Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəzarət
Casusluqda nəzarət davranışın, fəaliyyətin, və ya digər dəyişən məlumatları təsir etmək, insanları idarə etmək və ya insanların qorunmasının izlənilməsidir.
Rəvayət
Rəvayət — bir hadisə, əhvalat haqqında nəsillərdən nəsillərə ağızda dolaşan, mövzusu çox zaman fövqəladə xarakter daşıyan qısa nağıl, hekayə. Rəvayətlərdə uzaq və yaxın dövrün tarixi həqiqətləri özünəməxsusluğu qorumaqla bədii təfəkkürə məxsus konkretliyi qoruyub saxlayır. Rəvayətlər konkret bir hadisəni, faktı əhatə edir və ibrətamiz bir sonluqla bitir. == Növləri == Rəvayətlər 2 cür olur: Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər. Toponimlərlə (coğrafi ərazilərlə) bağlı rəvayətlər.Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlərə Nuh peğəmbər, Süleyman peyğəmbər, Astiaq, Tomris, Nadir şah, Makedoniyalı İsgəndər, Əmir Teymur və başqa ədəbi-tarixi şəxsiyyətlərin həyatına dair rəvayətləri misal göstərmək olar. Toponimlərlə bağlı "Şuşa", "Qırxqız", "Bayandur", "Qız qalası", "Dadməlik dağı", "Qarı dağı", "Sınıq körpü", "Bibiheybət", "Şuşa", "Xatun arxı" rəvayətləri isə yer adları ilə bağlı yaranmış rəvayətlərdir. Yazıçı və şairlərimiz yaradıcılığında bir çox hekayə, nağıl və poemalarda rəvayətlərdən yararlanmışlar. Cəfər Cabbarlı "Qız qalası", Mikayıl Müşfiq "Çoban", Səməd Vurğun "Aslan qayası" poemalarının, İlyas Əfəndiyev "Qarı dağı" hekayəsinin mövzusunu xalq rəvayətlərindən götürmüşdür. Rəvayətlər nə vaxtsa həqiqətən baş vermiş, lakin ağızdan-ağıza keçərkən ilkin dəqiqliyini, təfərrüatını itirmiş söhbətlərdir. Buna görə də həmişə "rəvayətə görə", "deyilənə görə", "belə rəvayət edirlər ki" ifadələri ilə başlanır..
Şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", tələf.) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Nəzakət
Nəzakət — başqalarını incitməmək üçün yaxşı davranış və ya etiketin praktiki tətbiqi. Nəzakət mədəni cəhətdən müəyyən edilmiş bir fenomendir və buna görə də bir mədəniyyətdə nəzakətli hesab edilən nə isə bəzən başqa bir mədəni kontekstdə olduqca kobud və ya sadəcə ekssentrik ola bilər. Nəzakətin məqsədi başqalarını incitməmək və bütün insanların bir-birləri ilə rahat hiss etmələri üçün təhqiredici davranışlardan çəkinmək olsa da, bəzən bu mədəni şəkildə müəyyən edilmiş standartlar manipulyasiya edilə bilər. == Növləri == Antropoloqlar Penelope Braun və Stiven Levinson İrvinq Qofmanın üzdə olan anlayışdan qaynaqlanan iki növ nəzakət müəyyən ediblər: Mənfi nəzakət: "Əgər zəhmət olmasa…" və ya "Çox problem deyilsə…" kimi sorğunun daha az pozucu edilməsi; insanın sərbəst hərəkət etmək hüququna hörmət edir. Başqa sözlə, hörmət. Dolayı nitq aktlarından daha çox istifadə olunur. Həm də iddialı olmağın bir hissəsi hesab olunur. İddialı olmayan nəzakət: bir şəxs müzakirə zamanı başqalarına nəzakətli olmaq üçün şərh verməkdən və ya öz inanclarını təsdiqləməkdən çəkindikdə. Eləcə də bir insan ədəbsiz görünməmək üçün başqasının verdiyi qərara qoşulduqda. Etibarlı nəzakət: bir şəxs qarşılıqlı əlaqə zamanı köməkçi və faydalı olmaq üçün müsbət və konstruktiv şəkildə fikirlərini təqdim etdikdə.
Nəqarət
Nəqərat — təkrarlanan ifadə. == Şeirdə == Şeirdə hər bəndin sonunda təkrarlanan parça. Bir və ya bir neçə misradan ibarət olur. Nəqəratdan müəllif fikrinin əsas qayəsini daha da qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə istifadə edilir. == Mahnıda == Mahnıda hər bəndin sonunda eyni mətnlə ifa olunan hissə. Nəqərat adətən melodiyanın və musuqi formasının 2-ci hissəsisini (2-ci cümlı, 2-ci bənd) əmələ gətirir. Nəqəratın melodya və ritmi mahnının 1-ci hissəsində nisbətən daha sadə, dəqiq və aydın olur. Kiçik həcmli xalq mahnılarında nəqərat çox zaman mahnının melodiyasını bütövlüklə təkrar edir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Akustik nəzarət
Akustik nəzarət və ya akustik defektoskopiya — nəzarət olunan obyektdə yaradılan və ya meydana çıxan rəqslərin (dalğaların) tətbiqinə əsaslanan nəzarət üsulu. Bu üsulda geniş tezlik diapazonundakı rəqslərdən, əsasən, ultrasəs dalğalarından istifadə olunduğuna görə çox vaxt akustik nəzarətə ultrasəs nəzarəti də deyilir. Akustik nəzarətdə nəzarət olunan obyektin səthində, yaxud daxilində yayılan dalğalar şüalandıran pyezoelektrik (bəzən elektromaqnit-akustik) çeviricilər və lazerlər tətbiq edilir. Dalğaların parametrləri (və ya yayılma üsulları) materialın qüsurlu yerindəki akustik xarakteristikalardan və s. asılıdır. Akustik nəzarət külçə, tökük (tokiik) və relslərdəki, həmçinin metal, plastik kütlə və s. hazırlanmış məmulatlardakı, yapışdırılmış və qaynaq edilmiş tikişlərdəki qüsurları müəyyənləşdirmək üçün universal üsuldur. Akustik nəzarət aktiv və passiv qruplara ayrılır. Aktiv akustik nəzarət elastik dalğaların şüalanadırılması (əks etdirilməsi) və qəbuluna əsaslanan üsullarla (əks-səda-impuls üsulu, kölgə üsulu, güzgü-kölgə üsulu, əks-səda-güzgü üsulu) aparılır. Bir sıra üsullar yoxlanılan obyektdə və ya onun hissəsində rəqslər məsələn: məcburi rəqslər (rezonans üsulu), sərbəst rəqslər (sərbəst rəqslər üsulu) yaradaraq (həyəcanlandıraraq) analiz aparılmasına, mexaniki impedansın dəyişdirilməsinə (impedans üsulu), dalğaların obyektin səthi boyunca yayılmasına (akustotopoqrafik üsul), dalğaların materialın daxilində yayılma sürətinin dəyişməsinə (akustoelastiklik üsulu) əsaslanır.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. == Daxili nəzarət anlayışı == Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi.Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları. == Daxili nəzarətin elementləri == Daxili nəzarətin elementləri onun təşkilati-iqtisadi mexanizminin tərkib hissələridir.
Kəlimeyi-şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", tələf.) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlmeyi-şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", tələf.) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlmeyi Şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", tələf.) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Kəlmeyyi şəhadət
Kәlmeyi-şəhadət (ərəb. الشهادة‎ — əş-şəhadə, tərc. "şahidlik ", tələf.) — İslamın iki əsas ehkamını ifadə edən düsturdur. Tək Allaha və Məhəmməd peyğəmbərin onun elçisi olmasına inamı ifadə edir. Müsəlman ibadətlərində şəhadətdən geniş istifadə olunur. == Kәlmeyi-şəhadətin mətni == Ərəbcə: Ərəbcə tələffüzü: Azərbaycanca: == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.128.
Məharət Həsənov
Məharət Ramil oğlu Həsənov (25 oktyabr 1987; Şirvan, Azərbaycan — 15 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhatət Həsənov 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. Şirvan şhərində bərbər işləyirdi. Ailəli olan Məharətin bir oğlu, 3 bacısı, bir qardaşı var idi. == Hərbi xidmətləri == 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. Polad Həşimovun əsgəri olmuşdur.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məharət Həsənov Cəbrayılın azad edilməsində savaşıb. 12 oktyabr 2020-ci ildə Cəbrayılda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Nəzakət Ağazadə
Nəzakət Ağazadə (Nəzakət Orucova, d. 13 fevral 1910, Gəncə şəhəri, Yelizavetpol quberniyası–ö. 10 aprel 1979, Bakı şəhəri, Azərbaycan SSR)— dilçi alim, filologiya elmlər doktoru, professor, Həsən bəy Ağayevin qızı == Həyatı == Nəzakət Ağazadə 13 fevral 1910-cu ildə Gəncə şəhərində Həsən bəy Ağayevlə, Xədicə xanım Ağayevanın ailəsində dünyaya gəlmişdir. O, ailəsnin 3-cü qız övladı idi. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olan Nəzakət xanımı 1932-də “Müsavat Parlamanı başçısının qızı” olduğu üçün 2-ci kursdan çıxarmışdılar. Daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirmişdi. 1948-də Moskvada namizədlik, 1966-da Bakıda doktorluq dissertasiyası müdafiə etmiş, professor adını almışdır. "Azərnəşr"də tanış olduğu Əliheydər Orucovla evlənən Nəzakət xanımın 1942-ci ildə Elxan adlı bir oğlu dünyaya gəlmişdir. Onun həyat yoldaşı da özü kimi professor, EA-nın müxbir üzvü, görkəmli Azərbaycan dilçilərindən biri olmuşdur. == Fəaliyyəti == Nəzakət xanım uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Nəzakət Məmmədova
Nəzakət Əli qızı Məmmədova (28 fevral 1944, Kirovabad – 21 oktyabr 1980, Soçi, Krasnodar diyarı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR əməkdar artisti (1974). == Həyatı == Nəzakət Məmmədova 1944-cü ildə Kirovabad şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyirdilər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.
Nəzakət Qazıyeva
Qazıyeva Nəzakət — aktrisa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejisorluğu" kafedrasının professoru. == Həyatı == Nəzakət Qazıyeva 12 mart 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub, 1960-cı ildə həmin İnstitutun "Kino və teatr aktyoru" ixtisası üzrə xalq artisti, professor Mehdi Məmmədovun kursunu bitirmişdir. 1957-ci ildən 1962-ci ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında aparıcı vəzifəsində çalışmışdır. 1962-ci ildən hal-hazıradək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor-pedaqoq kimi fəaliyyət göstərir. 10 il kafedra müdiri olmuşdur 1984-cü ildə Sankt-Peterburq Teatr, Kino, və Musiqi sənəti İnstitutunda görkəmli rejissor G.Tovstonoqovun rəhbərlik etdiyi rejissorluq kursunu bitirmişdir. 1987-ci ildə Moskva Teatr sənəti İnstitutunda təkmilləşmə kursunu keçmişdir. 46 il pedaqoji fəaliyyəti müddətində böyük yaradıcılıq, elmi və pedaqoji işlərlə məşğul olmuşdur. Dərs dediyi tələbələr hazırda rejissor, aktyor, pedaqoq-rejissor, xalq artistləri, elmlər namizədləri və doktoru, professor, dosent kimi fəaliyyət göstərirlər.N. Qazıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi Şurasının üzvü, Bədii Şuranın sədridir. N.Qazıyevanın pedaqoji fəaliyyəti ilə yanaşı elmi-tədqiqatı işləri, yəni 30-dan çox müxtəlif fakultələrdə tədris olunan rejissorluq və aktyor sənəti üzrə proqrqmlar, elmi-metodiki vəsaitlər, dərs vəsaitləri, dərsliklər yazələb çapdan şıxmışdır.
Nəzakət Teymurova
Nəzakət Teymurova (4 iyul 1972, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti, prezident mükafatçısı. == Həyatı == Nəzakət Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. Oradan müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olub və 1991–1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub. 1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, xalq artisti professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu "Leyli və Məcnun"-da Leyli olub. "Aşıq Qərib"də Şahsənəm, "Gəlin Qayası"nda Gülbahar, "Natavan"da Xanəndə qız, "Vaqif"də Xanəndə qız, "Koroğlu"da Xanəndə qız rolları ilə çıxış edib. Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir.
Nəzakət Xudiyeva
Xudiyeva Nəzakət Əli qızı — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Nəzakət Xudiyeva 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirdikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışmağa başlamışdır. İstedadlı aktrisa bu müddət ərzində bir-birindən fərqli onlarla qadın obrazları yaratmışdır. O, doğma teatrın səhnəsində 50-yə yaxın tamaşada çıxış etmişdir. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.2017-ci il may ayının 6-da vəfat etmişdir.
Nəzakət Xəlilova
Nəzakət Xəlilova — Azərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. == Həyatı == Nəzakət Xəlilova 9 may 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Nəzakət Xəlilova əslən Laçın rayonundandır. == Karyerası == Nəzakət Xəlilova 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Rumıniyalı Kodrina İonesku ilə üz-üzə gəldi. Kodrina İonesku ilə qarşılaşmadan Nəzakət Xəlilova 3-1 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi Litvalı samboçu idi.
Nəzakət Əzizova
Nəzakət Əzizova (d. 21 iyun 1997) — Azərbaycanlı cüdoçu. Nəzakət Əzizova, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb. == Karyerası == Nəzakət Əzizova 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -52 kiloqram çəki dərəcəsində o, Qabon idmançısı Ester Bondimeni 110:000 və Özbəkistan idmançısı Diyora Keldiyorovanı 100:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Nəzakət Əzizova, Türkiyə cüdoçusu İrəm Qorxmazı 000:012 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Nəzarət cəmi
Nəzarət cəmi (Checksum) – tamlığa nəzarət mexanizmidir, əsasən verilənlərin saxlanması və şəbəkə protokollarında istifadə edilir. Nəzarət cəmi müəyyən alqoritmlə hesablanır, verilənlərə əlavə edilir və yadda saxlanır. Nəzarət cəmini bilən şəxs həmin verilənlər üçün nəzarət cəmini hesablayıb müqayisə etməklə məlumatın dəyişdirilmədiyinə əmin ola bilər. Bəzi səhvlər – məlumatda baytların yenidən nizamlanması, sıfırlardan ibarət baytların daxil edilməsi və ya çıxarılması, nəzarət cəmini əks istiqamətlərdə artıran və azaldan səhvlər – nəzarət cəmində aşkarlana bilmir. Bu problemdən yaxa qurtarmaq üçün kriptoqrafik nəzarət cəmləri – kriptoqrafik heş funksiyalar daxil edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Nəzarət kanartı
Nəzarət kanardı, kanart tipindəki təyyarələrdə daşıma vəzifəsi icra etməyən kanart növüdür. Bu kanartlarda yalnız nəzarət səthləri vardır. Daşınmanın bölünməsi istənilmədiyi üçün onlar əsasən simmetrik qanad profilinə malik olurlar. Nəqliyyatda rol oynamadıqlarına görə onların sahələri əsas qanadlara görə daha kiçik olur.
Səfayət Hümbətov
Səfayət Ələddin oğlu Hümbətov (17 fevral 1987, Yeni Daşkənd, Bərdə rayonu – 28 sentyabr 2020, Tərtər rayonu) — Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səfayət Hümbətov 17 fevral 1987-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.1994-cü ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində təhsil almağa başlamış, 2005-ci ildə orta məktəbi bitirmişdir. 2005-ci ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağırılmış, 2007-ci ildə hərbi xidmətini başa vurmuşdur. 5 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçusu kimi xidmətə başlamışdır. 28 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Tap Qaraqoyunlu istiqamətində şəhid olmuş, 29 sentyabr 2020-ci ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur. == Ailəsi == Ailəli idi, iki övladı var.
Şəhadət (Göyçay)
Şəhadət — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonimin Şəhadət şəxs adı ilə bağlılığı güman edilir. Şəhadət eyni zamanda ər.”şahidlik” və ya “şəhidlik” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 900 nəfər əhali yaşayır. Əsasən azərbaycanlılardan ibarətdir. Kənddə 11 türk ailəsi məskunlaşmışdır.
Şəhadət (dəqiqləşdirmə)
Kəlmeyi-şəhadət — İslamın iki əsas ehkamını ifadə edən formuldur. Şəhadət (Göyçay) — Göyçay rayonunda kənd. Şəhadət bələdiyyəsi — Göyçay rayonunda bələdiyyə.
Şəhadət Usubov
Şahadət Qalib oğlu Üsüfov (13 dekabr 2000, Göylər, Şamaxı rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmətçisi (əsgər), İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şahadət Üsüfov 2000-ci ilin dekabr 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2006-2017-cı illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Şahadət Üsüfov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahadət Üsüfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hekayət
Hekayə — yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrı. Süjetli nəsrin üç - hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsiylə fikirlərdən ibarət olur. == Tarixi == Qədim Yunanıstandakı “Ərəb gecələri” adlı nağıl və qısa romanslar hekayənin xəbərçisidir. Lakin romantizm və realizm cərəyanlarının təsiri altında povestdə psixoloji və metafizik problemlər yalnız 19-cu əsrdə nağılvari povestlə əks olunmağa başladı.Rusiyada Qoqolun, Dostoyevskinin, Turgenevin, Çexovun hekayələri ədəbi əsərlər arasında hekayə janrının yaranmasına böyük töhfə verib. İlk məlum hekayə nümunəsi italyan yazıçısı Covanni Bokkaççionun “Dekameron” əsəridir. Əsər əsasən 1348-ci ildə İtaliyada ortaya çıxan “vəba” epidemiyasından bəhs edir. 10 gün ərzində danışılan 100 hekayədən ibarətdir. Xoşbəxtlik, kişi-qadın münasibətləri, ürək ağrıları, uyğun cavablar, din xadimlərinin maraq dalınca qaçması hekayələrin əsas mövzusudur. Hekayə zamanla iki yerə bölünür; hadisə hekayəsi və vəziyyət hekayəsi.
Nahapet Kuçak
Nahapet Kuçak (erm. Նահապետ Քուչակ; bilinmir – təq. 1592) — erməni şairi. Həyatı haqqında məlumat yoxdur. Ehtimallara görə, Van gölü yaxınlıqlarında, Xaraqonis kəndində (indiki Qaragündüz) anadan olmuşdur. Rübai janrında (hayren) yazmışdır. Ədəbi irsində əsas yer tutan aşiqanə şeirlərində real, azad məhəbbət tərənnüm olunur. Şeirlərinə orta əsr ehkamlarına, sosial ədalətsizlik əleyhinə çıxmış, xalqın iztirablarını ("qəriblik" hayrenləri) ürək ağrısı ilə təsvir etmişdir.