Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü (ing. Heroic Age of Antarctic Exploration) — XIX əsrin sonlarında başlayan və Birinci Dünya müharibəsindən sonra başa çatan, Antarktida qitəsinin tədqiq olunması dövrüdür; 1921-1922-ci illərin Şeklton-Rouett Ekspedisiyası tarixçilər tərəfindən tez-tez "qəhrəmanlıq" və "mexanika" əsrləri arasında ayırıcı xətt kimi qeyd olunur.Qəhrəmanlıq dövründə Antarktika bölgəsi beynəlxalq səylərin mərkəzinə çevrildi və nəticədə on ölkədən 17 əsas Antarktika ekspedisiyasının intensiv elmi və coğrafi kəşfiyyatı aparıldı. Bu ekspedisiyalarda ümumi amil tədqiqat işində inqilab etmiş nəqliyyat və kommunikasiya texnologiyalarının inkişaf etməsindən əvvəl onlara verilən resursların məhdud xarakterli olması idi. Buna görə də bu ekspedisiyaların hər biri öz şəxsi heyətinin fiziki və əqli sərhədlərini sınaqdan keçirən, bəzən isə onu aşan bir dözümlülük şücaəti olmuşdur. Sonradan verilən "qəhrəmanlıq" etiketi bu qabaqcılların öhdəsindən gəlməli olduğu çətinlikləri qəbul etmişdir. Qeyd etmək lazımdır ki, ekspedisiya üzvlərinin bəziləri tədqiqatlardan sağ çıxmamış, bu müddət ərzində ümumilikdə 19 ekspedisiya üzvü həlak olmuşdur. Həm coğrafi, həm də Cənub maqnit qütblərinə ilk dəfə məhz qəhrəmanlıq dövründə çatmaq mümkün oldu. Coğrafi qütbdə birinci olmaq nailiyyəti bir çox ekspedisiyaların əsas məqsədi olmaqla yanaşı, 1911-ci ildə ona ilk çatan Roald Amundsenin təşəbbüsünün yeganə səbəbi idi. Digər ekspedisiyalar qitənin müxtəlif ərazilərində müxtəlif məqsədlərə yönəlmişdi. Bütün bu fəaliyyət nəticəsində qitənin sahil zolağının böyük hissəsi kəşf edilmiş və xəritəyə salınmış, onun daxili hissəsinin mühüm sahələri tədqiq edilmişdi.
Qəhrəmanlı
Qəhrəmanlı — Azərbaycanda daha çox işlədilən soyad. == Bu soyadı olan tanınmış insanlar == Aslan Qəhrəmanlı — Azərbaycan yazıçısı, dramaturq, fizika-riyaziyyat elmləri namizədi. Nazif Qəhrəmanlı — Filologiya elmləri doktoru, professor. Mirvari Qəhrəmanlı — hüquq müdafiəçisi; == Kənd, qəsəbə və bələdiyyələr == AzərbaycanQəhrəmanlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qəhrəmanlı (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Hacı Qəhrəmanlı — Şirvan şəhərində qəsəbə. Qəhrəmanlı bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə.
Akif Qəhrəmanlı
Akif Qəhrəmanlı — yazıçı-jurnalist, tərcüməçi. == Həyatı == Akif Qəhrəmanlı 1942-ci ilin fevral ayında Oğuz rayonunda anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirir. Ali təhsil almaq üçün Bakıya gəlir. İlk cəhddən ali məktəbə daxil ola bilməyən A. Qəhrəmanlı bir müddət zavod və fabriklərdə, Metropolitendə fəhləlik edir. 1964-cü ildə hərbi xidmətdən qayıdıqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsində təhsil alır. Təhsil aldığı müddətdə tərcüməçilik etməyə başlayır. == Əmək fəaliyyəti == 1968-ci ildən 1984-cü ilədək Azərbaycan Dövlət İnformasiya Agentliyində tərcüməçi-redaktor, 1984-cü ildən 1986-cı ilədək Azərbaycan Dövlət Nəşriyyatında elmi redaktor, daha sonra şöbə müdiri, 1986–1990-cı illərdə "Kommunist" qəzetində Beynəlxalq həyat və təcrümə şöbəsinin müdiri vəzifələrindən çalışmışdır. 1991-ci ildən 2005-ci ilə qədər Prezident Aparatında sektor müdiri vəzifəsində işlədi. == Kitab == 2019-cu il aprelin 26-da Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi Beynəlxalq Mətbuat Mərkəzində Akif Qəhrəmanlının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.
Aslan Qəhrəmanlı
Qəhrəmanlı Aslan Qəhrəman oğlu (14 sentyabr 1939 – 20 yanvar 2014) — Azərbaycan yazıçısı, dramaturq, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Universitetinin rektoru (2011-2012). == Həyatı == Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır. 1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur. Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir.
Fəxrəddin Qəhrəmanlı
Fəxrəddin Qəhrəmanlı — Azərbaycan rəssamı, "Azərbaycan Dövlət Rəssamlar İttifaqı"nın üzvü == Həyatı == Qəhrəmanlı Fəxrəddin Rəhim oğlu 1957-ci il aprelin 8 –də Naxçıvan şəhərində hərbçi ailəsində anadan olub.1986 –cı ildə Respublika sərgisində iştirak edib. 1988- ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.1988- ci ildə İncəsənət İnstitutunun 70-illiyinə həsr olunmuş III Respublika sərgisində iştirak edib. 1988- ci ildə Belarusiya Beynəlxalq sərgisində, Bakıda və Naxçıvanda bir çox sərgilərdə iştirak edib.1995- ci il 26 may Azərbaycan Demokratik Cumhuriyyətinin 77 - ci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində sərgisi keçirilib.1995- ci ildə Türkiyənin Kars vilayətində fərdi sərgisi keçirilib.1996- cı ildə Naxçıvan Muxtar Respublikasında Naxçıvanın baş konsulluğunda 50 əsər ilə fərdi sərgisi keçirilib.1988- ci ildən 1996- cı ilə qədər Naxçıvanın Rəssamlar Ittifaqının bütün tədbirlərində iştirak edib.1996- cı ildən 2007- ci ilə qədər Türkiyənin Antalya şəhərində rəssamlıq fəaliyyətini davam etdirib.Bir sıra ölkələrdə və şəxsi kolleksiyalarda əsərləri saxlanılmaqdadır. Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya, Rusiya, Belarusiya, Ukrayna və Azərbaycanda bir çox sərgilərdə iştirak edib.2005- ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.2015- ci ildə 19 fevralda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 34 əsərlə fərdi sərgisi keçirildi.19 dekabr 2015-ci il tarixində Azərbaycan Mədəniyyət Fondu və SEBA (Suel-Bakı) Azərbaycan-Korea Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkil etdiyi “Qəbələ IV Beynəlxalq İncəsənət sərgi”sində və Mərkəzi və Xətai İncəsənət Mərkəzində təşkil olunan suluboya sərgilərinin iştirakçısı olmuş və mükafata layiq görülmüşdü.11 may 2016-cı il tarixində Rəssamlar İttifaqında yağlı boya və sulu boya ilə işlənmiş 60 əsərlə “Bahar” adlı fərdi sərgisi keçirilmişdir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin “Təsviri sənət” kafedrasında baş müəllim vəzifəsində çalışır və tələbələrə Rəsm və Rəngkarlıq fənlərini tədris edir.13 iyun 2016-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Rəngli duyğular” adlı müəllim və professor heyətinin yaradıcılıq sərgisində iştirak etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin “Təsviri sənət” kafedrasında baş müəllim vəzifəsində çalışır və tələbələrə Rəsm və Rəngkarlıq fənlərini tədris edir.
Hacı Qəhrəmanlı
Hacı Qəhrəmanlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsini 1870-ci ildə burada oturaqlaşmış hacıqəhrəmanlı nəsli saldığına görə belə adlandırılmışdır. == Haqqında == Hacı Qəhrəmanlı qəsəbəsi Kür çayının Şirvan şəhəri sahilində düzən sahədə yerləşir. Qəsəbədə yaşlı sakinlərin dediyinə görə Qəhrəman kişi ötən əsrin əvvələrində öz qohum-əqrəbaları ilə birlikdə Şamaxıdan köçmüş, burada məskən salmışlar. Qəhrəman kişi Məkkə ziyarətinə gedib qayıdıb. O vaxtdan qəsəbə onun şərəfinə "Hacı Qəhrəmanlı" adlandırılıb. 1950-ci illərə qədər qəsəbədə 30–40 ev olub. 1950–1970-ci illər arasında ərazi cəhətdən Salyan və Sabirabad rayonlarının tərkibinə daxil olub. 1970-ci ildən Əli Bayramlı şəhərinə verilib. 1975-ci ildə Əli Bayramlı şəhərinin tərkibində qəsəbə statusu verilib.
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; d. 23 iyul 1946, Şəki, Azərbaycan SSR, SSRİ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri == İctimai-siyasi fəaliyyəti == SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur. 1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir. Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir. "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur. == Ailəsi == Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır.
Nazif Qəhrəmanlı
Nazif Ələkbər oğlu Qəhrəmanlı (1949-2012) — Filologiya elmləri doktoru, professor. == Həyatı == Nazif Ələkbər oğlu 1949-cu il martın 10-da Azərbaycannın Quba rayonunun Birinci Nügədi kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Bakı Yeyinti Sənayesi Texnikumunda oxumuş (1966-1967), Bakı Universitetinin filologiya fakültəsini bitirmişdir (1973). 1975-ci ilin fevralından Azərbaycan Ensiklopediya¬sının Baş redaksiyasında işləmişdir: kiçik redaktor, elmi redaktor, böyük elmi redaktor, ədəbi nəzarət və komplektləşdirmə redaksiyasının müdiri, 1990-cı ildən Kütləvi nəşrlər və tərcümə redaksiyasının müdiri olmuşdur. 1993-cü ildən Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunda elmi işçi, 1995-ci ildən böyük elmi işçi, 1996-cı ilin yanvarından aparıcı elmi işçi işləmişdir. 2003-cü ildən MEA Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 2002-ci ildən Bakı Qızlar Universitetinin professorudur. Sumqayıt Dövlət Universitetinin magist¬raturasında mühazirələr oxumuşdur. 1986-cı ildə Nizami adına Ədəbiyyat İnstitutunda “Mikayıl Rəfilinin ədəbi-tənqidi yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası, yenə həmin institutda 1999-cu ildə “Azərbaycan Ədəbiyyatı tarixçiliyi (XIX-XX əsrlər)” mövzu-sunda doktorluq dissertasiyası müdafiə etmişdir. İlk məqaləsi “Azərbaycan pioneri” qəzetində (1973), ilk resenziyası “Bakı” (axşam) qəzetində (1978) dərc olunmuşdur.
Qəhrəmanlı (Beyləqan)
Qəhrəmanlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi vahidi hesab edilmişdir.
Qəhrəmanlı (Bərdə)
Qəhrəmanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == İstinadlar == Qəhrəmanlı (Bərdə) GEOnet Names Server-də.
Qəhrəmanlı (Germi)
Qəhrəmanlı (fars. قهرامانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 191 nəfər yaşayır (33 ailə).
Qəhrəmanlı (Miyanə)
Qəhrəmanlı (fars. قهرمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (14 ailə).
Qəhrəmanlı bələdiyyəsi
Qəhrəmanlı bələdiyyəsi (Beyləqan) — Beyləqanda bələdiyyə
Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı (1975) — Azərbaycan siyasətçisi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini. == Həyatı == 1975-ci ildə doğulub. Əslən Naxçıvanlıdır. == Siyasi fəaliyyəti == Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini olub. 20 sentyabr 2019-cu ildə vəzifəsindən istefa verib. Hazırda partiyanın Reyasət Heyətinin üzvüdür. == Şəxsi həyatı == Zümrüd Yağmur ilə evlidir. 2 qızı var.
Aşağı Qəhrəmanlı (Urmiya)
Aşağı Qəhrəmanlı (fars. قهرمانلوی سفلی‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 257 nəfər yaşayır (77 ailə).
Hacı Qəhrəmanlı bələdiyyəsi
Şirvan bələdiyyələri — Şirvan şəhərində yerləşən bələdiyyələri. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ilsə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qəhrəmanlı bələdiyyəsi (Beyləqan)
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qəhrəmanlı bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Qəhrəmanlı (Urmiya)
Yuxarı Qəhrəmanlı (fars. قهرمانلوی علیا‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 189 nəfər yaşayır (58 ailə).
Qışlaq-i Qəhrəmanlı (Pərsabad)
Qışlaq-i Qəhrəmanlı (fars. قشلاق قهرمانلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 125 nəfər yaşayır (27 ailə).
Milli Qəhrəmanlar
Bu siyahı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslər və hərbi qulluqçular barədə qısa məlumatı əhatə edir. == Tarix == Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən aşağıdakı şəxslərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 201 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. Bugünə kimi 221 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.
Qəhrəmanlar (serial)
Qəhrəmanlar — müəllifi Tim Krinq olan, ABŞ-də istehsal olunan serialdır.
Qəhrəmanlar parkı
Qəhrəmanlar parkı — Horadiz şəhərində park. == Tarixi == Park 2014-cü ildə salınıb. == Görünüşü == Parkın daxilində daşdan lövhə vardır. Bu Lövhədə Füzuli rayonu şəhidləri və altı Füzuli rayonu Milli Qəhrəmanın adı vardır. Park şam ağacları ilə örtülüdür. == Milli Qəhrəmanlar == Parkda altı Füzuli rayonu Milli Qəhrəmanlarının adları vardır. Bunlar, Pəhlivan Fərzəliyev, Rasim İbrahimov, Bəşir Kərimov, Seymur Məmmədov, Faiq Rəfiyev və Elxan Zülfüqarovdur.
Qəhrəmanlar şəhəri
Qəhrəmanlar şəhəri (ing. Big Hero 6) — 2014-cü ildə "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş superqəhrəman animasiya filmi. Film eyniadlı Marvel komiksinin süjeti əsasında hazırlansa da, orijinaldan əhəmiyyətli dərəcədə fərqlənir. Rejissoru Don Holl və Kris Vilyamsdır. Film ən yaxşı tammetrajlı animasiya filmi nominasiyasında "Oskar" mükafatı qazanmışdır. == Məzmun == 14 yaşlı vunderkind Hiro Hamada San-Fransokio (San-Fransisko və Tokionun birləşimi) adlı futuristik şəhərdə yaşayır. O, qeyri-qanuni robot döyüşlərində iştirak etməklə vaxtını keçirir. Bir gün Hironun böyük qardaşı Tadaşi onu oxuduğu universitetində nəzdində olan robot mərkəzinə aparır. Burada Hiro, qardaşının dostları – QoQo, Vasabi, Hani Lemon və Fred ilə tanış olur. Bununla yanaşı, Tadaşinin hazırladığı tibbi robot olan Beymaks onun diqqətini cəld edir.
Ukrayna Qəhrəmanı
Ukrayna Qəhrəmanı (ukr. Герой України) — Ukraynanın ən yüksək dövlət mükafatı, ali fərqlənmə nişanı. == Xarici keçidlər == Знаки отличия Президента Украины «Герой Украины» Звання «Герой України» (ukr.) Кавалеры Золотой Звезды.
Qəhrəmanlar (teleserial, 2006)
Qəhrəmanlar — müəllifi Tim Krinq olan, ABŞ-də istehsal olunan serialdır.
Qəhrəmanlar güclərini birləşdirir
Qəhrəmanlar güclərini birləşdirir (ing. Heroes Join Forces) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə “Fleş” teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün “Ox” teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan “Sabahın əfsanələri” teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / Fleş və Oliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər. “Fleş Oxa qarşı” adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar. Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir.