Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Narınqala (Naxçıvan)
Narınqala— Müdafiə divarları ilə möhkəmləndirilmiş qala tipli orta əsr istehkam kompleksi == Tarixi == Hökmdar və ya feodal hakiminin əsas iqamətgahı olan Naxçıvanda saray, xəzinə], cəbbəxana, müxtəlif inzibati və təsərrüfatı binaları və s. Naxçıvan şəhərinin müdafiə istehkamı kimi XVII əsrin ortalarınadək mövcud olmuşdur. Səfəvi-Osmanlı müharibələri zamanı güclü dağıntaya məruz qalmış qalanın əvvəlki möhtəşəmliyini bərpa etmək mümkün olmamışdır. Hazırda qalıqları Naxçıvan şəhərinin ərazisində qalmaqdadır. Xalq arasında "Köhnəqala" adlanan Naxçıvan Narınqalası Tunc və Dəmir dövrlərinə aid olunan qalalarla ( Oğlanqala, Qazançıqala, Çalxanqala) oxşarlıq təşkil edir. == Həmçinin bax == Oğlanqala Çalxanqala (qala) == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 441.