Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qonaq evi
Mehmanxana, hotel, otel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt. == Mehmanxanaların təsnifatlaşdırılması meyarları == Mehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir: 1. Komfort səviyyə; 2. Nömrə fondunun tutumu; 3. Mehmanxanaların funksional təyinatı; 4. Mehmanxananın yerləşdiyi yer; 5. Mehmanxananın işləmə müddəti; 6. Qonaqların yeməklə təminatı; 7. Qonaqların qalma müddəti; 8.
Qonaq evi (Novoçerkassk)
Qonaq evi — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Qarışıq stildə inşa edilmişdir Ünvan: Rostov vilayəti, Novoçerkassk şəhəri, Platovski prospekti, ev 59б. == Tarixi == Qonaq evi Rostov vilayəti, Novoçerkassk şəhəri, Platovski prospekti ərazisində iki mərtəbədən ibarət olan bir tikilidir. İlk əvvəllər bu daş tikilinin yerində taxtadan ibarət olan bir bina vardı. Ətrafı isə boşluq idi. Novoçerkassk şəhərinin salınmasının yubleyi münasibəti ilə 18 may 1805-ci ildə bu ərazidə daşdan tikiləcək qonaq evinin təməli atılmışdır. Yerləşdiyi küçənin mühüm binalarından biri olması səbəbi ilə əlaqədar onun adı bütün küçəyə verilmişdi. Bina iki korpusdan ibarət idi. Hazırda yalnız sağ korpus qorunub saxlanılmışdır.
Görünməz qonaq (film, 2016)
Görünməz qonaq (isp. Contratiempo) — 2016-cı ildə buraxılmış ispan detektiv triller filmi. Bu Bədən filmindən sonra rejissor Oriol Paulonun ikinci triller filmidir. Film 6 yanvar 2017-ci ildə İspaniyada yayımlandı. Bu, 4 milyon avroluq büdcəsinə qarşı 30,5 milyon dollar həcmində gəlir əldə etmişdir. Film rəsmi olaraq iki dəfə yenidən hazırlanmışdır: 2018-ci ildə nümayiş etdirilən italyan Görünməz şahid filmi və Red Chillies Entertainment tərəfindən 8 mart 2019-da yayımlanan hind filmi Badla.
Laplandiyalı qonaq (film, 2009)
Laplandiyalı qonaq tammetrajlı musiqili televiziya film-tamaşası rejissor Faiq Kərimoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Əsas rolları Səyavuş Aslan, Yasin Qarayev, Sabir Məmmədov, Tofiq Hüseynov, İlham Binəli və Naibə Allahverdiyeva ifa edirlər. == Məzmun == Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Amma onu cənuba gətirmək elə də asan başa gəlmir. Santa-Klaus bir qrup mədəniyyət işçisindən Azərbaycandan gəldiklərini sübut etmək üçün muğam oxumağı tələb edir.
Qonaq-Qaralı Ev (1992)
== Məzmun == Kinolentdə "Moskva" mehmanxanasında aparılan yenidənqurma işlərindən söhbət gedir. == Film haqqında == Film "Moskva" mehmanxanasının sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Akif Rüstəmov Ssenari müəllifi: Akif Rüstəmov Operator: Ələkbər Muradov Səs operatoru: Marat İsgəndərov == Sponsor == "Moskva" mehmanxanası == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.
Əntiqə Qonaq
Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). == Həyatı == Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir. 1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir.
Görünməz qonaq
Görünməz qonaq (isp. Contratiempo) — 2016-cı ildə buraxılmış ispan detektiv triller filmi. Bu Bədən filmindən sonra rejissor Oriol Paulonun ikinci triller filmidir. Film 6 yanvar 2017-ci ildə İspaniyada yayımlandı. Bu, 4 milyon avroluq büdcəsinə qarşı 30,5 milyon dollar həcmində gəlir əldə etmişdir. Film rəsmi olaraq iki dəfə yenidən hazırlanmışdır: 2018-ci ildə nümayiş etdirilən italyan Görünməz şahid filmi və Red Chillies Entertainment tərəfindən 8 mart 2019-da yayımlanan hind filmi Badla.
Qonaq (dəqiqləşdirmə)
Qonaq — Qonaqlığa gedən şəxs və ya şəxslər. Qonaq evi — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt, mehmanxana, hotel. Qonaq otağı — Evdə qonaqlara, görüşə gələnlərə məxsus xüsusi otaq.
Qonaq-qaralı ev (film, 1992)
== Məzmun == Kinolentdə "Moskva" mehmanxanasında aparılan yenidənqurma işlərindən söhbət gedir. == Film haqqında == Film "Moskva" mehmanxanasının sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Akif Rüstəmov Ssenari müəllifi: Akif Rüstəmov Operator: Ələkbər Muradov Səs operatoru: Marat İsgəndərov == Sponsor == "Moskva" mehmanxanası == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 321.
Ev sahibi və qonaq (poema)
Ev sahibi və qonaq (სტუმარ-მასპინძელი, St’umar-Masp’indzeli) — Gürcüstan şairi, yazıçısı və filosofu Vaja Pşavelanın epik poeması. Poema ilk dəfə 1893-cü ildə Tiflisdə nəşr olunub və "gürcü ədəbiyyatının şah əsəri" hesab olunur. Bu poema, gürcü məktəblərində tədris olunur. Poema əsasında 1967-ci ildə Tengiz Abuladze tərəfindən "Molba" filmi çəkilib. == Məzmunu == Ev sahibi Coqola müsəlman, onun qonağı Zviadauri isə xristian olsa da, poema onların fərqli dini və mədəni ənənələrinə istinad edir. Poemanın süjeti özündə onların talelərinin bir-birinə təsirindən və onların yaşayıb,böyüdükləri icmalarının bir-birinə nifrət etmələrinə baxmayaraq, bu mübarizədən layiqincə cıxmaqlarını əks etdirir. Coqola və Zviadauri təsadüfən nəm meşədə, hər ikisi maral ovlayarkən rastlaşırlar. Onların hər ikisi verilən sözlərdən çox, əməllərə dəyər verən kişilərdir. Sonrakı söhbət zamanı Coqola onu evinə gecələməyə dəvət edir. Əslində, o, kistlərin qan düşməni olan Zviadauri adlı xevsurla tanış olur, hansı ki, sonradan Coqolanın qardaşını öldürdüyü məlum olur.
Banqladeş qonaqları (film, 1992)
Banqladeş qonaqları qısametrajlı sənədli filmi rejissor Cəmil Quliyev tərəfindən 1992-ci ildə çəkilmişdir. "Ziya" Video Mərkəzində istehsal edilmişdir. == Məzmun == Kinolent Banqladeş ustalarının dəri məmulatlarının emalı texnologiyasını azərbaycanlı həmkarlarına öyrətmələrindən danışır.
Boston Çay Qonaqlığı
Boston çay dəstgahı (ing. Boston Tea Party) — 16 dekabr 1773-cü ildə Bostonda Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Amerika inqilabının başlanğıcı sayılır. == Haqqında == Boston Çay Qonaqlığı 16 Dekabr 1773'cü ildə Boston limanında "Azadlıq Oğulları" (Sons of Liberty) tərəfindən təşkil olunmuş siyasi etiraz aktıdır. Yerli qəbiləlilərin tərzində geyinmiş bir neçə insan East India şirkətinə aid gəmilərə çıxaraq bütün yükü - çay qutularını dənizə atdı. Çayın ümumi çəkisi 42 ton təşkil edirdi. Bu etiraz, 10 May 1773'cü ildə qəbul olunmuş Çay aktına qarşı yönəlmişdi. Bu akt East India şirkətinə aksiz ödəmədən çay idxal etməyə icazə verirdi, bu da amerikalı tacirlərin biznesinə zərər vururdu. Aksizin özü isə Britaniya İmperiyasının "Yeni Dünyasında" fiskal siyasəti sərtləşdirən bir neçə digər tədbir ilə birlikdə 1767'ci ildə təsdiq olunmuşdu. Bu aktlar Taunşendin aktları kimi tanınır.
Mavi qonaqotu
Passiflora caerulea (lat. Passiflora caerulea) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. Vətəni Cənubi Braziliya və Argentinadır. == Botaniki təsviri: == Həmişəyaşıl liandır. Düzənliklərdə və dağlarda dəniz səviyyəsindən 1200 m-ə qədər hündürlükdə bitir. Bu bitkinin cavan yarpaqları qırmızı, yaşlı yarpaqları isə tünd yaşıl, uzunsov formalı, 5-7 hissəyə dərin bölünmüş, diametri 20 sm-ə qədərdir. Çiçəkləri iri, mavi rəngli, təkdir, diametri 7-9 sm, zərif ətri feyxoanın çiçəklərinin ətrinə bənzəyir. Erkəkcikləri və dişiciyi əhatə edən rəngli saplaqlardan ibarət «tac» bitkiyə əsas dekorativ effekt verir. Əsasən yaz-payız dövründə çicəkləyir. Meyvəsi qışda yetişir.
Pisiyli qonaqotu
Pisiyli qonaqotu (lat. Passiflora foetida) - qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Decaloba obscura (Lindl.) M.Roem. Dysosmia ciliata M.Roem. Dysosmia foetida (L.) M.Roem. Dysosmia gossypiifolia M.Roem. Dysosmia hibiscifolia M.Roem. Dysosmia nigelliflora M.Roem. Dysosmia polyadena M.Roem. Granadilla foetida (L.) Gaertn.
Qonaqkənd
Qonaqkənd rayonu — 1930-1959-cu illərdə Azərbaycan SSR-də mövcud olmuş rayon. Qonaqkənd (Quba) — Azərbaycanın Quba rayonunda qəsəbə. Qonaqkənd (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd.
Qonaqkənd (Quba)
Qonaqkənd — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbədir. == Tarixi == Qubanın qədim kəndlərindən biri hesab olunur. Qədim tarixə malik olan bu kənd Sasanilər İmperiyası zamanında İrandan bura köçürülən tat mənşəli əhali burada hələ də yaşayır. SSRİ dövrundə bura ən mühüm hərbi-strateji mövqelərindən biri olmuşdur. 1959-cu ilin dekabr ayına qədər Qonaqkənd rayon mərkəzi olmuşdur. İndiki qəsəbədə vaxtilə bütün dövlət strukturları fəaliyyət göstərib. Hətta "Staxanovçu maldar" adlı qəzet də nəşr edilmişdir. == Coğrafiyası == Qəsəbə çayın içində — vadisində yerləşir. Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaratmışdır. == Yol == 2013-cü ildə altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.
Qonaqkənd (Şamaxı)
Qonaqkənd – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Qonaqkənd kəndi Hacılı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qonaqkənd kənd Soveti yaradılmışdır. == Tarixi == XIX əsrdə əhalinin siyahıya alınması zamanı Şamaxı qəzası Qoşun sahəsində Qonaqkənd kəndi (118 ailə, 604 nəfər) qeydə alınmışdır. XIX əsrin əvvəllərində Quba xanı Şeyxəlixan (1791-1810) dövründə, onun zülmünə dözməyən Qonaqkənd kəndindən bir qrup ailənin köçüb məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə də Qonaqkənd adı verilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Cabanı yaylasının şimal-şərq ətəyində, Pirsaat çayının orta axınının sağ sahilində yerləşir. == Əhalisi == Kənd əhalisi tatlardan ibarətdir. 1919-cu il tarixində ermənilər tərəfindən 155 evlik Qonaqkənd kəndində 25 kişi, 5 qadın, 4 uşaq öldürülmüşdür. Kənd əhalisi 882 nəfərdir ki, onun da 416 nəfəri kişi, 466 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 166 təsərrüfat var.
Qonaqkənd bələdiyyəsi
Qonaqkənd bələdiyyəsi (Quba) — Quba rayonunda bələdiyyə. Qonaqkənd bələdiyyəsi (Şamaxı) — Şamaxı rayonunda bələdiyyə.
Qonaqkənd bələdiyyəsi (Quba)
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qonaqkənd fiziki-coğrafi rayonu
Qonaqkənd fiziki-coğrafi rayonu — cənub-şərqi Qafqazın şimal-şərq yamacının dağlıq hissəsini əhatə edib, mütləq yüksəkliyi Samur-Dəvəçi rayonunun qərbində, 120-200 m.-dən başlamış, cənubda Baş Qafqaz silsiləsinin suayrıcına (4466 m.) kimi ucalır. == Haqqında == Rayon ərazisi dağlıq olub, relyefin nisbi və mütləq yüksəkliyinin, meyilliyinin böyük olması ilə Samur-Dəvəçi rayonundan kəskin seçilir. Struktur cəhətdən Tufan antiklinorisini, Şahdağ-Xızı sinklinorisini, Təngi-Beşbarmaq antiklinorisini, Zaqatala-Qovdağ sinklinorisinin şərq (kənar) hissəsini və Qusar monoklinarını əhatə edir. Burada müxtəlif mütləq yüksəkliklərdə bir sıra dağdaxili çökəkliklərin (Xaltan, Qonaqkənd, Yerfi, Söhüb, Rustov və s.) formalaşması ilə əlaqədar olaraq kənd yaşayış məntəqələrinin və əkinçiliyin, maldarlığın inkişafı üçün əlverişli şəraitə malikdir. Şahdüzu dağdaxili çökəliyi (2400-2700 m.) isə yay otlaqları kimi istifadə olunur. Rayonun relyefi böyük yüksəklik diapazonuna (200- 4460 m.) malik olduğu üçün burda landşaftın yüksəklik qurşağı demək olar ki, tam spektrdə (dağ çölləri, dağ meşə-çöl, meşə, yüksək dağ-çəmən və nival subnival qayalıq) inkişaf etmişdir. Cənub-şərq istiqamətdə relyefin mütləq yüksəkliyinin azalması və dağ yamaclarında aridliyin artması ilə çaylarda axımın azalması və yüksək landşaft qurşaqlarının (nival, subnival və dağ-çəmən) yox olması, meşələrin aridləşməsi, quru-çöl və yarımsəhra landşaftları arealının alçaq dağlığa tərəf genişlənməsi müşahidə olunur. Relyefin dinamik inkişafı və formalaşmasında qravitasiya (sürüşmə, uçqun) və eroziya prosesləri əsas fəaliyyət göstərir. Relyefin Baş Qafqaz və Yan silsiləsinin maksimal qalxma sahələrində (Bazardüzü, Tufandağ, Şahdağ) qədim buzlaqların və müasir qar örtüyünün, aşınma prosesinin yüksək dağlıqda yaratdığı relyef formaları geniş sahə tutur. Yüksəkdağ zirvələrində qədim buzlaqların qalınlığı kimi saxlanılan və ümumi sahəsi 5,5 km2 (Budaqov, 1965) olan Bazardüzü, Bazaryurd, Şahdağ, Tufandağ buzlaqlarının və davamiyyətli qar örtüyünün şimal-şərq yamacın çaylarının qidalanmasında və ilin isti dövründə axımın təyin edilməsində mühüm əhəmiyyəti vardır.
Qonaqkənd qəsəbəsi
Qonaqkənd — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbədir. == Tarixi == Qubanın qədim kəndlərindən biri hesab olunur. Qədim tarixə malik olan bu kənd Sasanilər İmperiyası zamanında İrandan bura köçürülən tat mənşəli əhali burada hələ də yaşayır. SSRİ dövrundə bura ən mühüm hərbi-strateji mövqelərindən biri olmuşdur. 1959-cu ilin dekabr ayına qədər Qonaqkənd rayon mərkəzi olmuşdur. İndiki qəsəbədə vaxtilə bütün dövlət strukturları fəaliyyət göstərib. Hətta "Staxanovçu maldar" adlı qəzet də nəşr edilmişdir. == Coğrafiyası == Qəsəbə çayın içində — vadisində yerləşir. Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaratmışdır. == Yol == 2013-cü ildə altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.
Qonaqkənd rayonu
Qonaqkənd rayonu — 1930-1959-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikasında mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qonaqkənd kəndi olmuşdur. == Tarixi == Qonaqkənd rayonu Azərbaycan Sovet Sosialist Respublikasının rayonlaşdırılması səbəbi ilə 8 avqust 1930-cu il tarixində təşkil olunmuşdur. 1952–1953-cü illərdə rayon Bakı vilayətinə daxil edilmişdir. 1947-ci ilə aid məlumatlara görə rayonun daxilində 19 kənd sovetliyi olmuşdur. 4 dekabr 1959-cu ildə Qonaqkənd rayonu ləğv edilmiş, ərazisi isə Quba rayonuna birləşdirilmişdir. == Əhali == 1939-cu il siyahıyalmasına əsasən Qonaqkənd rayonunun əhalisi 20 896 nəfər olmuşdur. Onlardan 59,7%-i azərbaycanlı, 39%-i digər xalqlardan (tatlar çoxluq olmaqla), 1,3%-i ruslar idi.. == Mətbuat == Rayonda 1935-ci ildə "Sosializm maldarlığı" qəzeti nəşr olunurdu. Qəzet 1938-ci ildə "Staxanovçu maldar", 1954-cü ildə isə "Kommunizmə doğru" olaraq ad dəyişmişdir..
Qonaqkənd xalçaları
Qonaqkənd xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == Şəkildə təsvir edilən xalça Qubadan 40km cənubda yerləşən eyni adlı qəsəbənin adını daşıyır. Xalçalar təkcə Qonaqkənddə deyil, Qubanın, Dəvəçinin, Qusarın xalçaçılıq məntəqələrində də istehsal olunur. Sovet dövrünə aid və xarici mənbələrdə bu xalça "Sumax" və ya "Sumaxça" kimi tanınır. == Bədii xüsusiyyətləri == "Qonaqkənd" xalçasının kompozisiyası kontur xətlə yerinə yetirilmiş və şaquli istiqamətdə uzadılmış böyük fiqurlu medalyondan ibarətdir. Onun daxilində səkkizbucaqlı medalyon (göl) yerləşir. Xalçanın mərkəzində dörd künc boyunca uzunsov səkkizbucaqlı göllər yerləşir. Belə medalyonları Qubanın xovsuz "Sumax" xalçalarında və "Köhnə Quba" xalısının naxışlarında görmək olar. Mərkəzi medalyonun çıxıntılı üzlərinə dörd tərəf üzrə piramida təsvirli ornamental formalar verilmişdir. Bu piramidalar öz əsasları ilə sanki köbə zolağına söykənir.
Qonaqlı
Qonaqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Yaşayış məntəqəsini həmin rayondakı Yekəalılar (indiki Vahidli) kəndindən gəlmiş Molla Qurban adlı şəxs salmışdır. Kənd Qovaqlı meşə sahəsinin ətəyində salındığına görə belə adlanmış, sonra da rəsmi sənədlərdə Qonaqlı şəklinə düşmüşdür. Qonaq sözü qovaq ağa­cının adının yerli tələffüz variantıdır. Hazırda kəndin yaxınlığındakı Bəydəmirli kəndinin (Gədəbəy гayonu) сənubunda qovaq ağaclarının çox olduğu yer də Qonaqlıçökək adlanır. Oykonim qonaq (qovaq) sözündən və -lı şəkilçisindən düzəlmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Axıncaçayın dərəsində yerləşir. == Əhalisi == === Şəhidləri === Hüseynov Mustafa Ələddin oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qonaqotu
Qonaqotu (lat. Passiflora) — qonaqotukimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Anthactinia Bory ex M.Roem. Asephananthes Bory Baldwinia Raf. Ceratosepalum Oerst. Cieca Medik. Decaloba M.Roem. Disemma Labill. Granadilla Mill. Monactineirma Bory Murucuja Medik.
Qonaqotukimilər
Qonaqotukimilər (lat. Passifloraceae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Qonaqpərəstlik
Qonaqpərəstlik (rus. Куначество; qonaqçılıq sözündən törəmişdir) — Qədim Qafqazda adət. Adətə görə, fərqli tayfa və ya milliyətdən olan iki kişi elə bir yaxın dostluq münasibəti yaşayır ki, onlar qanbir olur, bir-birlərinə kömək edirlər. Buna oxşar adətlər çernoqoriyalılar, ərəblər və digər xalqlarda da müşahidə edilmişdir.Qonaqpərəstlik adəti xalqlararası əngəllərin aradan qaldırılması və qonşu xalqlar arasında dostluq münasibəti yaranmasında böyük rol oynamışdır. Beləliklə, müxtəlif xalqlar arasında əməkdaşlıq və ticarət artmışdır. == Etimologiyası == Rusdilli mənbələrdə "Куначество" adlandırılan bu terminin kökü qədim türk dilindən törəmiş "qonaq" sözündən gəlir. == Tarixi == Adətin yaranma dövrü məlum deyil. Qonaqpərəstlik adətinin mövcudluğunu sübut edən ən erkən yazılı sübut XV əsrdə çərkəzlər haqda əsərlər yazmış genuyalı səyyah Corcino İnterianonun yazılarında müşahidə olunur.
Qovaq
Qovaq (lat. Populus L.) — Söyüd fəsiləsindən bitki cinsi. === Yalançı ağqovaq — P.pseudonivea === Boyu 35 m. diametri 80 sm olan genişçətirli iri ağacdır. Uzanmış zoğlarının yarpağı hibrid qovağının yarpağına oxşayır. Qısa zoğlarının yarpaqları alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx keçətükcüklüdür, üstdən seyrək tükcüklüdür, yumurtavari rombəşkillidir, kənarı dilimli və dişlidir, ucdan sivriləşmişdir. Dişicik sırğalarının oxu tükcüklüdür. Mart-aprel aylarında çiçəkləyir. Toxumu may-iyun aylarında yetişir. Qafqazda yayılıb.
Ağ qovaq
Ağ qovaq — Təbii halda Şimali Afrika, Avropa, Asiyada, mədəni halda Avropa, Asiya, Şimali Amerikada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30–35 m, gövdəsinin diametri 2 m-dək olan, çadırvari, enli çətirli, kök boğazından budaqlanan ağacdır. Tez böyüyür, 30–40 yaşında 20–25 m hündürlüyə çatır, gövdəsinin diametri 0,5 m-dək olur. İri budaqlarda gövdənin qabığı boz-yaşıl, hamar; cavan zoğlarda ağ keçəli; yaşlılarda qabığı dərin yarıqlı, tünd boz və ya qaradır. Tumurcuqları xırda, uzunluğu 0,5 sm-dək, parlaq, yapışqanlı deyildir. Yarpaqları möhkəm, üstü tünd yaşıl, parlaq, gümüşü, yumurtavari yumru və ya üçkünc, alt tərəfi tükcüklü, ağ keçəvaridir. Yarpaqları uzun zoğlarda 3–5 barmaqvari-ələkvari, uzunluğu 4–12 sm, eni 2,5–10 sm-dir. Qısa zoğlarda yerləşən yarpaqlar yumru barmaqvari və ya 3–5 künclüdür. Saplaqları silindrik, tükcüklü, çox vaxt 2–3 dəfə yarpaq ayasından qısadır. Payızda yarpaqların əksər hissəsi yaşıl halda, az hissəsi limonlu-sarı rəngə boyanaraq tökülür.
Ağyarpaq qovaq
Ağcaqovaq — (lat. Populus alba L.) — Söyüdkimilər fəsiləsinin qovaq cinsinə adi bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Deltaşəkilli qovaq
Kаnаdа qоvаğı — (lat.
Dəfnəyarpaq qovaq
== Ümumi yayılması == Növün arealı Qərbi və Şərqi Sibiri, Qazaxıstanı, Monqoliyanı, Çinin şimal rayonlarını əhatə edir. Mədəni şəraitdə Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürülüyü 10-20 (25) m, çadırvari çətirli ağacdır. Zoğları və cavan budaqları sarı və ya sarımtıl-qonur, üç uzunsov qanadvari buğumludur. Yaşlı ağaclarda gövdənin aşağı hissəsində dərin yarıqlı, tünd bozdur; yaşlı budaqlarda yaşılımtıl-qonur, hamardır. Tumurcuqları uzunsov-yumurtavari, iti, uzunluğu 1-2 sm, yapışqanlıdır. Yarpaqları bünövrəsində yumru, ucunda biz, kənarları xırda dişli, zoğlarda yarpaq ayası ensiz, lansetvari; budaqlarda-yumurtavari və ya uzunsov, uzunluğu 6-15 sm, eni 2-7 sm-dir. Saplaqların uzunluğu 6 sm-dir, silindrik, üstü çıxıntılıdır. Yalançı zoğları tez tökülən, yumurtavari-lansetvari, bizdir. Sırğaları sıx deyil; çiçək altlıqları kəsikli, çılpaq, yumurtavari və ya yumru, uzunluğu 3–5 mm-dir.
Nazik qovaq
== Ümumi yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30 m-dək olan düz, piramidal formalı ağacdır. Gövdə və budaqların qabığı ağdır, hətta qocaldıqda azca kobudlaşır. Çətiri torpaq səthindən başlayır. Budaqları çox nazik, düz, gövdəyə çox yapışıqdır. Qısa zoğların yarpaqları rombvari, uzanmışdır. == Ekologiyası == Rütubətli, çimli, qumsal, gillicə torpaqlarda yaxşı bitir. Günəşə, istiyə, soyuğa davamlıdır. == Azərbaycanda yayılması == Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir. == İstifadəsi == Dekorativ görünüşə malikdir.
Qara qovaq
Qaraqovaq — (lat. Populus nigra L.) — Söyüd fəsiləsinə adi bitki növü. == Ümumi yayılması: == Qafqaz Gürcüstan, Rusiyanın Avropa hissəsi, Qazaxıstan, Qərbi Avropa, Kiçik Asiya, İran və Şimali Amerikada təbii аrеаlı vаrdır. Azərbaycanda yаyılmаsı: Qubada, Naxçıvan MR-nın dağ və düzən yer-lərində, Diabar, Samur Dəvəçi ovalığı, St.yaylası, Alazan-Əyriçay çökəkliyində, Kür-Araz düzənliyi və ovalığında təbii hаldа yаyılmışdır. == Stаtusu: == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yеr: == Arandan başlayıb оrtа dаğ qurşağına qədər tuqay mеşələrində, çаy sаhili bоyuncа rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == İri, hündürlüyü 25–30 m-ə çаtаn еnli çətirli аğаcdır. Budаqlаrı gövdəsindən аrаlı dаyаnır. Gövdələrinin qаbığı qаlın, tündbоz rəngdə, üzərində çаtlаr vаrdır.
Qonçaq xan
Qonçaq xan (XII əsr – 1203) — Qıpçaq xanı (1170–1203). == Həyatı == Qonçaq xan Ətrak xanın oğludur. Volınski qara klobuklar, Qaliç və Trovsk alayları ilə birlikdə Kiyev üzərinə yeriyir. Şəhər döyüşsüz təslim olur. Qleb Yuriyeviç qaçaraq digər qıpçaq tayfalarına pənah aparır və bir aydan sonra Qonçaqla qayıdıb Mistislavı Kiyevdən qovur. Başı bəlalı knyaz 1170-ci ildə vəfat edir. Onun oğlu Roman Novqorodu tərk edir, yerini isə Andrey Boqolyubski ilə olan sazişə əsasən Rürik Rastislaviç tutur. Belə hesab etmək olar ki, ənənəvi qayda bərpa olunur; Rusun əsas şəhərləri Böyük çöl ilə əvvəlki mehriban münasibətlərin tərəfdarı olan knyazların əlindədir. Lakin Kiyev boyarları və kilsə bir daha öz gücünü göstərir. 1171-ci ildə Qleb Yuriyeviçi zəhərləyirlər.
Qovaq yarpaqyeyəni
Qovaq yarpaqyeyəni-(lat. Chrysomella populi L.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Yarpaqyeyən böcəklər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Bədəninin uzunluğu 10–12 mm-dir. Beli tünd-yaşıl rənglidir. Qanadları isə qırmızıya çalır. Abşeron şəraitində böcəklər və sürfələr müxtəlif növ qovaq və söyüd ağaclarının üzərində yaşayır. Onlar müxtəlif illərdə yaşıllıq bitkilərinə, o cümlədən qovaq bitkisinə 40-50% zərər verirlər Böcəklər qışlamadan aprel ayının əvvəlləri çıxırlar. Dişi fərdlər 10-15 gün qidalandıqdan sonra yumurta qoymağa başlayırlar. Yumurtaları sarı rənglidir. Uzunluğu 2–3 mm, eni isə 1–2 mm-dir. Yumurtaların inkişafı 6-7 gün çəkir.
Qovaq şibyəyeyəni
Qovaq şibyəyeyəni (lat. Eilema complana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Ön və arxa qanadları E.lurideola növünün qanadlarına oxşayır. Ön qanadlar ensiz, bir qədər uzun, arxa qanadlar enli açıq sarıdır. Tırtılı da əvvəlki növün tırtılına oxşayır, yəni qara-boz olub, üzəri qısa qara tüklərlə örtülüdür, yanlarda qırmızı-sarı ləkələr vardır. Başı qaradır. == Yayılması == Adi növdür. Geniş yayılmışdır. Kəpənəkləri Qəbələdən, Lənkərandan, Ağdaşdan (Dəhnə Xəlil), Bakıdan toplanmışdır. Əsasən düzənlik və dağətəyi rayonlarda yayılmışdır.
Qoçaq Əsgərov
Əsgərov Qoçaq Məhərrəm oğlu (d. 27 dekabr 1978, Qoçəhmədli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı xanəndə və piano ifaçısı, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Qoçaq Əsgərov 1978-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Altı yaşında olarkən, o, ilk dəfə doğma Füzuli şəhərinin ictimai səhnəsində ifa etməyə başladı. Balaca oğlan hər yerdə ifa edirdi - evdə və doğma kəndini əhatə edən meşə və dağlarda. Balaca Qoçaq peşəkar müğənni olmaq arzusuna mübtəla olmuşdur; o, valideynlərindən xəbərsiz olaraq musiqi məktəbinə daxil olur, ancaq qəflətən başlanan müharibə və onun ardınca ​​1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalı, onun musiqi ilə məşğul olmasına maneəçilik törədir. Onun ailəsi, digər yüzlərcə ailələr ilə birlikdə, ölümdən xilas olmaq üçün öz evlərini və mal-qarasını tərk etməyə məcbur edilmişdilər. Bakıya yerləşməzdən öncə, onlar bir neçə il ərzində bir şəhərdən digərinə səyahət edən qaçqınların həyatını yaşamalı oldular. Bütün bu əzablı illərə və çətinliklərə baxmayaraq, o, öz istedadının cəmiyyət tərəfindən qəbul edilməsi üçün sona qədər dözümlü qaldı. 1998-ci ildə Qoçaq Əsgərov Bakı Musiqi Akademiyasının muğam vokal sinifinə qəbul edilmişdir.
Sosnovski qovaq
Titrək qovaq
Əsməqovaq və ya titrək qovaq (lat. Populus tremula L.) — Söyüd fəsiləsinə adi bitki növü Populus tremula L. (P. pseudotermula N. Rubtz., P. termula — var. P. microtermula Grossh.) Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. == Yarpaq == Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur == Çiçək: == Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. == Çiçəkləməsi == Mart == Meyvə verməsi == Mart-Aprel == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, bəzən Nax. dağ. Orta, nadir hallarda aşağı dağ qurşaqlarında. (850–2000 m d.s.y.) == Yaşayış mühiti == Meşələrdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Dərman kimi istifadə olunur.
İctimai qınaq
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
Ətirli qovaq
Әtirli qovaq — (lat. Populus suaveolens) — Söyüd fəsiləsinə adi bitki növü == Ümumi yayılması == Şimali Amerikanın qərb sahillərində, cənubi Alyaskadan Kaliforniyayadək olan ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 18–21, bəzən 27 m, gövdəsinin qalınlığı 0,6 m və daha çoxdur. Quru oduncağının sıxlığı 470 kq/m²-dir. 8–10 yaşında çiçəkləməyə başlayır. Sırğalarının uzunluğu 5–9 sm-dir, çox miqdarda xırda çiçəklidir (uzunluğu təxminən 3 mm). Erkək çiçəkləri 20–30 erkəkciklidir. Yetişmiş dişi sırğalarının uzunluğu 10–15 sm-dir. == Ekologiyası == Çınqıllı və qumlu torpaqlarda, çay və göl sahillərində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbi halda yayılmışdır.
Qovaq (dəqiqləşdirmə)
Qovaq — Söyüd fəsiləsindən bitki cinsi.
Donax donax
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Bonab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Boraq
Boragh ya da Boraq (fa: نفربر براق) İran istehsalı zirehli transportyordur. Boragh tranportyorunun, Çinin Type 86 (BMP-1) modelinin əksinə mühəndislik ilə tərtib edilmiş və təkmilləşdirilmiş versiyası olduğuna inanılır. Yeniləmələrə çəkidə azalma, daha yüksək yol sürəti və daha güclü zireh daxildir. Avtomobil tamamilə amfibidir və NBC müdafiə sistemi və infraqırmızı gecə görmə avadanlığı ilə təchiz edilmişdir. Dayandırılması burulma çubuğu ilədir. Əməliyyat mənzili 550 km, maksimum sürəti yolda 65 km/saat, yolsuzluq şəraitində isə 45 km/s təşkil edir. İran Müdafiə Sənayesi Təşkilatının (DIO) Vasitə və Avadanlıq Qrupu (VEIG) tərəfindən üç əlavə variantının istehsal edildiyi 2002-ci ilin may ayında bildirildi. Bunlar 120 mm-lik bir minaatan daşıyıcısı, bir sursat tədarükü vasitəsi və inkişaf etmiş silahlarla təchiz olunmuş zirehli transportyordur. == Təsvir == Boragh tırtıl əlavə edilmiş bir APC-dir. Asfatltanmış yollarda yola dəyəcək zərəri azaltmaq üçün onun tırtıllarına rezin elementlər əlavə olunmşdur.
Ağotaq
Ağotaq (Marağa)