Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abazqlar
Abazqlar (q.yun. Αβασγοί; lat. Abasci, Abasgi; gürc. აბაზგები) — Qafqazda, indiki Abxaziyanın qərbində məskunlaşan qədim xalq. Onlar abxazların əcdadları sayılır. Aşşur, sonralar isə antik mənbələrdə xatırlanan abazqlar Qafqazın Qara dəniz sahilinin köklü sakinlərindən olmuşlar. 550-ci ildə Laz müharibəsi zamanı abazqlar Bizans imperiyasına qarşı üsyan qaldıraraq Sasaniləri köməyə çağırmışdılar, lakin general Bess abasq üsyanını darmadağın etmişdir.
Babaşlar
Babaşlar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Lev kənd Sovetindən Babaşlar kəndi Təkəqaya kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Əsl adının Babakişilər olduğu güman edilir. Babaşlar ayrımlara məxsus bir nəslin adıdır. Etnotoponimdir. 1917-ci ildə Lənkəran qəzasının Lerik bölgəsində Babaşlı (1921-ci ildə dağıdılmışdır), 1933-cu ildə Xacmaz rayonunun Əhmədoba inzibati ərazi vahidində Babaşlı kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Ağçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
Bacaqlar
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Kabablar
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Qabaqdağ
Qabaqdağ — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində dağ (hünd. 1719,5 m). Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcısındakı Yağargədik yüksəkliyindən (2049,8 m) cənub-qərbə istiqamətlənmiş Ardıc şaxəsininsuayırıcısında zirvə. Bağırsaqdərəçayın sol sahilində, Günnüt kəndindən 7,5 km cənubdadır. Üst Devonun Famen mərtəbəsinin alt yarımmərtəbəsinə cavab verən eyniadlı lay dəstəsinin kvarsit və əhəngdaşılarından təşkil olunmuş hamar təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərb hissəsində izlənilən Münhbalaoğlu-Qabaqdağ sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarından müxtəlif istiqamətli fay, fay-yerdəyişmə və əks-fay qırılmaları keçir.
Qacallar
Qacallar və yaxud müsəlman qaqauzlar (türk. və qaq. gacallar) — Balkan yarımadasının şərqində yaşayan müsəlman türkdilli etnik qrupu. Qacalıların əsas məskunlaşdıqları ərazilər Bolqarıstan Respublikasının ucqar cənub-şərqində, həmçinin Şərqi Frakiya (Türkiyə) bölgəsində yerləşir. Hər iki ölkədə qacallar adətən türklər kimi təsnif edilir, baxmayaraq ki, qacallar fərqli etnogenezlərinə görə Osmanlı türklərindən fərqlənirlər. Qacalıların ana dili son illər güclü türkləşməyə məruz qalan balkan-qaqauz dilidir. Qacalların ümumi sayı təxminən 300 000 nəfərdir, o cümlədən 20 000-ə yaxını ana dilində danışır. Qacalların, eləcə də qaqauzların etnoqrafiyasının öyrənilməsi ilə rus alimi Valentin Aleksandroviç Moşkov məşğul olub. == Tarixi == Qacalların (eləcə də qaqauzların) formalaşdığı tarixi bölgə müasir şimal-şərq Bolqarıstan ərazisindəki Ludoqori bölgəsindəki ərazi olub. Ehtimal olunur ki, onlar VII-XI əsrlərdə şimaldan Balkanlara köçmüş qədim türk tayfalarının qalıqlarının törəmələridir.
Qacarlar
Qacarlar sülaləsi (azərb. ‎(ərəb qrafikalı): قاجارلار və ya قَجَرلر, fars. سلسله قاجاریه‎) — Azərbaycan və indiki İran ərazisində XVIII əsrin sonu — XX əsrin 20-ci illərinə qədər hakimiyyətdə olmuş azərbaycanlı- türk mənşəli sülalə. == Sülalənin mənşəyi == Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi) olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğlular sülaləsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Tarixçi Ələskər Şəmim yazır: "Səfəviyyə dövründə yazılan tarixdən belə görünür ki, Səfəviyyə şahlarının anaları Qacar elindən olublar. Bu el Araz çayının sahillərində yaşayıb.
Qalaqolar
Galagidae (lat. Galagidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Qaraylar
Qarayilər, Gəraylılər, Qaraylar, Qara Tatarlar və ya Karayitlər(fars. قرایی ها،گرایلی ها‎) İranda yaşayan Türk soylu xalqlardandır.Qəraylərin çoxu Rəzavi Xorasan ostanının Türbət Heydəriyə şəhərində sakindirlər.Bu şəhəri İshaq xan Qarayi təsis edib. Qarayilər həm də Rəzavi Xorasan ostanının Türbət Cam şəhərində, Kirman ostanının Sircan və Bərdsir şəhərlərində və Qaşqayların arasında da yaşayırlar və Qaşqay elinin oymaqlarının birini təşkil edirlər. == Tarixçə == XII əsrdə Qəraylər Monqolustanın Qaraqum məntəqəsin işğal etdilər amma sonra Monqollar onları məğlub etdilər. Monqolların qələbəsindən sonra iki qrupa bölündülər.Bir qrup ərazilərin öz ata-baba torpaqlarında saxladılar Digər qrup Hülaku xan ilə İran və Azərbaycanı fəth etmək üçün əməkdaşlıq etdilər.Monqulların hakimiyyətinin tənəzzülündən sonra Türkiyə hicrət etdilər. 14-cü əsrdə Əmir Teymur 40000 Qarayi ailəsin Türkiyədən Səmərqənddə köçürdü ki onlardan 12000 ailə Xorasana getdilər. 16-cı əsrdə Səfəvilər dövləti onların bir qismin Hərat və Mərvdə sakinləşdirdi. Amma sonra bu qəbilər Məşhədin cənubuna qayıtdılar.18-ci əsrdə Nadir şah Əfşar, Xorasanın şərqin onlara verdi və Türbət Heydəriyə onların mərkəzi oldu.Qacarlar dövründə onlar müstəqilliklərini mərkəzi hökumətdən saxlamışdırlar amma Abbas mirzə Qovanlı-Qacar, onların liderləri Məhəmməd xanı həbs edəndən sonra Qarayilərin müstəqillikləri və Türbət Heydəriyədə ki hakimiyyətləri sona çatdı və Qacar şahları və şahzadələri məntəqənin hakimiyyətin ələ aldılar və ondan sonra Qarayi elinin liderləri bütün 19-cu əsrin boyunda məntəqənin Qacar hökmdarının vəziri və müavini kimi oldular.Məhəmməd xan Təbrizdə bir hörmətli məhbus kimi şəxsi evində yaşadı və sonra orada da vəfat etdi. == Dil və Məzhəb == Qarayilər əski zamanlarda kamilən Türk dilli xalqlardan idilər və dinləri Şamanizm, Yəhudilik, Xristianlıq və İslam idi. Hal-hazırda İrandakı Qarayilərin əksəriyyəti Fars dilli və Bəluc dilli olublar və çox azı Türk dilində danışırlar, və əksəriyyətinin dini İslam və şiə məzhəbidir.
Qaraşlar
Qaraşlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. == Tarix == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. Erməni silahlı qüvvələri tərəfindən işğalı altındadır.
Qazaxlar
Qazaxlar – Qazaxıstan Respublikasının yerli əhalisi. Dilləri qazax dilidir, türk xalqların Altay ailəsinə daxildirlər. Qazaxlara daha yaxın millət qaraqalpaqlardırlar. Qazaxların əcdadları türklər, hunlar, sakilər, usunlar, qıpçaqlardır . == Demoqrafiya == == Xarici keçidlər == demoscope.ru "Агентство Политических Новостей" Казахстана: кризис программы репатриации?
Qulaqlar
Qulaq ― eşitməni və məməlilərdə vestibulyar sistemdən istifadə edərək bədən tarazlığını təmin edən orqandır. Qulaq 3 hissədən ibarətdir. Xarici qulaq təşkil olunub: Orta qulaqDaxili qulaqXarici qulaq,Qulaq seyvanı vəQulaq kanalındanQulaq kanalının dərinliyində xarici qulaq ilə orta qulağı ayıran təbil pərdəsi yerləşir. Orta qulaq təbil pərdəsində yerləşən, hava ilə dolu boşluqdur. Hava, burnun arxasından Yevstax borusu adlı kanal ilə orta qulağa daşınır. Yevstax borusunun funksiyası, orta qulaq boşluğundakı havanın təzyiqi ilə atmosfer təzyiqini eyniləşdirməkdir. Səs dalğalarının qulaq pərdəsində yaratdığı titrəyiş, orta qulaq boşluğundakı sümükcüklər ilə (çəkic, zindan, üzəngi) daxili qulağa verilir və səsi beyinə ötürən siniri oyadır. Qulaqda küy qulaq burun boğaz sahəsində xəstələri çox narahat edən və müalicəsi çətin olan patalogiyalardan biridir. Tinnitus - qulaq küyü ya da uğultu olaraq ifadə edilən bu vəziyyət xəstələrin realda olmayan səsləri bir və ya hər iki qulağında və ya kəllə boşluğunda eşitməsini ifadə etməsidir. Bəzən bu səslər xəstələri o qədər narahat edir ki, xəstələrin günlük yaşantısını və psixoloji vəziyyətlərini poza bilir.
Çapaqlar
Çapaqlar (Abramis Cuvier, 1816) — çəkilər fəsiləsinə aid olan balıq cinsidir. Bədənin hündürlüyü, yanlardan basıqlığı və anal üzgəci əsasının uzunluğu ilə tanınır. Anal üzgəcinin önü bel üzgəcinin gerisi bərabərindədir.Udlaq dişləri bir cərgəlidir, sayı 5–5, bəzən 6–5, çox nadir hallarda 5–6 olurUdlaq dişlərinin tacı kəsik şəkildədir, çeynəmə səthi isə şırımlıdır. Peysərin gerisində pulcuqla örtülü olmayan şırım və qarın üzgəclərinin gerisində pulcuqla örtülü olmayan omurğa vardır. Anus üzgəci uzun olub ,15–44 şaxəsiz şüaya malikdir. Pulcuqları sıx yerləşir. Cinsin Avropada,Kiçik Asiyada,Qafqazda və Aral dənizi hövzəsində yayılmış 3 növü vardır. Azərbaycan sularında iki növə mənsub olan iki yarəmnövü yayılmışdır.
Qaqarlar
Qaqarlar (lat. Gaviidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Ayaqlar
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. == Quruluşu == İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standard xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir.Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir. Əl barmaqlarında olduğu kimi ayaq barmaqlarında da falanqalar var və baş barmaq iki falanqaya, digər dörd barmağın isə hər biri üç falanqaya malikdir.
Qabaqlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Qaralar
AzərbaycandaQaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdam rayonunda kənd.Qaralar — Oğuz rayonu ərazisində dağ.ErmənistandaQaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd.
Qaraqar
Qalalar
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Qayalar
Süxur — Yer qabığını əmələ gətirən təbii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: == Torpaqəmələgətirən süxurlar == Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. == Maqmatik süxurlar == Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. == Sedimental süxurlar == Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar == Metamorfik süxurlar == Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Birinci Qazaxlar
Birinci Qazaxlar (əvvəlki adı:Qazaxlar (?-2015)) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazaxlar kəndi Birinci Qazaxlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Qazaxlar kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Daşlamış qalıqlar
Daşlamış qalıqlar — keçmiş geoloji dövrlərin çöküntü süxurlarında qorunub qalmış heyvan və bitkilər == Haqqında == Daşlaşma prosesi zamanı suda həll olmuş karbonatlar, sulfatlar, fosfatlar, sulfit birləşmələri çürümə nəticəsində heyvan qalığındakı boşluqlara dolur, skelet və onun hissələri tədricən qeyri-üzvi maddələrlə əvəz olunur. Nəticədə heyvanın skeleti, yaxud onun bir hissəsi get-gedə daşlaşaraq Daşlamış qalıqlar əmələ gəlir.
Hidrotermal yataqlar
Hidrotermal-çökmə (stratiform) yataqları — bunlara hidrotermal çökmə mənşəyə malik və stratiform termini ilə adlandırılan yataqlar aiddir. Burada laylı yatım forması olmasına baxmayaraq mənşəyi qeyri - müəyyəndir. Bunların yaranması haqqında 3 hipotez var: İlkin - çökmə hipotez sonradan dəyişməyə məruz qaldığını göstərir. Yataqların hidrotermal, epigenetik əmələgəlmə hipotezi. Burada onların dərində yatmış püskürmə süxurların massivləri ilə əlaqədar olması söylənilir. Daha tutarlı hesab olunan yataqların poligen mənşəli olması haqqında hipotez. Burada fərz edilir ki, yataqlar çökmə qatların inkişaf etdiyi və püskürmə süxurların massivlərinin olmadığı səthlərdə yerləşir. == Yataqların tipləri == Bunlara aiddir: Qumdaşı və şist laylarından Bornit – Xalkofilli tip , karbonat süxurlarındakı qalenit – sfaleritli, Kinovar – antimonitli tiplər. Bornit - Xalkopiritli tipi - tərkibində yüksək miqdarda üzvi karbon qazı saxlayan, qumdaşı, şist və dolomitlərdən ibarət depresiyalarda yerləşir. Filiz cisimləri uyğun laylı, linzavari və lentvari, mayili yığımlarda yerləşir.
Qacarlar (dəqiqləşdirmə)
Qacarlar (tayfa) — İranda yaşayan və sayları 35 mindən çox olan türk qəbiləsi, azərbaycanlıların sub-etnik qrupu. Qacarlar (dövlət) — 1781-1925-ci illərdə İrana hakimlik etmiş türk dövləti. Qacarlar (sülalə) — İrana hakimlik etmiş türk sülaləsi. Qacarlar (soy) — Azərbaycanda tanınmış soy.
Ağbaşlar
Ağbaşlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Etnotoponimdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sahilində yerləşir. == Əhalisi == === Şəhidləri === Quluyev Hüseyn Həbib oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Ağbaşlar kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə Cavanşir Abdullayev adına Ağbaşlar kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Ağbaşlar kənd tibb məntəqəsi yerləşir.
Qarabağlar
Azərbaycan Qarabağlar (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Qarabağlar (Şərur) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Qarabağlar (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Qarabağlar (Kəngərli) — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Qarabağlar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qarabağlar düzü — Kəngərli rayonu ərazisində cənub-qərbə enən maili düzənlik. Qarabağlar şəhəri — Naxçıvanda qədim ərazi. Qarabağlar türbəsi — Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə.Ermənistan Qarabağlar rayonu — Qərbi Azərbaycanda (indikiErmənistanda) azərbaycanlıların əsrlər boyu yaşadıqları qədim Azərbaycan torpaqları.Türkiyə Qarabağlar (İzmir) —İran Qarabağlar (Meşkinşəhr) —Digər Qarabağlar mahalı — Azərbaycanın Göyçay rayonu ərazisində mövcud olmuş mahal. Qarabağlar türbəsi — Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə.
Qarğalar
Qarğalar (lat. Corvidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Aşağı Qarabağlar
Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Çimənkənd rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur və onun mərkəzi idi. Digər adı Aşağı Qarabağlar (yenə orada).1948-49-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır.