Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəfəslik
Nəfəslik (rus. фо́рточка) — kiçik bir ventilyasiya pəncərəsidir. Adətən bir pəncərə şüşəsinin çərçivəsini əhatə edir və bütün pəncərədən asılı olmayaraq həncamalarda açılır. Nəfəsliklər Rusiyada və digər postsovet ölkələrində geniş istifadə olunur. Nəfəslik soyuq iqlimə malik ölkələr üçün səciyyəvidir, harada həddən artıq sərinləşdirmədən otağı havalandırmağa ehtiyac var. Qaz halında olan zərrəciklərin kütlələri yüngül olduğu üçün evin tavanına doğru hərəkət etməsini nəzərə alaraq, nəfəslik pəncərənin üst hissəsinə yerləşdirilmişdir. Kilidlə təyin edilə bilər.
Səfirlik
Hər hansı dövlətin səfirliyi başqa bir dövlətin hökumətinin, yaxud beynəlxalq təşkilatın yerləşdiyi şəhərdəki diplomatik nümayəndəliyi adlanır. Hüquqi olaraq səfirliyin ərazisi yerləşdiyi dövlətin ərazisi hesab olunmur. Səfirliyə əlavə olaraq həmin dövlətin digər mühüm əhəmiyyət kəsb edən şəhərlərində konsulluğu da ola bilər. Səfirlik və konsulluq kimi xarici təmsilçilər xarici işlər nazirliyinə tabe olur. Səfirliyə dövlət başçısı tərəfindən təyin edilən yüksək çinli diplomatik təmsilçi olan səfir, konsulluğa isə konsul rəhbərlik edir. Bəzən bir səfirlik eyni zamanda bir neçə ölkəni təmsil edir. Konsulluğun fəaliyyətinə ikitərəfli münasibətlərə dair məsələlər, vizaların verilməsi, vətəndaşların himayə edilməsi aiddir. Səfirliyin işinə isə dövlətlərarası münasibətlərə aid məsələlər aiddir. İranlılar dünyada xarici ölkələrin nümayəndələri üçün səfirlik yaradan ilk xalq olublar. Dünyada ilk səfirlik eramızdan əvvəl 445-ci ildə I Ərdəşirin əmri ilə Susada yunanlar üçün tikilmişdir.
Xəsislik
Xəsislik - insanın öz malına, mülkünə hərisliyindən və kasıblıqdan qorxaraq əmanətindən bərk yapışmasından irəli gəlir. Xəsislər bütün nemətləri mənimsəyərək hamsını zəbt etmək və bunları heç kəslə bölüşməmək istəyi ilə yaşayırlar.
Böyük səfirlik
Böyük səfirlik (rus. Великое посольство) — Rusiya çarlığının hökmdarı I Pyotrun 1697–1698-ci illərdə Avropada diplomatik missiyası. Əsas məqsəd Qərb ilə hərbi-siyasi və mədəni-iqtisadi, eləcə də elmi əlaqələr yaratmaq olmuşdur. Pyotrun əmrinə əsasən Avstriya, Saksoniya, Brandenburq, Hollandiya, İngiltərə, Venesiya və Papalığa səfirlik göndərildi. Səfirliyin marşrutu Riqa və Köniqsberqdən keçərək Hollandiyaya, oradan İngiltərəyə getdi, İngiltərədən səfirlik yenidən Hollandiyaya qayıtdı, sonra Vyanaya getdi; səfirlik Venesiyaya çatmadı. == Məqsədləri == Böyük səfirlik bir sıra aşağıdakı mühüm vəzifələri yerinə yetirməli idi: Osmanlı imperiyasına qarşı mübarizədə Avropa ölkələrindən dəstək almaq (əsas məqsəd); Avropa dövlətlərinin dəstəyi sayəsində Qara dənizin şimal sahillərini əldə etmək; Azov kampaniyalarında qələbə ilə bağlı mesajlarla Rusiyanın Avropadakı nüfuzunu qaldırmaq;. İsveçlə qarşıdan gələn müharibədə Avropa dövlətlərinin dəstəyinə müraciət etmək; Xarici mütəxəssisləri Rusiyada xidmətə dəvət etmək, hərbi materialları, silahları əldə etmək; Çarın Avropa ölkələrinin həyatı və sərəncamları ilə tanışlığı.Onun praktiki nəticəsi İsveçə qarşı koalisiyanın təşkili üçün ilkin şərtlərin yaradılması oldu. == Ədəbiyyat == Дальберг Е. Оправдательное донесение Карлу XII-му Рижского губернатора Дальберга (по поводу посещения Риги Петром Великим в 1697 году) / Перевод и предисл. С. В. Арсеньева // Русский архив, 1889. — Кн.
Səid Nəfisi
Səid Nəfisi (fars. سعید نفیسی‎, 8 iyun 1895, Tehran — 13 noyabr 1966, Tehran) — İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim. Tehran universitetinin profesoru (1934), İran Ədəbiyyat və Dil Akademiyasının üzvü (1935). == Həyatı == İranın müasir ictimai-siyasi tarixinə, İran, Orta Asiya, Hindistan, rus və Qərbi Avropa ədəbiyyatına dair tədqiqatların, bədii əsərlərin müəllifidir. Babək və Nizami Gəncəvi haqqında tədqiqatları var, 3 dəfə Bakıda olmuş, Ə. Firdovsinin "Şahnamə" poemasının 1000 illiyi şənliklərində (1934), M. F. Axundovun anadan olmasının 150 illik yubileyində (1962) iştirak etmişdir. "Xəzərin o tayına səfərlərim" adlı yol qeydlərində Üzeyir Hacıbəyovla görüşləri haqqında məhəbbətlə söhbət açmışdır. Bəstəkarın Firdovsiyə ithaf olunmuş kantatasını sevə-sevə dinləyən Səid Nəfisi bu əsəri çox yüksək qiymətləndirərək yazmışdır: "...Bakıya gəlməzdən əvvəl də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim. Onun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyri əsərləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilinin əzbəridir. ...Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhətdən Şərqin İtaliyasıdır.
Nəfəsli musiqi alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. == Növləri == Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s.Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir. Nəfəsli musiqi alətləri ifa tərzinə görə müxtəlifdir: Müştüklü: zurna, balaban.
İki nəfərlik vağzal (film, 1982)
"İki nəfərlik vağzal" (rus. Вокзал для двоих) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Soyuq bir qış axşamı. Həbsxanada axşam yoxlaması keçirilir. Yoxlama qurtarandan sonra Platon Ryabininə xəbər verilir ki, onu görməyə həyat yoldaşı gəlib. Qadın həbsxanadan 10 kilometr aralıda qəsəbədə otaq tutub. Ryabininin görüşdən imtina etməyə ixtiyarı var. Lakin rəhbərliyin sözünə əməl etməməyə ixtiyarı yoxdur. Onu səhər yoxlamasına qədər buraxırlar və xəbərdarlıq edirlər ki, az da olsa gecikmək – qaçış kimi başa düşüləcək. Platon həbsxanadan qəsəbəyə gedəndə həbsə düşənə qədər keçirdiyi həyatı yadına düşür.