Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məlhəm
Məlhəm (Səlmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Məlhəm (Şamaxı) — Şamaxı rayonunda kənd. Məlhəm (dərman) — Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman.
Məsum
On dörd Məsum şiələrin inancına görə Məhəmməd peyğəmbər, Əmisioğlu Əli, qızı Fatimə onların 2 oğlu Həsən, Hüseyn və Hüseyn in 9 nəvəsinə deyilir. Şiələr onları məsum, yəni günahsız olaraq tanıyırlar .Bəzi rəvayətlərdə on dörd məsum Əhli-Beyt kimi də tanınır.
Bayatulla Məshud
Bayatulla Məshud (təq. 1973, Bannu dairəsi[d], Xayber-Paxtunxva – 5 avqust 2009, Vəziristan, Xayber-Paxtunxva) — Pakistan Təhriki Təlibanın şeyxi."Qurd" adı ilə bütün Pakistan və Əfqanıstanda məşhurlaşıb. == Həyatı == Beytullah Mehsud, 1970-ci illərin əvvəllərində, Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu bölgəsindəki Landi Dhok kəndində, Cənubi Vəziristan Agentliyindəki Mehsud tayfasının bazasından bir qədər məsafədə yerləşmişdir. Etnik bir pushtun, o, Mehsud qəbiləsinin Şabi Khel sublanının Broomi Khel tərəfdən salamladı və beş qardaşdan biri idi.Medianın diqqətindən yayındı və dini inancına uyğun şəkil çəkdirməkdən imtina etdi. Məktəbdə və ya dini mədrəsədə iştirak etməmişdir. 2004-cü ildə Nek Məhəmmədin ölümündən dərhal sonra böyük bir qəbilə başçısı olaraq ortaya çıxdı.Molla Dadullah da daxil olmaqla, beş Taliban komandirinin qatıldığı mərasimdə Beytullah Molla Ömərin Mehsud bölgəsinin valisi təyin edildi. Nek Məhəmmədin ölümündən sonra Abdullah Mehsud və Beytullah Mehsud hər ikisi Pakistan Talibanının hakimiyyəti uğrunda mübarizə apardılar. Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən edilən basqında Abdullah öldü və daha sonra varisi bomba partlayışında öldü, Qari Zain və Abdullah fraksiyasının digər üzvləri hücumlarda Beytullahın rol oynadığından şübhələndilər. Rəqabət Zeynuddin Abdullahın dəstəsinə rəhbərlik etdikdən sonra davam edirdi. Guantanamodan azad edilən ilk əsirlər arasında olan Taliban lideri Abdullah Mehsud, Beytullahın qardaşı olaraq təsvir edilmişdir.Digər mənbələr onların klançı və ya sadəcə ortaq olduqlarını iddia etdilər.İslam Online bildirir ki, Beytullah Abdullahın ikiqat agent olduğundan şübhələnirdi.
Məlhəm (Maku)
Məlhəm (fars. ملحم‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 187 nəfər yaşayır (38 ailə).
Məlhəm (Səlmas)
Məlhəm (fars. ملحم‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 405 metr təşkil edir. Məlhəm Urmiya şəhərindən 65 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4 576 nəfər. yaşayır.
Məlhəm (Şamaxı)
Məlhəm – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Burda yetişən ən böyük şairlərdən biri olararaq Əfzələddin Xaqani`ni rahatlıqla göstərə bilərik. Hal-hazırda Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən hesab olunur. Tarixdə Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olmuşdur. Burada mədrəsələr, məscidlər və elm ocaqları çoxdur. Elm ocaqları yerindən yeksan olub, hələ də onların qalıntıları gözlə görüləcək qədər asandır. == Mədəniyyəti == Mədəniyyəti heç təsəvvür edilməyəcək qədər zəngindir.Hələ də öz köhnə ata-baba adət ənənəsinə görə hərəkət edən yeganə kəndlərimizdən biridir.Hər bölgənin özünə məxsus mədəniyyəti vardır.Məlhəm kəndinin mədəniyyəti Azərbaycan`ın ən gözəl mədəniyyət ocaqlarından biri olaraq göstərilir.Hətta, adət ənənəsinə görə bu kənddə "Bəyin oğurlanması" adında kinofilm çəkilmişdir.Filmdə kəndin gözəl adət ənənələrindən biri olan toy mərasimi lentə alınmışdır Məşhur Bəyin oğurlanması (film, 1985) filmi Məlhəm kəndində çəkilib.
Mənsum İbrahimov
Mənsum İsrafil oğlu İbrahimov (1 oktyabr 1960, İmamqulubəyli, Ağdam rayonu) — xanəndə, Azərbaycan Respublikasının xalq artisti (2005), Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru. Konservatoriyanın Muğam kafedrasının müdiri (2023-cü ildən) == Həyatı == Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982–1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni Maarif" fakültəsində təhsil almışdır. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunmuşdur. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynayır. Milli opera tamaşalarında ikinci dərəcəli rollarla səhnəyə qədəm qoysa da, hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa etmişdir. Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların ifaçısıdır. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir.
Mənzum dram
Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri. Dramatik növün faciə və komediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb. Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.
Məşhur Məmmədov
Məşhur Məmmədov (4 oktyabr 1963, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin İntizam Komissiyasının üzvü. == Həyatı == Məmmədov Məşhur Şahbaz oğlu 04 oktyabr 1963-cü il də Masallı rayonunun I Yeddioymaq kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Neft və Kimya Universitetini bitirmişdir. == Fəaliyyəti == 1981–1983: Kalinovka (Viləş) kənd orta məktəbində laborant; 1991–1995: Masallı rayon Xarrad kooperativi; 1996–2011: Embawood şirkətinin təsisçisi və baş direktoru; 2011–2013: Embawood Gürcüstan şirkətinin baş direktoru; 2013–2015: Embawood şirkətinin təsisçisi və direktor müavini; 2015-hal-hazıradək: "Progress Construction" şirkətinin təsisçi və baş direktoru kimi fəaliyyət göstərmişdir. == İctimai-siyasi fəaliyyəti == 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Masallı rayon Təşkilatı Şura üzvü; Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri; Rusiya Azərbaycan İşgüzar şurasının üzvü; Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai şuranın üzvü; Azad Sahibkarlar Konfederasiyasının idarə heyətinin üzvüdür. == Təltifləri == Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Sərhəd Müdafiəsinin 100 illiyi" yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni təltif edilib == Ailəsi == Ailəlidir, 4 övladı və 5 nəvəsi var.
Məşhur azərbaycanlılar
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Məşhur azərilər
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Nəcib Məhfuz
Nəcib Məhfuz (ərəb. نجيب محفوظ‎; 11 dekabr 1911[…], Qahirə, Misir – 30 avqust 2006[…], əl-Cizə mühafəzəsi[d]) — Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988). == Həyatı == Müsəlman dünyasının ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, ərəb yazıçısı, dramaturq və ssenariçi Nəcib Məhfuz Qahirədə, məmur ailəsində doğulmuşdu. Yeddi uşağın böyüdüyü ailə dindarlığı və islam ehkamlarına dərindən bağlılığı ilə seçilirdi. Nəcib Məhfuz müsahibələrinin birində belə mühitdən yazıçı yetişəcəyini heç kəsin ağlına gətirməyəcəyini demişdi. O, 1934-cü ildə Qahirə universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Sonra təxminən qırx il Misirin müxtəlif nazirliklərində çalışmışdı. "Ağılsızlıq rüzgarı" (1938) adlı ilk hekayələr məcmuəsi ərəb cəmiyyətinin təzadlarından bəhs edirdi. Təxminən yetmiş il davam edən yaradıcılıq həyatı dövründə Nəcib Məhfuz 34 roman, 350-dən çox hekayə, 5 pyes və bir neçə film ssenarisi yazmışdı. Tovfiq əl-Hakimlə birlikdə o, ərəb ədəbiyyatının yenilənməsi prosesinin öncüllərindən idi.
Əkbər Məftun
Əkbər Məftun (ilk adı:Əkbər Qurban oğlu Əkbərov; 15 aprel 1912 – 14 sentyabr 1990) — şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1943), filologiya elmləri namizədi (1968), dosent (1975), Naxçıvan Əməkdar müəllimi, müharibə və əmək veteranı (1981). == Həyatı == Əkbər Qurban oğlu Əkbərov (Əkbər Məftun) 1912-ci il aprel ayının 15-də Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. O, 1921-1926-cı illərdə Naxçıvan şəhərində beş sinifli ibtidai məktəbdə təhsil almış, sonra 1926-1930-cu illərdə pedaqoji texnikumu bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əkbər Məftun 1930-1934-cü illərdə Nehrəm, Dırnıs, Əndəmic kəndlərində müəllim işləmişdir. 1934-1938-ci illərdə o, Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Bu illərdə Ə.Məftun eyni zamanda "Pioner" jurnalı redaksiyasında Bədii şöbə müdiri, "Azərbaycan pioneri" qəzeti və "Müəllimə kömək" jurnalı redaksiyasında ədəbi işçi, 1935-1941-ci illərdə Bakının 3 (6) nömrəli məktəbində müəllim işləmişdir. O, İkinci Dünya müharibəsinin ilk günlərindən sovet ordusu tərkibində Kerç uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 1941-1942-ci illərdə Hərbi xəstəxanada müalicədən sonra tərxis olunmuşdur. Əkbər Məftun sonralar Ordubad şəhər yeddiillik məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda "Ordubad işçisi" (indiki "Yeni Ordubad") qəzeti redaksiyasında məsul katib, redaktor, radio verilişləri qovşağında diktor, məsul katib, 1943-1954-cü illərdə M.S.Ordubadi adına şəhər Dövlət Dram Teatrında müvəqqəti müdir kimi çalışmışdır. Ordubad şəhər orta məktəbində ilk partiya təşkilatının katibi olmuş, 1953-cü ildə Ordubad rayon xalq Sovetinə deputat seçilmişdir. 1954-1959-cu illərdə o, S.Vurğun adına Ordubad orta məktəbində müdir işləmişdir.
Məftun Əhmədzadə
Məftun Seymur oğlu Əhmədzadə (2 fevral 1996; Evoğlu, Tərtər rayonu, Azərbaycan — 13 sentyabr 2022; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Məftun Əhmədzadə 2 fevral 1996-cı ildə Tərtər rayonunun Evoğlu kəndində Seymur Əhmədovun ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Məftun Əhmədzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində 18 ay sıravi əsgər kimi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə geri dönmüş, bir müddət polis orqanlarında çalışmışdır. Sonra "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına başlamışdır. Kursları bitirən Məftun Əhmədzadə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirirdi.2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir.
Fuad Məsum
Fuad Məsum (tam adı: Məhəmməd Fuad Məsum Həvrami; kürdcə:فوئاد مەعسووم ; ərəb. محمد فؤاد معصوم‎; 1 yanvar 1938, Köysancaq, İraq Kürdüstanı) — Kürd əsilli İraq dövlət xadimi. İraq Respublikasının 7-ci Prezidenti. Milliyyətcə kürddür. == Gəncliyi və təhsili == Məhəmməd Fuad Məsum Həvrami 1 yanvar 1938-ci ildə İraqın Süleymaniyə əyalətinin Koya şəhərində anadan olmuşdur. Ailəsi kürd olan Fuad Məsum Kürdüstanın din məktəblərində təhsil alıb. Bağdad Universitetində hüquq və şəriət dərsləri alan Fuad, 1958-ci ildə Əl-Əzhər Universitetində magistr təhsilini davam etdirmək üçün Misirin paytaxtı Qahirə şəhərinə getdi. 1968-ci ildə Bəsrə Universitetində professor kimi işləməyə başladı. 1975-ci ildə Əl-Əzhər Universitetində islam fəlsəfəsi doktoru adını aldı. == Siyasi fəaliyyəti == 1962-ci ildə İraq Kommunist Partiyasına daxil oldu.
Məsum Abbasov
Məsum Əkbər oğlu Abbasov (10 noyabr 1937, Yuxarı Əndəmic, Ordubad rayonu – 2019, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Tikinti Nazirinin müavini (1982–1987), SSRİ Əmək Veteranı (1988) və Əməkdar İnşaat Xadimi (1989). == Həyatı == Məsum Abbasov 1937-ci ilin 10 noyabr tarixində, Ordubad rayonunun Əndəmic kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub. 1962-ci ildə universiteti "İnşaat Mühəndisi" ixtisası ilə başa vurub. Həmin ildə, Məsum Abbasov Azərbaycan SSR Tikinti Nazirliyində (MinStroy) çalışmağa başlayıb və növbəti illərdə inşaat üzrə inspektor, baş inspektor və şöbə rəisi vəzifələrində xidmət edib. 1963-cü ildən bəri, Tikinti Nazirliyinin Həmkərlar İttifaqının üzvü olub. 1982-ci ildə, Məsum Abbasov Azərbaycan SSR Statistika Nazirliyinin rəhbərlər üçün xüsusi kursunu bitirdikdən sonra, Azərbaycan SSR Tikinti Nazirinin müavini və inşaat üzrə dövlət nəzarət-reviziya komissiyasının rəhbəri vəzifəsinə təyin edilib. 1988-ci ilin 30 dekabr tarixində, dövlət xidmətinə görə "Əmək Veteranı" medalı ilə təltif edilib. 1989-cu ildə, SSRİ "Əməkdar İnşaat Xadimi" fəxri adına layiq görülüb. 1988–1991-ci illər arasında, Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Baş İstehsalat Kommunal Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.
Məşum altılıq
Məşum altılıq (ing. Sinister Six) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə Hörümçək-adamın düşmənləri tərəfindən formalaşdırılmış komanda Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man Annual" komiksinin 1-ci sayında (yanvar 1964) görünmüşdür. Komanda Hörümçək adama ardıcıl məğlub olan əsas super cinayətkarlardan ibarətdir. Orijinal Məşum altılıq komandası Doktor Osminoq tərəfindən qurulmuşdur. Məşum altılıq Hörümçək adamın əsas düşmən komandasıdır. Komanda bir çox animasiya serialında və videooyunda görünmüşdür. == Nəşrolunma tarixi == Məşum altılıq komandası ilk dəfə "The Amazing Spider-Man Annual" komiksinin 1-ci sayında (yanvar 1964) görünmüşdür. == Bioqrafiya == === Orijinal komanda === Hörümçək adama ardıcıl üç məğlubiyyətdən sonra Doktor Osminoq mexaniki qollarından ayrı düşür və həbs olunur. Mexaniki qollar sərbəst şəkildə Doktor Osminoqu həbsxanadan xilas edir və Doktor Osminoq Hörümçək adamla yolları kəsişən hər bir supercinayətkara müraciət yollayır. Ancaq Kərkəs, Elektro, Ovçu Kreyven, orijinal Misteri və Qum-adam müraciətə cavab verirlər.
Medium
Medium - ruhlar aləmi ilə əlaqəyə keçə bildiyini və ölülər ilə canlılar arasında əlaqə qura bildiyini iddia edən şəxs. Azərbaycan dilinə Fransız dilindən keçən sözün mənşəyi Latınca medium (vasitəçi) sözünə dayanır.Spiritualizm terminologiyasında "dünyadakı bədənini tərk etmiş ruhlarla əlaqə quraraq onlardan aldıqları təsirləri müxtəlif təzahürlər halında dünyaya əks edən, ekstrasens baxımdan həssas şəxslərə (zehni mediumlar) və ya hər hansı bir ruhani əlaqə mövzusu olmadan paranormal fenomenlər ortaya qoya bilən xüsusi qabiliyyətlərə sahib şəxslərə (fiziki mediumlar) verilən ad" olaraq izah edilir. Bu izahdan da başa düşüləcəyi kimi bir mediumun paranormal bir fenomen ortaya qoymasında mediumun ruhundan başqa bir ruhun var olması şərt deyildir. Yəni mediumun ruhundan başqa bir ruhun mövzusu olmadığı meduimi təzahürlərin də olduğuna inanılır. Spiritualist anlayışa görə mediumluq qabiliyyətinə sahib olmaq bir hünər deyildir və spiritualist etik anlayışına görə şəxsin bu qabiliyyətini əsla yanlış yollarda və ya hər hansı bir məqsəd güdməklə istifadə etməməsi lazımdır. Neo-spiritualist terminologiyada mediumluq yalnızca ekstrasens həssas olmaqdan ibarət deyildir; medium, mediumluq haqqında bəs edən ədəb, məlumat və təcrübəyə sahib olmasıyla birlikdə, mediumluğun vəzifələrini, məsuliyyətlərini lazımi qədər bilən və tətbiq edən şəxsə deyilir. Həmçinin mediumun lazımi xüsusiyyətlərə sahib olması da bəs etmir; o xüsusiyyətlərə mediumu transa soxan və istiqamət verən operatorun da sahib olması lazımdır. == İdrak və iradə cəhətdən == Mediumluq mediumda dünyəvi idrak və iradənin görünüb görünməməsi baxımından üç qrupda ələ alınır: Medium etdiyi işləri idrak etdiyi kimi bunların öz iradəsi daxilində meydana gəldiyini bilir. İntuisiyal mediumluk bu qruba daxildir. Medium idraksız və öz iradəsiylə hərəkət etməyən kimi görsənir.
Meidum
Meidum (ing. Meidum) — Maidum və ya Maidum (ərəb. ميدوم) — Aşağı Misirdəki arxeoloji sahədir. İçərisində böyük bir piramida və bir neçə çiy kərpic mastabası var. Piramida Misirdə ilk düzbucaqlı piramida idi, lakin qədim zamanlarda qismən dağılmışdır . Ərazi indiki Qahirədən təxminən 62 mil (100 km) cənubda yerləşir. == Piramida == Meidumdakı piramida Coserdən sonra tikilmiş ikinci piramida hesab olunur və ola bilər ki, ilkin olaraq Üçüncü Sülalənin sonuncu fironu Huni üçün tikilib və Sneferu tərəfindən davam etdirilib. Qeyri-adi görünüşünə görə piramida Misir ərəbcəsində el-heram el-kaddaab - (Yalançı piramida) adlanır. İkinci genişlənmə orijinal pilləli piramida strukturunu əsl piramidaya çevirərək pilləkənləri əhəngdaşı üzlükləri ilə doldurdu. Birincisi, xarici təbəqə daxili təbəqələr kimi qaya deyil, qum əsaslıdır.
Meyham
Meyham-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Meyham-i Süfla (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Məşhur avşarlar (kitab)
Məşhur aşiqlər siyahısı
Dünya üzərində məşhur olan aşiqlərə işarə edir:
Yadulla Məftun Amini
Yadullah Məftun Amini (fars. یدالله مفتون امینی‎; 12 iyun 1926, Sayınqala, Qərbi Azərbaycan ostanı – 1 dekabr 2022, Tehran) — azərbaycanlı şair. == Həyatı == Yadulla Amini 1926-cı ildə Qərbi Azərbaycan ostanının Şahindej şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Təbriz şəhərində almışdır. Ali təhsilini almaq üçün Tehrana yollanmış və burada Tehran Universitetində hüquq təhsili almışdır. == Ədəbi fəaliyyəti == Məftun ləqəbi ilə şeirlər yazan Yadulla Amini ilk dövrlərdə farsca klassib üslubda şeirlər yazmışdır. 1980-ci illərdən etibarən Yadulla Amini ritmik olmayan və müasir üslublu şerlər yazmışdır. Fars dili ilə yanaşı azərbaycanca da şeirlər yazan Yadulla Amininin bu dildə ilk şeirlər toplusu Aşıqlı karvan adlanır.
Yadullah Məftun Amini
Yadullah Məftun Amini (fars. یدالله مفتون امینی‎; 12 iyun 1926, Sayınqala, Qərbi Azərbaycan ostanı – 1 dekabr 2022, Tehran) — azərbaycanlı şair. == Həyatı == Yadulla Amini 1926-cı ildə Qərbi Azərbaycan ostanının Şahindej şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Təbriz şəhərində almışdır. Ali təhsilini almaq üçün Tehrana yollanmış və burada Tehran Universitetində hüquq təhsili almışdır. == Ədəbi fəaliyyəti == Məftun ləqəbi ilə şeirlər yazan Yadulla Amini ilk dövrlərdə farsca klassib üslubda şeirlər yazmışdır. 1980-ci illərdən etibarən Yadulla Amini ritmik olmayan və müasir üslublu şerlər yazmışdır. Fars dili ilə yanaşı azərbaycanca da şeirlər yazan Yadulla Amininin bu dildə ilk şeirlər toplusu Aşıqlı karvan adlanır.
Məsum bəy Qayıbov
Məsum bəy Mirzə Məhəmmədqulu bəy oglu Qayıbov və ya Nikolay Dmitrieviç Qayibov (d. 1864, Şuşa, Rusiya imperiyası — ö. 1915, Tiflis, Rusiya imperiyası) — məşhur Qayıbovlar nəslinə mənsub olan hərbçi. Çar ordusunda xidmət etmiş və general-mayor rütbəsinə qədər yüksəlmişdir. == Həyatı == Məsum bəy Mirzə Məhəmmədqulu bəy oglu 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Bakı real məktəbini bitirəndən sonra orduda xidmət eetməyə başlamışdı. 1 sentyabr 1881-ci ildə siravı kadet kimi orduda xidmət etməyə başlayan Məsum bəyin ilk xidmət bölüyü II Konstantinovski Hərbi Məktəbi olmuşdur. 12 avqust 1883-cü ildə podporuçik rütbəsi ilə bu məktəbi bitirmiş və XIV Gürcüstan Qrenadier Alayında xidmət etməyə başlamışdır. 12 avqust 1887-ci ildən 28 aprel 1893-cü ilə qədər Leytenant rütbəsi ilə Mirzə Məsum bəy Qayıbov Qafqaz Hərbi Dairəsində xidmət etmişdir.
Məsum bəy Səfəvi
Cəmaləddin Məsum bəy Səfəvi — Səfəvilər dövlətinin vəziri. == Həyatı == Səfəvilər nəslindən olub, Şeyx Cüneydin nəticəsi idi. Onun barəsində ilk dəfə "Əhsən ət-təvarix"də 1546-1547-cü ildə Ərdəbil mütəvəllisi kimi məlumat verilir. O, həmin ildə adlı-sanlı əmirlər sırasında şahın qiyamçı qardaşı Əlqas Mirzə ilə danışıqlar aparmaq üçün Şirvana göndərilmişdi. Məsum bəy 1551-1552 -ci ildə qızılbaş dəstəsinin Ərcişə yürüşünə komandanlıq etmişdi. 1556-cı ildə Məsum bəy lələ kimi şahın oğlu Heydər mirzəyə təhkim olunmuşdu. Şahzadə İsmayılın Qəhqəhə qalasına salınmasının səbəbkarı o idi. == Vəkillik və Vəzirlik == Şahın əyanı, "vəkalət-i şah-i din-pənah" (vəkil) vəzifəsini tutan Məsum bəyin adı ilk dəfə 1559-1560-cı ildə, yəni Qazi Cahan vəzir vəzifəsindən kənar olunduqdan 10 il sonra çəkilir.İskəndər bəy Münşi göstərir ki, Məsum bəy Səfəvi "divan əmiri olub ali vəzarət vəzifəsinə yüksəldilmişdi" və şahdan daim rəğbət görürdü. Şərəf xan Bidlisi göstərir ki, Məsum bəy Səfəvi 1568- 1569-cu ildə vəzir vəzifəsindən istefa vermişdir. 1569-cu ildə Həccə gedərkən yolda Sultan Səlimin göstərişi ilə Suriya hakimi Dərviş paşanın adamları tərəfindən öldürülmüşdür.
Məsum kəndi (Çaldıran)
Məsum kəndi (fars. معصومكندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (8 ailə).
On dörd Məsum
On dörd Məsum şiələrin inancına görə Məhəmməd peyğəmbər, Əmisioğlu Əli, qızı Fatimə onların 2 oğlu Həsən, Hüseyn və Hüseyn in 9 nəvəsinə deyilir. Şiələr onları məsum, yəni günahsız olaraq tanıyırlar .Bəzi rəvayətlərdə on dörd məsum Əhli-Beyt kimi də tanınır.
Amomum medium
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Empetrum medium
Empetrum nigrum (lat. Empetrum nigrum) — erikakimilər fəsiləsinin empetrum cinsinə aid bitki növü. == Sinonim == Chamaetaxus nigra (L.) Bubani Empetrum crassifolium Raf. Empetrum medium Carmich. Empetrum nigrum f. ciliatum Jordal Empetrum nigrum f. cylindricum Lepage Empetrum nigrum subsp. nigrum Empetrum nigrum var. nigrum Empetrum nigrum f. nigrum Empetrum procumbens Gilib.
Linum medium
Linum medium (lat. Linum medium) — zəyrəkkimilər fəsiləsinin kətan cinsinə aid bitki növü.
Trifolium medium
Trifolium medium (lat. Trifolium medium) — paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Zingiber medium
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.