Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baş qərargah
Baş qərargah; silahlı qüvvələrə nəzarət etmək və onları operativ şəkildə idarə etmək üçün yaradılmış ən ali hərbi təşkilati quruluşdur. Bəzi dövlətlərdə Baş Qərargah Nazirliyi mövcuddur.
Ümumi qərargah (AXC)
Ümumi qərargah — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrinin təşkilinə, komplektləşdirilməsinə, həmçinin təchizatı, təlim-tərbiyəsi, döyüş hazırlığı və döyüş vəzifələrinin icrasına rəhbərlik edən hərbi orqan. == Tarixi == === Yaradılması === Əsası Səməd bəy Mehmandarovun 1918 il 15 noyabr tarixli əmri ilə qoyulmuşdu. O vaxta qədər Əlahiddə Azərbaycan 424 korpusunun qərargah rəisi olan polkovnik Həbib bəy Səlimov Ümumi qərargahın rəisi təyin edilmişdi. Qərargah ləvazimat, istehkam, növbətçi general, general-kvartirmeyster, topçu, tibb, hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi. Səməd bəy Mehmandarovun göstərilen əmri ilə polkovnik Əbdülhəmid bəy Qaytabaşı növbətçi general, polkovnik Seyfulla Mirzə Qacar ləvazimat, general-mayor Murad Gəray Tlexas topçu şöbələrinin, general-mayor İbrahim ağa Usubov hərbi təhsil şöbəsinin rəisi və qoşunlarda atıcılıq işi müfəttişi vəzifələrinə təyin olunmuşdular. == Fəaliyyəti == Tomson missiyasının fəaliyyətə başlaması ilə 1918-ci il noyabrın 22-də Hərbi Nazirliklə bərabər, Ümumi qərargah da Gəncəyə köçdü və fəaliyyətini burada davam etdirdi. Hərbi nazirin 1918-ci il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş topçu idarəsi yaradıldı və həmin struktur Ümumi qərargahın tərkibindən çıxarılaraq, birbaşa hərbi nazirə tabe etdirildi. İstehkam şöbəsinin də strukturu və səlahiyyətləri genişləndirilərək, İstehkam idarəsinə çevrildi və o da Ümumi qərargahın tərkibindən çıxarılaraq, hərbi nazirə tabe etdirildi. 1919-cu ilin martında hərbi nazirin əmri ilə Ərkani-hərb (Baş qərargah) yaradıldı. Bununla əlaqədar general-kvartirmeyster, topoqrafıya şöbələri Ümumi qərargahın tərkibindən alınaraq, Ərkani-hərbə verildi.
Baş Qərargah Rəisliyi (Rusiya)
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi.Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı
ABŞ Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığı (SHAPE - Supreme Headquarters Allied Powers Europe) — Şimali Atlantika Müqaviləsi Təşkilatının Müttəfiq Əməliyyat Komandanlığının (ACO) qərargahıdır. 1967-ci ildən Belçikanın Mons şəhərinin şimalında yerləşən Kastau şəhərində yerləşir. Bununla birlikdə, əvvəllər 1953-cü ildən Fransadakı Versalın yanında Rocquencourtda yerləşirdi. 1951-ci ildən 2003-cü ilə qədər SHAPE Müttəfiq Avropa Komandanlığının (ACE) qərargahı idi. 2003-cü ildən bu yana Müttəfiq Əməliyyatlar Hərəkatının mərkəzi olub və dünyadakı bütün NATO əməliyyatlarına nəzarət edir 2003-cü ildə fəaliyyətinin coğrafi əhatəsi genişlənsə də, SHAPE hüquqi səbəblərə görə Avropaya istinad edərək ənənəvi adını qorumuşdur. O dövrdə Atlantik Müttəfiq Komandanlığının tarixən bir hissəsi olan NATO-nun Lissabondakı ACO (Müttəfiq Əməliyyat Komandanlığı) komandanlığı yenidən birləşdirildi. Müttəfiq Əməliyyatlar Hərəkatının Komandiri, eyni zamanda “Avropa Müttəfiq Ali Komandiri” (SACEUR) titulunu qorumuşdur və eyni zamanda ABŞ Avropa Komandanlığı Komandanı kimi vəzifə icra edən ABŞ dörd ulduzlu generalı və ya bayraq komandiri kimi qalmağa da davam edir.
Milli komitələrin ləğvi haqqında qərarlar (AXC)
Milli komitələrin ləğvi haqqında qərarlar — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin özündən əvvəlki yerli hakimiyyət orqanlarının ləğv olunmasına dair qərarları (1918, iyun-iyul). == Tarixi == Fevral inqilabı (1917) bütün müsəlmanların, eyni zamanda, azərbaycanlıların siyasi fəallığını artırdı. Yerlərdə Müsəlman Milli Komitələri yaradıldı. Bakıda, Gəncədə, İrəvanda və başqa şəhərlərdə yaradılmış milli komitələrin qarşısına qoyduğu əsas məqsədlərdən biri müsəlmanların yerli özünü idarə orqanlarında və Rusiyanın gələcək Müəssislər Məclisində proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra buna ehtiyac qalmadı. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra milli komitələrin yerlərdə hakimiyyət orqanları kimi fəaliyyətinə xitam vermək məqsədilə hökumət qərarları qəbul edildi. Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Gəncə (Yelizavetpol) milli komitəsinin sərəncamında olan ən zəruri mallar və bütün ərzaq ehtiyatı Ərzaq Nazirliyinin sərəncamına keçdi. 1918-ci il iyulun 7-də verilmiş qərara görə daxili işlər, maliyyə və ərzaq nazirlərinə Gəncə müsəlman milli komitəsinin əmlakının aydmlaşdırılması və qəbul edilməsi üçün ləğvetmə komissiyası yaratmaq tapşırıldı. Elə həmin gün verilmiş digər qərara əsasən, daxili işlər nazirinə Azərbaycan Xalq Cümhuriyyəti ərazisindəki bütün milli komitələrin ləğv olunması və onların əmlakının dövlətin serəncamına keçirilməsi tapşırılırdı. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman Milli Komitələri == Ədəbiyyat == Азербаиджанская Демократическая Республика (1918-1920).
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisliyi
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi.Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri

Qərardad
Məhkəmə qərarlarının bir neçə növləri mövcuddur : Hökm, qətnamə, qərardad,qərar,məhkəmə əmri, sərəncam,. Qərardad- Məhkəmə hakimiyyəti orqanlarında iş mahiyyəti üzrə həll edilə bilmədikdə çıxarılan qərar növüdür. Qərardadın qətnamə və hökmdən fərqi,iş həll olunmadığı hallarda qəbul edilməsidir. Bir qayda olaraq məhkəmənin qəbul etdiyi bütün qərardadlardan şikayət verilə bilər.
İdarəetmə qərarları
İdarəetmə qərarları — mürəkkəb zehni prosesin nəticəsidir. Qərarların həyata keçirilməsi iqtisadi səmərə verməli, qüvvədə olan qanunvericiliyə uyğun gəlməli, psixoloji xüsusiyyətləri nəzərə almal, tabe olanlara tərbiyəvi təsir etməlidir. Qərar qəbul edilməsi prosesi gündəlik həyat və məişət də daxil olmaqla bütün fəaliyyət növünə xasdır. Qərarlar insanların mənafeyinə toxunduğundan onun qəbul edilməsi ən məsuliyyətli prosesdir. Qərar qəbul edilməsi rəhbərin ən mürəkkəb və məsuliyyətli funksiyalarından biridir. == İdarəetmə qərarlarının klassifikasiyası == İdarəetmə qərarlarının qəbul edilməsini aşağıdakı kimi təsnif etmək olar: Məqsədə görə; İdarəetmənin səmərəliliyinə görə; Alınan son nəticəyə görə; İdarəetmə metodlarına görə; Giriş elementlərinə görə; Təsir vasitələrinə görə; İnformasiya tələblərinə görə. == Qərar qəbul edilməsinə təsir göstərən amillər == İdarəetmə qərarlarına və onların keyfiyyətinə təsir göstərən meyarlar aşağıdakılardır: Elmi əsasa söykənməsi. Vaxtında (lazım olan zamanda) olması. Qərarların hazırlanmasına və icrasına təsir gücü. Qərarın hazırlanma müddəti.
Milli Azadlıq Qərargahı
Milli Azadlıq Qərargahı və ya qısaca MAQ — SSRİ-yə qarşı 1962-ci ildə 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılan təşkilat. == Tarixi == 1962-ci ildə yaradılmış MAQ-ın tarixi hələ 1957-ci ilə dayanır. Belə ki, 1957-ci ildə Elmlər Akademiyasında kristalloqraf-alim Xudu Məmmədov və Oqtay Eldəgəzin tanışlığı baş tutur. Bu təsadüfi tanışlıq onların əqidə birliyini üzə çıxarır, təhlükəli milli mübarizə yollarının şərti cizgiləri cızılmağa başlayırdı. Beləliklə, 1962-ci ilin Dekbarn 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlmişdir. Belə bir çətin tarixi dövrdə 2–3 nəfər istisna olmaqla, biri-birini tanımayan 100ə yaxın insanın milli mübarizə üçün toplaşması Azərbaycan xalqının milli mübarizə yolunda hər şeyi gözə aldığının göstəricisi idi. Nəticədə həmin toplantıda MAQ-ın (Milli Azadlıq Qərargahının) yaradıldığı elan edilmiş, qərargaha sədr Oqtay Eldəgəz, müavin isə görkəmli alim, Akademik Xudu Məmmədov seçilmişdir. == İlk ümumrespublika əhəmiyyətli əməliyyat == 1956-cı il, Sentyabr ayının 16-sı İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya xatunla ilk dəfə Moskvaya gəlmiş, birinci, gizli qapılar arxasında Azərbaycan SSR-inin Astara rayonundan tutmuş Yardımlıya kimi 5 minarlıq (kilometrlik) torpaq zolağının əvəzsiz olaraq İrana verilməsi barədə Xruşşovdan razılıq almışdı. Bu zaman Milli Azadlıq Qərargahı hələ təşkilatlanmamışdı, lakin gələcəkdə Milli Azadlıq Qərargahını qurub təşkilatlandıracaq olan milli mübarizə mücahidləri bu hadisədən xəbər tutmuşdular. Akademik Yusif Məmmədəliyev və Xudu Məmmədov bu xəbəri eşidən kimi torpaqların verilməsinin qarşısını almağa başladılar.
BMT-nin Baş Qərargahı
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı və ya BMT-nin Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir.Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur. Nyu-Yorkda yerləşsə də, Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi torpaq və tutduğu bina sahələri ABŞ hökumətinin deyil, Birləşmiş Millətlər Təşkilatının təkbaşına nəzarətindədir.
Sağlamlıq qərargahı (film, 1969)
== Məzmun == Film tibb elminin və texnikasının son nailiyyətləri ilə təchiz edilmiş yeni respublika xəstəxanası haqqındadır.
Azərbaycan Xalq Cümhuriyyətinin Ümumi Qərargahı
Ümumi qərargah — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrinin təşkilinə, komplektləşdirilməsinə, həmçinin təchizatı, təlim-tərbiyəsi, döyüş hazırlığı və döyüş vəzifələrinin icrasına rəhbərlik edən hərbi orqan. == Tarixi == === Yaradılması === Əsası Səməd bəy Mehmandarovun 1918 il 15 noyabr tarixli əmri ilə qoyulmuşdu. O vaxta qədər Əlahiddə Azərbaycan 424 korpusunun qərargah rəisi olan polkovnik Həbib bəy Səlimov Ümumi qərargahın rəisi təyin edilmişdi. Qərargah ləvazimat, istehkam, növbətçi general, general-kvartirmeyster, topçu, tibb, hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi. Səməd bəy Mehmandarovun göstərilen əmri ilə polkovnik Əbdülhəmid bəy Qaytabaşı növbətçi general, polkovnik Seyfulla Mirzə Qacar ləvazimat, general-mayor Murad Gəray Tlexas topçu şöbələrinin, general-mayor İbrahim ağa Usubov hərbi təhsil şöbəsinin rəisi və qoşunlarda atıcılıq işi müfəttişi vəzifələrinə təyin olunmuşdular. == Fəaliyyəti == Tomson missiyasının fəaliyyətə başlaması ilə 1918-ci il noyabrın 22-də Hərbi Nazirliklə bərabər, Ümumi qərargah da Gəncəyə köçdü və fəaliyyətini burada davam etdirdi. Hərbi nazirin 1918-ci il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş topçu idarəsi yaradıldı və həmin struktur Ümumi qərargahın tərkibindən çıxarılaraq, birbaşa hərbi nazirə tabe etdirildi. İstehkam şöbəsinin də strukturu və səlahiyyətləri genişləndirilərək, İstehkam idarəsinə çevrildi və o da Ümumi qərargahın tərkibindən çıxarılaraq, hərbi nazirə tabe etdirildi. 1919-cu ilin martında hərbi nazirin əmri ilə Ərkani-hərb (Baş qərargah) yaradıldı. Bununla əlaqədar general-kvartirmeyster, topoqrafıya şöbələri Ümumi qərargahın tərkibindən alınaraq, Ərkani-hərbə verildi.
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı
Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı və ya BMT-nin Baş Qərargahı — Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir.Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur. Nyu-Yorkda yerləşsə də, Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi torpaq və tutduğu bina sahələri ABŞ hökumətinin deyil, Birləşmiş Millətlər Təşkilatının təkbaşına nəzarətindədir.
Gəraylar
Gəraylar (Geraylar, Giraylar (əski ərəb əlifbası ilə: كرایلر; tək halda: (Gəray) كراى) — Krımda, XV əsrin əvvəllərindən 1783-cü ilə qədər — Krım xanlığının Rusiya imperiyası tərəfindən işğalına qədər, hakimiyyətdə olmuş hökmdar sülaləsi. Sülalənin banisi Krımın ilk xanı olmuş I Hacı Gəraydır. O, uzun müddət Krımın Qızıl Ordadan ayrılması və müstəqilliyi uğrunda mübarizə aparmışdır. I Hacı Gərayın nəsil şəcərəsi barədə bir neçə versiya mövcuddur ki, bu da tarixçilər arasında mübahisələrə yol açır. Gərayların özlərinin rəsmi açıqlamalarına görə onlar Çingiz xanın nəslindəndirlər. Amma ehtimal var ki, əslində I Hacı Gəray heç də Çingiz xan nəslindən yox, əslində məşhur monqol-türk mənşəli gəraylar nəslindən idi və onun Çingiz xan nəslindən olması sonradan uydurulmuşdur. Bu sülələnin bəzi nümayəndələri isə Kazan, Həştərxan və Qasım xanlıqlarında hakimiyyətdə olmuşlar. Sülalənin nümayəndələrində biri - Dövlət Gəray, tarixdə daha çox, Rus çarı İvan Qroznı ilə etdiyi müharibələri ilə yadda qalmışdır. Hal-hazırda bu nəsildən olan və Londonda yaşayan Cəzzar Pamir Gəray Krım taxtının qanuni varisi hesab edilir. == "Gəray" sözü haqqında == Bu söz, sülalənin banisi olan I Hacı Gərayın adı idi və I Hacı Gərayın 6-cı oğlu olan I Mənqli Gəray tərəfindən soyadı kimi qəbul edilmişdir, - mənası "doğru", "ədalətli" deməkdir.
Qaraqar
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Bəranqar (Miyanə)
Bəranqar (fars. برانقار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Kağızqonan bölgəsinin eyniadlı kəndistanında, Ağkənd qəsəbəsindən 19,5 km şimalda, Xalxal-Miyanə avtomobil yolunun 8,5 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 235 nəfər yaşayır (79 ailə). == Hava == Bu kənd ilin soyuq fəsillərində soyuq və rütubətli, isti fəsillərdə isə mülayim iqlimə malikdir. Bu kəndin əsas məhsulları buğda, mərcimək, noxud, alma, ərik, gilas, albalı, gavalı, qoz, küncüt və behdir ki, bunlar da çox keyfiyyətlidir.Lakin bu kəndin çox yaxşı torpaq və əlverişli iqlim şəraitinə görə bəziləri sakinlər sarımsaq və hətta zəfəran əkiblər. Bu gözəl kəndin əhalisi dəyişkəndir və ilin soyuq və isti fəsillərində dəyişir. Gözəl Branqar kəndinin görməli yerləri arasında yamyaşıl meyvə bağları və çoxsaylı mineral bulaqlar, eləcə də gözəl və səfalı Aldaşı dağlıq bölgəsi və kəndin simvolu olan Quca Qaya dağı var. Bu kəndin adı ilə bağlı iki sitat var; Kənd sakinləri kəndin adının verilməsinin səbəbini belə göstərirlər: keçmişdə bu kənddə qar, yağış və yağış çox olduğu üçün ilkin sakinlər onu yağış (farsca) mənasında Baranqar (yerli tələffüz), Qar isə qar mənasını verir. (Türk dilində) ölkə bölgüsündə oxunub yazılan və inzibati yazışmalar (Branqar).
Adi qarqar
Adi qarqar (lat. Caracara plancus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Qarqar (Dağ)
Qarqar — Xocalı rayonunda dağ silsiləsi. == Toponim == Qarqar dağ silsiləsinin adı Qarabağda yaşamış qarqar tayfasının adını əks etdirir.
Qarqar (Xocavənd)
Qarqar (əvvəlki adı: Herher) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Herher kəndi Qarqar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarqar kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == X əsrdə Gargar formasında qeydə alınmışdır. Gargar isə qədim Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adını əks etdirir. Sonralar burada yaşamış ermənilər kəndi Herher kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Qarqar adlanır. == Tarixi == === Tarixi abidələri === Qarqar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Qarqar dağı
Qarqar — Xocalı rayonunda dağ silsiləsi. == Toponim == Qarqar dağ silsiləsinin adı Qarabağda yaşamış qarqar tayfasının adını əks etdirir.
Qarqar vulkanı
Qarqar vulkanı — Azərbaycan və Ermənistan sərhəddində yerləşən yatmış vulkan. Vulkanın hündürlüyü 3584 metr təşkil edir. Son püskürmənin b. e. ə 3000 illərdə baş verməsi ehtimal edilir.
Çığırqan qarqar
Çığırqan qarqar (lat. Milvago) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Qarqar (dəqiqləşdirmə)
Qarqar bu mənalarda gələ bilər: Qarqar — quş cinsi.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevdir. == Tarixi == Səməd bəy Mehmandarovun 15 noyabr 1918-ci il tarixli əmri ilə "Ümumi qərargah" yaradılıb. Daha sonra 424-cü korpusunun Baş Qərargah rəisi, polkovnik Həbib bəy Səlimov Baş Qərargah rəisi təyin edildi. Qərargah avadanlıq, istehkam, növbətçi general, general-kvartirmeyster, topçu, tibb, hərbi təhsil və nəzarət şöbələrindən ibarət idi. Ayın sonunda Baş Qərargah Gəncəyə köçdü və fəaliyyətini orada davam etdirdi. Hərbi nazirin 1918 il 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş topçu idarəsi yaradıldı və həmin struktur Ümumi qərargahın tərkibindən çıxarılaraq, birbaşa hərbi nazirin tabeliyinə verildi. 1919 ilin martında hərbi nazirin əmri ilə Ərkani-hərb (Baş qərargah) yaradıldı. Bununla əlaqədar general-kvartirmeyster, topoqrafıya şöbələri Ümumi qərargahın tərkibindən alınaraq, Ərkani-hərbə verildi. Yeni struktur dəyişikliyindən sonra Ümumi qərargahın səlahiyyətində, əsasən, qoşunların və xidmətlərin təminat və təchizat məsələləri qaldı. 1919 il avqustun 17-də imzalanmış əmrə əsasən, Ümumi qərargahın tərkibində olan nazirlik dəftərxanası hərbi nazirin özünə, "Praporşiklər məktəbi" ilə zirehli qatarlar Ərkani-hərb rəisinə, avtomobil hissəsi isə istehkam idarəsinin rəisinə tabe etdirildi.
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı (türk. Türk Silahlı Kuvvetleri Genelkurmay Başkanlığı) - Türk Silahlı Qüvvələrinə komandanlıq edən və idarə edən Ankara,Çanqayadakı,ən yüksək hərbi birlik olan Türkiyə Respublikası Baş Qərargah rəisi,Silahlı Qüvvələrin komandanı olaraq,Prezident tərəfindən Türkiyə Respublikasının Konstitusiyasının 117-ci maddaəsinə əsasən təyin olunur. Vəzifə borcuna görə Milli Müdafiə Nazirliyi qarşısında cavabdehdir. Baş Qərargahın binası, 29 oktyabr 1931-ci ildə (Cümhuriyyətin 8-ci il dönümündə) Atatürkün də qatıldığı bir mərasimlə açıldı. Hal-hazırkı Baş qərargah rəisi 10 iyul 2018-ci ildən bəri general-polkovnik Yaşar Gülərdir. == Vəzifələri == Baş Qərargah rəisi Silahlı Qüvvələrin Komandanıdır və aşağıdakı vəzifələri yerinə yetirir: Müharibədə Ali Baş Komandanlıq vəzifəsini Prezident adından yerinə yetirmək. Silahlı Qüvvələrin müharibəyə hazırlanmasında kadr,kəşfiyyat,əməliyyat,təşkilat və təlim xidmətləri ilə bağlı prinsiplərin, prioritetlərin və əsas proqramların müəyyənləşdirilməsi. Beynəlxalq müqavilələrin və müqavilələrin hərbi aspektlərinin və tətbiqetmə prinsiplərinin müəyyənləşdirilməsində rəy vermək; bu iclaslarda iştirak etmək və ya lazım olduqda nümayəndə göndərmək. === Vəzifə müddəti === Baş Qərargah rəislərinin səlahiyyət müddəti 4 ildir. Türkiyə Quru Qoşunları məktəbi 1962 və 1963-cü illər üsyanında iştirak etdiyi üçün 1963 və 1964-cü illərdə məzun verə bilmədi.