Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarabasma
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Orxan Qarabasma
Orxan Qarabasma vəya OGB (tam adı: Orxan Oktay oğlu Abbasov ; 18 oktyabr 1987, Bakı) — azərbaycanlı reper, musiqi prodüseri. == Bioqrafiya == Orxan Oktay oğlu Abbasov 1987-ci il 18 oktyabrında Bakı şəhərində anadan olub. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Rep səhnəsinə 2006-cı ildə "Qarabasma" qrupunun tərkibində başlayıb. 2008-ci ildən solo olaraq musiqi fəaliyyətinə davam edir. 2015-ci ildə reper RG ilə birlikdə "AFTERMAD" labelini yaradıb. 2017-ci ildən isə "Synaps" labeli ilə əməkdaşlıq edir. "Kəllə-Kəlləyə" və bir çox cypher tipli rep layihələrinin həmmüəllifidir. Orxan Qarabasma həmçinin bir çox müğənnilərə yazılan mahnıların müəllifidir.
Qarabasma kafesi (mini-serial)
Qarabasma kafesi (ing. Nightmare Cafe) — 1992-ci ildə istehsal olunmuş ABŞ filmidir. Bütün seriyaların davam etmə müddəti 6 saatdır. == Məzmun == Filmin baş qəhrəmanları Frenk və Fey eyni gündə vəfat edirlər. Bu hadisədən sonra onlar dünyaya ikinci dəfə qayıtmaq şansı əldə edirlər. Onlar qəribə bir kafedə işə düzəlirlər. Qəhrəmanlar kafenin sahibi Blekki ilə birlikdə bura gələn insanları yeni müxtəlif qorxu hissi yaşadırlar. Hər seriyada müxtəlif şəhərlərdə yerləşən kafedə çoxlu hadisələr baş verir... == Epizodlar == Pilot (azərb. Pilot‎) Dying Well Is the Best Revenge (azərb.
Qarağac küçəsində qarabasma (film, 1984)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 1980-cı illərin məşhur qorxulu, sleşer filmlərindən biridir. Film 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilmişdir. "Qarağac küçəsində qarabasma" filmi 1985-ci ildə Avoriaz Fantastik Film Festivalında tamaşaçılar tərəfindən mükafatlandırılmışdır. Filmin B filmləri kateqoriyasına daxil olmasına baxmayaraq, böyük müvəffəqiyyət qazanmışdır. Filmin büdcəsi 1,8 milyon, gəliri isə 25,5 milyon ABŞ dollarıdır. Bu film tənqidçilər tərəfindən müsbət qarşılandı və onun davamı olaraq bir sıra teleseriallar və filmlər çəkilir. Bu film qorxu filmi janrında çəkilmişdir. Ayrıca filmin qəhrəmanı Freddi kino tarixində ən çox tanınan pis xarakter oldu. Həm tənqidçilər həm də Ues Kreyven filmin müvəffəqiyyətində sleşer növündə olan (gənclərin psixopat bir ardıcıl qatil tərəfindən qətl edildiyi filmlərə deyilir) və qorxu filmlərinin qızıl çağını başladan Hellouin filminin əhəmiyyətli rol oynadığını ifadə edirdilər.
Qarağac küçəsində qarabasma (film, 2010)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 2010-cu ildə istehsal olunmuş ABŞ filmidir. Film eyni ssenari əsasında qurulub. Filmin ssenarisi əvvəlkinə nisbətən fərqlənir. == Məzmun == Sprinqvud şəhərində qəribə ölüm hadisələri baş verir. Əsasən, gənclər yuxuda olan zaman ölməyə başlayırlar. Nensi gənc qızdır. Ofisiantlıq edir. Amma gecələr qəribə qarabasmalar gördüyündən yata bilmir.
Qarağac küçəsində qarabasma (filmin seriyaları)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare On Elm Street) – ABŞ-nin məşhur qorxulu seriallarından biridir. Filmin 1984–2003-cü illər ərzindəki rejissoru isə məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmlərin baş qəhrəmanı isə isveç aktyoru Robert Enqlundun ifasında olan Freddi Krügerdir. Qarağac küçəsində qarabasma filmini çəkməmişdən əvvəl New Line Cinema kompaniyası dərin böhran içində idi. 1984-cü ildə filmin çəkilməsindən sonra bu kompaniya böyük uğurlar qazanır. Bu uğurun uzunmüddətli olması üçün filmin sonrakı seriyaları çəkilməyə başlanılır. Freddi Ceysona qarşı filmi "Qarağac küçəsində qarabasma" seriyalarının hekayələrini bitirir. 2010-cu ildə "Qarağac küçəsində qarabasma" filminin remeyki çəkilir. Artıq bu filmdə Robert Enqlund çəkilmir.
Freddi ölüdür: Sonuncu qarabasma (film, 1991)
Freddi ölüdür: Sonuncu qarabasma (ing. Freddy's Dead: The Final Nightmare) — 1991-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 1999-cu il. Son hadisələrdən on il keçmişdir. Elis və Ceykob artıq şəhəri tərk etmişlər. Şəhərdəki gənclərin hamısı ölmüşdür. Onlardan sağ qalanı Condur. Con Freddiyə müqavimət göstərə bilmədiyindən şəhərdən qaçmağa qərar verir, lakin yolda huşunu itirərək, xəstəxanaya düşür. Burada Con tibb bacısı Meqqi lə tanış olur. Meqqi Conun sağalmasından sonra qərara gəlir ki, onu Sprinqvud şəhərinə aparsın.
Qarağac küçəsində qarabasma 2: Freddinin qisası (film, 1985)
Qarağac küçəsində qarabasma 2: Freddinin qisası (ing. A Nightmare on Elm Street 2: Freddy’s revance) – 1985-ci ildə Cek Şolder tərəfindən qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. == Şüarlar == «You Are All My Children Now!» (azərb. "İndi Siz Hamınız Mənim Uşaqlarımsınız!"‎) «Don’t Say We Didn’t Warn You!» (azərb. "Deməyin ki, biz sizi xəbərdar etmədik!"‎) «The Man Of Your Dreams Is Back!» (azərb. "Sizin yuxularınızın adamı qayıdır!"‎) «An Old Friend Is Coming To Town…» (azərb. "Köhnə dost şəhərə gəlir…"‎) «The First Name In Terror Returns…» (azərb. "Qarabasmada əsas ad qayıdır…"‎) «Someone Is Coming Back To Elm Street!» (azərb. "Kimsə qarağac küçəsinə geri qayıdır!‎) == Məzmun == Filmin baş qəhrəmanı olan Cessi Uolş filmin əvvəlində qarabasma yuxusu görür. Küçədən yavaş sürətlə məktəb avtobusu gedir.
Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri (film, 1987)
Qarağac küçəsində qarabasma 3 (ing. A Nightmare on Elm Street 3: Dream Warriors) – 1987-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Yüzlərlə psixopatın ilham qaynağı mərhəmətsiz olan Freddi Krüger yeni qurbanlar üçün geri dönür. Freddi Qarağac Küçəsinin sakinlərini qorxunc üsullarla yuxularında ovlamaqdadır. İnsanların tək ümidləri Freddidən xilas olmağı bacarmış Nensi Tompsondur. O, bu döyüşdə Freddiyə öz üsullarıyla qarşılıq verə biləcək tək adamdır. Nensi insanların birdən-birə yatmaması üçün onlara dərman təklif edir... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 3: Yuxu döyüşçüləri — Internet Movie Database saytında.
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi — Internet Movie Database saytında.
Qarağac küçəsində qarabasma 5: Yuxu övladı (film, 1989)
Qarağac küçəsində qarabasma 5 (ing. A Nightmare Elm Street 5) – 1989-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ssenariyası bir neçə dəfə yazılmışdır. Filmin ssenarisi orijinal ssenaridən tamamilə fərqlidir. Filmin çəkilişinə bir neçə gün qalmış Maykl De Luka bütov ssenarini hazırlamışdır. Film "Ən pis mahnı" səslənməsinə görə Qızıl Moruq Mükafatı mükafatına layiq görülmüşdür. == Şüarlar == «It’s A Boy.» (azərb. «O uşaqdır!»‎) «Freddy Delivers.» (azərb. «Onu Freddi gətirdi!»‎) «Evil Has Spawned.» (azərb. «Bu uşaq qorxuncdur!»‎) «Freddy has a son.» (azərb.
Freddinin qarabasmaları (serial)
Freddinin qarabasmaları (ing. Freddy's Nightmares) - 1988-ci ildə istehsal olunmuş ABŞ serialıdır. Filmin yaradıcısı Ues Kreyvendir. == Məzmun == Ohayo ştatının Sprinqvud şəhərciyində müxtəlif səviyyədə qəribə qətillər baş verir. Bu hadisələr, əsasən, kiçik yaşlılar arasında baş verir. Əslində isə əhali yatan zaman Freddi Krüger onları qorxudaraq yuxuda öldürür. Serialın ilk seriyasında Freddinin valideynləri göstərilir. Valideynləri onu öldürürlər ki, Freddi heç kəsə zərər yetirməsin. Lakin serialın mövzusu orijinal filmlərin mövzularından fərqlənir. Nensinin valideynləri mövzuya görə göstərilməyib.
Freddinin qarabasmaları (teleserial, 1988)

Freddinin qarabasmaları serialının epizodları siyahısı
Freddinin qarabasmaları serialının epizodları siyahısı - 1990-cı ildə istehsal edilmiş Freddinin qarabasmaları serialının seriyalar siyahısını cəmləşdirir. Serial böyük tirajla VHS (Kasset) formatında ABŞ, Böyük Britaniya, Avstraliya, Braziliya, İtaliya və Niderlandda çıxmışdır.
Ues Kreyvenin yeni qarabasması (film, 1994)
Ues Kreyvenin yeni qarabasması (ing. Wes Craven's New Nightmare) — 1994-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin digər adı "Qarağac küçəsində qarabasma 7: Ues Kreyvenin yeni qarabasması" (ing. A Nightmare on Elm Street 7: Wes Craven's New Nightmare) kimi səslənir. == Məzmun == "Qarağac küçəsində qarabasma" filmi çəkilən zaman qəribə hadisələr baş verir. Nensi rolunu ifa edən Hezer Lencenkempin oğlu gözlənilmədən yoxa çıxır. Freddinin əllərindəki iti uclu əlcək birdən-birə xüsusi effektlərlə məşğul olan film heyətlərindən birini öldürür və Hezerin ərini yaralayır. Zəlzələ səbəbindən Hezerin yuxudan oyanır və bunun bir yuxu olduğunu başa düşür. Onun əri iti bıçaqla barmağını kəsir.
Qarabasan
Qarabasan — gerçək olmayan virtual xəyali varlıq və ya türk xalq mədəniyyətində kabus və buna səbəb olan varlıq. Qarabasma (Karabasma/Garabasma) da deyilir. == Xüsusiyyətləri == Gecələri insanların üzərinə çökən şər varlıq kabuslara səbəb olur. Ümumi mənada isə insanların pis şeylər görməsi deməkdir. Qorxulu yuxulardır. Bəzi bölgələrdə Qaraqura və ya Kamos adlı bir varlığın səbəb olduğu düşünülür. Ağırbasma ifadəsi də istifadə edilir. Qarabasanlara pis ruhların və ya cinlərin səbəb olduğuna inanılır. Bu ruhlar bəzən öldürücü ola bilərlər. Bəzən yuxuda ölən insanların bu varlıqların hirsləri səbəbindən öldükləri düşünülür.
Qarababa
Qarababa (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qarababa (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd.
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Qarababa (Bostanabad)
Qarababa (fars. قره بابا‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (7 ailə).
Qarababa (Tikantəpə)
Qarababa (fars. قره باب‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (6 ailə).
Qarababa (Zəngilan)
Qarababa — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Oxçu çayının sahilində, Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Qarababa adlı şəxsin adını daşıyır.
Qarababa (Şahbuz)
Qarababa — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 2013-cü ilə qədər mövcud olmuş kənd. == Tarixi == Qarababa Naxçıvan çayının (Arazın qolu) sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kənd XIX əsrin əvvələrində Hümbət bəy adlı şəxsə məxsus idi. Onun atası Qarababa bəy əvvəlcə rəiyyəti ilə birgə Qarabağda yaşamışdır. Qarabağ xanı ilə arası dəydikdən sonra Naxçıvan zonasında məskunlaşaraq yaşayış məntəqəsi salmışdir. Kənd həmin bəyin adı ilə adlanmışdır. 1809-cu il mayın ortalarında Abbas Mirzə Qovanlı-Qacarın başçılıq etdiyi İran qoşunu ilə Rusiya imperiyası arasında baş verən döyüş məhz Qarababa kəndi ətrafında baş vermişdir. == Ləğv edilməsi == 2013-cü il Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Qarababa kəndi ləğv edilərək Şahbuz şəhərinin inzibati ərazisinə daxil edilmişdir.
Qarabala Mayılov
Qarabala Ağabala oğlu Mayılov — Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1973-cü ildə Salyan rayonu, Kürsəngi kəndində doğulmuşdur. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Təltifləri == Sıravi Qarabala Mayılov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.Adı Kürsəngi kənd tam orta məktəbinə verilmişdir.
Qarabağa gəzinti
Qarabağa gəzinti — Aka Morçiladzenin romanı. 2005-ci ildə film rejissoru Levan Tutberidze bu roman əsasında film çəkib.
Dağlıq Qarabağda (1937)
== Məzmun == Film Azərbaycanın ayrılmaz tərkib hissəsi və ən gözəl guşələrindən biri olan Dağlıq Qarabağın səfalı təbiətindən, onun bugünkü işlərindən, alma, üzüm və taxıl yığımından söhbət açır. Filmdə eləcə də arıçılıq, qoyunçuluq və atçılıq fermalarının işindən danışılır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Əbdül Həsənov Ssenari müəllifi: Vladimir Yeremeyev, Əbdül Həsənov Operator: Vladimir Yeremeyev Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 54.
Qarabağda alban memarlığı
Qarabağda Alban memarlığını özündə əks etdirən IV- XVI əsrlərə aid bir neçə Alban kilsəsi bizim dövrə qədər gəlib çatmışdır. Onların arasında Laçın rayonunda yerləşən Ağoğlan monastırı, Kəlbəcər rayonunda Xudavəng monastırı, Xocavənd rayonunda Amaras monastırı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər monastırı və digərlərini göstərmək olar. IX əsrdə inşa edilmiş və uzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastır kompleksi Laçın rayonunun ərazisində Ağoğlan çayı sahilində yerləşir. Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastır məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Monastr binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlardan hörülmüş açır dam örtüyünü saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandırmaq üçün divarlarda ensiz və uzunsov pəncərələr vardır. Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni "tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur.
Qarabağda döyüşlər (2023)
19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan silahlı qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıdı. Azərbaycanın Müdafiə Nazirliyinin Anti-terror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ermənistan rəsmiləri bunu Azərbaycanın ermənilərə qarşı təcavüzü adlandırdı. 24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir. Həmçinin sentyabrın 21-də Qarabağın erməni əhalisinin nümayəndələri ilə Yevlaxda görüşün baş tutacağı da qeyd edildi. Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələrinin 202 hərbi qulluqçusunu həyatını itirdi, 511 hərbi qulluqçusu isə yaralandı. Erməni silahlı dəstələrinin ölüləri barədə dəqiq say açıqlamasa da, qondarma rejimin "ombudsmanı" Geğam Stepanyan 200-dən çox hərbçinin öldüyünü bildirdi.
Qarabaşaq
Qarabaşaq (lat. Fagopyrum) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi.
Qarabağa Səyahət (1968)
== Məzmun == Mənzərə filmi Azərbaycanın gözəl guşələrindən biri — Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın keçmişdən bu günə kimi mühafizə olunmuş tarixi qala və abidələrindən danışır. Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və sevimli müğənnimiz Bülbül də bu səfalı dağların övladıdır. Bu gün də burada-hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb, min-min ürəyi fəth edir. Bütün bunlar barədə filmdə söhbət açılır. Ekranda diktorun səsi eşidilir: "Qarabağa əlvida demək çətindir;çünki Qarabağdan ayrılmaq mümkün deyil;çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir". == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Məmməd Mərdanov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Qarabaş
Qarabaş (və yaxud Qarabaşlar) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonu inzibati ərazi vahidində mövcud olmuş ölü kənd. Qafan şəhərindən 19 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində dəniz səviyyəsindən 1500 m yüksəklikdə, Baharlı kəndi yaxınlığında yerləşir. Qarabaş kəndinin əhalisi 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülüb. == Adı == Toponim muğanlı türk tayfasından olan qarabaş etnoniminə -lar şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. "Qafqazın 5 verstlik xəritəsi"ndə Qarabaş formasında qeyd edilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == 1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər əhalisi olan kənd 1939-cu ildə qonşu Baharlı kəndinə köçürülərək ləğv edilmişdir. Qarabaşlılar Baharlı kəndində zəlzələ üçün tikilmiş binalarda yerləşdirilmişdir.1926-cı il siyahıyaalınmasında kəndin azərbaycanlı əhalisi farslar kimi göstərilib.
Dağlıq Qarabağda (film, 1937)
== Məzmun == Film Azərbaycanın ayrılmaz tərkib hissəsi və ən gözəl guşələrindən biri olan Dağlıq Qarabağın səfalı təbiətindən, onun bugünkü işlərindən, alma, üzüm və taxıl yığımından söhbət açır. Filmdə eləcə də arıçılıq, qoyunçuluq və atçılıq fermalarının işindən danışılır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Əbdül Həsənov Ssenari müəllifi: Vladimir Yeremeyev, Əbdül Həsənov Operator: Vladimir Yeremeyev Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 54.
Qarabağda azərbaycanlılara qarşı qətliamlar
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar — erməni-daşnak quldur dəstələrinin Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımı və talanlar. == Baş vermiş hadisələr == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu vəhşilikləri dərindən araşdırmış, bu haqda çoxlu şahid ifadələri, baxış protokolları, məruzələr, faktik məlumatlar toplamışdır. Sovet Rusiyasının Birinci dünya müharibəsi (1914-18) cəbhələrində hərbi əməliyyatların dayandırmasından əvvəl erməni əsgərləri kütləvi surətdə fərarilik edərək, cəbhədən qaçır və özləri ilə çoxlu oğurluq tüfəng, pulemyot və digər hərbi sursatlar aparırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun toplanmış faktlar əsasında hazırladığı məruzədə deyilirdi ki, Cavanşir qəzasının müsəlman əhalisi qonşuları ermənilərə çox sadəlövhcəsinə inanır və həmin silahların gələcəkdə onlara qarşı yönəldiləcəyini təsəvvürlərinə belə gətirmirdilər. Buna görə də onlar həmin silahların gətirilməsinin qarşısını almaq üçün heç bir tədbir görmürdülər. Rusiyada Oktyabr çevrilişindən sonra isə Yuxarı Qarabağa, o cümlədən Cavanşir qəzasının erməni kəndlərinə silah və sursat, demək olar ki, açıq şəkildə gətirilməyə başladı. N.Mixaylovun məruzəsində göstərilirdi ki, 1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Kolanı icmasının azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan Respublikasının tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Erməni təqiblərindən bezmiş Cavanşir qəzasının bir neçə kəndinin, o cümlədən İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndi əhalisinin bir hissəsi payız aylarında böyük tələfatla Murovdağı aşaraq, Cavanşir qəzasının aran kəndlərinə üz tutur və orada məskunlaşırlar. N.Mixaylovun 1919-cu il mayın 9-da Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məruzədə göstərilirdi ki, axır vaxtlar vəziyyət bir qədər yüngülləşsə də, Cavanşir qəzasındakı ermənilər buradakı azərbaycanlıların torpaqlarını Ermənistan Respublikasının ərazisi elan edərək, Azərbaycan Respublikasının hakimiyyətini tanımaq belə istəmir və öz zorakılıq hərəkətlərini əvvəlki kimi davam etdirirlər. Ona görə də Fövqəladə Təhqiqat Komissiyasının üzvləri erməni kəndlərindən keçərək, qəzanın dağətəyi hissəsində dağıdılmış azərbaycanlı kəndlərinə baxış keçirə bilmirdilər.
Qarabağda azərbaycanlılara qarşı soyqırımlar

Qarabağda erməni vandalizmi (2020)
Qarabağda erməni vandalizmi 2020 — Dağlıq Qarabağ atəşkəs bəyanatının nəticəsi olaraq ermənilərin tərk etməli olduqları ərazilərdə törətdikləri yanğın, dağıntı, söküntü və talama aktları. == Tarix == 27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri intensiv atəşə tutulur. Bundan sonra Azərbaycann ordusunun əks hücumu başlayır. Bu əks hücum əməliyyatı tarixə İkinci Qarabağ müharibəsi kimi düşür. Azərbaycan ordusu qısa zaman kəsiyində Qarabağ müharibəsi zamanı itirdiyi torpaqların bir qismini geri qaytarmağa müvəffəq olur. Üstəlik Ermənistan ordusuna vulan zərbələr nəticəsində müharibə aparmaq qabiliyyəti zəyifləyən ordunun rəhbərliyi Azərbaycanın irəli sürdüyü bəzi tələblərin yerinə yetirilməklə tam məğlubiyyətdən xilas olaraq atəşkəs bəyanatını imzalamaq məcburiyyətində qalır. Dağlıq Qarabağ atəşkəs bəyanatının 2-ci və 6-cı maddələrində göstərildiyi kimi Ermənistan ordusu 15 noyabra kimi Kəlbəcər, 20 noyabra kimi Ağdam və nəhayət 1 dekabra kimi Laçın rayonunu tərk etmək məcburiyyətində qalır. Bəyanatın imzalandığı günün ertəsindən ilkin olaraq Kəlbəcər rayonunda ordunun və qanunsuz məskunlaşan əhalinin köçü başlayır. == Kəlbəcər == İlkin olaraq Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilər rayon ərazisini tərk etməli olur. Bu köç zamanı ermənilər yaşadıqları evləri yandıraraq Azərbaycan torpaqlarından çıxırlar.
Qarabağda döyüşlər (sentyabr, 2023)
19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan silahlı qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıdı. Azərbaycanın Müdafiə Nazirliyinin Anti-terror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ermənistan rəsmiləri bunu Azərbaycanın ermənilərə qarşı təcavüzü adlandırdı. 24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir. Həmçinin sentyabrın 21-də Qarabağın erməni əhalisinin nümayəndələri ilə Yevlaxda görüşün baş tutacağı da qeyd edildi. Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələrinin 202 hərbi qulluqçusunu həyatını itirdi, 511 hərbi qulluqçusu isə yaralandı. Erməni silahlı dəstələrinin ölüləri barədə dəqiq say açıqlamasa da, qondarma rejimin "ombudsmanı" Geğam Stepanyan 200-dən çox hərbçinin öldüyünü bildirdi.
Qarabaşaq sıyığı
Qarabaşaq sıyığı — Qarabaşaq sıyığından hazırlanan məşhur rus, belarus, ukrayn və polşa yeməyidir. == Hazırlanması == V.Poxlebkinə görə slavyan xalqlarında qarabaşaq da taxıllar qrupuna daxildir. Şirin və kəmşirin sıyıqlar üçün südə samalensk taxılı əlavə edilirdi. Ovulmuş hissəciklər əzilmiş sıyıqda istifadə edilir.Qarabaşaq sıyığı su və süd də hazırlanır. O adi yemək (bəzən, süd, kərə yağı, şəkər də əlavə edilir) ola bilər. Bəzən qarniyer kimi də istifadə edilir. Dietik yeməklər içərisində ön planda durur. == Tarixi == Poxlebkina görə qarabaşaq sıyığı rus mətbəxində ikinci növ milli yemək hesab edilir. Belə ki, xalq mahnılarında da hansı sıyıq olursa qarabaşaq sıyığı olmalıdır. O həmçinin rahat hazırlanma qaydasına görə də fərqlənir.
Qarabaşaq yarması
Qarabaşaq yarması — adi qarabaşaq bitkisinin dənindən istehsal edilir. Qarabaşaq yarmasının qidalılıq və istehlak dəyəri başqa yarmalara nisbətən yüкsəkdir. Pəhriz qidası üçün daha çoх istifadə edilir. Buхara verilməmiş adi qarabaşaq və buхara verilib qurudulmuş tez bişən qarabaşaq yarmaları istehsal edilir. Adi və tezbişən yarmalar biri digərindən rənginə və konsistensiyasına, tərkibinə daхil olan maddələrin vəziyyətinə görə fərqlənir. Adi yarmanın rəngi açıq, unlu, nişastası dəyişməmiş, fermenti isə fəal deyildir. Tez bişən yarmanın rəngi qəhvəyi, qeyribərabər, yarımşüşəvari, nişastası qismən kleysterləşmiş, fermentlərinin fəallığı zəifdir. Adi və tezbişən qarabaşaq yarması 2 müхtəliflikdə – nüvə və yarma хırdası (prodel) halında istehsal olunur. Yarma хırdası bir neçə hissəyə bölünmüş qarabaşaq dənindən ibarətdir. Yarma nüvəsi tərkibindəкi kənar qarışığın və sağlam nüvənin miqdarına görə 1-ci və 2-ci əmtəə sortuna ayrılır.
Qarabaş dağı
Qarabaş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1727,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının suayırıcısında zirvə. Şahbuzkənddən 3,5 km çənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Türkeş-Milax antiklinalının şimal-şərq qanadında yerləşir.
Qarabaş qağayı
Qarabaş rinxokalamus
Qara rinxokalamus (lat. Rhynchocalamus melanocephalus) — Suilanıkimilər fəsiləsinə aid cins. == Təsviri == Əlvan rəngli kiçik (36 sm) qazıcı ilandır. Başı boynundan zəif seçilir. Bədəni üstdən az və ya çox parlaq narıncı rəngdədir. Başının üstü açıq rəngli olub, qara qövsvari zolağa malikdir. Boynunun üst tərəfində öndən dərin yarılmış qara köndələn zolağı var ki, bu da alt tərəfdə ağ və ya çəhrayı rəngdə olur. Qarın tərəfi ağdır. == Yayılması == Azərbaycanda Naxçıvan Muxtar Respublikasında, Ermənistanda, Kiçik Asiyanın cənub-şərqində, İraqda və İranda Rhynchocalamus melanocephalus satunini Nik., 1899 yarımnövü yayılmışdır. == Yaşama yeri və həyat tərzi == Yovşanlıq yarımsəhralarda, həmçinin seyrək ot və kol bitki örtüyü olan çox daşlı yamaclarda rast gəlinir.
Qarabaş vələmirquşu
Qarabaş vələmirquşu (lat. Emberiza melanocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Erkəyi başqa vələmirquşlarından başının üstünün və yanlarının qara rəngi ilə seçilir. Qanadları və quyruğu qonur, beli qəhvəyidir. Bədəninin bütün alt tərəfi parlaq sarıdır. Dişilərdə və cavanlarda bədənin üstü sarımtıl- boz, altı isə sarımtıl-bulaşıq-ağdır. Yuvalama dövründə cüt-cüt, qalan vaxtlarda sürü ilə gəzir. Arealı Avropa və Asiyadı. Hindistanda qışlayır. Azərbaycanda hündür dağlıqdan başqa qalan yerlərdə geniş yayılmışdır.
Qarabaş çəkçəki
Qarabaş çəkçəki (lat. Saxicola torquatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Qarabaş ördək
Qarabaş ördək (lat. Heteronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.