Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. == Meşəlik faizi ən çox harda yayılıb == Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. == Meşəlik faizi orta dərəcədə olan ərazilər == Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Meşəlik qurucası
Meşəlik qurucası (lat. Gnaphalium sylvaticum) - quruca cinsinə aid bitki növü.
Meşəlik yastıqotu
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Sinonimləri == Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Meşəlik əməköməcisi
Meşəlik əməköməcisi (lat. Malva sylvestris) — əməköməcikimilər fəsiləsinin əməköməci cinsinə aid bitki növü. == Xalq təbabətində istifadəsi == Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.
Meşəlik əsməsi
Meşəlik əsməsi (lat. Anemone sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Mərəlik
Mərəlik (əvvəlki adı: Maralıq) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Maralıq kəndi Mərəlik kəndi adlandırılmışdır. == Toponimikası və tarixi == Düzənlikdir. Oykonim ərəb dilindəki əra (otlaq, örüş) sözündən və -lıq yer məkan bildirən şək-dən ibarət olub, örüş yeri, otlaq yeri mənasındadır. == Əhalisi == Əhalisi 222 nəfərdir.
Sərtlik
Sərtlik — tətbiq edilmiş qüvvənin təsiri altında cismin öz forma və ölçülərinin dəyişilməsinə müqavimət göstərmə qabiliyyəti.Tamamlayıcı anlayış əyilgənlik və ya elastiklikdir: cisim nə qədər elastikdirsə, o qədər az sərtliyə malik olur. == Hesablamalar == Cismin sərtliyi ( k {\displaystyle k} ) elastik bir cismin deformasiyaya qarşı göstərdiyi müqavimətin ölçüsüdür. Bir sərbəstlik dərəcəsinə (SD) malik elastik cisim üçün (məsələn, çubuğun uzanması və ya sıxılması) sərtlik aşağıdakı kimi müəyyən edilir: k = F δ {\displaystyle k={\frac {F}{\delta }}} burada F {\displaystyle F} cismə tətbiq olunan qüvvə δ {\displaystyle \delta } isə qüvvənin eyni sərbəstlik dərəcəsi boyunca yaratdığı yerdəyişmədir (məsələn, uzanan yayın uzunluğunun dəyişməsi)Beynəlxalq Vahidlər Sistemində sərtlik, adətən, metrdə nyutonla ( N / m {\displaystyle {\displaystyle N/m}} ) ölçülür. İmperial vahidlərində sərtlik, adətən, bir düymdə funtla ölçülür. Ümumiyyətlə, elastik cisimdə sonsuz kiçik elementin (nöqtə kimi baxılır) əyilmələri (və ya hərəkətləri) çoxsaylı SD (bir nöqtədə maksimum altı SD) boyunca baş verə bilər. Məsələn, üfüqi dayaq üzərindəki bir nöqtə, deformasiya edilməmiş oxa nəzərən həm şaquli yerdəyişməyə, həm də fırlanmaya məruz qala bilər. M {\displaystyle {\displaystyle M}} sərbəstlik dərəcəsi olduqda nöqtədəki sərtliyi təsvir etmək üçün M × M {\displaystyle {\displaystyle M\times M}} matrisindən istifadə edilməlidir. Matrisdəki diaqonal şərtlər eyni sərbəstlik dərəcəsi boyunca birbaşa əlaqəli sərtliklərdir (və ya sadəcə sərtliklər), diaqonaldan kənar şərtlər isə iki fərqli sərbəstlik dərəcəsi (eyni və ya fərqli nöqtələrdə) arasındakı birləşmə sərtlikləridir. iki fərqli nöqtədə eyni sərbəstlik dərəcəsi. Sənayedə təsir əmsalı termini bəzən birləşmə sərtliyinə istinad etmək üçün istifadə olunur.
Xəstəlik
Xəstəlik (lat. morbus) və ya Sayrılıq — morfoloji, yaxud funksional dəyişiklik nəticəsində orqanizmin normal həyat fəaliyyətinin pozulması. Xəstəlik xarici amillərin (fiziki, kimyəvi, bioloji, psixoken, sosial və s.) orqanizmə təsirindən törənir. Xəstəlik haqqında bir sıra fərziyyələr mövcuddur. Hippokrata görə xəstəlik orqanizmdə olan dörd əsas mayenin: qan, selik, sarı və qara (venoz qan) ödün qeyri-düzgün qarışığından əmələ gəlir. Müasir baxımdan xəstəlik əmələ gəlməsində bir sıra xarakterik xüsusiyyətlər mövcuddur: xarici (insanlar üçün, əsasən, sosioloji) və etioloji amillər, orqanizmin müdafiə qabiliyyəti (insanlarda psixoken amillər də böyük rol oynayır) və s. Xəstəlikdən təcrid olunmuş orqan və toxuma yoxdur. Hər hansı bir xəstəliyə bütün orqanizm qoşulur. Xəstəlik aşağıdakı mərhələlərlə keçir: gizli dövr (bu dövr bir neçə saniyədən bir neçə ilə qədər çəkə bilər) prodromal dövr (ilkin əlamətlərin əmələ gəldiyi dövr) tam inkişaf dövrü sağalma dövrü.Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır. Xəstəliyin müasir təsnifatını yaratmaq nəzəri və praktik tibbin mühüm məsələlərindəndir.
Mənlik
Mənlik; öz varlıq, bir kimsəni şəxsi edən şey, onu başqalardan ayıran əsas şey, özlük olaraq fərqli biçimlərdə tanıla bilinən bir anlayışdır. Daha geniş anlamda isə mənlik, özünə olaraq "mən"in obyekt olan "mən" haqqında düşünməsi olaraq ifadə ediləbilər. == Etimologiya == "Mənlik", türkcə "Benlik", rusca "Самость" sözləri almanca Selbst sözünün hərfi tərcümələridir.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Leykemiya (xəstəlik)
Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur. Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür.
Nefrit (xəstəlik)
Nefrit (yun. νεφρός — böyrək) — müxtəlif etiopatogenezi, hər birinin özünəməxsus patomorfoloji və klinik xüsusiyyətləri olan böyrəklərin iltihabı xəstəlikləri qrupu. Nefrit böyrəklərdə glomeruli, borucuqları və ya interstisial böyrək toxumasını əhatə edən yerli və ya diffuz proliferativ və ya destruktiv proseslərə aiddir.Mənşəyinə görə ilkin nefrit (böyrəklərin ilkin patologiyası) və ikincili nefrit (başqa patoloji proseslə əlaqədar yaranan - şəkərli diabet, amiloidoz, birləşdirici toxuma sistemli xəstəlikləri, miyeloma xəstəliyi və s.) fərqlənir. == Növləri == Qlomerulonefrit İnterstisial nefrit (və ya tubulo-interstisial nefrit) böyrək borucuqları arasındakı boşluqların iltihabıdır. == Səbəbləri == Nefrit tez-tez infeksiyalar və toksinlərdən, lakin ən çox böyrəklər kimi əsas orqanlara təsir edən otoimmün xəstəliklərdən qaynaqlanır. Pielonefrit — böyrəklərdə sidik yollarının infeksiyası nəticəsində yaranan iltihab. Lupus nefrit, immun sistemi xəstəliyi olan sistemik lupus eritematosusun (SLE) səbəb olduğu böyrəklərin iltihabı. İdman nefriti ağır idman nəticəsində baş verən nefritdir. Məşqdən sonra qanlı sidik, qırmızı qan hüceyrələrinin zədələnməsi və onların yırtılmasına səbəb olan və hemoglobinin sidikdə ifraz olunmasına səbəb olan gedişli hemoglobinuriya ilə də bağlı ola bilər. == Simptomları == Nefrit iltihablı hüceyrə proliferasiyası ilə yumaqcıq quruluşunu pozaraq glomerular zədələnməyə səbəb ola bilər.
Qızılca (xəstəlik)
Qızılca — xəstəlik. == Əlamətləri == Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca virusu - Palynosa morbillarum strukturuna və bioloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkilidir. Təbii şəraitdə yalnız insanlar xəstələnirlər. 56C də virus 2 - 3 dəqiqəyə məhv olur.Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı daha həssasdır. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, 1 yaşdan 4 - 5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir. Əgər ana qızılca keçiribsə 3 aylığa qədər bir qayda olaraq, uşaqlarda analarından keçmiş passiv immunitetin olması ilə əlaqədar qızılca ilə xəstələnmirlər. Passiv immunitet uşağın yaşı artdıqca azalır, 9 aydan sonra isə itir. Əgər ana qızılca keçirməyibsə körpədə ilk günlərində də qızılcaya yoluxa bilər. Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı,papulyoz-ləkəli səpkilərə səbəb olur.
Xərçəng (xəstəlik)
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Xəstəlik tarixi
Xəstəlik tarixi — müalicə-proflaktika müəssisəsinə müraciət edən hər bir şəxs üçün yazılan əsas tibbi sənəd. Xəstəlik tarixində xəstənin familiyası, adı, atasının adı, yaşı, ailə vəziyyəti, ixtisası, keçirdiyi xəstəliklər, hazırkı vəziyyəti haqqında məlumat, aparılan müalicə və müayinələrin nəticələri qeydə alınır. Xəstəxanadan çıxdıqda, yaxud başqa müalicə müəssisəsinə keçdikdə, habelə ölüm hallarında müalicə edən həkim xəstəyə ümumi nəticə - epikriz veriri.Xəstənin vəziyyəti və xəstəliyin gedişi haqqındakı məlumatlar poliknikada, həkimin qəbuluna gəldikdə (xəstəxanada hər gün) xəstəlik tarixinə yazılır. Xəstəlik tarixi xəstəyə nəzarət edən bütün həkimlərə düzgün müalicə-profilaktik tədbirlər aparmağa imkan verir. Bəzi hallarda məhkəmə və tibbi-ekspertiza zamanı xəstəlik tarixindən sənəd kimi istifadə edilir. Ölüm hallarında pataloji-anatomik meyityarma əsasında protokol tərtib edilir.
İrsi xəstəlik
İrsi xəstəlik — Ana atadan uşağa "irsi" olaraq keçən xəstəliklərə verilən addır. İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox şahid olunur. Bu xəstəliklərə 2007-ci ildə doğulmuş 'Ayşarlı Aytacı' misal göstərmək olar. Karlıq, korluq, zehni zəiflik, şizofreniya, cinsi inkişafın, boyun ləngiməsi, skelet pozğunluqları, şəkərli diabet, hipertoniya xəstəliyi, bronxit, bir sıra allergik xəstəliklər, ateroskleroz, xora xəstəliyi, epilepsiya, böyrək patologiyaları, sonsuzluq, keçəllik və bir çox digər xəstəliklərə də irsi meyllilik mövcuddur.İrsi xəstəliklər çoxşaxəlidir: Bu xəstəliklərin başlıca səbəbi qohum nikahlar və tibbi müayinədən keçmədən evlənən cütlüklərdir. Çünki qan analizi nəticəsində irsi genetik xəstəlikləri olan gələcək valideynlərin evlənməsi tibbi nöqteyi-nəzərdən yolverilməzdir. Doğulan şikəst uşaqların əksəriyyəti bu evliliklər nəticəsində dünyaya gəlir. Maraqlısı budur ki, belə ailələrdə 3-4 uşaq şikəst olaraq doğulduqdan sonra məsələdən xəbərdar olurlar ki, bu xəstəliyin səbəbkarı ya ana, yada atadır. Bəzən şikəst doğulan uşaqların cərrahiyyə üsulu ilə müalicəsi tamamilə mümkün olur. Ancaq yenə də xəstəyə həkim nəzarəti mütləq olmalıdır. Bir çox irsi xəstəliklərin inkişaf etməsinə səbəb olan mutasiyalar xromosom səviyyəsində deyil, genlər səviyyəsində baş verir.
Degenerativ xəstəlik
Degenerativ xəstəlik toxuma və ya orqanlara təsir edən və zamanla daha da pisləşən degenerativ hüceyrə dəyişikliklərinə əsaslanan davamlı prosesin nəticəsidir.Neyrodegenerativ xəstəliklər zamanı mərkəzi sinir sisteminin hüceyrələri fəaliyyətini dayandırır və ya neyrodegenerasiya nəticəsində ölür (məsələn, altsheymer xəstəliyi). Degenerativ xəstəliklərin digər iki ümumi qrupu qan dövranı sisteminə təsir edənlər (məsələn, koronar arteriya xəstəliyi) və neoplastik xəstəliklərdir (məsələn, xərçəng xəstəliyi).Bir çox degenerativ xəstəliklər mövcuddur və bəziləri yaşlanma ilə əlaqələndirilir. Bəzən bu cür xəstəliklərin əsas və ya qismən səbəbi genetikadır. Beləliklə, bəziləri Hantinqton xəstəliyi kimi açıq-aydın irsi xarakter daşıyır. Bəzi səbəblərə isə viruslar, zəhərlər və ya digər kimyəvi maddələr aiddir. Səbəbi məlum olmayan xəstəliklər də mövcuddur.Bəzi degenerativ xəstəliklər müalicə edilə bilər. Mümkün olmayanlarda simptomları yüngülləşdirmək mümkün ola bilər.
Neyrodegenerativ xəstəlik
Neyrodegenerativ xəstəlik, neyrodegenerasiya kimi tanınan prosesdə neyronların strukturunun və ya funksiyasının proqressiv itkisi nəticəsində yaranır. Belə bir neyron zədələnməsi nəticədə hüceyrə ölümünə səbəb ola bilər. Neyrodegenerativ xəstəliklərə yan amiotrofik skleroz, dağınıq skleroz, parkinson xəstəliyi, altsheymer xəstəliyi, hantinqton xəstəliyi, çoxsaylı sistem atrofiyası və prion xəstəlikləri daxildir. Neyrodegenerasiya beyində molekulyardan tutmuş sistemə qədər bir çox müxtəlif səviyyələrdə neyron dövrələrdə müşahidə oluna bilər. Neyronların mütərəqqi degenerasiyasını geri qaytarmaq üçün heç bir məlum yol olmadığı üçün bu xəstəliklər sağalmaz hesab olunur; lakin tədqiqatlar göstərmişdir ki, neyrodegenerasiyaya kömək edən iki əsas amil oksidləşdirici stress və iltihabdır. Biotibbi tədqiqatlar bu xəstəliklər arasında atipik zülal birləşmələri (proteinopatiya kimi) və induksiya edilmiş hüceyrə ölümü də daxil olmaqla hüceyrəaltı səviyyədə bir çox oxşarlıqlar aşkar etmişdir. Bu oxşarlıqlar bir nörodegenerativ xəstəliyə qarşı terapevtik irəliləyişlərin digər xəstəlikləri də yaxşılaşdıra biləcəyini göstərir. 2019-cu ildə dünya üzrə 55 milyon insanın demans xəstəliyinə tutulduğu və bu rəqəmin 2050-ci ilə qədər 139 milyon insana çatacağı təxmin edilir.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur.Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir. O, daha öncə yüzdən artıq yaşının olduğunu söyləmişdir.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Münşi əl-məmalik
Münşi əl-məmalik —"Dövlət katibi", şah şurasının üzvü və sərəncamında xeyli mirzə ştatı olduğuna görə, münşi əl-məmalik nüfuzlu əyan idi. O vaqiyə-nəvislə (məclis-nəvis) yanaşı şahın yazışmasının bir hissəsini idarə edirdi. Bu iki vəzifə arasında funksional fərq görmək çətindir. Vaqiyənəvis dövlət şurası (məclisi-i əla) iclaslarını sənədləşdirir, arxivi nizama salırdı. O, sarayın tarixşünası, şahın şəxsi katibi idi,şahın yerli hakimlər və xarici dövlətlərlə yazışmasını təşkil edirdi. Münşi əl-məmalik və onun mirzələri şahın bütün məktublarında (pərva nəcət), fərmanlarda və digər rəsmi sənədlərdə müəyyən olunmuş tuğraları yerinə yetirirdilər.İsgəndər bəy Münşi dövrünün tanınmış münşi əl-məmaliklərindən aşğıdakıların adlarını çəkir: Məhəmmədi bəy Təbrizi Keçəçi, Mirzə Məhəmməd, Qazi Abdulla Cüveyni, Xacə Əlaəddin Mənsur.Onların hamısı şaha yaxın olan saray adamları sırasından çıxmışdı. “Təzkirət əl-Mülük” göstərir ki, münşi əl-məmalik ilk Səfəvilər dövründə böyük nüfuza malik olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı ,”Şərq-Qərb”,2007, 344 səh.
Müstövfi əl-məmalik
Müstövfi əl-məmalik (fars. مستوفی‌الممالک‎; vilayətlərin xəzinədarı) — Elxanilər dövründən Qacarlar dövrünədək İranda maliyyə idarəsinin rəhbəri. Ehtimal etmək olar ki, mülki idarə aparatının başçısı olan vəzirin nəzarəti altında işləyirdi. "Allahın mühafizə etdiyi vilayətlərin" (məmalik-i məhrusə) ərazisində "divan-i məmalik" idarələrinin bütün maliyyə əməliyyatları, onların əyalət nümayəndələrinə (ümmal) göndərdikləri yazılı təlimatlara müvafiq olaraq həyata keçirilirdi. İdarə vergi aparatının işinə, dövlət büdcəsinin tərtib edilməsinə rəhbərliyi həyata keçirir, vergi siyahılarını təsdiq edirdi.Bəylərbəyilərin tiyul və digər mükafatları, vəzirlərin, müstövfilərin və kələntərlərin maaşları (rüsumat), mülki və hərbi şəxslərin məvacibləri onun təsdiqləməsi və möhürü olmadan verilmirdi. İsgəndər bəy Münşinin məlumatına görə, I Təhmasibin dövründə "divan-i əlanın böyük müstövfilərindən" məlum olan on nəfərin yeddisi müstövfi əl-məmalik, ikisi də "müstövfiy-i bəqayə" "vergi borcları üzrə xəzinədar" idi.Aşağıdakılar müstövfi əl-məmalik olmuşlar: Mir Məsud Curbadqani Xacə Hüseyn Xacə Qiyasəddin Əli Xacə Qasım Nətənzi Xacə Məlik İsfahan Mir Qiyasəddin Mahmud İsfahani Mirzə Şükrulla İsfahani.Onların içərisindən daha məşhur olanı yerli əyanların nümayəndəsi, "riyaziyyat qanunlarında və hesab kitablarının aparılmasında mahir" (qanun-i hesabdani və elm-i siyaq) olan, şahın hüsn-rəğbətini qazanmış Xacə Qasım Nətənzi idi. Mir Qiyasəddin Mahmud bu vəzifədə az işlədi və tezliklə işdən azad edildi. Müəyyən dövrdə xəzinədar vəzifəsi "əlahəzrət dəftərxanasının mirzələri (avaracanəvisan-i dəftərxane-yi hümayun)" arasında bölüşdürüldü. "Onlardan hər biri öz idarəsinin müstövfisi idi". Sonra Mir Qiyasəddin Mahmud yenidən vəzifəyə təyin edildi və bu dəfə uzun müddət ərzində öz vəzifəsini yerinə yetirdi.
Bağ Məlik
Bağ Məlik — İranın Xuzistan ostanının şəhərlərindən və Bağ Məlik şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,844 nəfər və 4,025 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Dizəc Məlik
Dizəc Məlik (fars. ج ملک‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı, Üzümdil mahalı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,123 nəfər yaşayır (238 ailə).
Məlik-Aslanovlar
Məlikaslanovlar - Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. == Soyun yaranması == Məlikaslanovlar soyu Tuğ kəndindən olan Məlikyeqanovlar, Məlikabbasovlar kimi Məlik Yeqanın soyundan törəmişdir.1836-cı ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin ləğv edilərək qriqoryan kilsəsinin tabeçiliyinə verilməsi ilə Azərbaycan ərazisində (əsasən, Dağlıq Qarabağda) yaşayan aborigen xalq - albanlar seçim qarşısında qaldılar; onlar ya dini mənsubiyyətlərini rəhbər tutaraq qriqoryan dəsti-xətti ilə erməniləşməli, ya da etnik mənsubiyyətlərini əsas tutaraq ətrafda yaşayan türklərə qarışmalı idilər. Belə vəziyyətdə bəzi albanlar birinci yolla, bəziləri isə ikinci yolla hərəkət etdilər. Həmin dövrdə Qarabağda öz nüfuzu ilə seçilən alban kökənli Məlik Yeqan və onun ailəsi ikinci yolu seçənlərdən oldu. Beləcə onun sonrakı törəmələri də alban kökənli - Məlikyeqanovlar və Məlikabbasovlar kimi tanınmağa başladılar. == Soyun tanınmış nümayəndələri == Fərhad bəy Məlikaslanov Xudadad bəy Məlikaslanov - ADR-in Dəmir yol və Rabitə naziri, ictimai-siyasi xadim. Firudin bəy Məlikaslanov — Qarabağ atlı alayının zabiti, mülkədar. Abdulla bəy Məlikaslanov - Cəbrayıl qəza maarif şöbəsinin baş müfəttişi Püstə Məlikaslanova - Tibb elmləri doktoru, professor. Ramiz Məlikaslanov - dirijor. Azәrb.
Məlik-Yeqanovlar
Məlik-Yeqanovlar - Azərbaycanda yaşayan alban əsilli bir qolu qriqoryanlığı qəbul etməklə erməniləşmiş , digər qolu isə islamlaşma və türkləşmə nəticəsində azərbaycanlılaşmış zadəgan sülaləsi. Azərbaycanda Stalin repressiyaları dövründə Məlik-Yeqanovlar ailəsinin bir çox üzvləri “Vətən xaini” damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov və s. ilə əvəz etməyə məcbur olmuşlar. == Soyun yaranması == Məlik Yeqan Məlik-Yeqanovların, Məlik-Aslanovların və Məlik-Abbasovların ulu babası hesab edilir. == Soyun tanınmış nümayəndələri == Cavad bəy Məlik-Yeqanov - Bakı və Lənkəran şəhərlərinin general-qubernatoru === Sülalənin erməniləşmiş nümayəndələri === Məlik Aram — Dizaq mahalının II məliki. Bağdad bəy Məlikyeqanlı — Qarabağın erməni məliklərindən. Qaqik Azatoviç Yeqanyan - tibb elmləri professoru, Ermənistanın baş terapefti.
Məlik Adi
Məlik Adi — Dövlət qarşısındakı xidmətlərinə və sədaqətinə görə 1607-ci ildə I Şah Abbasın xüsusi fərmanı ilə Buduq kəndinin sahibi olmuşdur.
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. == Həyatı == Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lоri qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sоnra, 1744-cü ildə Dizağın məliyi оlur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq еtməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat еtmişdir. == Ailəsi == Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanеs bəy adlı оğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" еlmi-kütləvi dərgi, 2011, №3, səh.23-34.
Məlik Ağamalov
Məlik Arif oğlu Ağamalov — Qərbi Avropa ənənələri altında, Barokko üslubunda, əsasən natürmort janrında işləyən rəssam, Azərbaycanın əməkdar rəssamı (2015). == Həyatı == 1962-ci ildə Bakıda rəssam ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşması və, təbii, özünün şəxsiyyət kimi yetkinləşməsi Rəssamlar İttifaqının üzvü olan yaxın qohumları ilə sıx ünsiyyət şəraitində keçirdi. Orta məktəbi bitirdikdən sonra rəssam 1978-ci ildə Ə.Əzimadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, daha sonra isə 1982-ci ildə o, ciddi seçmə imtahanlarından müvəffəqiyyətlə çıxıb Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsinə professor Tahir Salahovun yaradıcılıq emaltxanasına qəbul olundu. Xarici ölkələrdə səfərlərdə olması onun yaradıcılığına bilavasitə təsir edir. Təşkil ounan bir çox sərgilərin iştirakçısı olur. 1997-ci ildə Məlik Ağamalov Azərbaycan Rəssamlar İttifaqına daxil olur və yenidən qrup sərgilərində iştirak etməyə başlayır. Muzeyimizdə rəssamın “Mantis” (kətan, yağlı boya), “Oyun-3” (kətan, yağlı boya) adlı əsərləri nümayiş olunur. Məlik Ağamalov Azərbaycanın müasir sənətinin "intellektual qanadı"nın əsas fiqurlarından hesab olunur. O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır.
Məlik Dadaşov
Məlik Yusif oğlu Dadaşov (7 iyun 1924, Bakı, Azərbaycan SSR – 2 dekabr 1996, Bakı) — Azərbaycan teatr və kino aktyoru. Azərbaycan SSR xalq artisti (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Əsasən mənfi rolların ifaçısıdır. == Həyatı == Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Meşəli
Meşəli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Meşəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Meşəli (Goranboy) — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Avropaya meyllik
Avropaya meyllik ( Avropa ittifaqçılığı ) - Avropaya inteqrasiya və Avropa İttifaqını genişləndirmək məqsədlərini güdən siyasi konsepsiyadır.Bu konsepsiya Avropa Birləşmiş Ştatlarının yaradılmasına can atan avro-federalistlər tərəfindən dəstəklənir. Əks mövqe Avropa inteqrasiyasına şübhə ilə yanaşan və ya mənfi münasibəti olan Avropa skeptisizmidir. Daha ümumi termin " anti-Avropaçılıq "dır. == Avropayönlü siyasi partiyalar == DIEM25Volt Avropa === Avropa İttifaqında === Avstriya: Avstriya Xalq Partiyası, Avstriya Sosial Demokrat Partiyası, Yaşıllar (Avstriya), NEOS - Yeni Avstriya və Liberal Forum Belçika: İslahat Hərəkatı, Açıq Flaman Liberalları və Demokratları , Sosialist Partiyası (Belçikanın Fransız İcması), Xristian Demokratlar və Fleminqlər, Ekolo, Yaşıllar (Belçika), Vooruit, Les Engagés, Bolqarıstan: Demokratik Qüvvələr Birliyi, Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar, Güclü Bolqarıstan üçün Demokratlar, Hüquq və Azadlıqlar Hərəkatı, Birləşmiş Xalq Partiyası, Bolqarıstan Vətəndaşlar üçün, Belə bir xalq var, Bolqarıstan Demokratik Mərkəzi, Bolqarıstan Avro-solları, Bolqarıstan Sosialist Partiyası, Volt Bolqarıstan.Xorvatiya. Xorvat demokrat birliyi, Sosial - demokrat partiyası Kipr. Demokratik birləşmə, Avropa partiyası, Birləşmiş demokratlar. Danimarka. Radikal Venstre, Sosial demokratlar, Mühafizəkar Xalq Partiyası. İsveç. Yeni demokratiya, Liberallar, Volt Sweden və s.
Aziatskiy vestnik
"Aziatskiy vestnik" (rus. Азиатский вестник; mənası – Asiya bülleteni) — 1825–1827-ci illərdə Sankt-Peterburqda nəşr olunan Rusiya aylıq elmi-ədəbi jurnalı. "Sibirskiy vestnik"in davamı kimi çıxmışdır. Nəşrçi Qriqori Spasski olmuşdur. 5 nömrəsi 1827-ci ildə nəşr edilmişdir. Ən son əsərlər haqqında qiymətli materiallar dərc edilmişdir. Şərq ölkələrinin tarixi, coğrafiyası, etnoqrafiyası və ədəbiyyatı üzrə Qərbi Avropadan olan müəlliflərin yazıları, Asiyada səyahət qeydləri, Şərq yazıçılar və şairlərin əsərlərinin tərcümələri dərc olunurdu. Elm və incəsənət, səyahət, şərq ədəbiyyatı, müxtəlif xəbərlər, şərq biblioqrafiyası bölmələrindən ibarət idi. Əlavə olaraq, jurnalda "Sibir və onun adalarının coğrafi-statistik təsviri" nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Обзор статей и заметок «Сибирского» и «Азиатского вестника» 1818—1822 гг.// Восточное обозрение, 1885, № 27-29 Ивановский А. А. Указатель этнографических статей, содержащихся в сибирских изданиях от начала их существования // Этнографическое обозрение, 1891, № 1 == Xarici keçidlər == Азиатский вестник в on-line библиотеке.
Metrik tenzor
Differensial həndəsədə metrik tenzor – səthə toxunan iki v və w vektorlarını qəbul edib bir həqiqi ədəd qaytaran funksiyaya deyilir. Bu tenzor, vektorların Evklid həndəsəsindəki skalyar hasili ümumiləşdirir. Skalyar hasil, iki vektor arasındakı məsafə və bucağı təyin edən əməliyyat olduğu üçün, metrik tenzor, bu əməliyyatı istənilən növ çoxobrazlı üzərindəki vektorlar üçün etməyə imkan verir. Əgər istənilən sıfırdan fərqli v vektoru üçün g(v, v) > 0 şərti ödənilirsə, o zaman metrik teznor müsbət-müəyyən kimi xarakterizə olunur. Metrik tenzoru müsbət-müəyyən olan çoxobrazlıya Riman çoxobrazlısı deyilir. Riman çoxobrazlısında iki nöqtəni birləşdirən ən qısa əyri, geodezik adlanır. Beləliklə, Riman çoxobrazlısında uzunluq anlayışı olduğuna görə, yəni istənilən p və q nöqtəsi üçün p -dən q -ya qədər məsafəni hesablayan d(p, q) funksiyası mövcud olduğuna görə Riman çoxobrazlısı metrik fəza hesab olunur. Digər tərəfdən, metrik tenzora məsafə funksiyasının törəməsi kimi baxa bilərik: metrik tenzor çoxobrazlıdakı sonsuz kiçik məsafəni verir. Metrik tenzorun koordinat bazisinə görə komponentləri simmetrik matris təşkil edir. Bu komponentlər koordinat sisteminin dəyişilməsi zamanı kovariant çevrilməyə məruz qalır.
Meşəli (Goranboy)
Meşəli (əvvəlki adı: Xarxaput) — Azərbaycan Respublikasının Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xarxaput kəndi Meşəli kəndi adlandırılmışdır. == Toponimikası == Xarxaput toponiminin erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində mövcud olmuş Xarx qalasının adı ilə eyni mənşədən olmasını güman edilir, digər qismi isə türk dillərindəki karqa (dağ) və bud (təpə) sözlərindən yarandığı ehtimal edilir. Həmçinin oykonim Azərbaycan dilinin dialektlərində işlənən qədim türk dillərindəki xarxa (kimsəsiz, dərin) və bud/put (ağac, meşə) komponentlərindən düzəlib, "dərin meşə" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 14 nəfər əhali yaşayır.