Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eyyub Qaniç
Eyyub Qaniç — Bosniya və Herseqovinanın sabiq prezidenti. Eyyub Qaniç 1992-ci ilin mayında Sarayevoda Yuqoslaviya ordusunun əsgərlərinə hücum edən 19 bosniyalıdan biridir. O, 2010-cu ilin martın 1-də Londonun Hitrou aeroportunda həbs edilib. Hərbi cinayətlərdə təqsirləndirilən sabiq prezidentin həbsi barədə orderi Serbiya hökuməti verib.
Qotohito Qanin
Qotohito Qanin (閑院宮載仁親王) — Yaponiyanın bir generalı.
Qanimed
Qanimed — Günəş sistemində Yupiter planetinin ən böyük peyki.
Qanqren
Qanqren (yun. gangraina) — toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində baş verir. == Növləri == Qanqrenin 3 növü var: quru, yaş və qazlı qanqren. === Quru qanqren === Toxumalara qan axını birdən kəsildikdə və toxumalar quruduqda başlayır. Çürümüş toxuma bərkiyir, büzüşür, toxuma zülallarının laxtalanması, qan piqmentlərinin parçalanması nəticəsində tünd-qəhvəyi, yaxud qara rəng alır.
Günçen
Günçen şanyü (e. ə. III əsr – e.ə. 126) — eramızdan əvvəl 161 və 126-cı illər arası hökmdarlıq etmiş Hun şanyüsüdür. Onun dövrü Hun imperiyasının ən güclü dövrü hesab edilir. Hun imperatorları içində ən uzun ömürlü olan Günçenin dövründə 4 imperator dəyişmişdir. == Hakimiyyəti == E.ə. 158-ci ildə Şansi və Ordosu işğal edən şanyü, hərəsinə 30.000 əsgər göndərmişdi. Hunlar çox qalmadı, qarət edib geri döndülər. Hun ordusu paytaxt Siana yaxınlaşarkən imperatorun tələ qurduğunu öyrəndi və geriyə döndü.
Digitaria panicea
Digitaria sanguinalis (lat. Digitaria sanguinalis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin barmaqotu cinsinə aid bitki növü. == Sinonimləri == Asperella digitaria Lam. Cynodon praecox (Walter) Roem. & Schult. Dactilon sanguinale (L.) Vill. Digitaria aegyptiaca Willd. Digitaria aegyptiaca subsp. caucasica (Henrard) Tzvelev Digitaria australis Willd. ex Trin.
Qabiden Mustafin
Qabiden Mustafin (qaz. Ғабиден Мұстафин; 26 noyabr 1902 – 20 yanvar 1985, Almatı) — Qazax Sovet yazıçısı, ictimai xadim, Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1958), Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. == Həyatı == Kəndlilərin Rusiyadan köçürülməsi ilə əlaqədar olaraq, 1907-ci ildə Elibay qəbiləsinin nümayəndələrinin altmış evi (Qabiden ailəsi də daxil olmaqla) Spasski zavodunun şərqində yerləşən Koktalzharyk qəsəbəsinə köçmək məcburiyyətində qaldı. On yaşlı Qabiden savadını aul mollasından, rus dilini isə fabrik xadiməsi Cusup Maukumovdan öyrənmişdir. Spassk zavodunun beş illik rus-qazax məktəbinin dördüncü sinfinə qəbul edilmişdir. İki illik təhsildən sonra Qabiden doğma kəndinə qayıtmışdır. 1927-ci ildə Mustafinin ilk hekayəsi "Sarsen və Mukaş" və "Early Birds" jurnallarında yayımlandı. 1929-cu ildə ilk hekayələr toplusu "Er Shoyin" Qızıl-Ordada nəşr olundu. 1930-cu ildə inşası davam edən Qaragandaya köçdü. 1933-cü ilin əvvəlində yerli şuranın qərarı ilə Qabiden Mustafin "Proletariat Karaqandı" qəzetinin məsul katibi vəzifəsinə namizəd göstərildi.
Qanimed (peyk)
Qanimed — Günəş sistemində Yupiter planetinin ən böyük peyki.
Qenices boğazı
Qanices boğazı - Kryac adasını materikdən (Ukrayna) ayırır. Azov dənizini Sivaş körfəzi ilə birləşdirir. Uzunluğu 4 km, eni 80–150 m, dərinliyi 4,6 m təşkil edir. Bölgədə əsas liman Qenices limanıdır.
İsaxan Qanıyev
İsaxan İsaman oğlu Qəniyev (11 noyabr 1985; Şamaxı, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsaxan Qəniyev 1985-ci il noyabrın 11-də Şamaxı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şanican (Şəbüstər)
Şanican (fars. شانجان‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. Əvvəllər kəndin adı Çənəvən olmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (102 ailə).
Pançen-lama
Pançen-lama (tib. པན་ཆེན་བླ་མ་, Vayli: pan chen bla ma, çin. 班禪喇嘛) — Tibet Buddizminin Qeluq məktəbindəki Dalay-lamadan sonra ikinci ən böyük lama. Pançen-lama, XVII-ci əsrin əvvəllərindən bəri mövcud olan yenidən doğuşlar (tulku) xəttidir. Bu xəttin nümayəndələri Amitabha Buddanın emanatları hesab olunur. "Pançen-lama" sanskrit dilindən paṇḍit (pandit, alim) və tibet dilindən chen (böyük) "böyük alim" deməkdir.
Jan-Filippe Qatiyen
Jean-Filippe Qatiyen (16 oktyabr 1968) — Fransanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Jean-Filippe Qatiyen Fransanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Jean-Filippe Qatiyen Fransanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Jean-Filippe Qatiyen Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Daha sonra Jean-Filippe Qatiyen Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub.
Qanın laxtalanması
Qanın laxtalanması və ya koaqulyasiya — qan plazmasında həll olmuş fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsi. Qanın laxtalanması qan damarlarının zədələnməsi hallarında qanaxmanın qarşısını almaq üçün orqanizmin qoruyucu reaksiyasıdır. Qanın laxtalanmasında qan plazması və qan lövhəciklərinin müxtəlif komponentləri (tromboplastin, protrombin, kalsium ionu, K vitamini və s.) iştirak edir. Qanın sürətlə laxtalanması üçün plazmada AC-qlobulin də olmalıdır. Qanda heparinin artması laxtalanmanın qarşısını alır. Bəzi xəstəliklərdə, məs. hemorragik diatezlərdə, hemofiliyada qanın laxtalanması azalır, bəzilərində isə (məsələn, sətəlcəm, tromboflebit) artır.
Qanın üç rəngi
Qanın üç rəngi — Çingiz Abdullayevin Dünya Detektiv Ədəbiyyatının Qızıl Fonduna düşən detektiv romanlarından biri. Heydər Əliyevin “Əsrin müqaviləsi”nə aparan yolda necə böyük maneələrlə, hətta ölüm təhlükəsi ilə üzləşdiyi hadisələr romanda öz əksini tapmışdır. == Mövzusu == “Əsrin müqaviləsi”nin ərsəyə gəlməsində mühüm amilllərdən biri də neftin Avropaya gedəcəyi marşrutu müəyyən etməkdən ibarət idi. İki təklif gündəmə gəlir: Rusiyadan keçməklə mövcud Novorossiyk marşrutu, yoxsa Gürcüstan və Türkiyədən keçməklə yeni Bakı-Ceyhan neft kəmərinin çəkilməsi? Siyasi müstəqilliyə aparan yolu Azərbaycan Prezidenti Heydər Əliyev mütləq şəkildə ikinci variantda görür və Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə müqavilə imzalamağa hazırlaşır. Detektiv roman iyun ayının 12-də Bakıda imzalanacaq həmin müqavilə ətrafında cərəyan edən gizli və gözəgörünməz, müdhiş əhvalatlardan mövzu alır.
Drakulanın qanının dadı (film, 1970)
Drakulanın qanının dadı (ing. Taste the Blood of Dracula) — 1970-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. == Xarici keçidlər == Drakulanın qanının dadı — Internet Movie Database saytında.
Qanın üç rəngi (roman)
Qanın üç rəngi — Çingiz Abdullayevin Dünya Detektiv Ədəbiyyatının Qızıl Fonduna düşən detektiv romanlarından biri. Heydər Əliyevin “Əsrin müqaviləsi”nə aparan yolda necə böyük maneələrlə, hətta ölüm təhlükəsi ilə üzləşdiyi hadisələr romanda öz əksini tapmışdır. == Mövzusu == “Əsrin müqaviləsi”nin ərsəyə gəlməsində mühüm amilllərdən biri də neftin Avropaya gedəcəyi marşrutu müəyyən etməkdən ibarət idi. İki təklif gündəmə gəlir: Rusiyadan keçməklə mövcud Novorossiyk marşrutu, yoxsa Gürcüstan və Türkiyədən keçməklə yeni Bakı-Ceyhan neft kəmərinin çəkilməsi? Siyasi müstəqilliyə aparan yolu Azərbaycan Prezidenti Heydər Əliyev mütləq şəkildə ikinci variantda görür və Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə müqavilə imzalamağa hazırlaşır. Detektiv roman iyun ayının 12-də Bakıda imzalanacaq həmin müqavilə ətrafında cərəyan edən gizli və gözəgörünməz, müdhiş əhvalatlardan mövzu alır.
Bishoujo Senshi Sailor Moon SuperS Gaiden: Ami-chan no Hatsukoi
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.
Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai
Shimoneta: A Boring World Where the Concept of Dirty Jokes Doesn't Exist, Yaponiyada tanınan adı ilə Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai (下ネタという概念が存在しない退屈な世界, azərb. Ədəbsiz zarafatların mövcud olmadığı maraqsız dünya‎) və ya qısaca Shimoseka (下セカ) — Eyto Şimatsukinin rəssamlığı ilə Hirotaka Akaqi tərəfindən yazılmış ranobe seriyası. İlk cildi Shogakukan nəşriyyatı tərəfindən 18 iyul 2012-ci ildə Gagaga Bunko imprinti altında buraxılmışdır. 18 fevral 2016-cı ildə isə sonuncu – 11-ci cildi buraxılmışdır. N' Yuzukinin rəssamlığı ilə istehsal olunmuş "Shimoneta to Iu Gainen ga Sonzai Shinai Taikutsu na Sekai: Man**-hen" adlı manqa 28 mart 2014-ci ildən 5 fevral 2016-ci ilə kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuş və 4 cildi buraxılmışdır. J.C.Staff studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmiş və Yaponiyada 4 iyul 2015-ci ildən 19 sentyabr 2015-ci ilə kimi yayımlanmışdır. Şimoneta (下ネタ) yapon dilindən tərcümədə "ədəbsiz zarafat" deməkdir. == Məzmun == Antiutopik bir gələcəkdə Yaponiya hökuməti ölkənin və vətəndaşların əxlaq normasını qorumaq üçün "Sağlam Şəkildə Uşaq Yetişdirmədə İctimai Nizam və Əxlaq Qanunu" qəbul edərək bütün ədəbsiz materialları məhv etmək və insanların ədəbsiz ifadələr işlətməsinə qadağa qoymaq qərarına gəlir. Hətta vətəndaşlar işlətdikləri bütün sözləri və əl hərəkətlərini qeydə alan Peace Makers (PM) adlı xüsusi cihazları geyinməyə məcburdurlar. Nəticədə, Yaponiya dünyanın ən yüksək əxlaq normalarına malik ölkəyə çevrilir.