Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muzdlu döyüşçü
Muzdlu döyüşçü (ing. Mercenary; rus. Наёмник) — Hər hansısa müharibəyə mənfəət əldə etmək üçün qatılan döyüşçü. Muzdlu döyüşçülər iştirak etdikləri döyüşlərin siyasi və ya iqtisadi nəticələri ilə maraqlanmayaraq onlara vəd edilən mükafatın əldə olunmasına maraqlı olurlar. Fərdi şəkildə muzdlu döyüşçülər olduğu kimi bu işlə qrup, tayfa və ya təşkilat formasında məşğul olma hallarıda tarixdə görülmüşdür. == Tarixi == Bir çox Yunan muzdlu döyüşçü Yunan-İran müharibələri zamanı Əhəmənilər İmperiyası tərəfindən döyüşmüşdür.
Muzdlu işçi
Muzdlu işçi — müəssisədə, təşkilatda iş yerinə yetirmək üçün işə götürülmüş şəxs (fərdi) və s. Əmək müqaviləsi ümumiyyətlə işi yerinə yetirmək üçün işə götürülmüş şəxslə işəgötürən arasında bağlanır . İşəgötürən aşağıdakılar ola bilər: dövlət müəssisə və təşkilatları; qeyri-dövlət (ticarət və qeyri-kommersiya) müəssisə və təşkilatları; fərdi sahibkarlar.
Muzdlu qatil
Muzdlu qatil — bir şəxsi və ya şəxsləri öldürmək üçün pul ilə müqavilə əsasında fəaliyyət göstərən cinayətkar. Bəzən hegomon qruplar və ya şəxslər arasında düşən mübahisəni muzdlu qatil tutmaqla və kiminsə öldürülməsi ilə son qoyulur. Əsasən ABŞ, Yaponiya, Rusiya və İtaliya kimi dövlətlərdə, mafiyanın ayaq açıb yeridiyi ölkələrdə bu cinayətkar qatillərdən tez-tez istifadə olunur. Türkiyədə də siyasi qətillər zamanı, dərin dövlətin istəmədiyi şəxsləri aradan qaldırmaq üçün muzdlu qatillərdən istifadə olunduğu ehtimal olunur. Muzdlu qatillər əsasən keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından təşkil olunurlar.
Muzdlu qatil (film, 1991)
Muzdlu qatil (ing. The Hitman) — 1991-ci ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Filmin digər adı "Agent kimi səslənir. == Məzmun == Ronni "Del" Deleyni polis olmaqla bərabər banda başçılarından biridir. Məmulatlara sahib olmaq üçün polis dostunu Kliff Qroqanı öldürmək istəyir. Deleyni və Qroqan binada axtarış apararkən, Deleyni eyni ona atəş açır və Qroqan pəncərədən aşağı düşür. Xoşbəxtlikdən Qroqan sağ qalmış və şok vəziyyətinə düşmüşdür. İki il keçdikdən sonra Qroqan Deleynidən qisas almağa başlayır. Lakin banda başçısnı ələ keçirmək asan iş deyildir. İki ildən sonra Qroqan yenidən agetn vəzifəsinə qayıdır.
Muzdurlar
Muzdurlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Muzdurlar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Muzdurlar kəndi Ganca-Qazax düzənliyindədir. Keçmiş adı Havanlı olmuşdur. Yerli əhali arasında kəndin adı qeyri-rasmi olaraq Bir May kimi işlənir. İnqilabdan əvvəl burada Məşədi Qarabəy adlı bir nəfərin mülkü və üzüm bağı olmuşdur. 1918-ci il erməni-müsəlman qırğını zamanı İrəvan qəzasından didərgin düşmüş altı ailə buraya köçmüş va Məşədi Qarabəy onları muzdur kimi işlətmişdir. İnqilabdan sonra Məşədi Qarabəy İrana qaçmış, 1924-cü ildə onun torpaq sahasi həmin muzdurlara verilmiş və onlar burada daimi məskunlaşaraq bu kəndi salmışlar. Kənd onların adı ilə Muzdurlar adlandırılmışdır. 1933-cü ildə Bərdə rayonunda da Muzurlar adlı kənd qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1479 nəfər əhali yaşayır.
Muzdurlar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Mund döyüşü
Mund döyüşü - Qədim Romada vətəndaş müharibəsinin gedişində, e.ə.45-ci il 17 martda müasir İspaniyanın cənubunda yerləşən Mund vadisində Qay Yuli Sezarın respublikaçılara qarşı son döyüşü. == Döyüş və nəticələri == E.ə.49-45-ci illərdə Qədim Romada baş vermiş vətəndaş müharibəsinin sonlarında İspaniyada, Pompeyin oğlanları Qney və Sekstə qarşı müharibələr gedirdi. Qay Yuli Sezarın canişini Kassi Lonqinin İspaniyadakı özbaşnalığından narazı olan yerli əhali də Pompeyin oğlanlarına köməklik göstərirdilər. Mund şəhəri yaxınlığında e.ə.45-ci il 17 martda baş vermiş həlledici döyüşdə Sezar qələbə qazandı. Pompeyin böyük oğlu Qney bu döyüşdə həlak oldu. Mund döyüşü Pompeyin tərəfdarlarına qarşı Sezarın son döyüşü idi. == Xarici keçidlər == Sezarın son döyüşü == Mənbə == Y.Həsənov. Qədim Roma tarixi. Bakı, 1975, səh.161 Appian. Roma tarixi:Vətəndaş müharibələri(II, 103—105).
Muza (parfiyalı)
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Parfiyalı Muza
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Taliya (muza)
Taliya və ya Faliya (yun. Θαλία, Θαλεία; θάλλω - çiçək açmaq, çiçəklənmək) — yunan mifologiyasına görə komediya muzası. Taliya əsasən başında çələng, əlində komik maska tutmuş təsvir edilir. Taliya və Apollondan Karibantlar dünyaya gəlmişdirlər. Zevs kərsəng cildində onun könlünü alaraq Taliyanı özünə arvad etmişdir. Heranın zəhimindən qorxaraq muza Taliya Etnada Palikləri dünyaya gətirmiş və yerin tərkində gizlətmişdir. Palikləri buna görə Etnada qaynayan iki isti bulağın ruhları da adlandırırlar.
Uraniya (muza)
Uraniya (yun. Οὐρανία, lat. Ūrania, Ūraniē) yunan mifologiyasında astranomiya muzasıdır. Zevs və Mnemosinanın qızı və Himeneyin anasıdır.
Əl-Muid
Əl-Muid (ər. المعيد) — Allahın adlarından biri.
Muad Əl Baluşi
Muad Əl Baluşi (30 noyabr 1987) — Omanlı atıcı. Muad Əl Baluşi Omanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Muad Əl Baluşi birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 554 xal toplayaraq 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Muid Əhməd Əfəndi
Muid Əhməd Əfəndi (1577 – 25 aprel 1647) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. == Həyatı == Doğum yeri haqqında dəqiq məlumat olmasa da, atasının adının Yusif olduğu məlumdur. Təhsil almaq üçün İstanbula gələn Əhməd Əfəndi Xınalızadə Fəhmi Mehmed Əfəndidən dərslər almış, təhsilini bitirdikdən sonra onun köməkçisi kimi xidmət göstərmişdir. Buna görə də tarixi mənbələrdə Muid (yəni köməkçi, yardımçı) Əhməd Əfəndi olaraq qeyd olunur. 1595-ci ilin fevral ayından başlayaraq müxtəlif mədrəsələrdə müdərris kimi fəaliyyət göstərdi. 1612-ci ilin dekabrında Əhməd Paşa, 1614-cü ilin iyununda Mahmud Paşa, 1618-ci ilin dekabr ayında Qəzənfər ağa, 1620-ci ilin martında Sahn-ı Səman, 1622-ci ilin iyun ayında Hasəki sultan, 1623-cü ilin mayında Yavuz Sultan Səlim, 1624-cü ilin aprelində isə Süleymaniyyə mədrəsələrində xidmət göstərmişdir.Ardından 1626-cı ilin mart ayında Dəməşq qazısı, 1629-cu ilin oktyabr ayında Qahirə qazısı, 1633-cü ilin sentyabr ayında Ədirnə və 1635-ci ilin dekabr ayında İstanbul qazısı təyin olundu. 1637-ci ilin aprel ayında Anadolu başqazısı təyin olunan Əhməd Əfəndi IV Muradın Bağdad səfərinə qatılmaq üzrə hazırlıq görsə də, baş verən bəzi hadisələr səbəbilə bu səfərə qatıla bilmədi. Şeyxülislam Yəhya Əfəndi ilə aralarında yaranan bir məsələyə IV Murad qarışmış, ancaq Əhməd Əfəndi padşahın müsahibi Hüseyn Paşaya sərt cavab verərək geri çevirmişdir. Bunun ardından vəzifəsindən azad edilən Əhməd Əfəndi Belqrada sürgün edildi. 1640-cı ilin martında yenidən Anadolu başqazısı və 1641-ci ilin avqustunda Rumeli başqazısı təyin olundu.
Muz TV (Azərbaycan)
MTV Azerbaijan və yaxud MTV Azərbaycan — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış musiqi kanalı. == Tarixçə == Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan telekanal "Muz TV Azərbaycan" adıyla 2012-ci ilin may ayının 11-də "muz-tv.az" saytı vasitəsilə yayıma başlayıb. Telekanal yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı-ayrı proqramlar və reportajlar kanalın əsas prioritetidir… 5 ildən artıq internet vasitəsilə yayımlanmış telekanala 2017-ci ildə MTRŞ tərəfindən peyk yayımı üçün lisenziya verilib. 2018-ci ilin noyabr ayının 15-dən telekanal "MTV Azerbaijan" adıyla fəaliyyət göstərir. Həmçinin, həmin tarixdə kanalın loqosunda, arakəsmələrində, qrafikasında və qismən formatında dəyişiklik edilib. 2020-ci ildə telekanalın qərargahı Rahib Məmmədov küçəsi № 17 ünvanından Tbilisi prospektinə köçürülüb. 2022-ci il iyunun 3-dən "MTV Azerbaijan"ın loqosunda, arakəsmələrində və qrafikasında daha bir dəfə dəyişiklik edilib.
Muz TV Azərbaycan
MTV Azerbaijan və yaxud MTV Azərbaycan — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış musiqi kanalı. == Tarixçə == Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan telekanal "Muz TV Azərbaycan" adıyla 2012-ci ilin may ayının 11-də "muz-tv.az" saytı vasitəsilə yayıma başlayıb. Telekanal yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı-ayrı proqramlar və reportajlar kanalın əsas prioritetidir… 5 ildən artıq internet vasitəsilə yayımlanmış telekanala 2017-ci ildə MTRŞ tərəfindən peyk yayımı üçün lisenziya verilib. 2018-ci ilin noyabr ayının 15-dən telekanal "MTV Azerbaijan" adıyla fəaliyyət göstərir. Həmçinin, həmin tarixdə kanalın loqosunda, arakəsmələrində, qrafikasında və qismən formatında dəyişiklik edilib. 2020-ci ildə telekanalın qərargahı Rahib Məmmədov küçəsi № 17 ünvanından Tbilisi prospektinə köçürülüb. 2022-ci il iyunun 3-dən "MTV Azerbaijan"ın loqosunda, arakəsmələrində və qrafikasında daha bir dəfə dəyişiklik edilib.
Düzd və qazı
Düzd və qazı (“Oğru və qazı”) — XVIII əsr Azərbaycan bədii nəsr nümunəsi. Yazılış tərzi, ruhu və məzmununa görə xalq lətifələrini xatırladan bu kiçik həcmli əsər ilk Azərbaycan hekayəsi sayılır. Hekayə şəriət sahəsində ad çıxarmış bir qazı ilə onu soymaq istəyən oğrunun mübahisəsi üzərində qurulmuşdur. Hekayədə həm qazı, həm də dini ayə və hədislərdən öz şəxsi mənafeyi üçün istifadə edən oğru tənqid olunur. Gecə öz bağına gedən qazı burada oğruyla rastlaşır. Gündüzlər qəddar və amansız olan qazı indi öz kölgəsindən belə qorxur, acizləşir. Oğru öz biliyi, ağlı və fərasəti ilə qazıya üstün gəlir, onu soyur. Əsərin sonunda qazı öz xoşu ilə qızını ona verir. Hekayənin dili, təsvir vasitələri, mükalimələri, bədii-psixoloji dialoqları canlı və təbii olub, xalq danışıq üslubuna yaxındır. Əvvəllər tərcümə əsəri olunan bu hekayənin müəllifliyi Əbdülqəni Xaşmaziyə və Vəli Ərəşiyə istinad edilmişdir.
Bund
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı. 1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarı ilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi. Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi. 1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu. == Mənbə == V.İ.Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251-252.
Duzə
Duzə-İranın Fars ostanının Cəhrom şəhristanının Siməkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 790 nəfər və 178 ailədən ibarət idi.
Fuad
Fuad (ərəb. فؤاد‎) — ərəb dilində "ürək" mənasını verən kişi adı. Bu adı olan tanınmış şəxslərFuad Poladov — Azərbaycan aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcılsənətkarlarından biri Fuad Aslanov — azərbaycanlı boksçu.Fuad ƏliyevFuad Əliyev (rejissor) — rejissor Fuad Əliyev (siyasətçi) — siyasətçi Fuad Əliyev (akademik) — kimya elmləri doktoru, professor, 2014-cü ildən AMEA-nın həqiqi üzvü (akademik).Fuad Hüseynzadə — jurnalist, yazıçı Fuad MustafayevFuad Mustafayev (ANS) — ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri sədri Fuad Mustafayev (siyasətçi) — BDU-nin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dekan müaviniFuad Qafarov — SSRİ Rəssamlar İttifaqının üzvü Fuad Seyidzadə — azərbaycanlı memar Fuad Süleymanov — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad QuliyevFuad Quliyev (siyasətçi) — Azərbaycan Respublikası Baş nazirinin birinci müavini (5 mart 1994 — 2 may 1995) Fuad Quliyev (həkim) — Azərbaycanlı onkouroloq.
GUID
GUID (Global unikal identifikator) (ing. Globally Unique Identifier) — 128-bitlik unikal identifikator. Onun başlıca özəlliyi, üst-üstə düşmə səbəbindən yaranan toqquşmalar təhlükəsindən çəkinmədən genişlənən servislər və tətbiqi proqramlar yaratmağa imkan verən bənzərsizlikdir. Hər bir ayrıca GUID üçün unikallığa zəmanət verilməsə də, bənzərsiz açarların ümumi sayı o qədər böyükdür ki, (2128 və ya 3.4028×1038) dünyada bir-birindən asılı olmadan üst-üstə düşən iki açarın generasiya olunması ehtimalı son dərəcə azdır. Bununla belə, üst-üstə düşmə halı olmuşdur: Windows 95 əməliyyat sistemində DOS-proqramların (.pif) və ZipMagic 2000 proqramının başlatma simgəsinin GUID-ləri üstə-üstə düşmüşdür. Mətndə GUID defislərlə qruplara bölünmüş və fiqurlu mötərizəyə alınmış 32 ədəd onaltılıq rəqəmdən ibarət sətir şəklində yazılır. Məsələn: {6F9619FF-8B86-D011-B42D-00CF4FC964FF} Java proqramlaşdırma dilinin ehtimalını hesablamaq üçün proqram: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kurd
Kürd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir. == Toponimikası == Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir.
Kuzə
Kuzə və ya Sənək— mayenin saxlanması üçün qulpu və lüləyi olan uzunsov qab. Çaydana oxşasa da ondan hündürdür. Kuzəni müxtəlif materiallardan, ilk növbədə gildən, şüşə və plastikadan düzəldirlər.
Lund
Lund — İsveçin cənubunda yerləşən şəhər. Şəhər Baltik dənizinin sahillərində meşə ilə əhatə olunmuş ərazidə yerləşir. Lund İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və ya Skone) bölgəsində yerləşir və ölkənin ən təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti gənc əhalidən ibarət olan şəhərdir.Lund İsveçin ən önəmli şəhərlərindən sayılan Malmönün yaxınlığındadır. Şəhər qədim tarixə sahibdir. X əsrə aid tarixi mənbələrdə şəhərin adı qeyd edilir. Şəhərdə ən qədim tikili Lund kilsəsi hesab edilir. Kilsə 1103-cü ildə inşa edilmişdir. Lund şəhəri daha çox Lund Universiteti ilə məşhurdur. 1666-cı ildən fəaliyyət göstərən ali təhsil mərkəzi Skandinaviyada və bütün dünyada yüksək təhsil verən ali məktəb kimi tanınır. == Tarixi == Lund şəhəri qədim tarixə malikdir.
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Mazda
Mazda — Mazda Motor Corporation və ya original adıyla Matsuda Kabushiki-kaisha, Hiroşima, Yaponiyanin avtomobil markası. == Tarixi == Mazdanın əsası Dzyudziro Matsuda (Jujiro Matsuda) tərəfindən 1920-ci ildə qoyulub. Şirkət yaradılarkən mantar (probka) ağacından inşaat materiallarının hazırlanması sahəsində fəaliyyət göstərirdi. 1920-ci illərdə motosikletlərin kiçik sınaq partiyasını buraxan şirkət 1929-cu ildə dəzgah istehsalına keçdi. Hətta 1930-cu ildə şirkətin istehsal etdiyi motosikletlər yarışlarda qələbə qazanmışdı. 1931-ci ildə şirkət sırf yapon üslubunda avtomobillərin istehsalına başladı. Bunlar 500 kubsantimetr həcmli mühərrikləri olan üçtəkərli yük avtomobilləri idi. Bu avtomobillər üçün ticarət markası kimi "Mazda" sözü seçildi. Bu, Zərdüşt dinində baş allahın – işıq allahının adı idi. Həm də bu ad şirkətin yaradıcısı Matsudanın adına bənzəyirdi.
Mazı
Mazı — adətən şüşə, gil, polad, plastik və ya əqiqdən hazırlanan kiçik kürəsəl obyektdir. == Oyunlar == === Tarix === === Oyun növləri === == Növləri == Mazıların müxtəlif növləri var və adları bölgədən bölgəyə dəyişir.
Muhu
Muhu (həmcinin Moon, Muhumaa; est. Muhu) — Estoniyanın sahəsinə görə Saaremaa və Hiyumaa adasından sonra sahəsinə görə üçüncü böyük adası. Adanın ümumi sahəsi 204 km² təşkil edir. Muhu Moonzund arxipelaqının tərkibinə daxil olan, Baltik dənizində yerləşən ada. == Coğrafiyası == Yaxınlığında yerləşən digər adalar kimi torpaq örtüyü olduqca kasıbdır. Belə ki, qum və çınqıldan təşkil olunmuşdur. Burada Tozağacı meşəsi və sahil xətdində isə qamışlıq yayılmışdır. Ən hündür nöqtəsi 24 metrdir. == Tarixi == Adanın dəniz dibindən qalxıb səthə çıxması 8000 min il öncəyə aiddir. Hal-hazırda belə proses davam edir.
Mulda
Mulda — eni və uzunluğu bərabər olan tektonik mənşəli çökəklik. Mulda sinklinal formalı izometrik və ya oval, az meyilli tektonik çökəklərin və ya onların hissələrinin ümumi adıdır. Mənşəyindən asılı olaraq mulda termininə uyğun izahedici sözlər əlavə olunur. Məsələn: sinklinal mulda; sinklinalın dibi dedikdə, izometrik və ya oval, daha cavan çöküntülərdən təşkil olunmuş sinklinalın mərkəzi hissəsi başa düşü­lür; çökmə mulda - müxtəlif səbəblərə görə Yer qabığının yuxarı hissələrində süxurların sıxlaşması nəticəsində (kəskin pozulmalar olmadan) səthdə əmələ gələn çökək; törəmə mulda - yer qabığında qeyri-düzgün, lakin adətən oval formalı dayaz çökək və b. Mulda dolduran çöküntülər adətən zəif dislokasiyaya uğrayır və əksər hallarda bucaq uyğunsuzluğu ilə daha qədim qatlar üzərində transqressiv yatırlar. Mulda nisbətən sakit tektonik rejim şəraitində əmələ gəlir. Məsələn: geosinklinal inkişafın sonuncu və geosinklinaldan sonrakı mərhələlərdə. Çad və Eyr göllərinin çuxurları muldadır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Muab
Moav, Moab və ya Muab (q.yəh. מוֹאָב‎,‏ yun. Μωάβ) — İordaniyanın qərbində, İsrail övladları qohum olan samidilli moavlıların yaşadığı tarixi vilayət. Əhdi-ətiqə görə, onlar İbrahimin qardaşı oğlu Lut və sonuncunun böyük qızının nəslindəndir. İsrail övladları kimi, moavlılar da avtoxton deyildilər. == İqtisadiyyat == Moavdan karvanların hərəkət etdiyi və beynəlxalq ticarətin aparıldığı iki yol keçirdi. Onlar qərbdən keçən "kral yolu" və səhradan keçən şərq yolu. Moav iqtisadi və mədəni cəhətdən sürətlə inkişaf etmişdir.
Mubi
Mubi — müstəqil filmləri izləməyə imkan yaradan onlayn striminq platforması və film şirkəti. Platforma kinosevərlərin dünyanın hər yerindən bilinməyən filmləri kəşf edə və qiymətləndirə biləcəyi bir məkan yaratmaq məqsədi ilə türk iş adamı və kino həvəskarı Efe Çakarel tərəfindən təsis edilmişdir. Mubi yalnız diqqətlə seçilmiş film kolleksiyasını nümayiş etdirərək özünü digər platformalardan fərqləndirir. Mubi-nin Kann Film Festivalı, Berlinale və digər nüfuzlu film tədbirləri ilə tərəfdaşlığı abunəçilərə başqa yerlərdə asanlıqla əldə olunmayan filmlərə baxmağa imkan verir.
Məad
İslam esxatologiyası və ya məad — lüğəti mənası qayıdış deməkdir. İslam inancına görə insanlar öldükdən sonra bir daha dirilib axirət aləminə qayıdacaqlar. Bu əqidə islam dininin zəruri məsələlərindən biridir. İnsan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət əbədi qalacağı cənnət və ya cəhənnəmə gedəcəkdir.
Məzə
Məzə (fars. مزه‎; türk. meze; ing. meze/mezze; yun. μεζές; serb. мезe / meze; bolq. мезе; mak. мезе; ərəb. مقبلات‎; alb. Meze) Yaxın Şərqdə, Balkanlarda və Mərkəzi Asiyanın bəzi bölgələrində kiçik həcmdə yemək növləridir.
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Börü (بُرى / 𐰋𐰇𐰼𐰃) sözü bütün türk dillərində müxtəlif formalarda işlənilir (büre, börö, böri və s.) və tarixdəki ən əski qaynağı 731-ci ildə ölən Kültəkinin qəbirüstü yazısıdır. == Qısa məlumat == Qurdlar yaz başları cütləşirlər. Boğazlıq müddəti 63–65 gündür. Qışda cütləşir, yazda küçükləyirlər, 5–6 bala doğurlar.
Əmud
Əmud, Gürz, Toppuz və ya şeşpər, düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Hüzn
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.