Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qərar
Qərar — yerli icra hakimiyyətləri, şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir. Ali hakimiyyət orqanının - Parlamentin (Deputatların səsçoxluğu ilə) - Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı; Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı; Mərkəzi Hakimiyyət orqanının - Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı; dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı; dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı; Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı; Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları; İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.
Qərar nəzəriyyəsi
Qərar nəzəriyyəsi — insanların problem və problemlərin həlli yollarını seçmə qanunauyğunluqlarını, eyni zamanda istənilən nəticəni əldə etmək yollarını öyrənmək üçün riyaziyyat, statistika, iqtisadiyyat, idarəetmə və psixologiya anlayışlarını və metodlarını əhatə edən bir araşdırma sahəsi. Rasional qərar qəbuletmə müddətini təsvir edən normativ nəzəriyyə ilə qərar qəbuletmə praktikasını təsvir edən təsviri nəzəriyyə arasında fərq qoyulur. == Problem və problem həll etmə prosesi == Problemlərin və tapşırıqların həll edilməsinin rasional prosesi, əvvəlki mərhələlərin icrasına qayıdarkən paralel, təkrarən eyni vaxtda, zəruri hallarda yerinə yetirilən aşağıdakı mərhələləri əhatə edir: Situasiya təhlili (problemli vəziyyətin təhlili); Problemin müəyyənləşdirilməsi və hədəf təyin edilməsi; Lazımi məlumatları axtarın; Bir çox mümkün həllərin formalaşdırılması; Qərarların qiymətləndirilməsi üçün meyarların formalaşdırılması; Qərarların icrasına nəzarət üçün göstəricilərin və meyarların hazırlanması; Qərarların qiymətləndirilməsi; Ən yaxşı həll yolu seçmək; Planlaşdırma; Tətbiq; İcraçılığın monitorinqi; Nəticənin qiymətləndirilməsi.Eyni zamanda, bütün proses və mərhələlərin həyata keçirilməsi rasional əsaslandırılmış bir şəkildə həyata keçirilir. == Erqodiklik problemi == Gələcək üçün "güclü" statistik etibarlı proqnozlar vermək üçün gələcək məlumatlardan bir nümunə əldə etməlisiniz. Bu mümkün olmadığından, bir çox mütəxəssis keçmiş və indiki nümunələrin, məsələn bazar göstəricilərinin gələcəyin nümunəsinə bərabər olduğunu düşünür. Başqa sözlə, bu nöqteyi-nəzərdən yanaşsanız, proqnozlaşdırılan göstəricilərin yalnız keçmiş və cari bazar siqnallarının statistik kölgələri olduğu ortaya çıxır. Bu yanaşma analitikin işini bazar iştirakçılarının bazar siqnallarını necə qəbul etdiklərini və işləyənlərini müəyyənləşdirmək üçün azaldır. Serialın sabitliyi olmadan ağlabatan nəticələr çıxarmaq mümkün deyil. Ancaq bu, serialın hər şeydə sabit olması demək deyil. Məsələn, sabit dispersiyalara və tamamilə qeyri-stasionar ortalamalara sahib ola bilər - bu halda yalnız dispersiya, əks halda yalnız orta ilə bağlı nəticələr çıxaracağıq.
Qərar qəbuledici dəstək sistemi
Qərar qəbuletməyə dəstək sistemi (en. decision support system (DSS)), (ru. система поддержки принятия решений), (tr. karar destek sistemi) – təşkilat daxilində qərarların təhlili və qəbuledilməsi zamanı istifadə olunan, qarşılıqlı əlaqəli proqramlar və verilənlər dəsti. DSS idarəetmə informasiya sistemi (management information system, MIS) və icra informasiya sistemi (executive information system, EIS) kimidir, ancaq istifadəçiyə alternativ qərarların yaradılmasında və ən münasib hərəkət tərzinin seçilməsində daha çox yardımçı olur. DSS-in tərkibinə bunlar daxildir: informasiya verilənləri bazası (qərarın qəbul edəcəyi sahə haqqında biliklər toplusu); məsələləri təsvir etmək və sualları formalaşdırmaq üçün istifadə oluna bilən "dil"; alternativ qərarları sınaqdan keçirmək üçün modelləşdirmə proqramı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Azərbaycan Milli Şurasının buraxılması haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əbcəd آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əbcəd آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Heybətqulu bəy Məmmədbəyli, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov və Hacı Səlim Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı == Tarix == 27 aprel 1920-ci il, Axşam saat 11.00 == Məktubun məzmunu == Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. == Qərar: == Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. == Mənbə == "Kommunist", 1920.
Cənub-qərbi Azərbaycan general-qubernatorluğunun yaradılması haqqında qərar
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). == Tarixi == General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. == Rəhbərlik == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi.16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər. Hacı Mehdi Bağırov isə vəzifəsindən azad edilmiş sayıldı.
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar
Müsəlman Korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun yaradılması haqqında ilk tarixi sənəd. == Qərarın verilməsi == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il, 26 iyun tarixli qərarı ilə 1917-ci ildə Zaqafqaziya Komissarlığının ordu strukturu kimi formalaşdırılmış Müsəlman korpusu adlanan hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Həmin qərarla Azərbaycan Xalq Cümhuriyyəti bu hərbi birləşməyə sahibliyini hüquqi cəhətdən təstiqlədi. Bununla, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun əsası qoyuldu. == Xatirəsi == Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Müsəlman korpusunun əlahiddə Azərbaycan korpusu adlandırılması haqqında qərar maddəsi.
Veronika ölməyə qərar verir
Veronika ölməyə qərar verir (port. Veronika Decide Morrer) - Paulo Koelyo tərəfindən 1998-ci ildə nəşr etdirilmiş romandır. Romanda 24 yaşlı sloveniyalı qız Veronikanın həyatından bəhs olunur. İstədiyi hər şeyi əldə etmiş Veronika ölməyə qərar verir. Əsərdə qismən Koelyonun şəxsi ruhi xəstəxana təcrübəsi (Xuan Arias tərəfindən yazılmış “Pilqrimin etirafları” adlı bioqrafiyaya baxın) və hissləri təsvir olunmuşdur. Əsərin ümumi ideyası budur ki, “kütləvi dəlilik ağlı başında olma adlandırılır.” “Veronika ölməyə qərar verir” bir neçə dəfə müxtəlif ölkələrdə teatrlarda səhnələşdirilmiş, həmçinin roman əsasında film çəkilmişdir. Bu roman, "Rio-Pyedranın sahilində oturdum və ağladım" və "Şeytan və senyorita Prim" romanları ilə birlikdə yazıçının "Və yeddinci gün" trilogiyasına daxildir. == Məzmunu == Veronika Sloveniyanın Lyublyana şəhərində yaşayan gənc və gözəl sloveniyalı qızdır, onun yaxşı həyatı olsa da, həyatda arzuladığı hər şeyi əldə etdiyini düşündüyünə görə sakitləşdirici dərman içərək özünü öldürmək qərarına gəlir. Ölümünü gözləyərkən o, otağında olan jurnalı oxumaq qərarını verir. Jurnalda “Sloveniya harda yerləşir?” başlıqlı məqaləni gördükdən sonra, jurnalın nəşriyyata məktub yazmaq qərarı verən Veronika sui-qəsdinə haqq qazandıraraq insanların Sloveniyanın hara yerləşməsindən xəbərsiz olmasına qəzəbləndiyini bildirir.
Vladimir Putinin həbsi haqqında qərar
17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verdi. Rusiya Federasiyasının Prezidentinə qarşı Rusiya - Ukrayna müharibəsi zamanı azyaşlı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham irəli sürülüb. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasinda ilk dövlət və dövlət başçısı kimi Putin BCM tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı oldu. Ondan əvvəl BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü.Putinlə birlikdə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə qərar verilib . Reuters-in qeyd etdiyi kimi, qərarın verilməsindən sonra Roma Nizamnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində Putin və Lvova-Belova peyda olarlarsa həbs olunaraq BCM-ə təhvil verilməlidirlər. == Ukraynalı uşaqların Rusiyaya deportasiyası == 2022-ci ilin noyabrına olan məlumatlara görə, Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb. Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar.Rusiya hakimiyyəti həm yetimləri, həm də valideynləri olan uşaqları çıxarır. Xüsusilə, yüzlərlə ukraynalı uşaq Xersondan Rusiya tətil düşərgələrinə, bəzi hallarda valideynlərin icazəsi olmadan və ya valideynlərə təzyiq nəticəsində göndərilib. Valideynlər övladlarının hazırkı yeri haqqında məlumat almır, onlara övladlarının qaytarılması da imtina edilir.Mayın 30-da Rusiya prezidenti Putin ukraynalı yetimlərə Rusiya vətəndaşlığının verilmə qaydalarını sadələşdirdi. Ukrayna Xarici İşlər Nazirliyi bununla da Putinin uşaqların oğurlanmasını faktiki olaraq qanuniləşdirdiyini vurğuladı.
Vladimir Putinin həbsi haqqında qərar.
17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verdi. Rusiya Federasiyasının Prezidentinə qarşı Rusiya - Ukrayna müharibəsi zamanı azyaşlı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham irəli sürülüb. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasinda ilk dövlət və dövlət başçısı kimi Putin BCM tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı oldu. Ondan əvvəl BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü.Putinlə birlikdə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə qərar verilib . Reuters-in qeyd etdiyi kimi, qərarın verilməsindən sonra Roma Nizamnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində Putin və Lvova-Belova peyda olarlarsa həbs olunaraq BCM-ə təhvil verilməlidirlər. == Ukraynalı uşaqların Rusiyaya deportasiyası == 2022-ci ilin noyabrına olan məlumatlara görə, Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb. Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar.Rusiya hakimiyyəti həm yetimləri, həm də valideynləri olan uşaqları çıxarır. Xüsusilə, yüzlərlə ukraynalı uşaq Xersondan Rusiya tətil düşərgələrinə, bəzi hallarda valideynlərin icazəsi olmadan və ya valideynlərə təzyiq nəticəsində göndərilib. Valideynlər övladlarının hazırkı yeri haqqında məlumat almır, onlara övladlarının qaytarılması da imtina edilir.Mayın 30-da Rusiya prezidenti Putin ukraynalı yetimlərə Rusiya vətəndaşlığının verilmə qaydalarını sadələşdirdi. Ukrayna Xarici İşlər Nazirliyi bununla da Putinin uşaqların oğurlanmasını faktiki olaraq qanuniləşdirdiyini vurğuladı.
BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarı
BMT Təhlükəsizlik Şurasının Altıgünlük müharibədən sonra qəbul etdiyi qərar. 22 noyabr, 1967-ci ildə qəbul edilmişdir. == Arxa fon == 16 noyabrda İngiltərə ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra, nəhayət ki, öz layihəsini irəli sürdü. İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi. Üçlü layihəni hazırlayan dövlətlər, bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər. Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi. == Qərarın mahiyyəti == Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra, I paraqrafda belə bir sülhün bu iki təmələ əsaslanmasının lazım olduğu deyilirdi, 1) İsrailin son müharibədə tutduğu torpaqlardan hərbi qüvvələrini geri çəkməsi, 2) müharibə vəziyyətinə son verilməsi.Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması. Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar probleminin ədalətli şəkildə həll edilməsi, bölgədəki hər bir dövlətin tanınmış sərhədləri daxilinə çəkilməsi ehtiyacı vurğulanırdı. == Mübahisələr == Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır. Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 68/262 saylı qərarı
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 68/262 saylı qərarı, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Rusiyanın Krımı ilhakı səbəbiylə 27 Mart 2014-cü ildə qəbul edilən və "Ukrayna'nın ərazi bütövlüyü" başlığını daşıyan qərar. 100 üzv ölkənin dəstəklədiyi məcburi qüvvəsi olmayan qərar, Baş Assambleyanın Ukraynanın beynəlxalq sahədə tanınan sərhədləri içərisindəki ərazi bütövlüyü mövzusundakı dayanıqlılığını vermişdir və 2014 Krım referandumunun əsassızlığını vurğuladı. 11 ölkə qərar əleyhinə səs verərkən 58 ölkə bitərəf qaldı, 24 ölkə isə səsvermədə qatılmadı. Almaniya, Kanada, Kosta Rika, Litva, Polşa və Ukrayna tərəfindən təqdim edilən bu qərardan əvvəl Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Krım böhranı ilə əlaqədar olaraq yeddi dəfə toplanmış ancaq Rusiyanın vetosu üzündən bir qərar ala bilməmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı — Azərbaycan Xalq CümhuriyyətiHökuməti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. == Mahiyyəti == Hökumətin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlanmışdı. Qərara əsasən, mövcud mürəkkəb hərbi-yasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilirdi. Bəzi cinayət əməlləri (qətl, soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadınların oğurlanması və onlara təcavüz edilməsi, yaşayış binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərinin xarab edilməsi və s.) ümumi təhqiqatdan alınaraq, müharibə dövrünün qanunları əsasında mühakimə olunmalı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları tərəfindən məsuliyyətə cəlb edilməli, təhqiqatın nəticələri hərbi məhkəmələrə göndərilməli idi. Bundan əlavə, aşağıdakı əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması; hökumətin fəaliyyəti və qərarları, hərbi hissələrin əməliyyatları haqqında yalan məlumatların yayılması; hakimiyyət orqanlarının razılığı olmadan kütləvi yığıncaqların və mitinqlərin keçirilməsi; müxtəlif odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti. Qərarın elan edilməsindən sonra iki həftə ərzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil verməli idilər. Qərarın qarşıya oyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi. == Əlavələr == Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918-ci il iyulun 15-də imzalanmış birinci əlavə iki bənddən ibarətdir.
Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il 19 yanvar tarixli qərarı
Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il 19 yanvar tarixli qərarı — müttəfiq dövlətlərin Cənubi Qafqaz respublikalarına hərbi yardım göstərmək barədə qərarı. == Tarixi == 1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində sovet Rusiyasının hərbi uğurları nəticəsində Denikin qüvvələri darmadağın edilmişdi. Qırmızı ordu hissələri Şimali Qafqaz ərazisinə soxularaq, sürətlə Cənubi Qafqazdakı müstəqil dövlətlərin sərhədlərinə yaxınlaşırdı. "Dünya inqilabı" şüarını xarici siyasət fəaliyyətinin əsas prinsipinə çevirmiş sovet Rusiyası 1920-ci ilin əvvəllərindon başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinə diplomatik təzyiqləri daha da artırmışdı. Yeni yaranmış digər gənc dövlətlər kimi, Azərbaycan Xalq Cümhuriyyətinin də bolşevik təhlükəsinə qarşı təkbaşına mübarizə aparması qeyri-mümkün idi. Əlimərdan bəy Topçubaşovun baçşılığı ilə Paris sülh konfransında (1919-20) iştirak edən nümayəndə heyəti böyük dövlətlərdən Azərbaycan Xalq Cümhuriyyətinə dərhal hərbi yardım göstərilməsini xahiş etmişdi. Böyük dövlətlərin başçıları aydın dərk edirdilər ki, sovet Rusiyasının təcavüzü təhlükəsi qarşısında Azərbaycanın və Gürcüstanın diplomatik baxımdan tanınması hələ kifayət deyildir. Bolşevizmin Yaxın və Orta şərq ölkələrinə yayılmasının qarşısını almaq üçün, Azərbaycan və Gürcüstana hərbi yardım göstərilməsi böyük dövlətlərin də maraqlarına cavab verirdi. Beləliklə, 1920-ci il yanvarın 15-də Versalda toplanmış hərbi eskpertlər şurası Azərbaycana və Gürcüstana hərbi yardım göstərilməsi məsələsini müzakirə etdi. Məsələnin ciddiliyini nəzərə alan B.Britaniya özünün yüksək rütbəli hərbçilərini - hərbi nazir U.Çörçilli, imperiya baş qərargahının rəisi feldmarşal H.Vilsonu, admirallığın birinci lordu U.Lonqu, admiral lord Bittini və b.
Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı
ABŞ Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı (SHAPE - Supreme Headquarters Allied Powers Europe) — Şimali Atlantika Müqaviləsi Təşkilatının Müttəfiq Əməliyyat Komandanlığının (ACO) qərargahıdır. 1967-ci ildən Belçikanın Mons şəhərinin şimalında yerləşən Kastau şəhərində yerləşir. Bununla birlikdə, əvvəllər 1953-cü ildən Fransadakı Versalın yanında Rocquencourtda yerləşirdi. 1951-ci ildən 2003-cü ilə qədər SHAPE Müttəfiq Avropa Komandanlığının (ACE) qərargahı idi. 2003-cü ildən bu yana Müttəfiq Əməliyyatlar Hərəkatının mərkəzi olub və dünyadakı bütün NATO əməliyyatlarına nəzarət edir 2003-cü ildə fəaliyyətinin coğrafi əhatəsi genişlənsə də, SHAPE hüquqi səbəblərə görə Avropaya istinad edərək ənənəvi adını qorumuşdur. O dövrdə Atlantik Müttəfiq Komandanlığının tarixən bir hissəsi olan NATO-nun Lissabondakı ACO (Müttəfiq Əməliyyat Komandanlığı) komandanlığı yenidən birləşdirildi. Müttəfiq Əməliyyatlar Hərəkatının Komandiri, eyni zamanda “Avropa Müttəfiq Ali Komandiri” (SACEUR) titulunu qorumuşdur və eyni zamanda ABŞ Avropa Komandanlığı Komandanı kimi vəzifə icra edən ABŞ dörd ulduzlu generalı və ya bayraq komandiri kimi qalmağa da davam edir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevdir. == Tarixi == Səməd bəy Mehmandarovun 15 noyabr 1918-ci il tarixli əmri ilə "Ümumi qərargah" yaradılıb. Daha sonra 424-cü korpusunun Baş Qərargah rəisi, polkovnik Həbib bəy Səlimov Baş Qərargah rəisi təyin edildi. Qərargah avadanlıq, istehkam, növbətçi general, general-kvartirmeyster, topçu, tibb, hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi. Ayın sonunda Baş Qərargah Gəncəyə köçdü və fəaliyyətini orada davam etdirdi. Hərbi nazirin 1918 il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş topçu idarəsi yaradıldı və həmin struktur Ümumi qərargahın tərkibindən çıxarılaraq, birbaşa hərbi nazirin tabeliyinə verildi. 1919 ilin martında hərbi nazirin əmri ilə Ərkani-hərb (Baş qərargah) yaradıldı. Bununla əlaqədar general-kvartirmeyster, topoqrafıya şöbələri Ümumi qərargahın tərkibindən alınaraq, Ərkani-hərbə verildi. Yeni struktur dəyişikliyindən sonra Ümumi qərargahın səlahiyyətində, əsasən, qoşunların və xidmətlərin təminat və təchizat məsələləri qaldı. 1919 il avqustun 17-də imzalanmış əmrə əsasən, Ümumi qərargahın tərkibində olan nazirlik dəftərxanası hərbi nazirin özünə, "Praporşiklər məktəbi" ilə zirehli qatarlar Ərkani-hərb rəisinə, avtomobil hissəsi isə istehkam idarəsinin rəisinə tabe etdirildi.
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarına əlavələr
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dövr üçün qanunların tədbiqi haqqında qərarı — Azərbaycan Xalq CümhuriyyətiHökuməti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. == Mahiyyəti == Hökumətin Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlanmışdı. Qərara əsasən, mövcud mürəkkəb hərbi-yasi şəraitlə əlaqədar ölkə vətəndaşları üçün bir sıra məhdudiyyətlər müəyyənləşdirilirdi. Bəzi cinayət əməlləri (qətl, soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadınların oğurlanması və onlara təcavüz edilməsi, yaşayış binalarının yandırılması, dəmir yolunun, telefon və teleqraf xətlərinin xarab edilməsi və s.) ümumi təhqiqatdan alınaraq, müharibə dövrünün qanunları əsasında mühakimə olunmalı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları tərəfindən məsuliyyətə cəlb edilməli, təhqiqatın nəticələri hərbi məhkəmələrə göndərilməli idi. Bundan əlavə, aşağıdakı əməllərin törədilməsinə qadağa qoyulurdu: milli hissləri və əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdıran yalan məlumatların və şayiələrin yayılması; hökumətin fəaliyyəti və qərarları, hərbi hissələrin əməliyyatları haqqında yalan məlumatların yayılması; hakimiyyət orqanlarının razılığı olmadan kütləvi yığıncaqların və mitinqlərin keçirilməsi; müxtəlif odlu silahların, patronların, sursatın, partlayıcı maddələrin gəzdirilməsi, saxlanması və ticarəti. Qərarın elan edilməsindən sonra iki həftə ərzində vətəndaşlar malik olduqları silah-sursatı dövlət orqanlarına təhvil verməli idilər. Qərarın qarşıya oyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi. == Əlavələr == Göstərilən sənədə iki dəfə əlavə qəbul edilmişdir. 1918-ci il iyulun 15-də imzalanmış birinci əlavə iki bənddən ibarətdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Ümumi Qərargahı
Ümumi qərargah — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrinin təşkilinə, komplektləşdirilməsinə, həmçinin təchizatı, təlim-tərbiyəsi, döyüş hazırlığı və döyüş vəzifələrinin icrasına rəhbərlik edən hərbi orqan. == Tarixi == === Yaradılması === Əsası Səməd bəy Mehmandarovun 1918 il 15 noyabr tarixli əmri ilə qoyulmuşdu. O vaxta qədər Əlahiddə Azərbaycan 424 korpusunun qərargah rəisi olan polkovnik Həbib bəy Səlimov Ümumi qərargahın rəisi təyin edilmişdi. Qərargah ləvazimat, istehkam, növbətçi general, general-kvartirmeyster, topçu, tibb, hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi. Səməd bəy Mehmandarovun göstərilen əmri ilə polkovnik Əbdülhəmid bəy Qaytabaşı növbətçi general, polkovnik Seyfulla Mirzə Qacar ləvazimat, general-mayor Murad Gəray Tlexas topçu şöbələrinin, general-mayor İbrahim ağa Usubov hərbi təhsil şöbəsinin rəisi və qoşunlarda atıcılıq işi müfəttişi vəzifələrinə təyin olunmuşdular. == Fəaliyyəti == Tomson missiyasının fəaliyyətə başlaması ilə 1918-ci il noyabrın 22-də Hərbi Nazirliklə bərabər, Ümumi qərargah da Gəncəyə köçdü və fəaliyyətini burada davam etdirdi. Hərbi nazirin 1918-ci il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş topçu idarəsi yaradıldı və həmin struktur Ümumi qərargahın tərkibindən çıxarılaraq, birbaşa hərbi nazirə tabe etdirildi. İstehkam şöbəsinin də strukturu və səlahiyyətləri genişləndirilərək, İstehkam idarəsinə çevrildi və o da Ümumi qərargahın tərkibindən çıxarılaraq, hərbi nazirə tabe etdirildi. 1919-cu ilin martında hərbi nazirin əmri ilə Ərkani-hərb (Baş qərargah) yaradıldı. Bununla əlaqədar general-kvartirmeyster, topoqrafıya şöbələri Ümumi qərargahın tərkibindən alınaraq, Ərkani-hərbə verildi.
BMT-nin Baş Qərargahı
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı və ya BMT-nin Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir.Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur. Nyu-Yorkda yerləşsə də, Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi torpaq və tutduğu bina sahələri ABŞ hökumətinin deyil, Birləşmiş Millətlər Təşkilatının təkbaşına nəzarətindədir.
Baş Qərargah Rəisliyi (Rusiya)
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi.Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Baş qərargah
Baş qərargah; silahlı qüvvələrə nəzarət etmək və onları operativ şəkildə idarə etmək üçün yaradılmış ən ali hərbi təşkilati quruluşdur. Bəzi dövlətlərdə Baş Qərargah Nazirliyi mövcuddur.
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı və ya BMT-nin Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir.Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur. Nyu-Yorkda yerləşsə də, Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi torpaq və tutduğu bina sahələri ABŞ hökumətinin deyil, Birləşmiş Millətlər Təşkilatının təkbaşına nəzarətindədir.
Milli Azadlıq Qərargahı
Milli Azadlıq Qərargahı və ya qısaca MAQ — SSRİ-yə qarşı 1962-ci ildə 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılan təşkilat. == Tarixi == 1962-ci ildə yaradılmış MAQ-ın tarixi hələ 1957-ci ilə dayanır. Belə ki, 1957-ci ildə Elmlər Akademiyasında kristalloqraf-alim Xudu Məmmədov və Oqtay Eldəgəzin tanışlığı baş tutur. Bu təsadüfi tanışlıq onların əqidə birliyini üzə çıxarır, təhlükəli milli mübarizə yollarının şərti cizgiləri cızılmağa başlayırdı. Beləliklə, 1962-ci ilin Dekbarn 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlmişdir. Belə bir çətin tarixi dövrdə 2–3 nəfər istisna olmaqla, biri-birini tanımayan 100ə yaxın insanın milli mübarizə üçün toplaşması Azərbaycan xalqının milli mübarizə yolunda hər şeyi gözə aldığının göstəricisi idi. Nəticədə həmin toplantıda MAQ-ın (Milli Azadlıq Qərargahının) yaradıldığı elan edilmiş, qərargaha sədr Oqtay Eldəgəz, müavin isə görkəmli alim, Akademik Xudu Məmmədov seçilmişdir. == İlk ümumrespublika əhəmiyyətli əməliyyat == 1956-cı il, Sentyabr ayının 16-sı İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya xatunla ilk dəfə Moskvaya gəlmiş, birinci, gizli qapılar arxasında Azərbaycan SSR-inin Astara rayonundan tutmuş Yardımlıya kimi 5 minarlıq (kilometrlik) torpaq zolağının əvəzsiz olaraq İrana verilməsi barədə Xruşşovdan razılıq almışdı. Bu zaman Milli Azadlıq Qərargahı hələ təşkilatlanmamışdı, lakin gələcəkdə Milli Azadlıq Qərargahını qurub təşkilatlandıracaq olan milli mübarizə mücahidləri bu hadisədən xəbər tutmuşdular. Akademik Yusif Məmmədəliyev və Xudu Məmmədov bu xəbəri eşidən kimi torpaqların verilməsinin qarşısını almağa başladılar.
Milli komitələrin ləğvi haqqında qərarlar (AXC)
Milli komitələrin ləğvi haqqında qərarlar — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin özündən əvvəlki yerli hakimiyyət orqanlarının ləğv olunmasına dair qərarları (1918, iyun-iyul). == Tarixi == Fevral inqilabı (1917) bütün müsəlmanların, eyni zamanda, azərbaycanlıların siyasi fəallığını artırdı. Yerlərdə Müsəlman Milli Komitələri yaradıldı. Bakıda, Gəncədə, İrəvanda və başqa şəhərlərdə yaradılmış milli komitələrin qarşısına qoyduğu əsas məqsədlərdən biri müsəlmanların yerli özünü idarə orqanlarında və Rusiyanın gələcək Müəssislər Məclisində proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra buna ehtiyac qalmadı. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra milli komitələrin yerlərdə hakimiyyət orqanları kimi fəaliyyətinə xitam vermək məqsədilə hökumət qərarları qəbul edildi. Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Gəncə (Yelizavetpol) milli komitəsinin sərəncamında olan ən zəruri mallar və bütün ərzaq ehtiyatı Ərzaq Nazirliyinin sərəncamına keçdi. 1918-ci il iyulun 7-də verilmiş qərara görə daxili işlər, maliyyə və ərzaq nazirlərinə Gəncə müsəlman milli komitəsinin əmlakının aydmlaşdırılması və qəbul edilməsi üçün ləğvetmə komissiyası yaratmaq tapşırıldı. Elə həmin gün verilmiş digər qərara əsasən, daxili işlər nazirinə Azərbaycan Xalq Cümhuriyyəti ərazisindəki bütün milli komitələrin ləğv olunması və onların əmlakının dövlətin serəncamına keçirilməsi tapşırılırdı. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Milli Komitələri == Ədəbiyyat == Азербаиджанская Демократическая Республика (1918-1920).
Qərardad
Məhkəmə qərarlarının bir neçə növləri mövcuddur : Hökm, qətnamə, qərardad,qərar,məhkəmə əmri, sərəncam,. Qərardad- Məhkəmə hakimiyyəti orqanlarında iş mahiyyəti üzrə həll edilə bilmədikdə çıxarılan qərar növüdür. Qərardadın qətnamə və hökmdən fərqi,iş həll olunmadığı hallarda qəbul edilməsidir. Bir qayda olaraq məhkəmənin qəbul etdiyi bütün qərardadlardan şikayət verilə bilər.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisliyi
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi.Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi.Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Sağlamlıq qərargahı (film, 1969)
== Məzmun == Film tibb elminin və texnikasının son nailiyyətləri ilə təchiz edilmiş yeni respublika xəstəxanası haqqındadır.
Xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdur. == Qərarın qəbulu == Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919–1920 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Bu məsələ ilə əlaqədar Əhməd bəy Pepinovun məruzəsi ətrafında müzakirələrdə Rəhim Vəkilov, Abdulla bəy Əfəndizadə, Rza bəy Ağabəyov, Məmmədrza ağa Vəkilov, Qasım bəy Camalbəyov, Qara bəy Qarabəyli, Muxtar Əfəndizadə, Ağa Aşurov, xalq maarifı naziri Rəşid xan Qaplanov və b. çıxış edərək, ölkə iqtisadiyyatının elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyətini vurğulamışlar. 1919–1920 tədris ilində xaricdə təhsil almağa göndəriləcək tələbələr barədə Azərbaycanın Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu iş üçün dövlət xəzinəsindən xalq maarifi nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət çox nüfuzlu münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi.
Türk dilinin dövlət dili elan olunması haqqında qərar (1918)
Türk dilinin dövlət dili elan olunması haqqında qərar — Rusiya işğalından (1813) bəri Şimali Azərbaycanda türk dilinin dövlət dili kimi işlədilməsi haqqında ilk sənəd. == Qərarın qəbul edilməsi == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il 27 iyun tarixli həmin qərarına əsasən, türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi. == Həyata keçirilməsi == Bütün məhkəmə inzibati idarəçilik və digər vəzifələrin başında duranlar bu dili lazimi səviyyədə öyrənənədək Hökumət idarələrində rus dilindən də istifadə olunmasına yol verilirdi. Qəranın icrası ilə bağlı, milli kadrlar hazırlanmalı, bu sahədə tədris işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi bu sahədə atılan ilk addımlardan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918 il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı və dövlət dili olan türk dilinin tədrisi icbari surətdə həyat keçirilməli idi == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Türk dilinin dövlət dili elan olunması haqqında qərar maddəsi.
Vladimir Putin və Mariya Lvova-Belovanın həbsi haqqında qərar
17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verdi. Rusiya Federasiyasının Prezidentinə qarşı Rusiya - Ukrayna müharibəsi zamanı azyaşlı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham irəli sürülüb. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasinda ilk dövlət və dövlət başçısı kimi Putin BCM tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı oldu. Ondan əvvəl BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü.Putinlə birlikdə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə qərar verilib . Reuters-in qeyd etdiyi kimi, qərarın verilməsindən sonra Roma Nizamnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində Putin və Lvova-Belova peyda olarlarsa həbs olunaraq BCM-ə təhvil verilməlidirlər. == Ukraynalı uşaqların Rusiyaya deportasiyası == 2022-ci ilin noyabrına olan məlumatlara görə, Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb. Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar.Rusiya hakimiyyəti həm yetimləri, həm də valideynləri olan uşaqları çıxarır. Xüsusilə, yüzlərlə ukraynalı uşaq Xersondan Rusiya tətil düşərgələrinə, bəzi hallarda valideynlərin icazəsi olmadan və ya valideynlərə təzyiq nəticəsində göndərilib. Valideynlər övladlarının hazırkı yeri haqqında məlumat almır, onlara övladlarının qaytarılması da imtina edilir.Mayın 30-da Rusiya prezidenti Putin ukraynalı yetimlərə Rusiya vətəndaşlığının verilmə qaydalarını sadələşdirdi. Ukrayna Xarici İşlər Nazirliyi bununla da Putinin uşaqların oğurlanmasını faktiki olaraq qanuniləşdirdiyini vurğuladı.
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. == Toponimikası == Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Gərab
Gərab (Luristan)
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Din == Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Gerra
Gerra (q.yun. Γέρρα, Gérrha) — Şərqi Ərəbistanda, İran körfəzinin qərb tərəfində qədim şəhər. == Təsviri == Strabon şəhəri "qapıları, divarları, damları rənglərlə dolu olan böyük evləri bir yana, ailə qızılı, düz [Qəvaim] üçbucaqları və içki şüşələri kimi qızıl və gümüşdən hazırlanmış bəzəkli alətlər, qızıl, gümüş və müqəddəs daşlar"ı varmış kimi təsvir edir. == Mənşəyi == Strabon sakinləri ərəblər kimi təsvir etmişdir. O, qeyd etmişdir ki, "ticarətləri sayəsində gerralılar ərəblərin ən zəngini olmuşdular". Digər mənbələr sakinlərin həqiqətən də ərəb olduqları ilə razılaşır. Yunanıstanda tapılan petroqliflərin Gerradan olan "Tərm əl-Lat" (Əl-Latın qulluqçusu) adlı bir adam tərəfindən göndərildiyi aşkar edilmişdir.
Adil Gəray
Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbayсan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir. 1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır. 1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiq Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s.
Aşağı Gərab
Aşağı Gərab — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Boyer-Əhməd şəhristanının Ludab bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 416 nəfər və 84 ailədən ibarət idi.
Berar sultanlığı
Berar sultanlığı — 1490–1574-cü illərdə Hindistanda iqtidarda olmuş səltənət. == Tarixi == Qurucusu Fəthullah İmadülmülk bir Vicayanaqarlı brahman idi. Gənc yaşda Bəhmənilərə əsir düşmüş və müsəlman olaraq yetişdirilmişdi. Bərar valisi Əbdülqədir Xancehanın xidmətindən çalışdıqdan sonra eyni yerə vali oldu. 1491-ci ildə müstəqilliyini elan etdi. Ölməzdən önce sərhəd-sınırlarını genişlətdi. 1504-cü ildə yerinə keçen oğlu Əlaəddin zamanında ölke olduqca sarsıntılı dönəmlər keçirdi. Bu dönəmdə Qütbşahilərın qurduğu Qolkonda və şimal qonşusu Qucarat sultanlıqlarıyla savaşıldı. Ölümündən (1529) sonra hökmdar olan Dərya İmad şah da uzun müddət səltənət sürdüyü halda güclü bir hakim ola bilmədi, yalnız Hindilərın Cənubi Hindistanda hegemonluq qurmalarını önlədi. 1560-cı ildə ölən Derya İmad şahdan sonra taxta keçən oğlu Bürhan İmad şah, vəziri Tufal Hal tərəfindən həbs edildi və 1572-ci ilə kimi həbsdə qaldı.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Gerard Merkator
Gerard Merkator və ya latınlaşdırılmış adıyla Gerarde Kremer (lat. Gerhardus Mercator, 5 mart 1512, Rupelmonde — 2 dekabr 1594, Duysburq) — Flamand kartoqrafı və coğrafiyaşünası. O, 1569-cu dünya xəritəsi ilə tanınıb, yeni bir proyeksiya ilə hazırlanmışdır ki, bu da sabit gövdəsi olan bir gəminin köklərini, yəni bu günün naviqasiya xəritələrində hələ də istifadə edilən bir düz xətti göstərir. Merkator, Hollandiya kartoqrafiya məktəbinin qurucularından biridir və məktəbin qızıl dövrünü yaşadığı 16 və 17-ci əsrlərdə ən əhəmiyyətli nümayəndəsi sayılır. O, dünyanın ən tanınmış coğrafiyaşünası idi, lakin ilahiyat, fəlsəfə, tarix, riyaziyyat və maqnetizmlə maraqlanırdı və eyni zamanda, dünya qlobusu və elm alətləri düzəldən usta bir oyma və xəttat idi. == Bioqrafiya == Gerard Merkator 5 mart 1512-ci ildə Rupelmonde şəhərində anadan olmuşdur (İndiki şimali Belçika, Flandriya). Doğulduğunda ona Gerarde Kremer adı verilmişdi. Merkator, Rupelmonde şəhərində məktəbə getmiş, burada oxuma, yazma, hesab və latın dilinin əsaslarını öyrənmişdir. Gerard Merkator 2 dekabr 1594 tarixində Duysburq şəhərində 82 yaşında vəfat etmişdir == Milliyəti == Merkatorun milliyəti mübahisəli bir məsələdir. 1868-ci ildə, 1569-cu ildə hazırlanan dünya xəritəsinin 300-cü ildönümü səbəbiylə edilən hazırlıqların bir hissəsi olaraq belçikalı Jan-Van Raemdonk, Flamand coğrafiyaşünası Merkatorun nəşr etdiyi bioqrafiyasında kökünün Rupelmondeyə əsaslanıran spekulyativ bir de-Kremer ailə ağacı da mövcud idi.
Geras (mifologiya)
Geras (yun. Γῆρας, Gēras) yunan mifologiyasına görə qocalıq tanrısıdır. Niktanın öz-özünə doğulan uşaqlarından biridir. Vaza rəsmlərində yaşlı, halsız adam kimi Herakl ilə birgə təsvir olunur. Gənclik tanrıçası Hebenin ziddi olaraq görünür.
Gərab (Luristan)
Gərab— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Tarhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,270 nəfər və 687 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlman və Əhl-i Haqqdırlar.
Gəraf Əsgərov
Gəraf Əsgərov — Naxçıvan İnqilab Komitəsinin sədri == Həyatı == Şuşanın Hacı Əsgərlər məhəlləsindən idi. 1921- ci ilin fevralında daşnakların qəddarlıqla öldürmüşdür Şuşa şəhərindəki möhtəşəm evlərinin küçəyə tərəf divarında Gəraf Əsgərovun xatirə lövhəsi vurulmuş və bu barədə məlumat yazılmışdı. Eləcə də şəhərin küçələrindən biri onun adını daşıyırdı.Şuşada olan abidələrdən birdə Gəraf Əsgərovun mülküdür.
Gəray Fəzli
Gəray Fəzli (14 noyabr 1925, Dağıstan – 26 dekabr 1995) – Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist. == Həyatı == 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...
Gəray Gəraybəyli
Gəray Gəraybəyli (29 iyun 1967, Bakı) — Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim. == Həyatı == Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olub. 1992-ci ildə həmin fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır. Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb. 60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib.
Gəray Mantaşov
Mantaşov Gəray Sultan oğlu (1913, İlisu, Qax rayonu, Azərbaycan) — İkinci dünya müharibəsi illərində Almaniyada yaradılmış Azərbaycan legionunun üzvü. == Həyatı == Gəray Sultan oğlu Mantaşov 1913-cü ildə Qax rayonunun İlisu kəndində anadan olub. II Dünya savaşı dönəmində – 1941-ci ilin dekabrında müharibəyə yollanıb. Əsasən Ukrayna ərazisində gedən döyüşlərdə, Krımda və Ukraynanın digər cənub ərazilərində aparılan savaşlarda iştirak edib. Müharibə illərində almanlara əsir düşdükdən sonra Azərbaycan legionuna qəbul olunmuş. Müharibənin sonuna qədər legionun tərkibində olmuş və ober-leytenant rütbəsinə kimi yüksəlmişdir. Müharibənin sonunda sovet ordusu tərəfindən həbs olunaraq hərbi tribunala verilmiş. Möcüzə şəklində güllələnmə qərarı Sibirə sürgünlə əvəzlənmiş. Sibirdə daş kömür şaxtasında işləmiş və burda baş vermiş uçqun nəticəsində uzun müddət hərəkət qabiliyyətini itirmişdir. Möhkəm dözümlülük və əzim nəticəsində yenidən ayağa durmağa bacaran Gəray 1955-ci ildə həbsdən qayıtmışdır.
Gəray Məmmədov
Məmmədov Gəray Azad oğlu — Qarabağ müharibəsi şəhidi, "İgidliyə görə" medalı ilə təltif edilib (2010). == Həyatı == Gəray Məmmədov 7 mart 1969-cu ildə Laçın rayonunun Güləbird kəndində dünyaya gəlmişdir. Güləbird kənd orta məktəbini bitirəndən sonra 1987–1989-cu illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndi Güləbirdə qayıtmış, elə həmin il Laçın Rayon Daxili İşlər Şöbəsində polis sıralarına daxil olmuşdur. Şəhid olduğu günə qədər torpaqların müdafiəsi uğurunda ağır döyüşlərdə iştirak etmişdir. Bu illərdə düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarmışdır. Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan, Fərəcan uğrunda gedən döyüşlərə qatılmışdır. 27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşlərin birində düşmən gülləsinə tuş gəlmiş və şəhid olmuşdur. Subay idi. Məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır.
Gəray Soltanov
Gəray Xəlil oğlu Soltanov (29 oktyabr 1993; Beyləqan rayonu, Azərbaycan — 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Gəray Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Gəray Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gəray Soltanov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Gəray Vəlibəyov
Gəray Vəlibəyov — müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. == Həyatı == Gəray İldırım bəy oğlu Vəlibəyov 1918-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Ağdam rayonunda alıb. Hərb sənətinə olan marağı onu Gürcüstanda yerləşən Hərbi məktəbdə təhsilini davam etdirməsinə səbəb olub. Məktəbdə fiziki hazırlığı və hərb sənətinə həvəslə yiyələnməsi atası tərəfindən sevinclə qarşılanmışdır. Sonra atası İldırım bəy Vəlibəyovun məsləhəti ilə Gürcüstanda təhsilini leytenant rütbəsində başa vuran Gəray təhsilini davam etdirmək üçün Moskva şəhərinə gedib və orada yerləşən M. V. Frunze adına Moskva Hərbi Akademiyasına daxil olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Akademiyanın son kursunda təhsil alan gənc zabit Gəray Vəlibəyov hərbi mütəxəssis kimi müharibəyə göndərilib. 1945-ci il müharibəni qələbə ilə başa vuran podpolkovnik Gəray Vəlibəyov müharibə zamanı üç dəfə ağır yaralanmış, 3 orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Moskvaya, təhsilini davam etdirmək üçün M. V. Frunze adına Moskva Hərbi Akademiyasına qayıdib. 1947-ci ilin iyul ayında Akademiyanı bitirməsi və polkovnik rütbəsi alması ilə əlaqədar tədbirdən sonra, məzunlarla Moskva çayında çimərkən faciəli surətdə həlak olub.
Gəray bəy
Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq. == Personajın təsviri == Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. == Personajın ətrafında cərəyan edən hadisələr == Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb.
Gəray Əlibəyov
Gəray Ayaz oğlu Əlibəyov (29 mart 1955, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycanlı aktyor. == Həyatı == Füzuli rayonunun Dədəli kəndində 29 mart 1955-ci ildə doğulub. Səkkizilliyi həmin kəndə, 1970–72-ci illərdə isə orta məktəbi Füzuli rayonu B. Sərdarov adına məktəbdə təhsil almışdır. 1973–1977-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alıb. Sumqayıt Dövlət Teatrında aktyor, Veteran klubunda direktor (1986–1988), Araz kinoteatrında müdir müavini (1988–1990), Araz kinoteatrında direktor (1990–1993), "Sinema" kiçik dövlət müəssisəsində direktor (1988–1993) "Elşad K" şirkətinin prezidenti (1996–2000), Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin sədri (2007), ULUS FİLM prodüsser mərkəzinin direktoru (2008), Simurq.info saytının baş redaktoru (2017) vəzifələrində çalışır. "Cavad xan" filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskvada, Tehranda, Budapeştdə, Varşavada, Kiyevdə və Nyu-York şəhərlərində təqdimatınin keçrilmisinə nail olmuşdur. 2005-ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür. 2021 — il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədridir.
Gəray Əsədov
Əsədov Gəray Lətif oğlu (1923, Şahsevən[d], Qaryagin qəzası – 12 oktyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olmuşdur. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışmışdır. 1942-ci ildə hərbi xidmətə getmişdir. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşmüş: Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak etmişdir. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb.
Gəraş şəhristanı
Gəraş şəhristanı — İranın Fars ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Gəraş şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39 348 nəfər və 8 734 ailədən ibarət idi.
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s.Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı. Kimya sənayesi.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Dəram
Dəram (az.-əbcəd درام‎, fars. درام‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,701 nəfər yaşayır (520 ailə).
Fərah
Fərah vilayəti
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. == Tarixi == Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib.Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. === Cuqol === Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub.2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib.300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır. Evlərin divarlarını kasalar, boşqablar və hörmə səbətlər bəzəyir. == Turizm == Hararın əsas özünəməxsus cəhətlərindən biri ev kaftarlarıdır. Turistlər buraya qəlbləri dəhşətə bürüyən mənzərəyə — kaftarların gecə qidalanmasına baxmaq üçün gəlirlər.
Həram
Məscidül-Həram — Məkkə şəhərində məscid. Həram (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Məzar
Məzar, Qəbir — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Otrar
Otrar (düzgün deyilişi Otarar), (Fərab, Turar, Tarban və ya Tutarbənd) Qazaxıstanın cənubunda Sır-dərya çayının sahilindəki Otrarın adı Monqol fəlakətiylə anılır. Bu şəhər Türk və İslam dünyasının ən böyük filosofu Fərabinin doğulduğu yerdi. Fərab əslində bölgənin adıydı və Otrar bu bölgənin mərkəziydi. Oğuzelinin ən önəmli şəhəriydi. Çingiz xan tərəfindən yerlə yeksan edilən Otrarın qalıntıları geniş bir meydana yayılıb. Ayrıca, 1405-ci ildə Çin səfərinə çıxan Əmir Teymur Otrarda ölmüşdür. Otrar vahəsi, arxeoloji qalıntıları, Orta çağ yerləşim yerləri və suvarma kanalları ile 200 km ² bir meydanı əhatə edir.
Pərgar
Pərgar (lat. circulus — dairə, çevrə) — çevrə və çevrə qövslərinin çertyojunu çəkmək, həmçinin xəritələrdə məsafələrin təyini üçün istifadə edilən alət. Həndəsə, rəsmxət, naviqasiya və başqa sahələrdə üçün geniş istifadə edilir. Pərgar metaldan hazırlanır və şarnirlə birləşdirilmiş iki hissədən ibarətdir. Adətən onlardan birinin sonunda iynə, o birinin sonunda — yazı predmeti (məsələn karandaş qrifeli) yerləşir.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfin idarə edilmiş dövlət. == Tarixi == === Sülalənin mənşəyi === Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. === Dövlətin qurulması === Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qaraj
Qaraj (fr. Garage) — avtomobillərin, motosikllərin və başqa nəqliyyat vasitələrinin dayanacaq və təmiri üçün yer. Qarajlar həm yaşayış evinin bir hissəsi həm də ayrılıqda tikilir. Qarajlar müxtəlif materiallardan tikilir: ağac, kərpic, şlak-blok, penoblok, metal və s.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.