Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müdafiə
Bu məqalə hərbi əməliyyatlar haqqındadır. Digər variantlar Müdafiə (ümumi anlayış) məqaləsində verilib.[mənbə göstərin]Müdafiə — Silahlı Qüvvələrin müdafiə xarakterli hərbi əməliyyatlarını nəzərdə tutan fəaliyyəti. Rəqibin hücumunun qarşısını almaq, strateji əraziləri, mövqeləri və obyektləri əldə saxlamaq və hücuma keçmək üçün şərait yaratmaq üçün istifadə edilir. Müdafiə rəqib mövqelərin atəş zərbələrinə atəş zərbələri (nüvə muharibəsində nüvə zərbələri) ilə cavabı, quru, hava və dənizdən hücumun qarşısının alınmasını, düşmənin mövqeləri ələ keçirməsinin qarşısının alınmasını və hücuma keçən canlı qüvvə və texnikasının darmadağın edilməsini nəzərdə tutur. Müdafiə strateji, taktiki və operativ əhəmiyyətli ola bilər. Müdafiə əvvəldən hazırlanır və ya düşmən tərəfin hücumu zamanı təşkil edilir. Müdafiə əks tərəfin hücumunun qarşısının alınması ilə yanaşı hücum elementlərini də özündə birləşdirir. Bu əks cavabın verilməsi, əks hücumun həyata keçirilməsi, düşmənin mövqelərinin və bazasının dağıdılması və onun fəallığının aşağı salınması formasında ola bilər. Qədim dövrdə və orta əsrlərdə müdafiə üçün qalalardan və qəsrlərdən istifadə edilirdi. XIV—XV əsrlərdən etibarən orduların odlu silahlarla təchiz edilməsi ilə əlaqədər səhra müdafiə istehkamlarının qurulmasına başlandı.
Müşfiq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant)Bu təxəllüsü olan tanınmışlarMikayıl Müşfiq — Azərbaycan şairi.Yaşayış məntəqələriMüşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Kollektiv müdafiə
Kollektiv müdafiə və ya Hərbi blok - dövlətlərin siyasi, hərbi, iqtisadi və digər hərəkətlərinin inteqrasiyasını təmin edən, ümumi məqsədə çatmağa yönəlmiş hərbi-siyasi ittifaq formasıdır. Ümumiyyətlə sülh dövründə təşkil olunur. Daha yüksək səviyyədə təşkil olunmuş idarəedici və işçi orqanlara, müştərək silahlı qüvvələrə və idarəetmə sisteminə malik olurlar.
Müdafiə (futbol)
Müdafiə — futbolda vəzifəsi rəqib komandanın qapıya qol vurmasını əngəlləməkdir. == Libero == Libero, futbolda müdafiə ilə qapıçı arasında iştirak edən və süpürücü vəzifəsi boynuna götürən oyunçulara verilən ad. Azərbaycanca müdafiə ilə yarımmüdafiəçi arasında oynayan oyunçular üçün də ön libero termini istifadə edilməkdədir. Bu oyunçular əksəriyyətlə bir növ müdafiəçi xüsusiyyətlərinə malikdilər. Yüksək yarımmüdafiə oyunçularından ya da topu oyuna daxil edə bilərək müdafiə oyunçularından seçilir. == Mərkəz müdafiəçilər == Mərkəz müdafiəçilərinin vəzifəsi ,əsasən, orta hücumçuların qol vurmağının qarşısını kəsməkdir. Mərkəz müdafiəçiləri tez-tez başla oynamaq və yüksək boyları ilə qol vurmaq imkanına malik olduqları üçün küncdən zərbə və ya sərbəst vuruşda rəqibin cəza xətrinə gəlirlər. Belə oyunçulardan Fabio Kannavaronu, Paolo Maldinini, və Karles Puyolu misal gətirmək olar. == Cinah müdafiəçiləri == Cinah müdafiəçiləri əsasən hücuma qatılmaqlarıyla seçilirlər. Onların əsas cəhətləri sürət və dözümlükləriylə seçilirlər.
Müdafiə (hərbi)
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Müdafiə (şahmat)
Müdafiə — Şahmat termini. Hücum hərəkatına müqvimət göstərmək.
Müdafiə Partiyası
Müdafiə Partiyası — Azərbaycanın siyasi partiyalarından biri. == Tarixi == 1907-ci ilin mayında Tiflisdə yaradılmışdı. Partiyaya korpus topoqrafı podpolkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsas etibarilə, Qazax qəzasının və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılmasında Ağabəy Qiyasbəyov, Hacı Kərim Sanılı, A.Xəlilbəyov fəal iştirak etmişdilər. Müdafiə proqram sənədi kimi, Difai Partiyasının proqramını qəbul etmişdi. Partiyanın buraxdığı intibahnamələrdə bildirilirdi ki, o, "müsəlmanların bütün ictimai işlərinə qarışacaq, onların arasında birlik yaradacaq, maarif və mədəniyyət işlərinə qayğı göstərəcəkdir". Partiya öz tərəfdarlarını millətin azadlığı və ədalət uğrunda mübarizəyə çağırırdı. Partiyanın əsas diqqəti daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar çarizmin Azərbaycanın qərb qəzalarında yerləşdirdiyi kazak hissələrinin boykot edilməsinə yönəlmişdi. Müdafiə 1907-ci ildə Qazaxda yerləşdirilmiş hərbi hissələrə kömək göstərən əhaliyə xəbərdarlıq edərək, kazakların 1906-cı ildə azərbaycanlıların başına gətirdiyi müsibətləri onlara xatırladırdı.
Müdafiə divarı
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Müdafiə sənayesi
Müdafiə sənayesi — silahların, hərbi texnikanın və dövlətin silahlı qüvvələri (təhlükəsizlik qüvvələri) üçün digər mülkiyyətlərin işlənib hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını və utilizasiyasını həyata keçirən elmi-tədqiqat, sınaq müəssisələrinin, təşkilatların və sənaye müəssisələrinin məcmusundan ibarət dövlət sənaye sahəsi.
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Raketdən müdafiə
Rakdən müdafiə — düş mən döyüş raketlərinin aşkarlanması, izlənməsi, dayandırılması və məhv edilməsi ilə əlaqəli bir sistem, silah və ya texnologiyadır. Əvvəlcə nüvə başlıqlı qitələrarası ballistik raketlərə (ICBM) qarşı müdafiə olaraq hazırlanmış və daha sonra daha qısa mənzilli qeyri-nüvə taktiki raketlər daxil olmaqla genişləndirilmişdir.Bu cür hava hücumundan müdafiə sistemləri ABŞ, Rusiya, Çin, Hindistan, İsrail və Fransa tərəfindən hazırlanmışdır.
Sosial müdafiə
Sosial müdafiə — insanın fəaliyyətinə minimum təminatı təmin edilməsi üçün cəmiyyət və onun müxtəlif strukturları tərəfindən həyata keçirilən tədbirlər sistemi.
Müdafiə büdcəsi
Hərbi büdcə və ya hərbi xərclər, həmçinin müdafiə büdcəsi — dövlət tərəfindən silahlı qüvvələrin və ya müdafiə məqsədləri üçün vacib olan digər üsulların artırılması və saxlanması üçün ayrılmış maliyyə resurslarının məbləği. 2022-ci ilə qədər qlobal hərbi xərclər 2,3 trilyon ABŞ dollarını ötmüşdür. ABŞ-nin hərbi büdcəsi 877 milyard dollardır və o, bu sahədə liderdir. == Maliyyələşdirilmə == Hərbi büdcələr çox vaxt bir ölkənin ona qarşı təhdid ehtimalını və ya təxribat etmək istədiyi təcavüzün həcmini nə dərəcədə güclü şəkildə qəbul etdiyini əks etdirir. Bu, həm də qarşıdan gələn maliyyə ili üçün nə qədər maliyyələşmənin təmin edilməsi barədə fikir verir. Büdcənin ölçüsü həm də ölkənin hərbi fəaliyyəti maliyyələşdirmək qabiliyyətini əks etdirir. Faktorlara həmin ölkənin iqtisadiyyatının ölçüsü, həmin quruma qarşı digər maliyyə tələbləri və həmin qurumun hökumətinin və ya xalqının bu cür hərbi fəaliyyəti maliyyələşdirməyə hazır olması daxildir. Daxili hüquq-mühafizə orqanlarına və əlil veteranların reabilitasiyasına edilən xərclər ümumiyyətlə hərbi xərclərdən xaric edilir. Hərbi xərclərin bir ölkənin iqtisadiyyatına və cəmiyyətinə təsiri və hərbi xərcləri müəyyən edən şeylər siyasət elmində və iqtisadiyyatda diqqət çəkən məsələlərdir. Bu mövzularla bağlı mübahisəli tapıntılar və nəzəriyyələr mövcuddur.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Müşfiq Abbasov
Müşfiq Abbasov (tam adı: Müşfiq Dilqəm oğlu Abbasov; 7 iyul 1978, Bakı) — redaktor, prodüser, aktyor, ssenarist. == Həyatı == Müşfiq Abbasov 7 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub. Parni iz Baku KVN komandasının ssenaristlərindən biri olub. 2000-ci ildə Moskvada keçirilən "Onluğun turniri"ndə "Parni iz Baku" əsrin çempionu kubokunda MDB KVN komandalarının müəllifləri içində, 20-ci əsrin ən yaxşı zarafatının müəllifi diplomuna layiq görülüb. 2000-ci ilin sonunda onlar CoRaf tərəfindən təklif gəlir. 2001-ci ildə "Parni iz Baku" komandasının kapitanı rəhmətlik Anar Məmmədxanovun qərarı ilə, fəaliyyətini dayandırdıqdan sonra, Müşfiq CoRaf-ın təklifini qəbul etdi. Daha sonra "Bu şəhərdə" prodakşn kimi qeydiyyatdan keçdi. Sonra Müşfiq "Bu şəhərdə"nin formatını dəyişib, etdi konsert formatı. Müşfiq çörək mağazasında satıcı da işləyib, plastik qapı-pəncərə sexində menecer də, Neftbazada inspektor da, bir çox telekanallarda – redaktor, prodüser, ssenarist kimi də çalışmış, 5 filmin ssenarisini və 20 mahnının sözlərini yazmışdır. Ailəlidir.
Müşfiq Atakişiyev
Atakişiyev Müşfiq Cəmil oğlu (22 aprel 1966, Ağaməmmədli, İmişli rayonu) — iqtisad elmləri doktoru, professor. 2000-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru, AMEA İqtisadiyyat İnstitutu Müdafiə Şurasının üzvü, AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının baş redaktor müavinidir. == Həyatı == Müşfiq Atakişiyev 1966–cı ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Orta təhsilini orada bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1990-cı ildə həmin institutun "İqtisadçı mühəndis" fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, ali təhsilini başa vurduqdan sonra, təyinatla həmin fakültədə stajyor kimi saxlanılmışdır. Elmi fəaliyyətini davam etdirərək 1996–cı ildə "Neft qaz quyularının istehsal gücündən istifadənin səmərəliliyinin artırılmasının ehtiyat mənbələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1996-cı ildən "Neft və Qaz Sənayesinin İqtisadiyyatı" kafedrasında dosent vəzifəsində fəaliyyət göstərmişdir. 1999-cu ildə "Neftçıxarmada istehsal potensialından istifadənin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən Azərbaycan Ali Attestasiya komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür.
Müşfiq Borçalı
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. == Həyatı == Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib.
Müşfiq Bəktiyev
Müşfiq Abbas oğlu Bəktiyev (24 yanvar 2002; Corat, Sumqayıt, Azərbaycan — 27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Müşfiq Bəktiyev 24 yanvar 2002-ci ildə Sumqayıtın Corat qəsəbəsində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Müşfiq Bəktiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Müşfiq Bəktiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Müşfiq Bəktiyev 27 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşfiq Bəktiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşfiq Bəktiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Müşfiq Bəktiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Müşfiq Bəktiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Müşfiq Cəfərov
Müşviq Cəfərov (cüdoçu) — Beynəlxalq dərəcəli idman ustası. Müşfiq Cəfərov (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı.
Müşfiq Darbazlı
Çobanov Müşfiq Mədəd oğlu (22 yanvar 1970, Darbaz, Bolnisi rayonu) — Azərbaycan alimi, jurnalisti və universitet müəllimi. == Həyatı == Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə – Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub. O, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb. 1988-1989-cu illərdə əsgəri xidmət borcunu şərəflə yerinə yetirib. 1990-cı ildə Bakıya köçüb və Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az sonra məsul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə təyin olunub. 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib.
Müşfiq Hüseynov
Müşfiq Hüseynov (14 fevral 1970, Ağdam) — azərbaycanlı futbolçu. "Kəpəz", "Neftçi", "Qarabağ", MKT-Araz futbol klublarının oyunçusu olub. Azərbaycan çempionu və Azərbaycan kubokunun sahibidir. M. Hüseynov milli çempionatımızda 363 oyunda 141 qol vurub. "Qarabağ" klubunda məşqçilik karyerasına başlayıb. Azərbaycan milli futbol komandasında 3 oyun keçirib. == Həyatı == Müşfiq Hüseynov 14 fevral 1970-ci ildə Ağdamda anadan olmuşdur. Uşaq yaşlarından futbola həvəsi onu bu sənətə peşəkar yanaşmasına səbəb olmuşdur. == Karyerası == === Qarabağ === Müşfiq Hüseynov Qarabağ klubunda ilk oyununu 1989-cu ildə keçirib. Həmin ildə 28 dəfə meydana çıxan Hüseynov, 6 dəfə fərqlənib.
Müşfiq Hətəmov
Müşfiq Mürşüd oğlu Hətəmov (6 may 1969, Güllücə, Ağdam rayonu) — ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Space TV-nin sabiq direktoru (2021–2023), Azərbaycan Prodüserlər Gildiyasının sədri (2012–2022), Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Müşfiq Hətəmov 6 may 1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1976–1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987–1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir. == Fəaliyyəti == 1992–2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012–2022-ci illər aralığında Azərbaycan Prodüserlər Gildiyası sədri, 2021–2023-cü illərdə SPACE TV-nın baş direktoru olmuşdur.
Müşfiq Kərimov
Müşfiq Kərimov (2 iyul 1971, Laçın rayonu – 1994, Füzuli rayonu) — “İgidliyə görə” medalı ilə təltif edilmiş döyüşçü == Həyatı == Kərimov Müşfiq Bəhmən oğlu 2 iyul 1971-ci ildə Laçın rayonunun Suarası kəndində doğulmuşdur. Suarası kənd ibtidai məktəbini, 1988-ci ildə isə Səfiyan kənd orta məktəbini bitirmişdir. Sonra kolxozda işləmişdir. 9 iyul 1990-cı ildə ordu sıralarına çağırılmış və Sverdlovsk vilayətində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra Müşfiq 1992-ci ildə Laçın rayonuna qayıdaraq DİŞ-in polis batalyonunda post-patrul xidmətinin sıravi heyətinə işə qəbul edilmişdir. O, Səfiyan, Suarası, Xanalılar, Fərəcan, Güləbird kəndlərinin müdafiəsində və Daşkəsən rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə Laçın polisləri Füzuli rayonuna göndərilmişdir. Rayonun Horadiz, Yağlıvənd, Böyük Bəhmənli kəndləri uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdir. Baş serjant 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir.
Müşfiq Mecidov
Müşfiq Bayram oğlu Mecidov (8 mart 1997; Göylər, Şamaxı rayonu — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Müşfiq Mecidov 1997-ci il martın 8-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-2014-cü illərdə T.Kərimov adına 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Müşfiq Mecidov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə baş kəşfiyyatçı kimi iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşfiq Mecidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müşfiq Mecidov oktyabrın 8-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.
Müşfiq Ələsgərli
Ələsgərli Müşfiq Məşi oğlu (16 mart 1973, Əsədli, Cəlilabad rayonu) — Jurnalistlərin Həmkarlar İttifaqının sədri == Həyatı == 1973-cü il mart ayının 16-da Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani Aspirantura şöbəsini bitirib. 1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə "Olaylar" İnformasiya Agentliyində şöbə müdiri, 1998–2001-ci illərdə "Bu gün" qəzetində siyasət şöbəsinin redaktoru, 2002–2003-cü illərdə "Cümhuriyyət" qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb. 2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan Milli Komitəsinin layihəsi əsasında "Space" TV-də "Nəyi necə?" proqramının redaktoru olub. 1997-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən bu günə kimi JuHİ-nin sədridir. 2008 və 2013-cü illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədridir. Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (www.ifex.org) üzvüdür.