Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Piyalə Paşa
Piyalə Paşa(d. 1515 - ö. 1578) — Qanuni Sultan Süleyman dövründə 14 il kapitanı dərya vəzifəsində olmuş və mühüm qələbələr qazanmış bir Osmanlı dövlət xadimi və dənizçisidir. == Həyatı == Əslən xarvatdı. Atası sonradan müsəlman olaraq Əbdürrəhman adını almışdır. Mohaç müharibəsindən sonra Macarıstandan yığılan bir uşaq kimi kiçik yaşlarda Endurana gətirilib burada təhsil almışdır. 1547-ci ildə qapıçıbaşı olaraq saraydan çıxmışdır. Sonra Gelibolu bəylərbəyi olmuşdur. 1553-cü ildə aldığı bəylərbəylik ilə kapitanı dərya adı verilmiş və kapitanı dərya adını 1567-ci ilə qədər saxlamışdır. 1555-ci ilin yazında əmrində olan 60 gəmidən ibarət donanma ilə və Turqut Rəislə birlikdə Fransaya yardıma göndərilib.
Piyalə Paşa məscidi
Piyalə Paşa məscidi (osm. پیاله پاشا جامع Piyale Paşa Camii) və ya Tərsanə məscidi — Türkiyədə, İstanbul şəhərinin Bəyoğlu ilçəsinin Kasımpaşa məhəlləsində yerləşən XVI əsrə aid Osmanlı məscidi. == Tarix == Piyalə Paşa məscidi Osmanlı imperatoru memar Mimar Sinan tərəfindən vəzir və böyük admiral Piyalə Mehmed Paşa üçün dizayn edilmişdir. Məscid 1565-1573 -cü illərdə tikilmişdir. == Memarlıq == Böyük bir mərkəzi günbəzə malik olan Sinan tərəfindən hazırlanmış digər məscidlərdən fərqli olaraq, Piyalə Paşa məscidi hər birinin diametri təxminən 9 metr (30 ft) olan, üç sırada düzülmüş altı eyni günbəz ilə inşa edilmişdir. Məscid Vasat Atik Əli Paşa məscidi ilə birlikdə İstanbuldakı iki çoxqübbəli məsciddən biridir. Qübbələr namaz qılınan yerin mərkəzindəki bir cüt nazik qranit sütunla dəstəklənir. Minarə qiblənin əksi istiqamətindəki divarın ortasında yerləşir. Minarə 19-cu əsrin ortalarında yenidən qurulmuşdur. Məscidin üç daxili divarı üzərində kobalt-mavi fon üzərində yazılmış ağ süls skriptində yazılar olan bir sıra İznik saxsısı ilə örtülmüşdür.
Piyalə və ox
Piyalə və ox — Novruz bayramı ve digər el şənliklərində təşkil edilmiş atüstü oyun. == Oyun haqqında == Orta əsrlərdə geniş yayılmış bu oyun klassik ədəbiyyatımızın nümunələrindən də bəllidir. Melumata görə, oyunda bir neçə nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin başına içi sikkə ile dolu piyalə qoyulur. Süvarilər hər dəfə çaparaq dirəyin yanından keçərkən, eyni yerdə yana çevrilib ox atırdılar. Oxlar qıjıltı ile piyalənin yanından ötüb-keçir. Serrast nişan alıb bu qiymətli mükafatı vurub salan qalıb sayılır ve piyalədən tökülən sikkələr ona çatır.
Diyalə (el)
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Diyalə mühafazası
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Diyalə mühafəzası
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Diyalə mühafəzəsi
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Diyalə qətliamı
Diyalə qətliamı — İraqın Diyalə mühafəzəsində 17 iyul 2007-ci ildə "Əl-Qaidə"yə mənsub silahlı şəxslər tərəfindən törədilmiş qətliam. Hadisə nəticəsində 46 nəfər həlak olmuşdur. Qətliamı törədənlər 2008-ci ilin yanvarında həbs edilmişlər. == Qətliam == Avtomobil vasitəsilə hərəkət edən "Əl-Qaidə"yə mənsub silahlı şəxslər İraqın Diyalə mühafəzəsində kəndlərə hücum etmişdir. Hadisə nəticəsində 46 nəfər həlak olmuşdur, 4 nəfər yaralanmışdır. Minlərlə ABŞ və İraq əsgəri bir neçə yüz "Əl-Qaidə" döyüşçüsünün nəzarət etdiyi Bəkubədə əməliyyat keçirmişdir. Buna baxmayaraq, Amerika hərbi komandirləri çoxlu sayda "Əl-Qaidə" lideri əməliyyatdan əvvəl şəhəri tərk etmişdi. 16 yanvar 2008-ci ildə İraq qüvvələri Diyalə mühafəzəsində yerləşən bir neçə kəndə basqın etmiş, bu qətliamı törədənlər də daxil olmaqla 53 terrorçunu həbs etmişdir.
Miyanə
Miyanə (yerli əhali arasında həmçinin Miyana və Miyanıc olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. == Etimologiyası == Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. == Tarixi == Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Piyada
Piyada — nəqliyyat vasitəsindən kənarda olan yol hərəkət sisteminin iştirakçısı. Piyada kimi əlil arabasında olan şəxs, velosiped, moped, motosikl, xizək sürənlər, uşaq və əlil arabası aparan şəxslər başa düşülür. Fars mənşəli olan piyada kəlməsi qədim türk dilində (Orxon abidələri) yadaq olaraq qeydə alınıbmış. Günümüzdə bəzi bölgələrdə (Dərbənd, Qazax, Ordubad, Borçalı) yayaq kəlməsindən piyada mənasında istifadə edilir. Yol hərəkət qaydalarında piyadaların da vəzifələri müəyyən edilir. Yol infrastrukturunda piyadaların hərəkəti üçün piyada yolları, piyada keçidləri, işıqforlar və yeraltı keçidlər nəzərdə tutulur.
Ziyalı
Ziyalı və yaxud intelligensiya (lat. intelligentia - dərketmə, anlama, bilik) — cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır. O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır. Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və profosional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi. Nikolay Berdyayev sonralar bu anlayışı genişləndirərərk, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsini də buraya daxil edir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. Ziyalı məfhumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi və kənd haqqında ümumi məlumat == Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Alancarıq (Miyanə)
Alancarıq (fars. النجارق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 278 nəfər yaşayır (82 ailə).
Allahdad (Miyanə)
Allahdad (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (19 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 31 km cənub-qərbdə, Təbriz-Miyanə avtomobil yolunun üstündədir.
Allahlı (Miyanə)
Allahlı (fars. لله لو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 520 nəfər yaşayır (155 ailə).
Aqıl (Miyanə)
Aqıl (fars. عاقل‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (5 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 35 km cənub-qərbdədir.
Astancin (Miyanə)
Astancin (fars. استانجين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Astancin dəniz səviyyəsindən 1,563 metr yüksəklikdə yerləşir. Burada Aralıq dənizi iqlimi hakimdir. Astancin Tehrandan 452 kilometr, Qəzvindən 300 kilometr, Zəncandan 125 kilometr, Təbrizdən 263 kilometr, Miyanadan isə 75 kilometr aralı yerləşir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (106 ailə). Əhalinin bir çox hissəsi qışda əmək üçün Tehran kimi böyük şəhərlərə gedir. Hazırda əhalinin çoxu Tehranın 16-cı bölgəsində yaşayırlar. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == İqtisadiyyat == Əhali daha çox əkiçilik, qoyunçuluq və maldarlıqla məşğuldur.
Aydəmir (Miyanə)
Aydəmir (fars. آيدمير‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (20 ailə).
Ağtövrəğ (Miyanə)
Ağtövrəğ (fars. اغ طورق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 147 nəfər yaşayır (25 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 27 km qərbdə, Bostanabad qəsəbəsinə gedən qədim yolun üstündədir.
Ağverən (Miyanə)
Ağverən (fars. اغ ورن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Türkmən qəsəbəsindən 21 km cənub-şərqdə, Təbriz-Miyanə avtomobil yolunun 9 kilometrliyindədir.
Ağçadərbənd (Miyanə)
Ağçadərbənd (fars. اغچه دربند‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (11 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Miyanə şəhərindən 18 km qərbdə, Bostanabad qəsəbəsinə gedən köhnə yolun üstündədir.
Ballıca (Miyanə)
Ballıca (fars. اللوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (52 ailə).
Batlaq (Miyanə)
Batlaq (fars. باطلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (17 ailə).
Başmaq (Miyanə)
Başmaq (fars. اشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 988 nəfər yaşayır (214 ailə).
Pinales
İynəyarpaqlılar (lat. Pinales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki dəstəsi. == Təsnifatı == === Fəsilələri === Pinaceae Spreng. ex F.Rudolphi Araucariaceae Henkel & W.Hochstetter Podocarpaceae Endl. Sciadopityaceae Luerss. Cupressaceae Gray, nom. cons. Cephalotaxaceae Taxaceae Gray, nom. cons.