Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Su nanəsi
Su nanəsi, istiotlu nanə, yarpız, ingilis nanəsi (lat. Mentha aquatica) — dalamaz fəsiləsinin nanə cinsindən növ. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Sinonim == Marrubium aquaticum (L.) Uspensky Mentha acuta Opiz Mentha acutata Opiz Mentha affinis Boreau [Illegitimate] Mentha aquatica var. acuta (Opiz) Heinr. Braun Mentha aquatica var. acutifolia Cusin Mentha aquatica var. aequalifolia Wimm. & Grab. Mentha aquatica var.
Çöl nanəsi
Kəkotu (lat. Satureja) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
İngilis nanəsi
Su nanəsi, istiotlu nanə, yarpız, ingilis nanəsi (lat. Mentha aquatica) — dalamaz fəsiləsinin nanə cinsindən növ. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Sinonim == Marrubium aquaticum (L.) Uspensky Mentha acuta Opiz Mentha acutata Opiz Mentha affinis Boreau [Illegitimate] Mentha aquatica var. acuta (Opiz) Heinr. Braun Mentha aquatica var. acutifolia Cusin Mentha aquatica var. aequalifolia Wimm. & Grab. Mentha aquatica var.
Nəcib Cihanov
Nəcib Cihanov (2 (15) yanvar 1911 – 2 iyun 1988, Ufa) — tatar bəstəkar, müəllim və dövlət xadimi. == Həyatı == 2 yanvar 1911-ci ildə Ural şəhərində anadan olmuşdur. Uşaqlar evində yaşayan Nəcib burada musiqi dərslərə almağa başladı. İlk musiqi müəllimi Svetçina Sankt-Peterburq Konservatoriyasının məzunu idi. 1928-ci ildə isə musiqi məktəbində oxumaq niyyəti ilə bacısı Faizanın yaşadığı Kazan şəhərinə gəldi. Kazan şəhərində N. A. Shevalinadan musiqi dərsləri almağa başladı. 1929-cu ildə Şərq Musiqi Kollecinə daxil olsa da, buradakı təhsilini davam etdirə bilmədi. Kollec müəllimləri ilə birgə çıxışlar edən Cihanov M. A. Pyatnitskayanın sinfində, violonçeldə - R.L.Polyakovda fortepianoda oxudu.1931-ci ildə bəstəkar A.S. Klyuçaryovun məsləhəti ilə Moskvaya getdi və 1935-ci ildə məzun olduğu Regional Musiqi Kollecinə (indiki P.İ. Çaykovski adına Moskva Konservatoriyası nəzdindəki Akademik Musiqi Kolleci) daxil oldu. Üçüncü kursda ixtisasını dəyişib kompozisiya sinfində oxudu. 1937-ci ildə Tatar ASSR Dövlət Filarmoniyasının açılışında bu janrda ilk tatar kompozisiyası olan İlk Simfoniyası ifa edildi.
Nəcib Miqati
Nəcib Əzmi Miqati (ərəb. نجيب عزمي ميقاتي‎; 24 noyabr 1955, Tərabülüs əş-Şam) — livanlı siyasətçi, 2005-ci ildə, 2011–2014-cü illərdə və 2021-ci ildən Livanın baş naziri.
Nəcib Məhfuz
Nəcib Məhfuz (ərəb. نجيب محفوظ‎; 11 dekabr 1911[…], Qahirə, Misir – 30 avqust 2006[…], əl-Cizə mühafəzəsi[d]) — Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988). == Həyatı == Müsəlman dünyasının ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, ərəb yazıçısı, dramaturq və ssenariçi Nəcib Məhfuz Qahirədə, məmur ailəsində doğulmuşdu. Yeddi uşağın böyüdüyü ailə dindarlığı və islam ehkamlarına dərindən bağlılığı ilə seçilirdi. Nəcib Məhfuz müsahibələrinin birində belə mühitdən yazıçı yetişəcəyini heç kəsin ağlına gətirməyəcəyini demişdi. O, 1934-cü ildə Qahirə universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Sonra təxminən qırx il Misirin müxtəlif nazirliklərində çalışmışdı. "Ağılsızlıq rüzgarı" (1938) adlı ilk hekayələr məcmuəsi ərəb cəmiyyətinin təzadlarından bəhs edirdi. Təxminən yetmiş il davam edən yaradıcılıq həyatı dövründə Nəcib Məhfuz 34 roman, 350-dən çox hekayə, 5 pyes və bir neçə film ssenarisi yazmışdı. Tovfiq əl-Hakimlə birlikdə o, ərəb ədəbiyyatının yenilənməsi prosesinin öncüllərindən idi.
Nəcib boymadərən
Nəcib boymadərən (lat. Achillea nobilis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Nəcib dəfnə
Nəcib dəfnə (lat. Laurus nobilis) — dəfnəkimilər fəsiləsindən, ətirli, həmişəyaşıl subtropik ağac və ya kol növü. == Ümumi == Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir.[mənbə göstərin]Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. İkievli, tək-tək hallarda isə ikicinsli olur.
Nəcib maral
Nəcib maral (lat. Cervus elaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Sayı azalmaqda olan növdür. == Qısa təsviri == Nəcib maralın buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 8–9 ədəd olur. Bədənlərinin kütləsi, ölçüləri Avropa maralı və xallı maraldan üstündür. Buynuzlarında örtük yoxdur. == Yayılması == Dünyada Şimali Afrika, Avropa, Qafqaz, Kiçik və Mərkəzi Asiya, Cənubi və Şərqi Sibirdə, Uzaq Şərqdə və Şimali Amerikanın bəzi ərazilərində yayılmışdır. Azərbaycanda Böyük Qafqazın cənub yamaclarında, çox az sayda Göygöl qoruğunda (reintroduksiya edilmişdir), nadir hallarda isə Qarayazı qoruğunun Gürcüstanla həmsərhəd Euqay meşələrində keçici xarakterdə 5–10 başdan ibarət kiçik populyasiya qala bilmişdir. == Yaşayış yeri və həyat tərzi == Nəcib maral ekoloji cəhətdən çox plastik növ olub, müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malikdir (meşəli düzlərdə, tuqayda, dağ-meşə, alp və subalp qurşaqlarında). Onların həyat tərzində — kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq (isti fəsillərdə), günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək, qida axtarışı və fəsillərlə əlaqədar sutkalıq və mövsümi miqrasiyalar (üfüqi və şaquli) kimi ekoloji qaydalar səciyyəvi xüsusiyyətlərdir.
Nəcib metallar
Nəcib metallar — əlvan metalların bir növü olaraq qruplaşdırılır. == Qızıl == Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir. Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir.1 yanvar 2006-cı il tarixinə Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanmış və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınmışdır.Bunlardan əlavə Qoşa, Ağyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmışdır.Respublikada qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" DŞ ilə ABŞ-nin "RV Investment Group Sevrvices LLS" arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmış və 2005-ci ildən ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları istisna olmaqla, digər yataqlarda əlavə öyrənilmə işlərinə başlanılmışdır və bu işlərin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur. == Yataqlar == === Qızılbulaq yatağı === Ağdərə rayonu ərazisində, Ağdam şəhərindən 63 km şimal-qərbdə yerləşir. Yataqda dəqiq kəşfiyyat işləri aparılmış, ehtiyatları hesablanmış və təsdiq edilmişdir. Yataq qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir.
Nəcib qazlar
Nəcib qazlar - elementlərin dövri sisteminin 8-ci qrupuna daxil olan qazlar: helium, neon, arqon, kripton, ksenon və radon (radiumun qaz emanasiyası). Bunlar həmçinin nadir və inert qazlar da adlandırılır. Xarici elektron təbəqəsinin (8 elektrondan ibarət), quruluşunun qapalı olması, ionizasiyanın yüksək potensialı və elektrona hərislik kəmiyyətinin mənfiliyinə görə nəcib qazlar adi şəraitdə başqa elementlərlə kimyəvi əlaqəyə girmir. == Həmçinin bax == Element Dövri sistemin 8-ci qrupu Qazlar Hellium Neon Arqon Kripton Ksenon Radon Radium == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Əmir Nacib
Əmir Nəciboviç Nəcib (tatar. Әмир Нәҗип улы Нәҗип; 10 mart 1899, Urcar rayonu[d] – 28 mart 1991, Moskva)— Sovet şərqşünası, türkoloqu. == Həyatı == Əmir Nacib 1899-cu ildə Qazaxıstanın keçmiş Semey vilayətinin Baktı kəndində anadan olub. Öncə kənd axundundan, sonra isə Çinin Şaueşek qəsəbəsində Rusiya konsulluğunun nəzdindəki məktəbdə ilk təhsilini alıb. O, daha sonra Semeydəki Müəllimlər məktəbində təhsilini davam etdirib. Ə.Nacib dünya dillərinin sirlərinə yiyələnərək rus, ərəb və fars dillərini öyrənib. 20-dən çox türk dil və ləhcəsində sərbəst danışıb yazan Ə.Nacib filologiya elmləri doktoru, professor, Sovet Türkoloqlar Komitəsinin və Türk Dil Qurumunun üzvü olub. Əmir Nacib 1991-ci ildə vəfat edib. == Ədəbiyyat == Благова Г. Ф. Эмир Наджипович Наджип (к 80-летию со дня рождения) // Советская тюркология. — 1979.
Puşkin dağ nanəsi
Nəcib Fazil Qısakürək
Nəcib Fazil Qısakürək (26 may 1904, Konstantinopol – 25 may 1983, İstanbul) — müasir türk mütəfəkkiri, şair və yazıçısı. == Həyatı == Nəcib Fazilin uşaqlığı məhkəmə rəisi vəzifəsindən təqaüdə çıxmış atasına məxsus İstanbulun Çəmbərlidaş məhəlləsindəki evində keçmişdir. İbtidai və orta təhsilini Amerikan və Fransiz kollecləri ilə "Bəhriyyə" məktəbində (Hərbi Dəniz Litseyi) almışdır. Onun litseydəki müəllimləri arasında dövrün məşhur adamlarından olan Yəhya Kamal, Əhməd Həmdi (Aksəki), İbrahim Aşkı kimi söz ustadları var idi. N.F.Qısakürək İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən (1924) sonra Fransaya göndərilmiş, Sorbonna universitetinin fəlsəfə fakültəsində təhsil almışdır (1924–25). Türkiyəyə qayıdandan sonra "Hollandiya", "Osmanlı" və "İş" banklarında müfəttiş və mühasibat şöbəsinin müdiri vəzifələrində işləmişdir. (1928–1939). Sonra "Fransız okulu"nda, "Robert kolleci"ndə, İstanbul İncəsənət Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində müəllimlik etmişdir (1939–1943). == Yaradıcılığı == Şairliyə 17 yaşında ikən, anasının arzusu ilə başlamış, ilk şerlərini "Yeni Məcmuə"də dərc etdirmişdir (1922). "Yeni Məcmuə" və "Yeni həyat " jurnallarında dərc olunan şeirləri ilə ictimaiyyətın diqqətini cəlb etmiş və ona qarşı böyük maraq oyanmışdır.
Nəcib Tun Əbdürrazaq
Mohd Najib bin Tun Abdul Razak (malay Mohd Najib bin Tun Haji Abdul Razak); (a.o. 23 iyul 1953-cü il, Kuala-Lipis, Paxanq, Malay Federasiyası) — Malayziya dövlət və siyasi xadimi, Malayziyanın 3 aprel 2009-cu ildən Baş Naziri. Nəcib 2020-ci ilin iyul ayında Malayziyanın 1MDB məsələsi ilə bağlı korrupsiya iddiaları ilə əlaqədar olaraq 12 mənzərədən həbsə məhkum edilmişdir. Bu cümlə 2022-ci ilin 23 avqust tarixində Federal Məhkəmə tərəfindən təsdiq olundu. Hal-hazırda o, Kacanq Həbsxanasında həbs edilir.
Nəcib dəfnə ağacı
Nəcib dəfnə (lat. Laurus nobilis) — dəfnəkimilər fəsiləsindən, ətirli, həmişəyaşıl subtropik ağac və ya kol növü. == Ümumi == Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir.[mənbə göstərin]Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. İkievli, tək-tək hallarda isə ikicinsli olur.
Əbu Nəcib Urməvi
Əbu Nəcib əl-Urməvi (?-1042)—Azərbaycan alimi. == Həyatı == Qaynaqlar Əbu Nəcib əl-Urməvi ilahiyyatçi alim olduğu bildirilir. Mənbələrdə filosofun qardaşı Reyhan əl-Urməvi dövrünün tanınmış hədis alimi kimi şöhrət qazanmışdır. O, həmçinin vaiz olmuşdur. Reyhan Urməvi 430 (1039) ildə Urmiyada vəfat etmişdir. Əbu Nəcib Urməvi 1042-ci ildə vəfat edib.
Məhəmməd Nəcib ər-Rübai
Məhəmməd Nəcib ər-Rüba'i (ərəb. محمد نجيب الربيعي‎; 14 iyul 1904, Bağdad – 6 dekabr 1965, Bağdad) — İraqın 1-ci prezidenti.Doğum və ölüm tarixi tam bilinmir.Rabiyə qəbiləsinə mənsub iraq ərəbidir. == Həyatı == Nəcib əl-Rübai, 1904-cü ildə Bağdadda anadan olub, burada Muhamməd Nəcib bin Osman bin Məhəmməd bin Mustafa bin Əli bin Abdullah bin Əli bin Pasha bin Muhammad Pasha, Sultan Murad IV ilə Səfəvi şahını Bağdaddan devirmək üçün döyüşən pilotun oğludur. Məhəmməd Nəcib ərəb Rabia qəbiləsinə mənsub idi və Məhəmməd Nəcib Əl-Rubayinin ailəsi ehtiyacı olan insanlar üçün bir qədər köməklər edirdi.Rübai uşaqlığından ədəbiyyat,ticarət,siyasət,iqdisadiyyatla maraqlanırdı və bu onu gələcəyə hazırlayırdı. İlk öncə İraq Kral Kollecinə daxil olan Rübai 3 il ərzində (1924-1927) bu kollecdə təhsilini davam etdirir.Sonralar onun qardaşları Həsib rübai və Rafik Rübai də bu kollecdə təhsil almağa başlayır.1 iyulda kollecdən çıxan Rübai 8 il ərzində (1927-1935) Konya kollecində təhsil almağa başlayıb.
Məhəmməd ibn Nəcib Bakran
Məhəmməd ibn Nəcib Bakran — XII–XIII əsr alimi. == Mənbə == Мухаммад ибн Наджиб Бакран. - Джахан-намэ (Книга о мире). (Памятники литературы народов Востока. Тексты. Большая серия).