Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oynaqlı birləşmə
Oynaqlı birləşmə — əlaqəli valların bir-birinə nisbətən 70 dərəcəyə qədər dönməsi zamanı böyük fırlanma momentinin ötürülməsini təmin edən mexanizmdir. Avtomobillərdə qabaq təkərlərlə ötürmə arasında, nadir hallarda isə arxa təkərlrədə tətbiq edilir. İdarə zamanı qabaq təkərlədə fırlanma oxuna nzərən dönmə bucağı dəyişdiyindən burada moment ötürməsi yalnız oynaqlı birləşmənin köməyi ilə mümkündür. Birləşmə 6 kürədən, təkərlə birləşən xarici üzük, ötürmə valı ilə birləşən daxili üzükdən ibarətdir. Tətbiq zamanı daimi yağlanmanı tələb edir. Yalnız ətraf mühitdən tam təcrid olunduğu halda əlverişli tətbiqi mümknüdür.
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Bilək-əldarağı oynağı
Bilək-əldarağı oynaqları (lat. articulationes carpometacarpeae) — ikinci sıra bilək sümükləri ilə beş daraq sümükləri əsaslarının birləşməsindən əmələ gəlmiş oynaqdır. Ancaq bunlardan baş barmağın bilək-əldarağı oynağı ayrıdır. Qalan dörd bilək-əldarağı oynaqlarının kapsulu və boşluğu ümumidir. Oynaqda iştirak edən sümüklərin oynaq səthləri qeyri-müntəzəm şəkildə olurlar, ancaq deşinci daraq sümüyünün əsası və qarmaqlı sümüyün distal səthi yəhərə bənzəyir. Oynaq kapsulu gərginləşmiş (V daraq sümüyü nahiyəsində azaddır) və lat. ligamenta caropometacarpea palmaria, dorsalia et interossea; ligamentametacarpea palmaria vasitəs ilə mıhkəmlənmişdir. Oynaq boşluğu biləkarası oynaqlarla daraq sümükləri əsasları arasında əmələgələn əldarağı oynaqlar — lat. articulationes intermetacarpae ilə birləşir. Bunlar yastı oynaqlardır.
Bud-çanaq oynağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Mil-bilək oynağı