Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qıfılbənd
Qıfılbənd — aşıq deyişmələri zamanı tətbiq edilən spesifik şeir. Forma baxımından, əsasən, qoşmadır. Bəzən bağlama da adlandırılır. Adətən, sazçalma və şeir texnikası baxımından bir-birini üstələyə bilməyən aşıqlar qıfılbəndə əl atırdılar. Qıfılbəndlərin böyük əksəriyyəti dini-mistik təsəvvürlərlə, tarixi əfsanələrlə, təbiət hadisələri ilə bağlı olur, aşıqların müşahidə qabiliyyətini, ümumiləşdirmə istedadını, intellektini, ətraf aləm, mühüt haqqında təsəvvürlərini aşkara çıxarmağa imkan verir. Xalq sənətkarlarından Meşkinli Məhəmmədin aşağıdakı qıfılbəndi bu poetik forma haqqında təsəvvür yarada bilər: Qıfılbəndin cavabı forma və qafiyə baxımından suala uyğun gəlməlidir. Yalnız belə olduqda aşıqlar deyişməni davam etdirə bilərdilər. Aşıq Ələsgərlə Aşıq Bəhramın qıfılbəndi buna bariz nümunə ola bilər: Qıfılbəndə cavab tapa bilməyən aşıq sazını verərək məğlub kimi meydanı tərk etməli olurdu. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Qızılkənd
Qızılkənd (İmişli) — Azərbaycanın İmişli rayonunun inzibati ərazi vahidində kənd. Qızılkənd (Göyçə) — Ermənistanın Vardenis rayonunun inzibati ərazi vahidində kənd.
Qızılkənd (Göyçə)
Babacan — Göyçə mahalında kənd. == Tarixi == İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Tаm аdı Bаbаcаn dərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır. Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib.
Qızılkənd (İmişli)
Qızılkənd (əvvəlki adı: Semyonovka) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Semyonovka kəndi Qızılkənd və müvafiq olaraq Semyonovka kənd Soveti Qızılkənd kənd Soveti adlandırılmışdır. == Toponimikası == Qızılkənd adı kəndin ərazisində yerləşən erkən orta əslərə aid edilən Qızıltəpə qala-yaşayış yerinin adı ilə bilavasitə bağlıdır. Ehtimal ki, kəndin ən erkən variantda adı "Qızıltəpə " olmuşdur , daha sonralar "təpə" hissəsi dildə qısaldılmış , yaşayış məntəqəsinin statusunu bildirən "kənd" sözü onun yerinə keçmişdir. Hələ XX əsrin 30-cu illərinin sonlarına kimi təpənin ətəklərində Qızılkənd kəndi mövcud olmuşdur, lakin sonralar kənd əhalisinin böyük əksəriyyətinin buradan Qazaxıstana sürgün olunması nəticəsində kənd xeyli boşalmış və əhalinin qalan hissəsi yaxınlıqda yerləşən və onların əvvəlki əkin-otlaq yeri olan XIX əsrin sonlarından isə rusların məskunlaşdırıldığı Semyonovka kəndinə köçmüşdürlər. SSSR-nin dağılmasından sonra Azərbaycan müstəqilliyinin ilk illərində, 7 fevral 1991-ci ildə müvafiq qərara əsasən kəndin tarixi adı özünə qaytarılmışdır. == Tarixi == İndiki Qızılkənd Köhnə Qızılkənddən təxminən 2 kilometr aralıda Rusiya imperiyası dövründə salınıb. Kəndin indi olduğu yer köhnə Qızılkənd əhalisinin otlaq və biçin yeri əraziləri olub. İqliminin əlverişli olması və qış otlaqlarının çoxluğu səbəbi ilə kənd ətrafı ərazilər Birinci Qarabağ müharibəsinə kimi Qarabağ camaatının ( XIX əsrə kimi Qarabağ xanlarının və bəylərinin) qışlaq ərazisi olmuşdur. Kənd ərazisinə rusların yerləşdirilməsində məqsəd Cənubi Azərbaycan türkləri ilə sərhəddə əlaqənin tam kəsilməsi və ərazilərin ruslaşdırılması siyasəti olmuşdur.
Qızılkənd bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.