Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaraqan
Elxan Aqşin oğlu Zeynallı (3 aprel 1987, Bakı) — azərbaycanlı repçi, musiqiçi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda, 10 romanın (9 Azərbaycan,1 Rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib.2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır.
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Qaraqan Şıxlar bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Miraqoan
Miraqoan (fr. Miragoâne, h.kreol Miragwàn) — Haiti Respublikasının cənub-qərbində yerləşən liman şəhəri, Nip departamentinin inzibati mərkəzi. == Coğrafiyası == Mütləq hündürlük - dəniz səviyyəsindən 0 metr. Şəhərin bir kilometr cənubunda, Haiti Gölü ən böyük şirin su gölü Miraqoan gölüdür. == Əhalisi == 2013-cü ildə əhalinin sayı 5586 nəfər təşkil edirdi.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. == Tarixi == Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qorağan
Qorağan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçılar oykonimi qədim türk dillərində "dayanacaq", "hərbi düşərgə" mənasında işlədilən qori-qan (monqol variantı xoruqan) sözü ilə əlaqələndirib, yaşayış məntəqəsinin monqol işğalından (XIII əsr) sonra yarandığını güman edirlər. Ehtimal ki, kənd monqol işğalı dövründə hərbi məqsədlə salınmış məntəqə əsasında yaranmışdır. Azərbaycanda monqol mənşəli sözlərdən yaranmış toponimlərin çoxu Şəki, Balakən, İsmayıllı, Qax rayonlarının payına düşür. == Tarixi == 1917-ci ildə, fevral inqilabından sonra Zaqatalanın nüfuzlu din xadimlərindən olan Hafiz Əfəndi (1920 və 1930-cu illərdə Zaqatalada antisovet üsyanlarının başçısı) vaxtı ilə çarizmin xristianlaşdırdığı bəzi məntəqələrdə, ələlxüsus da Qorağan kəndində sakinləri yenidən islam dininə döndərmək məqsədilə fəal təşviqat aparırdı. Bu da bölgədə konfessional zəmində gərginlik doğurmuşdu. XX əsrin 30-cu illərində isə Qorağan kəndində yaşayan xristian ingiloyların əksəriyyəti Gürcüstana köç edərək Tsiteltskaro rayonunda Samtatskaro (əvvəlki adı Anaqar Qorağan) kəndində məskunlaşmışlar. == Coğrafiyası və iqlimi == Kənd Acıçay sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. Relyefi düzən-çay-meşə relyeflərindən ibarətdir. Kəndin ərazisində çoxlu düzən yerlər kənd təsərrüfatının və maldarlığın inkşafına kömək edir.
Qızağan
Qızağan Xan — türk və altay mifologiyasında döyüş tanrısı. Kızığan da deyilir. Göyün doqquzuncu qatında yaşayır. Kayra Xanın oğludur. Çox qüvvətlidir. Orduları idarə etməkdə, döyüşləri qazanmaqda, düşməni yenmekte komandirlərə köməkçi olar. Qırmızı yularlıdır, qırmızı buğra kürəyində oturar. Asası göyqurşağıdır. Qırmızı rəng ilə işarələniyər. Döyüşçüləri qoruyar.
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
Qarağan Saatlı
Qarağan Saatlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Qarağan Sədi
Qarağan Sədi — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Sədi kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarağan Şıxlar kəndi mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qarağan Şıxlar
Qarağan Şıxlar — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Şıxlar kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Qarağan şoranı
Qarağan şoranı və ya kol şoranı == Təbii yayılması == Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Qorağan bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çırağan hadisəsi
Çırağan hadisəsi (Türkcə: Çırağan baskını) — Çırağan sarayında gözaltında tutulan Osmanlı sultanı V Muradı qaçırma təşəbbüsü. Əqli səhhətinin pozulması səbəbilə taxta çıxdıqdan 3 ay sonra devrilərək (31 avqust 1876) Çırağan sarayında yaşamağına icazə verilən V Murad müxtəlif zamanlarda buradan qaçırılmaq istənsə də, bunlar arasında ən qanlısı və şiddətlisi Əli Suavinin tərtiblədiyi Çırağan hadisəsi və ya Çırağan basqınıdır (20 may 1878). == Hadisənin arxa planı == V Muradın anası Şevkefza Qadınəfəndi oğlunun səhhətinin yaxşı olması və Sultan Əbdülhəmidin haqsız yerə taxtı ələ keçirməsi haqqında şayələr yaymağa başlamışdı. Sultan Əbdülhəmid bu şayələrə son qoymaq üçün qardaşını yerli və əcnəbi həkimlərə müayinə etdirərək həqiqətən də əqlən zəif olmasını və müalicəsinin mümkünsüz olduğunu sübut etsə də, 3 ay sonra sabiq padşahın Çırağan sarayından qaçırılması üçün bir cəmiyyətin qurulduğu meydana çıxdı (noyabr 1876). Belə ki, aralarında İngiltərə səfirliyinin keçmiş işçilərindən yunan əsilli İstavridislə polyak əsilli Julinin də olduğu cəmiyyət üzvləri qadın geyimində saraya daxil olarkən ələ keçirildilər. Aparılan məhkəmə prosesinin sonunda ələ keçirilənlərin hamısı ömür boyu sürgün məhkum edilsələr də, Sultan Əbdülhəmid tərəfindən bağışlandılar (27 aprel 1877). Onlarla eyni təşkilata mənsub olması baxımından Sultan Muradın səhhəti və aqibəti ilə yaxından maraqlanan massonların etimadını qazanan İbrahim Əthəm Paşanın sədrəzəmlikdən alınmasından sonra (11 yanvar 1878) İstanbuldakı masson təşkilatı tərəfindən V Muradla bağlı yeni bir gizli cəmiyyət quruldu. Komitənin qurucusu isə məşhur masson Kleanti Skaliyeri idi. Yunan əsilli bir tacir olan Kleanti Sultan Muradı hələ vəliəhdlik illərində 18-ci dərəcədən massonluğa qəbul etmiş, onunla sıx dostluq əlaqəsi qurmuşdu. Sultan Muradın kənizlərindən Naqşıbənd Kalfa, hökumət işçilərindən Əli Şöfkət bəy və Əziz bəy bu cəmiyyətin sonradan bilinən üzvləri idilər.
Çırağan sarayı
Çırağan sahilsarayı — İstanbulun Beşiktaş və Ortaköy rayonları arasında yerləşən Osmanlı sarayı. == Tarixi == 1910-cu ildə baş verən yanğın nəticəsində tamamilə yanıb, günümüzə sadəcə xarici cəbhəsi qalan Hünkar dairəsi sarayın əsas binalarından biridir. XVII əsrdə bu ərazi Qazançıoğlu bağçası adıyla tanınırdı. Övliya Çələbinin qeydlərinə görə, Osmanlı sultanı IV Murad (1623–1640) qızı Əsməhan Qaya Sultana hədiyyə etdiyi bu bağçada bir köşk inşa etdirmişdi. Daha sonra burada Nevşəhərli İbrahim Paşa, xanımı Fatma Sultan üçün böyük bir saray inşa etdirmişdir. Bağçasında, dövrün Osmanlı sultanı III Əhməd (1703–1730) və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın da iştirak etdiyi təntənəli şənliklər keçirilən saray əhali tərəfindən Lalə dövrü boyunca Çırağan (farsca işıq deməkdir) adlanmağa başlandı. Osmanlı sultanı I Mahmudun (1730–1754) ilk illərində gözdən düşən saray daha sonra padşahın əmriylə bərpa edilərək xüsusilə də, əcnəbi elçilərin qonaq edilməsi üçün təsis edildi. Saray, eyni əsrin sonlarında III Səlimin (1789–1807) bacısı Beyhan Sultana hədiyyə edilsə də, Beyhan Sultan sarayı bəyənməmiş, padşah isə sarayın strukturunu böyüdərək səltənətinin son 2 ilini burada keçirmişdir. II Mahmud dövründə də (1808–1839) yay sarayı olaraq istifadə edilən saray, 1836-cı ildə daha da böyüdüldü. Memar Karpet Balyanın taxtadan inşa etdiyi əlavə binalar mərmər saraya fərqli görünüş qazandırdı.
İraqda din
İraqda din 2015-ci ilə nisbətən müsəlman idi, əhalinin 95-98% -i İslamı qəbul edir. Xristianlıq, o cümlədən Katolik, Pravoslav, Protestant, Şərq Assuriya Kilsəsi 1%, digər dinlər isə qalan 1-4% təşkil edir .Yazidizm və İraqdakı azlıqların etiqad etdiyi dini skretizm Mandaeism, Şabakizm və Yarsanizm 1.5'ini əhatə edir. İraq Yəhudi icması artıq yoxdur. == İslam == İraq müsəlmanları iki fərqli ənənəyə - şiə və sünni İslama uyğundur. 2018 CIA Fakt kitabına görə, İraq 97% müsəlmandır: 60-65% şiə və 32-37% sünni. İraqdakı Vətəndaş Müharibəsindən (2014–2017) bəri müsəlmanların ümumi faizi xristian və yezidi qaçqınlarının qonşu ölkələrə köç etməsi səbəbindən artmışdır. Bağdad əsrlər boyu İslam öyrənmə və təqaüd mərkəzi idi və Abassidlərin paytaxtı olaraq xidmət etdi. Kərbəla şəhəri 680-ci il oktyabrın 10-da müasir şəhərin yerində vuruşan Kərbəla döyüşü nəticəsində şiə İslamda əhəmiyyətli dərəcədə geniş yer tutur. şiələri saleh xəlifə və ilk imam hesab edənlər də "İmam Əl" adıyla tanınır. Artıq şəhər şiə İslam dünyasının böyük bir həcc mərkəzidir və yalnız Məkkə və Mədinədən daha çox müsəlman zəvvar qəbul etdiyi təxmin edilir.
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı — İraqda peşə vəzifəsini yerinə yetirmiş əcnəbi media orqanlarının nümayəndələri müxtəlif qruplar tərəfindən fərqli səbəblərə görə edam edilmiş, bəzisi qaçırılaraq öldürülüb, bəzisi də peşə vəzifəsini yerinə yetirərkən baş vermiş partlayışlar nəticəsində həyatlarını itirmişlər.
Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946)
== Məzmun == Filmin ayrı-ayrı epizodları Təbrizdə, Xoyda çəkilmişdir. Kinolentdə Sovet ordusu hissələrinin təntənə ilə İrandan Vətənə yola salınması mərasiminə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: M.Slavinskaya Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov, Əlibala Ələkbərov Musiqi Tərtibatı: D.Blok Səs operatoru: D.Ovsyannikov Montaj Rejissoru: M.Slavinskaya == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.