Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Donanma
Donanma — mülki və hərbi məqsədlər üçün, çoxlu müxtəlif üzən (Dəniz donanması) və uçan (Hava donanması) obyektdən təşkil olunaraq, suda (dənizdə və ya çayda) yaxud havada istifadə olunmaq üçün nəzərdə tutulur. == Tarixçə == Azərbaycan donanma tarixi çox qədim çağlara gedib çıxır. Buna sübut olaraq Qobustandakı qayaüstü rəsmləri göstərmək olar. Orta Çağlarda Azərbaycanda feodal xanlıqlarının yaranması, eləcə də IX–X əsrlərdə vikinqlərin və rusların dəniz tərəfdən hücumları ilə gəmi tikintisi yeni inkişaf qazanır. Özəlliklə Şirvanşahlar dövlətinin güclənməsi ilə Bakının önəmi bir liman şəhəri kimi artır. 1175-ci ildə I Axsitan Bakı yaxınlığında 73 rəqib gəmisini qıraraq rus donanmasını məğlub edir. Bu fakt XII əsrdə Şirvan donanmasının yüksək keyfiyyətindən xəbər verir. 1172-ci ildəki Şamaxı zəlzələsindən sonra paytaxtın köçürülməsi Bakının önəmin daha da artırır. Saray şairi Xaqani Şirvaninin yazdığına görə, Bakı böyük limana və Xəzərdə uluslararası ticarətin mərkəzinə çevrilir. Şirvanşah III Fəribürzun vaxtında Bakı adaların birində hərbi baza kimi istifadə edilən Səbayıl qalası tikilir.Orta Çağ səyyahlarının qeydlərindən Şirvan gəmilərinin görünüşü haqqda əldə etmək olur: "görkəmcə qaleraya oxşayırlar, amma ölçüləri tartanınkı kimidir".
Tozlanma
Tozlanma (bitkilərin tozlanması) – Yetişmiş erkəkciyin toz hüceyrələrinin örtülü toxumlularda dişiciyin, çılpaqtoxumlularda yumurtacığın ağızcığına düşməsi. Tozcuğun üst qatı boruya çevrilərək içərisindəki erkək hüceyrəsini (sperma) yumurta hüceyrəyə çatdırır və onu mayalayır, nəticədə ziqota (rüşeym) əmələ gəlir.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Donanma Cəmiyyəti
Donanma Cəmiyyəti gerçək adı ilə Donanma-yı osmani Muavenet-i Milliyə Cəmiyyəti — 19 iyul 1909-cu ilda Yağcızade Şefik bəy adında bir tacirin liderliyində qurulan, xalqdan və vətəndaş təşkilatlardan maddi yardım əldə edib Osmanlı Donanmasını gücləndirməyi qarşısına məqsəd qoyan bir təşkilatdır.
Donanma gəmisi
Donanma daşıyıcısı və ya donanma gəmisi bir ölkənin donanmasının əsas donanması ilə işləməsi üçün nəzərdə tutulmuş təyyarə daşıyıcısıdır. Bu termin, İkinci Dünya müharibəsi zamanı donanma gəmisini müşayiət gəmilərindən və digər daha az qabiliyyəti olan gəmilərdən fərqləndirmək üçün hazırlanmışdır. Bir çox orta ölçülü daşıyıcılardan əlavə, super daşıyıcılar və bəzi yüngül daşıyıcılar da donanma daşıyıcıları kimi təsnif edilirlər. == İkinci Dünya Müharibəsindəki donanma gəmilərinin müqayisəsi == Aşağıdakılar tam siyahı deyildir, lakin İkinci Dünya Müharibəsi zamanı aktiv olan donanma gəmilərinin üç növündən bəzi nümunələr müqayisə edilərək əlaqə təqdim edilmişdir.
Cinsi oyanma
Cinsi oyanma (həmçinin cinsi həyəcan) — cinsi fəaliyyət zamanı və ya onun ərəfəsində cinsi istəyin stimullaşdırılması. Cinsi əlaqəyə hazırlıq zamanı bədəndə və ruhda bir sıra fizioloji reaksiyalar baş verir və bu proses bütün cinsi əlaqə boyu davam edir. Kişinin seksual stimullaşdırılması zamanı bədənin reaksiyası ereksiyaya səbəb olur. Qadınlarda cinsi oyanma zamanı bədənin cavabı məmə ucları, vulva, klitoral ereksiya, vaginal divarlar və vaginal yağlama kimi cinsi toxumaların fəaliyyəti olur. Zehni stimullaşdırıcılar və toxunma kimi fiziki stimullaşdırmalar və hormonların daxili dalğalanması cinsi oyanmaya təsir göstərə bilər. Cinsi oyanmanın bir neçə mərhələsi mövcuddur və zehni stimullaşmanın və onu müşayiət edən fizioloji dəyişikliklərdən başqa heç bir real cinsi fəaliyyətə səbəb olmaya da bilər. Adekvat cinsi oyanma nəzərə alınarsa, insanlarda cinsi stimullaşdırma orqazm zamanı zirvəyə çatır. Orqazm olmasa belə, insan özünün yaxşılığı üçün bunu edə bilər.
Dolama (Urmiya)
Dolama (fars. دولاما‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (92 ailə).
Donanma Hava Qolu
Donanma Hava Qolu (İngilis dili: Fleet Air Arm (FAA)) - Kral Dəniz Qüvvələrinin aviasiya qoludur. 13 aprel 1912-ci ildə Krallıq Donanmasının Hava Xidməti adı ilə quruldu və 1937-ci ildə müasir adı ilə dəyişdirildi.
Hərbi Donanma Günü
Hərbi Donanma Günü — hər təqvim ilinin 5 avqust tarixində Azərbaycan Respublikasında qeyd olunan peşə bayramı. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın hərbi dəniz donanması da yaradıldı. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi dəniz donanması təşkil olundu. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu, lakin bu addım general Denikinin başçılıq etdiyi Cənubi Rusiya Silahlı qüvvələrinin ("Könüllü ordu" da deyirdilər) kəskin etirazı ilə qarşılandı. Silahlı qüvvələrin hərbi dəniz donanmasının vitse-admiralı Gerasimovun Azərbaycan hökumətinə verdiyi notada Azərbaycan Xəzər hərbi-dəniz donanmasının ləğv edilməsi tələb edilirdi. Burada qeyd olunurdu ki, Xəzərdə hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsusdur. Bu əsassız nota Azərbaycan Dövlət Müdafiə Komitəsində müzakirə edildi. Cənubi Rusiya Silahlı qüvvələri baş komandanlığına göndərilən cavab notasında bildirilirdi ki, Xəzərdə donanma saxlamaq hüququ Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycanın limanları və ticarət gəmiləri vardır.
Oliva donanma müharibəsi
Oliva donanma müharibəsi — Polşa-İsveç müharibəsi zamanı 28 noyabr 1627-ci ildə Oliva kəndinin yaxınlığında Qdansk limanının şimalında baş vermişdi. Bu Polşa kral donanmasının ən böyük dəniz döyüşü idi və kiçik İsveç donanmasının məğlubiyyəti ilə nəticələndi.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Olama ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Sovet İttifaqı Donanma Admiralı
Sovet İttifaqı Donanma Admiralı — SSRİ hərbi dəniz donanmasında ən yüksək hərbi rütbə. SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 mart 1955-ci il tarixli qərarı ilə təsis edilib. Sovet İttifaqı Marşalı hərbi rütbəsinə uyğundur.
Tək olanda qorxma... (teleserial, 2013)
"Tək olanda qorxma..." — Azərbaycan teleserialı. == Məzmun == Film valideynləri avtomobil qəzasında həlak olan iki qardaş haqqındadır. Tale onların birini küçələrə, o birini isə uşaq evinə salır. == Film haqqında == Bu teleserial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri : Əyyub Qiyas, Vüsal Nuru Quruluşçu rejissor : Nadir Diridağlı Quruluşçu operator : Elçin Əliyev Quruluşçu rəssam : Rəfael Əsədov Bəstəkar : Nazim Əzimov Rejissor : Asif Rəhimov Operator : Faiq Əliyev Səs rejissoru : Fərhad Əkbərov(1-2 seriya) Emin Euro Geyim üzrə rəssam : Səbinə Abbasova Montaj rejissoru : Lətif Cavadlı Montaj : Nicat Qayıbov Rejissor assistentləri : Kənan Həsənov, Emin Seyfulla, Fuad Kərimli Operator assistenti : İsmayıl Səfərli Qrim rəssamı : Vüsalə Bağırova Fon səsləri : Zilli Namazov, Atəş Davudov, Vidadi Samanduyev İşıqçılar : Elxan Şahalıyev, Samir Məmmədli Rekvizit : Yəhya Məmmədov Dekorçu : Namiq Səfərli İnzibatçı : Arif Kərimov İcraçı prodüser : Arzu Qulamov Baş prodüser : Kamil Şahverdiyev Bədii rəhbər : Vaqif Mustafayev === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib.