Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qocalıq
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Qulaqlıq
Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz. == Baş üçün qulaqlıq == Baş Üçün Qulaqlıq ing. Headphones bu qulaqlıq ümumiyyətlə kompüterlər üçün istifadə edilir. Çox yer tutduğundan və portativ olmadığına görə mobil cihazlarda çox üstünlük verilmir. Qulaqlıq firmaları bu problemi həll etmək üçün qulaqlıqlara qatlanma və dönmə xüsusiyyətləri əlavə edir. == Qulaqlıq haqqında == Bundan başqa, qulaqlıqlar səsyazmalar üçün də istifadə olunurlar. "qulaqlıqlar" adı "baş telefonlar" termininin danışıq sinonimidir. "telefon" adı (telephone, yunan. tele — uzağa, uzaqda, və phone — səs) ilk dəfə hələ Filipp Reysi (Philipp Reis) 1861-ci ildə tətbiq etdi. Amma birinci radioqəbuledicilərdən birində 1899-cu ildə, yaradılmışlar.
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Qonaqlı
Qonaqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Yaşayış məntəqəsini həmin rayondakı Yekəalılar (indiki Vahidli) kəndindən gəlmiş Molla Qurban adlı şəxs salmışdır. Kənd Qovaqlı meşə sahəsinin ətəyində salındığına görə belə adlanmış, sonra da rəsmi sənədlərdə Qonaqlı şəklinə düşmüşdür. Qonaq sözü qovaq ağa­cının adının yerli tələffüz variantıdır. Hazırda kəndin yaxınlığındakı Bəydəmirli kəndinin (Gədəbəy гayonu) сənubunda qovaq ağaclarının çox olduğu yer də Qonaqlıçökək adlanır. Oykonim qonaq (qovaq) sözündən və -lı şəkilçisindən düzəlmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Axıncaçayın dərəsində yerləşir. == Əhalisi == === Şəhidləri === Hüseynov Mustafa Ələddin oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Quraqlıq (1971)
== Məzmun == Kinolentdə quraqlığın kənd təsərrüfatına böyük ziyan vurmasından, bunun qarşısının alınması üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Quraqlıq (film, 1971)
== Məzmun == Kinolentdə quraqlığın kənd təsərrüfatına böyük ziyan vurmasından, bunun qarşısının alınması üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Ocaqlı
Ocaqlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ocaqlı oyk. Cəlilabad r-nunun Qarazəncir i.ə.v.-də kənd. Düzənlikdədir. əsl adının Ocaqqulu olduğu söylənilir. Keçmiş adı Panovand olmuşdur. Yaşayış məntəqəsi pirembel tayfasının üçüncü qolunun məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin ortalarında 64 ailədən ibarət olan panavandlıdar Muğanda köçəri həyat sürürdülər, Panavandlılann bəş tirəsi vardır. Qışlaqlar həmin tirələrin (Hacıtağı, Sadi, Ocaqqulu, Hacı Mustafa və Fərzulla) adı ilə adlanmışdı. Yaşayış məntəqəsi 1887-ci ildə 40 ailədən ibarət ocaqlar (ocaqqulıı) nəslinin Ocaqlı qışlaq, yaxud Ocaqqulu qışlaq adlı yerda məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə adlandırılmışdır.
Qocalı
Qocalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə yaradılmışdır. == Toponimikası == Qocalı oyk. Kürdəmir r-nunun eyniadll i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yaşayış məntəqəsini qocalı nəslinə mənsub ailələr salmşlar. Kənddə yaşayan nasillərdən biri indi də qocalı adlanır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sucaqlıq zəravəndi
Sucaqlıq zəravəndi (lat. Aristolochia contorta) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Valtasar qonaqlığı
Valtasar qonaqlığı — Rembrantın Babilin son kralı Belşazzarı çəkdiyi böyük ölçülü yağlı boya tablodur. Babil Kralı Belşazzar e.ə. 6-cı əsrdə zadəganlar üçün bir ziyafət təşkil edir və onlarla birlikdə oturub şərab içib, əylənirlər. Birdən kralın arxasında bir əl peyda olur. Kral və ətrafındakılar qorxuya düşərək nə olduğunu anlamaq üçün o tərəfə baxırlar. Əlin olduğu yerdə bir yazı görülür və kral kahinləri çağırıb yazının nə məna verdiyini soruşur. Kahinlərin heç biri bunu oxuya bilmir və nəhayət, Daniyal yazını oxuyur: “Mənə təkəl u-parsin”. "Mənə" sayılı deməkdir və "mesaj" tanrının kralın səltənət günlərinə bir son verəcəyini işarə edir. "Təkəl" tarazlıq mənasını verir ki; buradakı mesaj, kralın tarazlığı qoruyub saxlaya bilmədiyini və testi keçə bilmədiyinə işarə edir. "Parsin" bölünmüş deməkdir və krallığın bölünməsinə işarət edir.
Şiraz qonaqlığı
Şiraz Qonaqlığı və ya Şiraz şənliyi ― 1763-cü ildə İran şahı Kərim xan Zənd, Xoy xanı Şahbaz xan, Qarabağ xanı Pənahəli xan, Naxçıvan xanı Hacı xan, Qaradağ xanı Kazım xan və Sərablı Əli xan arasında baş vermiş xəyanət. Xəyanəti Kərim xan Zənd təşkil etmişdir. Kərim xan Zənd öz qardaşı edam olunan yerdəcə Fətəli xan Əfşarı edam etdirmişdir. Bu münasibətlə ziyafətə dəvət edilən xanlar isə faktiki olaraq öz xanlıqlarından təcrid edilmiş və Kərim xan Zəndin əsiri olmuşlar. Xanlar Şiraza Çatdıqdan sonra “ziyafətin” əsl mahiyyəti bir daha aydınlaşdı. “Şiraz qonaqlığı”nda Kərim xanın məqsədi - bu yolla xanları vətənlərindən uzaq salmaq və beləliklə onları özündən asılı vəziyyətə salmaq idi. “Şiraz qonaqlığı” nəticəsində Qarabağ və Qaradağ xanlıqları bir müddət Kərim xan Zənddən asılı vəziyyətə düşürlər. Girov götürülmüş Azərbaycan xanları “qonaqlığ”ın zahiri cəhətlərinə aldanmayaraq öz xanlıqları ilə əlaqə saxlamağa və onu möhkəmləndirməyə səy göstərir, müxtəlif yolla xilas olub vətənə qayıtmağa çalışırdılar. Beləliklə, “Şiraz qonaqlığı” gözlənilən nəticələri vermədi. Bu və başqa (“Qızılqaya xəyanəti(1752)”) faktlar göstərir ki, həmin dövrdə Azərbaycanda millətçilik ön planda deyildi.
Ocaqlı dazlıq
Ocaqlı dazlıq və ya ocaqlı alopesiya — skalp adlanan saçlı dərinin avtoimmun xəstəliyi. Skalpda ocaqlı formada, tala-tala saç tökülməsinə bağlı yaranan təkrarlayan xroniki saç xəstəliyidir. Elmi adı aloepcia areata olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. == Etiopatogenez == Xəstəliyin yaranmasında avtoimmun mexanizmlər dayanır. Yəni, xəstənin immun hüceyrələrinin tük follikulalarına hücum etməsi nəticəsində yaranan iltihabi reaksiya tük soğanaqlarının zədələnməsinə gətirib çıxarır. Nəticədə ocaqlı saç tökülməsi yaranır. == Klinik əlamətlər == Ocaqlı alopesiya saçlı dəridə tala-tala saç tökülməsi ilə başlayır. Xəstəlik proqressivləşərək total alopesiya yarada bilər. Total dazlıq və ya total alopecia zamanı başın bütün saçları tökülür. Xəstəliyin ən ağır formasında bədənin bütün nahiyyələrində tük tökülməsi yaranır.
Qocalı (Maku)
Qocalı (fars. قوچعلي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (27 ailə).
Qocalı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Boston Çay Qonaqlığı
Boston çay dəstgahı (ing. Boston Tea Party) — 16 dekabr 1773-cü ildə Bostonda Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Amerika inqilabının başlanğıcı sayılır. == Haqqında == Boston Çay Qonaqlığı 16 Dekabr 1773'cü ildə Boston limanında "Azadlıq Oğulları" (Sons of Liberty) tərəfindən təşkil olunmuş siyasi etiraz aktıdır. Yerli qəbiləlilərin tərzində geyinmiş bir neçə insan East India şirkətinə aid gəmilərə çıxaraq bütün yükü - çay qutularını dənizə atdı. Çayın ümumi çəkisi 42 ton təşkil edirdi. Bu etiraz, 10 May 1773'cü ildə qəbul olunmuş Çay aktına qarşı yönəlmişdi. Bu akt East India şirkətinə aksiz ödəmədən çay idxal etməyə icazə verirdi, bu da amerikalı tacirlərin biznesinə zərər vururdu. Aksizin özü isə Britaniya İmperiyasının "Yeni Dünyasında" fiskal siyasəti sərtləşdirən bir neçə digər tədbir ilə birlikdə 1767'ci ildə təsdiq olunmuşdu. Bu aktlar Taunşendin aktları kimi tanınır.
Subaylıq qonaqlığı: II hissə (film, 2011)
Hanqover 2 (ing. The Hangover Part II) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Todd Fillipsin rejissorluq etdiyi filmin baş rollarında Bradley Cooper, Zach Galifianakis və Ed Helms çəkilmişlər. Kassa müvəffəqiyyəti tutan Hanqover filminin ikinci filmi.