinentaldır. İsti və bir az quraq oln aqro iqlim regionunda yerləşir. Ərazisindən Bir çayı axır. Ərazisində əsasən boz və tünd boz meşə torpaqları yayılmışdır. Qarışıq, enliyarpaq və iynəyarpaq meşələr ərazisinin 33,1 % tutur.